Podkast

FEMSÖBƏTLƏR | 8 Mart tarixi və yaşadığımız reallıq

8 Mart haqqında danışmaq üçün spesifik olmağa ehtiyac var. Növbəti podkastımızın mövzusu 8 Mart olsa da, toxunacağımız məqamlar bir qədər fərqlidir. Bunlar arasında reklamlar, media və günün əsl məğzi və mənası yer alır.

Hər şey necə başladı?

Bu gün haqqında danışmalı olsaq, əvvəlcə, bundan başlamalıyıq ki, 8 Mart nəyə görə 8 Martdır və necə oldu ki, bu gün dünya tərəfindən qadınlar günü kimi qeyd olunmağa başladı?

Mənbəsi bir çox fərqli hadisəyə əsaslanan bu gün üçün teoriyalar fərqli olsa da, bunun hamısını birləşdirən ortaq bir – bütün hadisələrin mərkəzində qadınlar və onların hüquqları dayanır.

Hazırladı Pəri Abbaslı

FEMSÖBƏTLƏR | “Onlar pıçıldayır, bəzən də qışqırırlar”

FEMMEKAN-ın ilk podkast episozdu “Onlar pıçıldayır, bəzən də qışqırırlar” filminin rejissoru Lalə Əliyeva ilə söhbətimiz.

Sənədli film rejissoru Lalə Əliyeva karyerasına jurnalist olaraq başlayıb və müxtəlif media layihələrində iştirak edib. Sənədli filmi kəşf etdikdən sonra isə o, visual antroplogiya sahəsini dərindən öyrənmək üçün İngiltərənin Goldsmiths Universitetinə daxil olur. Lalə, 2019-cu ildə diplom işi olaraq bu podkastda barəsində danışdığımız “Onlar pıçıldayır, bəzən də qışqırırlar” filmini çəkir.

Lalənin sözlərinə görə, o, filmlərində adətən insanın hər hansı bir məkanla bağlı olan indetikliyini, şəxsiyyətini araşdırır. Filmin dünya səyahəti İsveçrədən başlayıb. İlk premyera  İsveçrənin Vision du Reel film festivalında baş tutub. Bununla yanaşı film həmçinin İngiltərədə də Sheffield Doc / Fest-də də nümayiş etdirilib. 

Film ilk dəfə Azərbaycanda  DocuBaku 2019 sənədli film festivalında, daha sonra isə digər yerli və qonşu ölkə film festivallarında da nümayiş etdirilib.

Podkastda filmin toxunduğu mövzular, şiddət görən qadınların hekayələri, qorxuları, qısaca desək Azərbaycan cəmiyyətində qadına verilən yerdən əlavə, həm də ölkəmizdə qadın rejissorların üzləşdiyi çətinliklər haqqında danışmışıq.

Gülnar Səlim

FEMSÖBƏTLƏR | Feminist Yürüşləri

Ölkəmizdə günbəgün artan yürüşlər və etiraz aksiyaları sosial əhəmiyyətə sahib olduğu kimi, dünyəvi bir məna da ifadə edir.

8 Mart günü keçirilən yürüşdə nələr baş verdi və baş verməməsi üçün nə etmək olar? Qadın qətlləri niyə siyasidir? Azərbaycanda keçirilən etiraz aksiyaların gələcəyi necə olacaq? Və bu kimi sualların cavabı üçün gender aktivisti Sevgi İsmayılbəyli ilə həmsöhbət olduq.

Sevgi İsmayılbəyli söhbət əsnasında lazımi orqanların femisidlərə göz yummağından, bugünkü gün ölkəmizdə baş verən yürüşlərin çatışmazlıqlarından, bir aktivist kimi öz təcrübələrindən danışdı.

Hazırladı Pəri Abbaslı

FEMSÖBƏTLƏR | Feministlər kişilərə nifrət edirlərmi?

Femmekan podkastlarında bu dəfə feminist Nisə Hacıyeva ilə yanlış anlaşılmalardan danışacağıq. Feministlər, doğrudan, kişilərə nifrət edirlərmi? Feminizm ailə ənələrinə və dəyərlərinə zərərmi verir? Qadın haqq və hüquqlarını müdafıə edən şəxslər nələrə diqqət etməlidirlər? Bütün bu suallar podkastımızda öz əksini tapır.

Gender məsələləri üzrə mütəxəssis və feminist fəal Nisə Hacıyeva “qışqıran qadın” obrazından, kişilərin qadınlara olan yanaşmasından və cəmiyyətin gələcəkdə feministlərə qarşı yanaşmasının necə dəyişə biləcəyindən bəhs edib.

Hazırladı Pəri Abbaslı

FEMSÖBƏTLƏR | Cinsi fərqlər və stereotiplər

Femmekanın növbəti podkastında hər birinizi xoş gördük. Bu dəfəki podkast mövzumuz gender stereotipləridir. Sadə mövzulardan biri olan bu mövzunu seçməyimizin əsas səbəbi anlaşılmayan məsələləri işıqlandırmaqdır.

Bəzi insanlar düşünür ki, insanın cinsi onun bacarıq və maraqlarını öyrənmək üçün uyğun üsuldur. Yəni məsələn, qarşınızdakı insanın qadın olmağı, sizcə, sizə imkan verirmi ki onun yaxşı yemək bişirdiyini düşünəsiniz? Və ya gördüyünüz hər hansı bir kişi haqqında “yüz faiz təmir işlərini bilir” deyə bilərsiniz? Məncə bu həmişə mümkün deyil. Kiminsə cinsini bilmək, hə, bəlkə də, onun bioloji varlıq kimi mövcudluğunu bizə başa sala bilər, amma bu, onların maraqları barədə dərin informasiya vermir.

Cinsiyyət akademik bacarıqların, maraqların və ya hətta emosional xüsusiyyətlərin proqnozlaşdırıcısı deyil.

Hazırladı Pəri Abbaslı

FEMSÖBƏTLƏR | Qadınların texnologiyada yeri varmı?

Qadınların texnologiyada yeri var, bu, aydındır, bəs bu yer nədən ibarətdir? Bu gün texnologiya sahəsində qadınlar çətinliklərlə üzləşirlərmi? Üzləşirlərsə, bu çətinliklər nələrdir?

Və ən əsası, gələcəkdə bu sahə üzrə işləyən qadınların sayının artması üçün nələr etmək lazımdır?

Femmekan podkastlarının 5-ci epizodunda siz bu suallara müəyyən mənada cavab tapacaqsınız.

Müsahiblərimiz “Femtech” platformasının təsisçisi və icraçı direktoru Nəzrin Quluzadə, “GamePons” şirkətinin biznesin inkişafı üzrə meneceri Fidan Rüstəmli, “Synapline” şirkətinin pilotsuz uçuş aparatları üzrə hardware inteqrasiya və test mühəndisi Zəhra İmanova və “Bank Respublika”nın mobil tətbiqlər üzrə proqram təminatçısı Aytac Dadaşovadır.

Hazırladı Pəri Abbaslı

Dinləyin və zövq alın.

FEMSÖBƏTLƏR | Azərbaycanda feminist fanzinlərə maraq | Femiskop

Bu dəfə Femmekan feminizmi cəmiyyətə başa salmağa çalışan alternativlərə işıq tutub. Bu alternativ üsullardan biri fanzinlərdir. “Femiskop” feminist platformasının hazırladığı fanzinlər isə öz unikallıqları ilə seçilirlər.

6-cı podkastımızda “Femiskop” üzvlərindən soruşduq, fanzin nədir, feminist fanzin kimə xitab edir, Azərbaycanda fanzinlərin inkişafı üçün nələr lazımdır?

Hazırladı Pəri Abbaslı

FEMSÖBƏTLƏR | Regiondakı Qızların Təhsil və Sosial Həyat Arzuları

Femmekanın yeni podkastında kənd mühitində böyüyüb təhsil alma şansını əldə edən Sehran Qurbanzadə və feminist aktivist Vəfa Rüstəm rayonlarda məktəblərin şəraitindən, kənd camaatının feministlərə qarşı qərəzli yanaşmasından danışıblar.

Hazırladı Pəri Abbaslı

FEMSÖBƏTLƏR | Gender stereotipləri ədəbiyyatda necə təcəssüm olunur?

“Femmekan”ın 8-ci epizodunda nağıllarımızda, ədəbiyyat nümunələrimizdə və dərsliklərimizdə əks olunan gender stereotiplərindən danışmışıq. Epizodumuz tərkibində Aygün Dadaşovanın 5-9-cu sinif ədəbiyyat dərsliklərini təhlil etdiyi magistr tezisi haqqında məlumat alacaqsınız. Eyni zamanda “Audio Nağıllar” layihəsində nağıllar səsləndirərək valideyn və uşaqların sevimlisinə çevrilən Şəbnəm Həsənəlizadə, həm də “Evaparkinson” ləqəbi ilə bukbloqundan minlərlə insana səslənən Çinarə Əhmədovanın fikirlərini dinləyəcəksiniz.

Nağıllarımızda hansı gender stereotipləri ilə rastlaşmaq olar? Ədəbiyyat dərsliklərində gördüyümüz qadın obrazları hansı xüsusiyyətləri ilə eyniləşirlər? Bu sualların cavabını podkastımızda tapacaqsınız.

Hazırladı Pəri Abbaslı

FEMSÖBƏTLƏR | Azərbaycanda Film Festivallarının Qadın Siması

Bakıdan kənarda – regionlarda yaşayan gənclərin film izləmə və təhlil etmə bacarıqlarının inkişafına fokuslanan bu film festivalını digərlərindən fərqləndirən nədir? “Kənardakılar” layihəsi qadınları necə öz ətrafında toplaşdırır? “Mən Bahara Layiqəm” şüarı özündə nəyi ehtiva edir? Bütün bunlar haqqında “Femmekan”ın 9-cu epizodunda öyrənə biləcəksiniz.

Hazırladı Pəri Abbaslı

Femsöhbətlər | Müasir feminizmin qarşılaşdığı əsas problemlər

Feminizmin qarşısına qoyduğu məqsədlər, mübarizə apardığı nüanslar haqqında əvvəlki Femmekan podkastlarında uzun-uzun danışmışıq. Onların arasında feminizm haqqında yaranmış səhv fikirlərin təhlili də mövcuddur.

10-cu podkast epizodumuzda isə müasir feminizmin qarşılaşdığı əsas problemlərin bir neçəsindən danışmışıq.

Hazırladı Pəri Abbaslı

Femsöhbətlər | Kişilər feminist ola bilər? Pro-feminizm nədir?

Feminizm təkcə qadın hekayələrini eşitmək deyil, həm də gender münasibətlərinin strukturunu dəyişdirmək və patriarxatın yanlış ənənələrini aradan qaldırmaq üçün hərəkət etməkdir.

Feminizm müəyyən mənada kişilərin azadlıq və haqlarına toxunur. Onları hiper, toksik maskulinizmdən və patriarxatın onların üzərinə yüklədiyi mənalardan uzaqlaşmağa səsləyir. Buna görə də kişilərin pro-feminist olması, qadınların mübarizəsinə dəstək verməsi xüsusi önəm daşıyır.

11-ci podkast epizodumuzda pro-feminizm anlayışının mənasından, kişilərin qadınların sosial, siyasi, iqtisadi həyatında baş verənlərə yanaşmalarının önəmindən danışmışıq.

Hazırladı Pəri Abbaslı

Xoş dinləmələr!

My New Stories