“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

0

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın

“Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib. 

Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə tapıb, işini sevir və xoşbəxtdir. 

Foto Şərəf Nağıyeva

Müəllimlik, turizm, qida, logistika işlərindən sonra…

Şərəf Nağıyeva bugünədək özünü bir çox sahədə sınayıb. Bunlardan imtina etmə səbəbi isə gördüyü işlərə aid hiss etməməsi olub. 

“Tək müəllimlik yox, həmçinin, turizm, logistika, qida və restoranlar, turizm işlərində də özümü sınamışam. Ən son dayanacağım fotoqrafiya olub”.

Deyir, bir ara restoranlara, kafelərə gedərək, xidmətlərini qiymətləndirirmiş. Fikirlərinə müdaxilə edilənədək bu da onun üçün maraqlı sahəymiş:

“Məkanlara gedir, yeməkləri dadır, yer və yemək haqqında fikrimi bölüşürdüm. Maraqlı idi. Sonra bəzi yerlər başladı mənə təkliflər etməyə ki, onların restoranına gedim və barələrində yaxşı rəy yazım. Mən heç bir fərq qoymadan fikir bildirirdim. Bir neçə məkan yazdıqlarıma düzəliş etmək istəyəndə anladım ki, bu iş də mənlik deyil”. 

İnsanın öz əlləri ilə nəsə yaratması

Şərəf  Nağıyeva iş dəyişdirdikcə fərqinə varıb ki, tamamilə yaradıcılıqla məşğul olmaq istəyir. Məhz bu istəyi onu fotoqrafiyaya gətirib. Beləliklə, öz brendini yaradıb. İlk vaxtlarda maraqlı olduğu üçün başladığı iş onu qadın alt paltarı markası yaratmasına gətirib: 

“İnsanın əlləri ilə nəsə yaratmasının vacib olduğunu düşündüyüm üçün brendi yaratmaq qərarı aldım. Bu işi bir rəfiqəmlə başlamışdım. Amma əsas dəstəkçim anam idi”.

Şərəf deyir ki, bu işlə məşğul olarkən qadınları başqa bir tərəfdən tanıma şansı olub. Düşünür ki, özü üçün nəsə sifariş edən qadınlar çox sərbəst və səmimi olur.

“Qadınların dəyişimini müşahidə etmək çox maraqlı idi…”

Şərəf brendinin inkişafı və tanınması üçün tikdiyi alt paltarlarının çəkilişini də özü edib. Modellərindən bəziləri isə elə özü üçün geyim sifariş edən qadınlar olub. Həmçinin, foto və reklam çəkilişlərində ona dostu da kömək edib:

“2015-2016-cı illərdə Bakıda belə açıq-saçıq çəkilişlər etmək özü də böyük iş idi. Zaman keçdikcə, qadınların bu məsələlərə yanaşması formalaşdı. Məsələn, brendin iki illiyini qeyd etmək üçün də reklam çəkdirmişdim. Ümumiyyətlə, bu müddət ərzində mən dostumla birlikdə kommersial foto ilə məşğul olurdum. O vaxt üçün Bakıda maraqla qarşılanırdı. İlk başlar qadınlar çəkilişlərdə üzlərinin düşməsini istəmirdilər. Zaman keçdikcə deyirdilər ki, üzlə də çəkə bilərsiniz, hər şey uyğundur”. 

“Əsas dəstəkçim anam idi…”

Şərəf Nağıyeva brendi rəfiqəsi ilə yaratsa da, müəyyən səbəblərdən 2-3 ay sonra rəfiqəsi onu bu işdə tək qoyub. Yolun davamını o, anasının dəstəyi ilə gedib. Çünki sifarişləri təkbaşına hazırlayıb, təhvil vermək onun üçün çox çətin olub: 

“Anamın əlindən tikiş gəlirdi. Düzdür, uzun müddət bu işdən uzaqlaşmışdı. Yenə də məndən dəstəyini əsirgəmədi”. 

“Bu prosesdə artıq maraqlı nəsə yaratmağa vaxtım qalmırdı”

Sırf sifarişlərlə işləməsi Şərəfin zamanla bu işə olan marağının azalmasına gətirib. O, üçüncü ilə yaxınlaşanda, özünü məcbur edərək çalışdığını hiss edib. Görüb ki, insanların eyni və ya oxşar paltarları sifariş etməsi və bunun hazırlanmasının apardığı uzun vaxt işin yaradıcı tərəfini öldürüb: 

“Ona görə də intimlik mövzusunu daha dərindən, daim işləyə biləcəyim, yeni sahəyə üz tutdum”.

Foto Lali Bünyatova

“Ona ayrı bir medium kimi baxırdım”

Şərəf fotoqrafiya ilə uzun müddət müxtəlif formalarda məşğul olsa da, bu işi sadəcə ruhunu sakitləşdirən hobbi kimi görüb. 27 yaşında isə fotoqrafiyanı dərindən kəşf etməyə başlayıb.

Şərəf Nağıyeva bu gün “nude” fotoqrafiya ilə məşğuldur. Deyir, burada hər hansı filter yoxdur. Bu janr insanın təbii halını əks etdirir. Ona görə fotoqrafiyanın bu sahəsini çox sevir. 

“İncəsənətin parçası olan qadınların buna yanaşması da müxtəlifdir. Məsələn, əvvəllər şəkillərinin çəkilməsinə razılaşan qadınlar fotoların paylaşılmasını istəmirdi, yaxud anonim paylaşım istəyirdilər. Zamanla onların bu sərhədləri yox oldu”. 

“İnsanı səmimi halında görmək istəyirəm…”

Şərəf zaman keçdikcə fotolarından geyimləri uzaqlaşdırıb. İstəyi odur ki, insanlar o fotolara baxanda, rahatlaşsın, gözləri dincəlsin. Onun üçün geyimlər, rekvizitlər əlavə informasiyadır. O, insanı anadangəlmə halında, səmimi görmək istəyir. 

Deyir ki, bu fotoqrafiya növü ilə məşğul olan başqa insanlar da var. Amma yaradılan bəzi işlər Şərəfin o qədər də xoşuna gəlmir: 

Foto Veet Mano

“Xoşuma gəlməyən məqam odur ki, “nude” fotoqrafiya ilə məşğul olanda onu əsasən, seksuallaşdırırlar. Məsələn, məndə əsas mövzu seksuallaşdırma yox, normallaşdırmadır. Vizual olaraq da bu seksuallaşdırma qeyri-səmimi görünür”. 

İşini görərkən, narahat edən yanaşmalarla da qarşılaşıb 

Şərəf Nağıyeva deyir ki, əvvəl qadınların çoxu şəkilləri çəkilsin, amma bununla bağlı hər hansı məsuliyyət daşımasınlar istəyirdilər. Ona görə bəzən onların həyat yoldaşlarının zəngləri ilə qarşılaşıb. “Şəkilləri sil”, – deyənlər az olmayıb. 

Deyir, qadınların bədənləri üzərində qərar verə bilməməsi həmişə ona təsir edən məqam olub. 

“İzah etməyə çalışırdım ki, axı bu sənin yoldaşının bədənidir və onun qərarıdır. Adətən bununla razılaşmırdılar. Beləliklə, çox maraqlı mövzuları olan şəkilləri bəzən üzülərək silmişəm”. 

Foto Şərəf Nağıyeva

“Bir yerdən sonra pis olmağı dayandırdım”

Şərəf deyir ki, “nude” fotoqrafiyanı iki cür etmək olar. Onu tək “nude” olması üçün çəkmək, yaxud, hansısa mesaj olsun deyə, hazırlamaq olar. 

“Silinməsi istənilən şəkillərdə maraqlı mövzuları olanlar da var idi. Yəni məsələ lüt olmaq deyildi. Bəziləri analıq mövzusu ilə bağlı idi. Orada heç nə görsənmirdi, sevgi dolu, incə, ikonaya bənzəyən şəkillər idi. Bu proseslər məni əvvəlcə çox narahat edirdi. Sonra anladım ki, bu, bir insanın həyata baxışıdır, dəyişə bilmərəm”. 

İşə ilk başlayanda Şərəfə kənardan gələn reaksiyalar və fikirlər də birmənalı olmayıb. İşləri müxtəlif platformalarda yayımlanmağa başlayanda, həmin platformanın auditoriyası ona şəkillərə görə xoş olmayan mesajlar yazıblar. Amma indi elə halla çox rastlaşmır. 

“Bilirəm ki, bu, kreativlik enerjisidir”

Ailəsi bütün seçimləri zamanı Şərəfin yanında olub. Hazırda Tbilisidə yaşayan qəhrəmanımız deyir ki, orada özünü daha rahat və təhlükəsiz hiss edir: 

“Həm də Tbilisidə fotoqrafiya ilə bağlı çox şey baş verir, burada çoxlu qalereyalar və multi-media muzeyləri var. Hər həftə incəsənətlə bağlı nəsə olur. Buradakı icma daha dostcanlı, komplekssizdir. Düzdür, Bakıda da yeniliklər,  dəyişikliklər olur. Məncə, hələ böyük dəyişimlərə ehtiyac var”. 

Şərəf düşünür ki, daha mühüm, sərt şeylər baş verməlidir. Təhsil, media, incəsənət, hüquq və s. sahələrin hər birində… 

“İnsanların oyanması lazımdır. Bəyənmədikləri şeyləri özləri dəyişməyə və daha yaxşısını yaratmağa  çalışmalıdırlar”.

“Özünü dinləmək insanı gücləndirir”

Şərəfi cəmiyyətdə narahat edən əsas məqamlardan biri də insanların başqalarının fikirlərinə görə özlərini, bədənlərini dəyişməsidir. Şərəf işləyəndə insanlara təbii, filtersiz hallarının necə gözəl olduğunu izah edir. Düşünür ki, bu, insanları çox dəyişir. 

“Hansısa bir şey haqqında fikirləşməyə başlayanda dünyanı başqa cür görürsən. Hər şeyin asan və gözəl olduğunun fərqinə varırsan”.

Şərəf Nağıyeva deyir ki, insanın öz daxili hissini basdırması və bunu dinləməməsi həyatına təsir edir. Onun fikrincə, özünü dinləmək insanı gücləndirir:

“Xüsusən də qadınların bunu etməyə ehtiyacı var. Çünki qadınlar cəmiyyəti inkişafa apara, yaxud komplekslərin içində bata bilərlər. Məncə, qadınların daha sərbəst olduğu gün cəmiyyət dəyişəcək”. 

Şərəfin yaradıcılığında intimlik mövzusu üzərində dayanmasının əsas səbəbi cəmiyyətin travmalarıdır. 

O düşünür ki, toplu travmalar sağalmadan, insanlıq sağala bilməz. 

“İnsanlar dəyişimdən, özlərini dinləməkdən qorxmamalıdır. Bunu etsək, dünya daha yaxşı bir hala gələcək”.

Yazdı Nərgiz Abbasova

Təkbaşına səyahət edən qadın: nələrə fikir verməli? 

“Əfşan”ın yazarı İradə Qədirova təcrübəsini bölüşür “Arzusu olan, nə etmək istədiyini bilən qadın yolu sonunadək getməlidir. Həmin çətin yollardan tanıdığım, tapdığım bir İradə var”.   Səyyah İradə Qədirovanın sözləridir. Tək səyahət edən səyyah yollarda gördükləri barəsində iki – “Əfşan” və “Eşqin izi ilə – Səfərnamə” – kitablarını yazıb.  “Femmekan”la təkbaşına səyahət, gəzdiyi ölkələrdə başına gələnlər...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Mənim Yeni Tarix