Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

1

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim”

Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır. 

Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub. 

Şəfiqənin atası zərgərdir. O, uşaqlıqdan bəzək-düzək, ziynət əşyalarının hazırlanma prosesini görə-görə böyüyüb. Deyir, daim bəzək əşyaları diqqətini çəkib və öz biznesini yaratmaq istəyəndə ideya kimi bəzək əşyaları istehsalı düşüncəsi ön planda olub. 

“BAGHİRİ” Şəfiqənin ilk biznesidir. Amma arzuları sonsuzdur, gələcək üçün başqa ideyaları, planları da var.  

Elmi işçilikdən brend biznesinə… 

Bir müddət elmi işçi kimi çalışan Şəfiqə iş mühitindən yorulub və özünə yeni iş qurmaq qərarına gəlib. Uzun düşünmələrdən, çək-çevirdən sonra – 2014-cü ildə “BAGHİRİ” brendini yaradıb. Brend dörd il sonra isə rebrendinq edilərək modellər, materiallar və tərz dəyişikliyi ilə yenilənib. 

Şəfiqə Bağırova deyir ki, “BAGHİRİ” bu gün keyfiyyətli material seçimi, əşyalarda funksionallıq və özünəməxsus minimalist tərzi ilə illərdir rəqabətli bazarda seçilir. Artıq sadiq müştəri bazası formalaşıb: 

“Müxtəlif influencer-lərlə daimi olan əməkdaşlığımız, bir sıra festival və tədbirlərdə iştirakımız müştəri bazamızın artmasında əhəmiyyətli rol oynayıb”.

İlk biznesini quran qadın nələrə diqqət etməlidir? 

Şəfiqə Bağırova biznesə yeni başlayan qadınlara müştəri xidmətini və keyfiyyəti üst səviyyədə, mükəmməl saxlamağı məsləhət görür. Deyir, neqativ hallar hər zaman olur, buna hazırlıqlı olmaq lazımdır, əsas məsələ, həvəsdən düşmək olmaz: 

“Ən vacib məqam isə müştəri bazasını formalaşdırmaq və bunu qoruyub, saxlaya bilməkdir. Bu isə məhsullarınız və onları necə təqdim etməyinizlə formalaşır. Ötürmək istədiyiniz mesajı həm məhsullar, həm də foto və video kontentlərlə bir ahəngdə çatdıra bilməlisiniz”.

“Davamiyyəti qorumaq asan deyil”

Şəfiqə deyir ki, “BAGHİRİ” artıq 10 ildir var, lakin onun davamlı sevilən məhsul olmasını qoruyub-saxlamaq heç də asan deyil. Daim üzərində işlənməli, yeni ideyalar, fikirlərlə gəlməlisən ki, bazardakı yerini itirməyəsən. Onun fikrincə, biznes qurma prosesi qısa zamanda ərsəyə gəlmir və səbrlə davam etmək mütləqdir: 

“Davamiyyət bu işin açarıdır. Baxmayaraq ki, artıq 10 il olacaq “BAGHİRİ” var, bu davamiyyəti qorumaq mənim üçün də asan olmur. Necə ki, bunu ərsəyə gətirmək də asan deyildi”. 

Şəfiqəni bu yolda ən çox mənəvi cəhətdən ailəsi və yaxın dostları dəstəkləyib. Düşünür ki, brend yaratmaq prosesində çətinliklər çoxdur. Məsələn, Azərbaycanda bu istiqamətdə irihəcmli istehsal mərkəzlərinin olmaması problemdir. 

“Nəticədə, dizaynerlərin istədikləri nəticələri daha tez əldə etmələrinə çətinlik yaranır”.

Çətinliklərə baxmayaraq, “BAGHİRİ” komandası ruhdan düşmür. Digər çətin, lakin davamlı rəqabətlərdən biri isə onların digər brendlərlə eyni bazarı paylaşmasıdır. 

“Qadınların tərzlərini cəmiyyətdən asılı olmadan, rahat formalaşdıra bilmələrini istəyirəm”

Şəfiqə qadınların öz beyinlərində olanı yaratmasını dəstəkləyir. Deyir, qadınların öz tərzlərini cəmiyyətdən və ya hər hansı bir şeydən asılı olmadan, rahat formalaşdıra bilmələrini çox istəyir. Düşünür ki, bütün qadınlar daim yeniliklərə açıq olmalıdır: 

“Trendə görə yox, öz üslublarına görə seçim etməlidirlər. Ən əsası, alış-verişlərində etik, təbiətə dost, davamlı inkişaf prinsiplərini qoruyan markalara üstünlük verərək “fast fashion”dan (trendlərə cavab vermək üçün dizayndan pərakəndə mağazalara sürətlə keçən aşağı qiymətli, lakin dəbli geyimlər) mümkün qədər uzaq dursunlar”.

Onun fikrincə, son illər cəmiyyətdə bu mövzular barədə fərqindəlik yaranıb. Artıq müxtəlif tərzləri yoxlayan qadınların sayı artıb.

Brendini qurmaq istəyən qadına məsləhət: “Əsas meyar sevgi ilə işləməkdir!”

Öz brendlərini yaratmaq istəyən qadınlara Şəfiqənin məsləhəti də var. Deyir, bu yolda daim öz üzərində işləmək, tərzini ortaya qoymaq, motivasiyadan düşdüyünüz hallarda bunun sadəcə keçici bir dönəm olduğunu xatırlamaq lazımdır: 

“Ən əsas meyar isə sevgi ilə işləməkdir!”

“BAGHİRİ”nin 10 ilə yaxındır davamlı fəaliyyətləri, xarici bazara çıxışının olması və sadiq müştəri bazası onlar üçün əhəmiyyətli uğurdur.  

Şəfiqə hazırda “BAGHİRİ” brendinin təsisçisi və dizayneridir: 

“Çalışırıq ki, öz dəsti-xəttimiz ilə gedək. Eyni stildə aksessuarlar hazırlayaq. Çünki brendin öz imzası olmalıdır. Logosu olmasa belə, görəndə: “filan brendin məhsuluna oxşayır”, – deməlidir insanlar. Sən kənardan nə iləsə tanınmalı, digərlərindən stilinlə fərqlənməlisən”. 

“Əlimdə imkan olsa, təhsilə və işə əli çatmayan qadınlara dəstək olardım”

“BAGHİRİ”nin gələcək planlarının əsasında yeni materiallar və qiymətli metallarla işləmək, istehsalı genişləndirmək, xarici bazarda əlaqələri gücləndirmək durur. Onlar davamlı inkişaf prinsiplərinə arxalanaraq xarici bazarda seçilmək istəyirlər: 

“Əlimdə imkan olsa, təhsil və iş imkanlarına çata bilməyən qadınlara dəstək olardım. Çox istərdim ki, işsiz qadınlara çalışmaq üçün imkanlar yaradım”. 

Yazdı Dinara Zeynalova

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Mənim Yeni Tarix