FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

1

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik.

8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli olduğumuz başqa bir məsələ də var – hüquqlarımızı anlamaq və feminizmin, qadın hüquqları uğruna mübarizənin aktuallığını dərk etmək üçün özümüzü ədəbiyyatla əhatələməyin vacibliyi. Məşhur filosof, nəzəriyyəçi, ədib feminist qadınların bu günədək  yazdığı bir çox əsər bizə həm keçmişdən, həm də gələcəkdən xəbər verir, dünyanı daha realist pəncərələrdən görməyə kömək edir.

Odur ki, bu epizodda biz qadın haqları uğrunda mübarizənin önəmini, varlığını və dəyərini görməyimizə kömək edən 11 kitabdan danışacağıq. Kitablar türk bloger “Kazıklı Maria”nın, “Harper’s Bazaar” jurnalının, “Goodreads” platformasının siyahılarından götürülüb və şəxsi fikirlərlə birləşdirilib. Eyni zamanda, yazıçı və fotoqraf Aygül Qurbanova epizodumuza öz fikirləri ilə rəng qatacaq. İndidən qeyd etməyə gərək var ki, bu siyahı subyektiv olduğu qədər, mütləq və yeganə siyahı deyil. Auditoriyamızı nəzərə alaraq feminizmə giriş mahiyyətində kitabları bölüşmək istədik.

İlk kitabımız Vircinia Vulfdan (Virginia Woolf) “Özünə aid bir otaq” – orijinal adı ilə “A room of one’s own”dur. 19-cu əsrin sonlarından 20-ci əsrin 40-cı illərinə qədər yaşamış müəllifimiz qadınların ədəbiyyat sahəsi də daxil olmaqla, bir çox sahədə kənarda qalmağa məhkum edilməsindən danışır. Xüsusilə, ədəbiyyatda kişi yazıçıların daha çox söz sahibi olmasından və bunun qadınlara – həm müəllif, həm oxucu kimi təsirindən xeyli söz açılır.

Kolet Doulinqin “Sindrella kompleksi” (Colette Dowling, Cinderella Complex) adlı kitabı sosial psixologiyada qadının özünə kifayət qədər dəyər verməməsi və davamlı onu qoruyacaq, məsuliyyətlərini yerinə yetirəcək ağ atlı şəhzadə gözləmək fenomeninə toxunur. 1990-cı ildə çıxan kitab, əslində, bu gün üçün də aktualdır. Özgüvənsiz və travmalarla, cəmiyyətin ona yeritdiyi zəhərli duyğularla böyümüş qadınları belə olduğu üçün qınayıb aşağılamayan, əksinə, onlara bu barədə kömək edən kitabdır. Cəmiyyət və ailə manipulyasiyası ilə özünü zəif, alçalmağa layiq bir varlıq kimi görən qadınlar bu kitabı mütləq oxuyub, nəhayətində, öz gücünü daha yaxşı anlamağa cəhd edə bilər.

Digər kitabımız “Cinsiyyət bəlası: Feminizm və şəxsiyyətin təxribatı” kimi tərcümə edilə bilən “Gender Trouble: Feminism and the Subversion of Identity”dir. Önəmli nəzəriyyəçilərdən olan Cudit Batlerin (Judith Butler) bu kitabı kuir nəzəriyyə mövzusunda da ciddi əhəmiyyət kəsb edir. 

Hələ təzəlikcə müharibədən çıxmış bir ölkə kimi, müharibə yaralarımızı sağaltmağa çalışırıq. Lakin müharibənin iştirakçılarına göstərilməyən diqqəti müharibədən əziyyət çəkən digər bir görünməz kəsim olan qadınlar üçün gözləmək naivlik olardı. Belarusdan olan jurnalist və yazıçı Svetlana Alekseyeviçin “Müharibə qadın simalı deyil” (Svetlana Alexievich, The Unwomanly Face of War: An Oral History of Women in World War II) kitabı bizi İkinci Dünya Müharibəsi dövründə SSRİ ordusu tərəfindən döyüşən qadın hərbçilərin dünyasına aparır. Onların feminenlikləri qəhrəmanlıqlarına kölgə salacaqmış kimi onlar illərlə susmağa, gizlənməyə məcbur qalır. Müharibə və qadın mövzusunu anlamaq və araşdırmaq mənasında öz ölkəmizə dönüb baxmaq üçün ideal kitablardan biridir.

Klarissa Pinkola Eztezin “Qurdlarla qaçan qadınlar” (Clarissa Pinkola Estés, Women Who Run with the Wolves: Myths and Stories of the Wild Woman Archetype) adlı kitabı qadınları cəmiyyətin yaratdığı obrazlardan çıxarıb real kimliyinə qaytarır – bunu edərkən isə bizə müxtəlif hekayələri təqdim edir. Müsahibimiz Aygül bu əsər haqqında öz fikirlərini bölüşüb.

Fransız filosof və yazıçı, 20-ci əsrin feminist cərəyanına ciddi təsir göstərmiş və bəzi məqamlarda digər feministlər tərəfindən tənqid də edilmiş Simon de Bovuardan “İkinci cins” (Simone de Beauvoir, The Second Sex) siyahımızda öz yerini alıb. 

Digər məşhur feminist yazıçı Emma Goldman “Rəqs edə bilməyəcəyəmsə, bu çevriliş mənim çevrilişim deyil”, deyir. Bu sitat onun “Living My Life” adlı kitabındandır. Lakin türk naşirləri bu kitabı ixtisar edib “Dans edemeyeceksem, bu, benim devrimim değildir” adı altında nəşr ediblər. Feminist anarxist və kritik Emma Goldman əməkçi qadınların və əməkçi qadınlar cərəyanın önəmli fiqurlarından hesab edilə bilər. Bu kitab isə avtobioqrafik məğz daşıyır. “Living My Life” daha çox şəxsi təcrübəsindən danışsa da, türklərin nəşrində cəmiyyətdə var olan ikiüzlülük, kapitalizm, evlilik və militarizm mövzularında yazılmış müxtəlif tənqidi esseləri tapa bilərsiniz.

“Feminist nəzəriyyə: kənardan mərkəzə” əsəri digər önəmli nəzəriyyəçilərdən olan bell hooksun təməl əsərlərindən biridir. Bu əsər həm də mənim çox sevdiyim “Kritiki feminist nəzəriyyəsi”nin də önəmli nümunələrindəndir. Belə ki, hətta Simon de Bovuarın tənqidi belə gördüyümüz bu əsərdə iqtisadi həyatdan tutmuş imtiyazlara qədər bir çox xarakteristik fərqliliklər diqqətimizə çatdırılır və interseksional feminizmin, hər bir qadının yaşından, sinfindən, irqindən asılı olmayaraq feminizm termini altında birləşdirilməli olduğunu qeyd edir. Burada unudulmamalı olan məqamlardan biri isə bell hooksun feminist cərəyanda imtiyazlı qadınların daha az imkanlara çıxışı olan qadınları da diqqətə almasını tələb etməyidir.

Növbədə Rozalind Maylsın “Son şam yeməyini bişirən kim idi? Dünyanın qadın tarixi” (Rosalind Miles, Who cooked the last supper? The Women’s History of the World). Kitab reallıqları bütün kobudluğu ilə bizə çatdırır. Bu kitabın bir başqa versiyası daha müasir halda Katerin Kieloz tərəfindən “Adam Smitin axşam yeməyini kim bişirib?” adı ilə yazılıb (Katrine Kielos, Who Cooked Adam Smith’s Dinner?: A Story of Women and Economics). Hər iki kitab bir çox halda əhəmiyyətli dünya hadisələrinin fonunda qalmış qadınlara vurğu edir, onları görünən edir. Rozalind Mayslsın kitabı yalnız ağdərili qadınların tarixini göstərməyi səbəbilə xeyli tənqid olunur, lakin qeyd etdiyim kimi, başlanğıc üçün, yaşadığımız və mübarizə apardığımız bu mühiti anlamaq üçün yaxşı seçim sayıla bilər.

Anuşey Hüseyn tərəfindən qələmə alınan “Ağrı bölgüsü” (Anushay Hossain, The Pain Gap) isə siyahımızın son kitabıdır. Dərmanların, tibb elminin qadınlar üçün nə qədər geridə qaldığını və qadınların həyatlarının nə qədər böyük təhlükədə olduğunu sübut edən kitablardandır. Reproduktiv sağlamlıq mövzusunda qadınların biliksiz olmağı bir yana, həkimlərin qayğısız yanaşması da ciddi fəsadlar doğurmağa davam edir. Bu kitabda “tibbi mizogeniya” sözü ilə də tanış olacaqsınız. Bir sözlə, kitab ənənəvi qadın hüquqları problemlərinin geniş spektrini əhatə edir: abort, doğuş, ödənişli analıq məzuniyyəti, peyvənd sınaqları zamanı qadınlar və hamilə qadınların xaric edilməsi, məişət zorakılığı və ədalətsiz uşaq tərbiyəsi öhdəlikləri və sairə. Oxumağa dəyər.

“Femmekan” podkastlarının 19-cu epizodunda sizinlə mən idim – Pəri Abbaslı. Qadınların tarixi ayında feminizm və qadın haqları mövzusunda üfüqünüzü genişləndirəcək kitablardan bəhs etdik. Ümidvarıq, oxumadığınız kitablara qarşı maraq yarada bilmişik. Qonağım Aygül Qurbanovaya da təşəkkür edərək bu epizodumuzu burada sonlandırıram.

“Femmekan”ı sosial media şəbəkələrində izləməyi unutmayın. Podkastlarımız haqda fikirlərinizi də məhz sosial şəbəkələr vasitəsilə bizə yazaraq bildirə bilərsiniz. Bizdən isə bu qədər. Dinlənilmək ümidilə!

Mənbələr: 

Kazıklı Maria, Feminizme Giriş: Feminist Kitap Önerileri 

Harper’s Bazaar, 40 Essential Feminist Books to Read for Women’s History Month

Goodreads, Women History Month Books

Hazırladı Pəri Abbaslı

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | Korporativ mühitdə qadınlar & qadın liderlər

“Femmekan”ın növbəti podkast epizodunda hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz korporativ mühitdə qadınların yaşadığı çətinliklər, üzləşdiyi diskriminasiyalardır.  Sizə təkrar gələ bilər, lakin təəssüf ki, hələ də iş mühitində problem yaşayan qadınlar barədə müxtəlif hekayələr eşidə bilirik. Yəni hələ də bu sahədə problemlər var. Qadınlar iş mühitində hansı problemlərlə üzləşirlər və bu diskriminasiyalar nədən ibarətdir?...

Transgenderlərin idman yarışlarında iştirakı

Yarış: güclə, yoxsa hisslərlə qazanılır?  LGBTQI+ vətəndaş Şəbnəm Zamanlı orta məktəbin beşinci sinfindən qaçış idman növü ilə məşğul olub. Altıncı sinifdə yaşadığı rayonda qaçış birincisi olub. İdmanla məşğul olduğu sonrakı doqquz ildə də dəfələrlə rayon, bölgə yarışlarında birinciliyi qazanıb, ölkə üzrə üçüncü yerə çıxıb.  Deyir, 22 yaşında görünüşü ilə bağlı dəyişimə başlayandan sonra idman aləmindən...

Ədəbiyyatdakı, dərsliklərdəki qadın obrazları 

Onlar necə təsvir edilib?  Azərbaycan cəmiyyətində qadının üzərinə böyük yük düşdüyü ilə bağlı fikirləri az qala hər gün eşidirik.   Yaxşı, “qadın anadır” yaxud “gələcəyin anasıdır”, “filankəsin bacısıdır”, “həyat yoldaşıdır” və s. kimi fikirlər necə formalaşır?  Qadınların şiddətə məruz qalması, öldürülməsi ilə bağlı xəbərlər daha çoxdur. Onların iqtisadi azadlıqları, təhsil imkanları qısıtlanır. “Qadın hüquqları” anlayışının...

Qadın azarkeşlər: idman sevgisini sübut etmək məcburiyyəti

Qadın azarkeşlərin bitmək bilməz sorğusu Kanada Yayım Korporasiyasında bir neçə gün əvvəl paylaşılmış köşə yazısının başlığı belə idi: “Qadın azarkeşlərin də idmandan başı çıxır, bizə layiq olduğumuz hörməti göstərin”. Feminist diskurs qadınların təşkilatlanması, siyasi, mədəni və sosial diskursda iştirakı ilə bağlı tələblər irəli qaldırsa da, qadınların hətta azarkeş kimi cəmiyyətdə qəbulunda da problemlər və diskriminasiyaların...

Mənim Yeni Tarix