Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

0

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi

“Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə.

O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol uzundur” – deyir, Kəmalə Ağazadə. Əlavə edir ki, bu yolda eniş və yoxuş da çox olur.

“Femmekan”ın budəfəki qonağı hüquq müdafiəçisi Kəmalə Ağazadədir.

Sevgi ilə böyümüşəm…

Kəmalə Ağazadənin hər iki valideyni neft mühəndisi olub. Onlar işləri ilə bağlı tez-tez xarici ölkələrə getdikləri üçün o, ziyalı olan nənə-babasının himayəsində böyüyüb. Babası coğrafiya müəllimi olub. Deyir, onun söhbətləri, tövsiyə etdiyi kitablar təbiətə, heyvanlara, ətraf mühitə sevgisini formalaşdırıb:

“İxtisasca rejissoram, sevgi ilə böyümüşəm və yetişdiyim mühit bugünki fəaliyyətimin təməlini qoyub”, – Ağazadə deyir.

Onun sözlərinə görə, uşaqlara yardım etmək, bu sahədə təşkilat yaratmaq ideyası başına gələn bir hadisədən sonra yaranıb. Onun rəhbərlik etdiyi AUB artıq 30 ildən çoxdur fəaliyyət göstərir.

“Gecə küçə uşaqları mənə hücum etdi, onlarla tanışlığım belə başladı”

İllər öncə Kəmalə Ağazadə gecə saatlarında işdən evə dönərkən küçə uşaqlarının hücumuna məruz qalıb. Deyir, çantasını oğurlamaq istəyəndə, polis uşaqları saxlayıb:

“Həmin uşaqların hekayəsini biləndən sonra şikayətimi geri götürdüm və elə o vaxtdan da küçə uşaqları ilə işləməyə başladım. Əvvəlcə “Günərzi Qayğı Mərkəzi”ni yaratdıq. Uşaqlarla işlədikcə, xeyli problemləri olduğunu gördüm”, – Ağazadə danışır.

Yaratdıqları mərkəzin köməyilə onlar küçədə gecələyən uşaqları müayinəyə cəlb ediblər. Bəlli olub ki, uşaqların içində xeyli infeksiyalara yoluxanlar var:

“O zaman “qaynar xətt” xidmətləri yox idi. Telefon nömrəmi kağıza yazaraq küçələrdə uşaqlara paylayırdım. Küçə uşaqları arasında zərərli vərdişlərin azalması istiqamətində iş aparırdıq. Onları səhiyyə müəssisələrinə istiqamətləndirir, hüquqi baxımdan sənədlərinin həll edilməsi və ailələrinə qaytarılmasına çalışırdıq”.

“Sığınacaq ideyası belə yarandı…”

Hüquq müdafiəçisi deyir ki, sığınacaq ideyasının yaranmasının ağrılı tarixi var. Sığınacaq yaradılandan sonra maliyyə mənbələri tapmaq da daxil olmaqla, bir sıra çətinliklə üzləşiblər. Onun sözlərinə görə, həmin problemlərdən çoxu bu gün də qalır:

“Bir gün uşaqların biri ilə bağlı mənə prokurorluqdan zəng gəldi. Zəng edən şəxs dedi ki, bir yeniyetmənin meyitini tapıblar, cibindən mənim nömrəm çıxıb. O zaman küçədə olan uşaqlar soyuqdan qorunmaq üçün elektrik şitlərinin içinə girirdilər. Həmin vaxt onlardan birini elektrik vurmuşdu. Morqa getdim və meyiti tanıdım. Bu, Səid idi. Elektrik şitlərinin içində qalan və ölən uşaqlar olmasın deyə sığınacaq yaratdım. Həmin sığınacaq artıq 17 ildir fəaliyyət göstərir”, – Ağazadə qeyd edib.

Hüquq müdafiəçisi deyir ki, zorakılıqla üzləşmiş, yaxud kimsəsiz uşaqların davamlı hüquqi, psixoloji, tibbi dəstəyə ehtiyacı olur.

Həssas qruplarla iş məsuliyyət tələb edir

Kəmalə Ağazadə deyir ki, həssas qruplarla iş məsuliyyət və peşəkarlıq tələb edən məsələdir. Xüsusilə uşaq hüquqlarının qorunmasında çoxsaylı çətinliklər olur:

“Daha çox gender əsaslı məişət zorakılığı ilə üzləşmiş insanlarla işləyirik. Davamlı təlimlərə getmək, bu sahədə araşdırma aparmaq, həmin insanların psixologiyasına dərindən bələd olmaq vacibdir. Yəni öz üzərində işləməli, davamlı beynəlxalq təcrübəni öyrənməli, müxtəlif sahələrin mütəxəssisləri ilə fikir mübadiləsi aparmalısan. Bu, həm də, həftənin 7 günü, 24 saat, gərgin iş deməkdir. Yardıma ehtiyacı olanlara kömək etmək istəyirsənsə, mövcud qanunvericilikdən də xəbərdar olmalısan”, – təşkilat rəhbəri söyləyir.

O deyib ki, bir işin uğurlu olmasının sirri sevgi və məsuliyyətdir: “Bir uşağın həyatında müsbət dönüşlər edə bilirəmsə, deməli, doğru yoldayam və illər ərzində hücumlara, yeri gəldikdə, təhdidlərə baxmayaraq bu, məni gücləndirir”.

İlk görüşün əhəmiyyəti

Hüquq müdafiəçisinin sözlərinə görə, zorakılıq qurbanı ilə ilk görüş onda sənin haqqında təsəvvürlərin formalaşması baxımından olduqca vacibdir. Uşaqlar ilk görüşdə təhlükədə olmadığına inanmalıdırlar. “İşimizin mənəvi, psixoloji ağırlığı çoxdur. Anasından ayrı düşmüş körpələrin sığınacaqda ilk gecəsini təsvir etməyə söz tapmıram. Amma körpələr adətən, bir həftə, on günə uyğunlaşa bilirlər. Bir qədər böyük uşaqlarda isə proses daha çətindir. Əgər uşaq cinsi zorakılığa məruz qalıbsa, dövlət qurumlarının araşdırması zamanı həmin hadisəni təkrar-təkrar yaşayır. Uşaq ekspertizadan keçiriləndən, ona qarşı cinayət törədənlə təkrar qarşılaşandan sonra onu faciənin içərisindən çıxarmaq daha da çətinləşir”, – hüquq müdafiəçisi söyləyir.

“Həyatımda iz buraxan uşaqların uğurlarını görəndə sevincimdən ağlayıram”

Ağazadə deyir ki, sığınacağa yerləşdirilən bütün uşaqlar onun üçün doğmalaşır, amma həyatında iz buraxanları unuda bilmir. Aralarında qəyyumluğa götürdükləri də var: “Ana körpəni başqalarına etibar etmişdi, son nəticədə isə zibil qutusunun yanına qoyub, qaçmışdılar. Həkimlər belə yaşayacağına inanmırdılar. O körpənin xilası möcüzəydi. Yaxud illər əvvəl kəndlərin birində cinsi zorakılığa məruz qalan oğlanın xilası həyatımda dərin iz qoymuşdu. O, indi dərslərində yaxşı nəticələr göstərir, bizimlə əlaqəsini kəsmir”.

Ağazadə deyir ki, bəzən evdən qaçan uşaq birbaşa sığınacağa müraciət edir, yaxud zorakılıq qurbanı öz həyatı üçün mübarizəyə başlayır. Və ya erkən nikahla bağlı ictimai qınağın artması, bütün bunlar onu ruhlandırır.

“Sığınacaqda qalan uşaqlara deyirəm, həyat mübarizədir, bu mübarizədə qalib gəlmək üçün təhsil almaq, öz ayağı üstündə durmaq vacibdir”.

Yazdı Nazlı

Təkbaşına səyahət edən qadın: nələrə fikir verməli? 

“Əfşan”ın yazarı İradə Qədirova təcrübəsini bölüşür “Arzusu olan, nə etmək istədiyini bilən qadın yolu sonunadək getməlidir. Həmin çətin yollardan tanıdığım, tapdığım bir İradə var”.   Səyyah İradə Qədirovanın sözləridir. Tək səyahət edən səyyah yollarda gördükləri barəsində iki – “Əfşan” və “Eşqin izi ilə – Səfərnamə” – kitablarını yazıb.  “Femmekan”la təkbaşına səyahət, gəzdiyi ölkələrdə başına gələnlər...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Mənim Yeni Tarix