Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

0

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib

“Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”.

Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının mərkəzindəki heykəli önündə toplaşıb, ölkədə pozulan qadın hüquqlarına etirazlarını bildiriblər.

Polis aksiya başlayanda madaxilə edib, plakatları alıb, cırsa da, sonradan ciddi müdaxilə olmayıb və aksiya baş tutub.

Foto Əziz Kərimov

Piketdə qadın jurnalistlərin həbsinə, erkən nikahlara, məktəblərdəki bulinqə, iş yerlərində qadınların qarşılaşdıqları ayrı-seçkiliyə, məişət zorakılığına, pozulan LGBTQİ+ hüquqlarına, diskriminasiyaya etiraz edilib.

Daha sonra “Pulu yedi hökumət, şotu ödədi mətbuat”, “Meydanda da, zindanda da yan-yana”, “Sevinc üçün, Nərgiz üçün, Elnarə üçün”, “Kişi-ailə başçısı, oğru ölkə başçısı istəmirik”, “Erkən nikah uşaq istismarıdır”, “Partiarxal sistemə yox” – kimi plakatlar açılıb.

Polis həmin plakatları cırıb, təşkilatçılardan Gülnara Mehdiyevanı ərazidən uzaqlaşdırıb. Az sonra isə onu sərbəst buraxıblar. Gülnara Mehdiyeva özü də nə baş verdiyini anlamadığını söyləyib.

Piketin bəyanatını səsləndirən Gülnara Mehdiyeva deyib ki, 2023-cü ildə Azərbaycanda 63 qadın məişət zəminində qətlə yetirilib, məişət zorakılığı müraciətləri isə üç dəfə artıb: “Hökumət qadınlara qarşı zorakılıq və qətillərin qarşısını almaq üçün kağız üstündə yox, reallıqda ciddi tədbirlər həyata keçirməlidir. Mühafizə orderlərinin verilməsində süni baryerlər aradan qaldırılmalıdır”, – o deyib.

Valideynlik məzuniyyəti yalnız qadınların üzərinə düşməməlidir”

İştirakçılar həmçinin valideynlik məzuniyyətindən də danışıblar. Bildiriblər ki, bu yük tək qadının üstünə düşməməli, o, peşəsindən illərlə uzaq qalmamalıdır.

“Biz əməkçi qadınların iş həyatında olan töhfələrinin qiymətləndirilməsinə çağırırıq! Qadınların inkişafına dəstək olan, potensiallarına çata biləcəyi ədalətli, inklüziv iş yerləri tələb edirik. Bərabər əmək, ədalətli maaş istəyirik”.

Həbsdə olan jurnalistlər

Jurnalist Aytac Tapdıq həbsdəki qadın jurnalistlərdən danışıb. Deyib ki, onların hər üçü – Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova işlərini vicdanla yerinə yetirdikləri, sırf korrupsiya cinayətlərini ifşa etdikləri, həqiqətləri göstərdikləri üçün həbsdədirlər:

“Azərbaycan hökumətindən jurnalistlərin haqqı olan azadlığı tələb edirik. Həbs olunacağını bilə-bilə, ölkəsinə tələsən, təyyarə nərdivanlarındaca həbs olunan jurnalist Sevinc Vaqifqızının, gülüşü və məğrurluğu ilə məhkəmə hakimlərini utandıran Nərgiz Absalamovanın, həbs çantasını öncədən yığan, içinə qırmızı pomadasını qoymağı unutmayan Elnarə Qasımovanın dimdik duruşundan güc alaraq, bu gün, burada duruş sərgiləyirik”.

LGBTQI+ hüquqları

Jurnalist Aysel Umudova çıxışında LGBTQI+ hüquqlarına toxunub. Deyib ki, onlara qarşı baş vermiş sistemli zorakılıq və ayrı-seçkilik hallarına susmur və Azərbaycan hökümətinə səslənirlər:

“Bütün vətəndaşların, onların hüquqlarını müdafiə edənlərin ifadə, birləşmək və dinc toplaşmaq hüquqlarından effektiv istifadəsi təmin edilsin, bu azadlıqların məhdudlaşdırılması zamanı ictimai sağlamlıq, ictimai əxlaq və ictimai asayiş kimi anlayışlardan sui-istifadə dayandırılsın”.

Həmçinin əlavə edib ki, cinsi oriyentasiyasından, gender kimliyindən asılı olmayaraq, məşğulluq, təhsil, səhiyyə, mənzil təminatı və mülkiyyət sahələrində ayrı-seçkiliyin bütün formalarını qadağan edən qanun qəbul edilsin və effektivliyi qorunsun:

“Adaptasiya əməliyyatları və hormon terapiyası LGBTQI+ vətəndaşlar üçün əlçatan olsun, və qanuniləşsin. Cinsi oriyentasiya, gender kimliyi motivli cinayətlər nifrət cinayətinin bir növü kimi tanınsın və ağırlaşdırıcı hal olaraq Cinayət Məcəlləsinə daxil edilsin”.

Bu çıxışdan sonra “Kuirlər də burdadır!”, “Bu dünya rənglərimizi daşıyacaq!” şüarları səslənib.

Ekoloji problemlərə diqqət!

Aksiyada ekoloji problemlərə də toxunulub. Bildirilib ki, qadınların ekoloji cəhətdən sağlam və təhlükəsiz mühitdə yaşamaq hüququ var. Bu hüquqlar bərpa olunmalıdır:

“Biz dövlət tərəfindən həyata keçirilən qəddarlıqlara, flora və faunaya qarşı anti-humanist davranışlara, ətraf mühitin çirkləndirilməsinə, təbii resursların vəzifəli şəxslər tərəfindən talan edilməsinə son qoyulmasını tələb edirik! Bu sahədə haqq səsləri qəddarlıqla susdurulan qadınlarla həmrəy olduğumuzu bildiririk”.

Həmçinin çıxışlarda iqlim dəyişmələrinin qadınlara xüsusilə təsir etməsinə də toxunulub. Odur ki, bu sahədə qadınların qərar qəbuletmə payının öndə olmalı olduğu bildirilib.

“Ölkəmizdə keçiriləcək “COP29” BMT-nin İqlim Dəyişikliyi Konfransının təşkilat komitəsinin üzvləri sırasına tənqidi fikirlərdən sonra qadınların daxil edilməsini pisləyir, patriarxal idarəetmə sisteminin qurbanları olmayacağımızı bəyan edirik”.

Foto Əziz Kərimov

Məktəblərdəki bulinq, evlərdəki istismar

Piket təşkilatçılarından Nərmin Şahmarzadə qız uşaqlarının məktəblərdə bulinqə, evlərdə istismara, erkən nikahlara məruz qalmasından danışıb. O, dövlət qurumlarından qız uşaqlarının hər hansı bir zorakılıq təhlükəsi altında olmadan məktəbdə və evdə güvəndə olmaları üçün hər şəraitin yaradılmasını tələb edib:
“Qız uşaqlarının intiharı tək çıxış yolu olaraq görmədiyi, vaxtından əvvəl böyümək məcburiyyətində qalmadığı, uşaqlığını uşaq kimi keçirə bildiyi bir həyatın dövlət tərəfindən təmin edilməsini tələb edirik”.

Qadınların həyatına toxunan müharibələr

Jurnalist Xəyalə Ağayeva müharibənin gurultusu altında diqqətdən kənarda qalan qadınların danışılmamış hekayələrinə diqqət çəkib. Deyib ki, münaqişə nəticəsində zorakılığa məruz qalan, köçkünlük yaşayan, eyni zamanda, parçalanmış ailələri bərpa etmək yükünü maddi və mənəvi olaraq daşıyan saysız-hesabsız qadın var:

“Qadınların hüquqlarını, təhlükəsizliyini əlindən alan, nəsillərdə qalıcı izlər buraxan münaqişələri pisləyir və hökumətdən müharibədən təsirlənən qadınların ehtiyaclarına cavab verən siyasət və proqramların qəbul olunmasını tələb edirik. Biz həmin möhkəm qadınların həyatda qalmaq uğrunda mübarizəsini anır, onların yanında duruş sərgiləyirik”.

Tənha anaların problemləri

Aksiya iştirakçılarından Nərmin Zəki isə diqqəti tənha anaların problemlərinə yönəldib. Bu gün tənha anaların ağır iqtisadi yük altında yaşadıqlarını deyib.

Əlavə edib ki, onlar həm övladlarının qayğısına qalmalı, həm də onların maddiyyatını təmin etməlidirlər. Bütün bunların qarşılığında onların əməyə ədalətli və ləyaqətli çıxış imkanları yoxdur:

“Onlar sosial təminat mexanizmində haqq sahibi kimi tanınmırlar. Həmçinin, cəmiyyətin qadağalarının qurbanıdırlar, daim ana olduqlarına görə utandırılırlar. Tənha anaların əməyə ədalətli çıxışı təmin edilməli, onların ləyaqətli sosial təminat imkanları olmalı və onlara qarşı stiqmizasiya bitməlidir”.

Və sonra feminist marşı

Aksiyanın sonunda feministlər “qoy bizə qarşı olsun, dövlət, polis, ata, ər… O evdən kəfənsiz çıx, sənindir hürr küçələr”, – sözləri ilə başlayan feminist marşı səsləndiriblər.

Aksiya təşkilatçılarından Gülnara Mehdiyeva piketin baş tutduğunu elan edib.

İllərdir, 8 Mart günü Bakının mərkəzində aksiya, piket, yürüş təşkil olunur. Qadınlar pozulmuş hüquqlarının müdafiəsi üçün meydanlara çıxır. Son iki ildir ki, polis aksiyaya ciddi müdaxilə etmir.

Buna baxmayaraq, aksiya öncəsi Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) təqdim edilən xəbərdarlıq məktubuna hər dəfəsində “yox” cavabı verilir.

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

Mənim Yeni Tarix