Seçdiyin, yoxsa sənə yaraşdırılan peşə? 

1

Zirvələri fəth edən qadının hekayəsi 

Azərbaycan cəmiyyətində insanlara cinsindən asılı olaraq peşə yaraşdırmaq adi haldır. Məsələn, mühəndis, arxitektor, sürücü, pilot, alpinist kimi peşələr kişilərə, həkim, müəllim, tibb bacısı kimi peşələr isə qadınlara uyğun görülür.

“Qız uşağısan”, “sən kişisən”, – ifadələrilə başlanan cümlələrin sonu şəxsi həyata, arzulara, istəklərə müdaxilə ilə bitir. 

Götürək alpinizmi – Azərbaycanda qadınların çox müraciət etmədiyi sahədir. Zamanla bu sahəyə maraq göstərən qadınlar olur, lakin onların sayı çox azdır. 

Bu gün sizinlə alpinist Vüsalə Abdullayevanı tanış edəcəyik. Onun hekayəsi bəlkə əlçatmaz olan peşə arzularınızın önündəki səddi qaldırar və siz də bir gün istədiyiniz yolda addımlayarsınız… 

Vüsalə Abdullayevanın şəxsi arxivindən

İdmanda alınan zədənin ardından açılan qapı

32 yaşlı Vüsalə Abdullayeva gənclik illərində döyüş idmanları ilə məşğul olub. Sonra zədə alıb və idmanı tərk etmək məcburiyyətində qalıb. Bu təcrübə onun həyatında yeni qapı açıb.  

Vüsalə deyir: “Döyüş idmanlarına olan həvəsim və zədəm məni alpinizmə sövq etdi. Əvvəlcə kiçik zirvələrə qalxmağa, alçaq hündürlükdə olan dağları kəşf etməyə başladım. Bu təcrübələr məndə daha yüksək zirvələrə qalxmaq istəyi yaratdı”.

Pamir dağlarına uzanan çətin yol

Vüsalənin dağlara olan həvəsi onu addım-addım uca zirvələrə aparıb. Tufandağ, Şahdağ kimi dağlara qalxmağa başlayıb. Bu təcrübələr ona dağların zirvəsinə qalxmağın mümkün olduğunu göstərib və “daha yüksək zirvələri fəth etmək” arzusunu gücləndirib.

“Uğur qazandıqca, daha yüksək, daha çətin zirvələrə qalxmaq xəyalım möhkəmlənirdi”.

Daha sonra Bazardüzü və Bazaryurd kimi zirvələr Vüsalənin ayaqlarını daha çətin, ancaq bir o qədər yüksək zirvələrə doğru istiqamətləndirib. Bundan sonrakı hədəfi Pamir (red: Tacikistandadır) dağlarına qalmaq olub. 

Deyir, Pamir onun üçün həm fiziki, həm də mənəvi cəhətdən böyük sınaq idi. Lakin o, bu çətinliyi dəf edərək, Pamirin zirvəsinə qalxa bilib.

Vüsalə Abdullayevanın şəxsi arxivindən

Alpinizmin gözəllikləri və çətinlikləri 

Alpinizmin çətinlik və gözəlliklərini ən yaxşı bilənlərdən biri kimi Vüsalə qadınların dağlara qalxmaq, zirvələri fəth etmək həvəsini və cəsarətini, bunun önəmini vurğulayır. 

Deyir, dağlar onun üçün azadlıq və gücü təmsil edir. İstəyir ki, daha çox qadın dağların zirvəsində bu hissləri yaşasın. 

“Kiçik zirvələrə qalxa bilmək, uca zirvələrin hədəfini gücləndirir”

Vüsalə səfər təəssüratlarını, zirvələri fəth etmə əzmini, bu yolda yaşadıqlarını, çətinlik və uğurlarını öz “Instagram” səhifəsində izləyiciləri ilə bölüşür. Həmçinin, onun Azərbaycanın müxtəlif zirvələrinə təşkil etdiyi yürüşlərə xeyli insan qoşulur. Deməsinə görə, bu sahəyə qadınların, xüsusilə, gənc qızların həvəs göstərdiyini görmək onu qürurlandırır: 

“Mesaj bölməsində bir çox qız mənim kimi olmaq istədiyini, məni tanıdıqdan sonra özlərində təbiətə və dağlara sonsuz maraq hiss etdiklərini yazır. Onları eyni mənim kimi kiçik zirvələrdən başlamağa, zamanla daha uca zirvələrin xəyalını qurmağa çağırıram. Nisbətən kiçik zirvələrə qalxa bilmək, uca zirvələrin hədəfini gücləndirir. Həmçinin təşkil etdiyim turlarda alpinizmin sirlərindən də bəhs edirəm”. 

Vüsalə bunları etmək üçün azadlıq əldə etməyin mütləq olduğunu düşünür. Həmçinin fərqindədir ki, bir çox ailələrdə valideyn və qohumlar xüsusilə qız övladlarının arzularına nəinki dəstək verir, onların istəklərini reallaşdıra biləcəkləri münbit mühit formalaşmasına belə mane olurlar: 

“Üstəlik, bu istəklər ailələrin dəyərlərinə, mentalitet qayğılarına ziddirsə, qızlar üçün arzuya gedən yol daha məşəqqətli olur”.

O, bənzər çətinlikləri özünün də yaşadığını deyir. Hələ gənc yaşlarında ailəsi ona həm idmana getməyə, həm də ölkə xaricindəki səfərlərə qoşulmağa mane olmaq istəyib:

“Lakin arzularımda israr etməyi həmişə sevmişəm. Ailəmə özümü və istəklərimi izah edirdim, ancaq hərdən qohumlar, ətraf-aləm nə deyər narahatlıqları anlamaqlarına mane törədirdi. Bir neçə dəfə aramızda sərt mübahisələr də olub, ancaq onların qadağalarına baxmayaraq, etmək istədiklərimi edirdim”.

Vüsalə Abdullayevanın şəxsi arxivindən

“Qərara almışdım: ailəm nə etsə də, yolumdan dönməyəcəkdim”

Vüsalə bildirir ki, bacarıqlarına və xəyallarına həmişə güvənib. Hətta ilk dəfə ölkə xaricinə ailəsinin izni olmadan çıxıb: 

“Düşündüm ki, geri qayıtdığımda məni hirsli bir ailə qarşılayacaq, ancaq qəbullanma gördüm. Onda anladım ki, yaxşı ki, istəklərimdə israrlı olmuşam. Başa düşdüm ki,  artıq ailəm nə etsə də, yolumdan dönməyəcəm”. 

Vüsalə dağların zirvəsinə çatmağın həm fiziki, həm də sosial çətinlikləri ilə üzləşmiş alpinistdir. Deyir, kişilərin üstünlük təşkil etdiyi alpinizmdə qadın olmağın çətinliklərini hər addımda hiss edib: 

“Bəzi kişi alpinistlər çata bilmədikləri zirvələrə qadının qalxa biləcəyini ağlına belə gətirmək istəmir. Siz hansısa kişi alpinistin qalxa bilmədiyi zirvəyə qalxmaq istəyirsinizsə bu, qısqanclıq və tənqidlə nəticələnə bilir. Bəzi kişi aplinistlər qalxdıqları çətin bir zirvəyə qadının qalxdığını görəndə, o zirvəni özləri üçün “uğur” hesab etmirlər. Əgər bir zirvəyə qadın aplinist də qalxa bilibsə, deməli, o qədər də “çətin” zirvə deyilmiş, deyə, düşünürlər. Ya da bizim belə düşünməyimizi istəyirlər”.

Dağlarda rastlaşdığı maraqlı vəziyyətlər

Vüsalə Pamir dağlarına qalxmağa qərar verəndə, ona kişi alpinistlər bunun çox çətin olduğunu, bacara bilməyəcəyini deyiblər. Ancaq o ruhdan düşməyib, hər zaman bacaracağına inanıb: 

“Səfər əsnasında kişi alpinistlərdən davam etməyənlər, zirvəyə yürüşü yarıda buraxanlar olurdu. Onların gözlərində fərqli bir qısqanclıq, kədər görürdüm. Sanki zirvəyə çıxa bilmədikləri üçün yox, mənim davam edə biləcək gücə sahib olmağımla bağlı daxili sarsıntı keçirirdilər.”

Vüsalə deyir ki, onun üçün belə hallar daha çox motivasiya rolunu oynayır. Fəxrlə deyə bilir: 

“Hətta məni ruhdan salmağa çalışan kişilərin çata bilmədiyi zirvəyə qalxa bilirəm. Bu, mənim üçün məqsəd və nailiyyətdir”.

O düşünür ki, qadınların alpinizm dünyasında olması və uğurları ilə yadda qalması gender normalarına meydan oxumaq baxımından mühüm addımdır.

Vüsalənin aplinizmdə ilham qaynağı 14 dənə 8000 metrlik zirvəni 92 gündə fəth edərək, dünya rekordu qıran, alpinizmdə ən yaxşı nəticəyə sahib Kristina Harilladır. 

Vüsalə istəyir ki, hər sahədə olduğu kimi alpinizmdə də qadınlar öz varlığını hiss etdirsinlər, zirvələri fəth etsinlər.

Düşünür ki, bəlkə onun hekayəsi qadınların alpinizm aləmində var olmaq uğrunda mübarizəsini və cəsarətini ortaya qoymaqla bərabər, bu sahəyə yeni başlayan, başlamaq arzusunda olan qadınlar üçün ilham ola bilər. 

“Hər zaman Azərbaycan qadınını azad, özgüvənli və cəsur görmək istəyirəm”. 

Yazdı Aygül Qurbanova

Təkbaşına səyahət edən qadın: nələrə fikir verməli? 

“Əfşan”ın yazarı İradə Qədirova təcrübəsini bölüşür “Arzusu olan, nə etmək istədiyini bilən qadın yolu sonunadək getməlidir. Həmin çətin yollardan tanıdığım, tapdığım bir İradə var”.   Səyyah İradə Qədirovanın sözləridir. Tək səyahət edən səyyah yollarda gördükləri barəsində iki – “Əfşan” və “Eşqin izi ilə – Səfərnamə” – kitablarını yazıb.  “Femmekan”la təkbaşına səyahət, gəzdiyi ölkələrdə başına gələnlər...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Mənim Yeni Tarix