Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

0

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur”

Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır.

Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi nəsilləri vasitəsilə ötürülməsini diktə edib. 

Dünya Bankının məlumatına görə, dünya əhalisinin təxminən yarısını təşkil edən qadınlar yer üzündəki torpaqların 20 faizindən azına sahibdirlər.

Bəzi bölgələrdə bu fərqlərin aradan qaldırılması üçün əhəmiyyətli irəliləyiş əldə olunsa da, miras qanunları mülkiyyət hüquqlarında gender əsaslı bərabərsizliyi gücləndirməyə davam edir. 

BMT-nin Qadınlar Təşkilatının hesabatına görə, dünya ölkələrinin yalnız 40 faizində qadınlar və kişilər üçün miras hüquqlarını təmin edən qanunlar var. Bir çox hallarda, hətta qanunların mövcud olduğu yerlərdə belə, onlar effektiv şəkildə tətbiq edilmir, bu da qadınları ayrı-seçkilik praktikasına və hüquqi boşluqlara qarşı həssaslaşdırır. 

Mənbə: apple.news

Əksər qanunlarda vərəsəlikdə gender bərabərliyini təşviq etmək üçün irəliləyiş əldə olunsa da, çox hallarda kök salmış patriarxal strukturlardan qaynaqlanan bərabərsizliklər davam edir.

Məsələn, Norveçdə Gender Bərabərliyi Aktı bir vaxtlar kişi varislərinə üstünlük verən ayrı-seçkilik praktikasını aradan qaldıraraq, qadınlar və kişilər üçün bərabər vərəsəlik hüquqlarını təmin edib. Eynilə, İsveçdə https://sweden.se/life/equality/gender-equality qızların oğullarla eyni miras hüququna malik olmasını təmin etmək üçün vərəsəlik qanunlarına yenidən baxılıb. 

Azərbaycanda gender bərabərliyini təşviq etmək üçün hüquqi islahatlar aparılsa da, çox vaxt adət-ənənələr üstünlük təşkil edir. Nəticədə, qadınlar miras məsələlərində əlverişsiz vəziyyətdədirlər. Azərbaycan qanunvericiliyinə görə, bu hal nəzəri cəhətdən qadınlar və kişilər arasında bərabər vərəsəlik hüquqlarını nəzərdə tutan Mülki Məcəllə ilə tənzimlənir. Lakin ənənə daha çox kişi varislərə üstünlük verir.

Qanuni miraslarından məhrum olan qadınlar yoxsulluq riskinin artması, məhdud iqtisadi imkanlar və öz icmalarında qərarvermə səlahiyyətlərinin azalması ilə üzləşir. Bu fərqlər gender bərabərsizliyinin genişlənməsinə kömək edir, gender bərabərliyinə və inklüziv inkişafa doğru irəliləyişə mane olur.

Hüquqşunas Fariz Namazlı deyir ki, Azərbaycan normalarında gender ayrı-seçkiliyi mövcud deyil və hüquqi sferada hamının hüquqları qorunur:

“Vərəslik hüququnu tənzimləyən normalar Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəllə, eyni zamanda, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında əks olunub. Həmin normalarda gender ayrı seçkiliyi nəzərdə tutulmur və hər kəsin vərəsəlik hüququna təminat verilir”, – hüquqçu deyir. 

Onun sözlərinə görə, vərəsəliyə dair normalar kişi və qadın hüquqlarında ayrı-seçkiliyə yol vermir və hər kəsin hüquqlarını eyni şəkildə qoruyur. 

Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ var və dövlət vərəslik hüququna təminat verir. Konstitusiyanın 25-ci maddəsinə görə, kişi ilə qadının eyni hüquqları və azadlıqları var.  Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. 

Hüquqşunasın sözlərinə görə, əgər fərdlər bu hüquqlardan məhrum edilsə, məhkəmə onların işinə baxa, beynəlxalq konvensiyanın şərtlərini tədbiq edə bilər:

“Əgər cinsinə görə fərdlər miras əldə etmək hüququndan məhrum edilirsə, bu halda, onlar hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət edə, pozulmuş hüquqlarının bərpasını tələb edə bilərlər. Qanunvericilikdə vərəslik hüququnun həyata keçirilməsi üçün gender ayrı-seçkiliyi olmadığından bu məsələ ilə bağlı hər hansı xüsusi hal da yoxdur”. 

Fariz Namazlı deyir ki, həmçinin, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub. Yerli qanunlar qəbul edildikdə həmin konvensiyalara uyğunlaşdırılıb. Bu baxımdan vərəsəlik hüquqlarının həyata keçirilməsində hər kəsin cinsindən asılı olmayaraq hüquqları qorunur”. 

Hüquqşunas düşünür ki, dövlət bu sahədə maarifləndirmə üçün QHT-lərə şərait yaratmalıdır:

“Maarifləndirmə ilə bağlı daha çox yerli qeyri-hökümət təşkilatları məşğul olur. Amma bunun üçün onlara müvafiq şərait yaradılmalıdır. Bəzən dövlət orqanlarından İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatı və Ailə, Qadın və Uşaq problemlərləri üzrə Dövlət Komitəsi də müəyyən hallarda maarifləmndirmə işləri ilə məşğul olur. 

Feminist, gender məsələləri üzrə ekspert Aygül Cəfərova deyir ki, qanunən hər şey yaxşı olsa da, praktikada bunlar əksini tapmır:

“Qanunlara görə, qadın və kişinin miras hüquqları bərabərdir. Burada hər hansı fərq qoyulmur və miras övladlar arasında bölünməlidir. Lakin praktikada görünən o olur ki, miras hüququndan daha çox oğlan övladları yararlanır. Səbəbi gender bərabərsizliyi və qadınlara qarşı ayrı-seçkilikdir. Bu ayrı-seçkilik o qədər yayğındır ki, bəzən qadınlar heç bilmirlər ki, qanunla onlara da miras payı düşür. Valideyn mülkünün oğlan övladlarına qalması norma kimi qəbul edilir. Nəzərdə tutulur ki, qız övladı mütləq evlənib, “ər evinə” köçməlidir və bununla da valideyn mirasından ona heç nə qalmamalıdır. Bir çox hallarda oğlan övladları bacılarının qanuni haqları olduğunu bilirlər və bacılarını aldadırlar, ya valideynlərinin başqa övladları olmadığı haqqında müvafiq qurumlara yalan məlumat verirlər, ya da bacılarına mirasdan imtina sənədi imzaladırlar”.

Ekspertin sözlərinə görə, qanunda bunun üçün xüsusi vaxt limiti də var ki, bu, çox zaman təmin olunmur və hüquqlarını müdafiə etmək istəyəndə isə ciddi təzyiqlərə məruz qalırlar:

Mənbə: teletype.in

“Vərəsəliyi qəbul etmək üçün qanunla müəyyən olmuş bir vaxt limiti var və bəzən qadınlar vərəsəlik hüquqlarının olduğundan gec xəbər tutduqlarına görə bu müddət ötmüş olur. Hüquqlarını müdafiə etmək istəyəndə isə ciddi təzyiqlərə məruz qalırlar. “Qadın xeylağının məhkəmələrdə nə işi var?”, “Utanmır, qardaşını məhkəməyə verir” və s. kimi qınaqlar onları haqlarından çəkindirir”.

Aygül Cəfərova deyir ki, bu qınaqların səbəbi də qadınlara qarşı ayrı-seçkilikdir. Onun sözlərinə görə, qadın və kişilər üçün bərabər miras hüquqlarını təşviq etmək istəyən siyasətçilər, vəkillər gender stereotiplərinə qarşı olmalıdır: 

“Ancaq təəssüf ki, əksi olur. Bir tərəfdən ayrı-seçkiliyi dəstəkləyən və təşviq edən çıxışlar etmək, digər tərəfdən də vərəsəlik hüququnun bərabərliyi haqqında danışmaq mümkün deyil. Bütün bunlar bir-birinə bağlı məsələlərdir. Vərəsəlik təcrübələrində gender qərəzi hansısa xüsusi bir ayrı-seçkilik növü deyil, ümumən gender stereotiplərindən qaynaqlanan bir qərəzdir. Ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş bütün strategiyalar dolayı yolla bu məsələnin də tənzimlənməsinə tövhə vermiş olur”. 

Başqa bir hüquqşunas Vəfa Rüstəmin sözlərinə görə, bu mövzu ilə bağlı xüsusi kampaniyalar keçirilməyib. Düzdür, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına üzvdür, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu sahədə çoxsaylı qərarlar çıxarıb. 

“Həmin presedent hüququ ölkədə birbaşa tətbiq qüvvəsinə malikdir. Hüquq mütəxəssisləri araşdırmalar etməklə və gender neytral qanun normalarından dolayı ayrı-seçkiliyin meydana çıxıb-çıxmadığını araşdırmaqla töhfə verə bilərlər”.

Vəfa Rüstəm də düşünür ki, bu sahədə ən faydalı iş maarifləndirmə və gender stereotipləri ilə mübarizədir. Bundan əlavə, media çox güclü rola malikdir: 

“Həmçinin məktəblərin təhsil proqramlarına gender, vərəsəlik hüququ ilə bağlı dərslər salına bilər. Dünya Bankının hesabatına görə, dünya ölkələrinin yalnız 30 faizində qadınlar və kişilər üçün bərabər vərəsəlik hüquqlarını təmin edən qanunlar var. Məsələn, Afrika, Asiya və Yaxın Şərqin bəzi hissələri də daxil olmaqla, bir çox regionlarda patriarxal normalar davam edir və bu, cinslər arasında mülkiyyət sahibliyində əhəmiyyətli fərqlərlə nəticələnir”.

Səudiyyə Ərəbistanı kimi bəzi ölkələrdə qadınlar mülkiyyət hüquqlarını, miras almaq imkanlarını məhdudlaşdıran, gender əsaslı bərabərsizlikləri gücləndirən hüquqi maneələrlə üzləşirlər. 

Bununla belə, dünyanın digər yerlərində vərəsəlikdə gender bərabərliyi istiqamətində nəzərəçarpacaq irəliləyişlər var. Məsələn, Norveç, İsveç və İslandiya kimi ölkələr qadın və kişilər üçün bərabər vərəsəlik hüquqlarını təmin etmək üçün hüquqi islahatlar həyata keçirib. Bununla kişi primogeniture və miras imtiyazları ilə bağlı ənənəvi anlayışlara meydan oxunub. 

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDGs), xüsusilə Məqsəd 5 (Gender Bərabərliyi) 2030-cu ilə qədər torpaq və digər mülkiyyət formaları üzərində mülkiyyət və nəzarətdə bərabər hüquqlara nail olmaq üçün hədəfləri əhatə edir. 

Bundan əlavə, BMT-nin Qadınları, Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Dünya Bankı kimi təşkilatlar gender əsaslı miras siyasətlərini inkişaf etdirməkdə ölkələrə dəstək olmaq üçün tədqiqatlar aparır və texniki yardım göstərir. 

Bütün bunlara baxmayaraq, qlobal miqyasda mülkiyyət hüquqlarında gender bərabərsizliyinin aradan qaldırılmasında əhəmiyyətli problemlər qalır. Mədəni normalar, hüquqi maneələr və ədalət mühakiməsinə məhdud çıxış dünyanın bir çox yerlərində qadınların varislik və əmlaka sahiblik məsələlərinə mane olur. 

Yazdı Selcan Hacı

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...

Mənim Yeni Tarix