“Mənim bədənim, mənim seçimim”

0

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu

Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib.

Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib.

Makron sosial şəbəkə hesabında parlamentin qərarını “Fransanın qüruru” adlandırıb. O, “Konstitusiya ilə təmin edilən yeni azadlığı qeyd etməyi” təklif edib. Həmçinin çıxışında qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günündən bəhs edib.

Makron tərəfindən qurulan “İntibah” partiyası ilk dəfə 2022-ci ildə qadınların istəmədikləri hamiləliyi dayandıra bilmə hüququnun təmin edilməsini təklif edib.

Fransanın Baş naziri Qabriel Attal dəyişiklikləri “tarixdə qalacaq fundamental addım” adlandırıb. Qərar paytaxt Parisdə coşqu ilə qarşılanıb.

Eyfel qülləsində səsvermənin nəticəsi nəhəng ekranda göstərilib. Burda “MyBodyMyChoice” (mənim bədənim, mənim seçimim) şüarı nümayiş etdirilib. Parisin mərkəzində toplaşan qruplar, həmçinin, abort hüquqları müdafiəçiləri bu qərarı alqışlarla qarşılayıb.

Aborta etiraz edən qruplar, ən başda Vatikan “bir insan digərinin həyatına son verə bilməz” – deyə, qərara etiraz edən bəyanat yayıb.

Vatikan həmçinin bütün hökumətlərə müraciət edərək onları tarixin bu mərhələsində insan həyatının qorunmasını prioritet məsələyə çevirməyə səsləyib.

Sorğu nəticələri göstərir ki, fransızların təxminən 80 faizi abortun qanuni olmasını dəstəkləyir.

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix