“Uzaq”

0

“Heç xatırlaya bilmirəm ki, evimizdə nə baş vermişdi. Hər halda, hər ailədə olan söz-söhbət, dava olurdu. Amma anamın o zaman çıxıb getməsi məndə ciddi travma kimi iz buraxmışdı”, Jalə danışır.

Jalə Haşımovanın 27 yaşı var, Bakıda müxtəlif tədbirlərin təşkilatçısı kimi çalışır.  Əyləncəni, dostları və ailəsini sevir. Amma özünün dediyi kimi, “uzaq”dan hər şey onun üçün daha yaxşı və rahat görünür.

Jalə deyir, uşaqlıqdakı travmaları onun həyatına, səhv addım atmasına və müəyyən məqamlarda özgüvəninə təsir edib. O, kiçik yaşlarında şahidi olduğu aildəki mübahisələr və anasının evdən getmə qorxusuyla bağlı uzun müddət sarsıntı keçirib. Dostları, ailəsi, ətrafı onun üçün dəyərli olsa da o, sıx ünsiyyət və yaxın münasibətlərdən uzaq qalmağı daha üstün tutub. Bütün bunları isə Jalə, tərkedilmək qorxusu ilə bağlayır.

“Mən uşaqlıqdan introvertəm. Uşaqlıqda məni sıxacaq bir şey baş versə də, bunu heç kimlə paylaşmırdım. Elə vaxt olur, depressiyada olursan, mənəvi əziyyət çəkirsən. O zaman onu da yaşamaq lazımdır, sıxmamalısan özünü. Düşünürəm ki, insan “sıfıra” düşməlidir ki, sonra yenidən ayağa qalxa bilsin. Səni narahat edən nələr varsa, onun üzərinə getməlisən, lap uşaqlıqda başına gələn hadisə olsa belə. Ondan sonra davam etmək daha asan olur”.

Jalə, hazırda bütün yaşadıqlarına bir təcrübə kimi baxır.  Onun fikrincə, insanlar keçmişdə, uşaqlıqda olanları travma kimi görsələr, bundan xilas ola bilməyəcəklər və bu durum onları bütün həyatları boyu izləyəcək. Jalə deyir ki, bu müddət ərzində o, öz üzərində işləyə bilməyi bacarıb və həyatını dəyişməyə nail olub.

Jalə onu da qeyd edir ki, həyata baxışı və özü ilə bağlı fikirlərinin formalaşmasında onun ətrafla sosiallaşması da rol oynayıb. Amma o, buna da bir təcrübə kimi baxır, əslində isə öz komfort zonasında özünü daha rahat hiss etdiyini bildirir: “Mən indi həyatımı istədiyim kimi yaşayıram. Özümü olduğum kimi qəbul edirəm, özümü tanıyıram. Bilirəm ki, insanlar məni olduğum kimi sevirlər”.



Ekspert-psixoloq Cəmilə Rəhimli deyir ki, uşağın şəxsiyyətinin formalaşmasında mikro mühitin – ailənin rolu böyükdür: “Uşaqlar dünyanı valideynlərinin gözləri ilə görür və dərk edirlər”

“Uşağın inkişafına, şəxsiyyətin formalaşmasına bir çox faktorlar təsir edir. Ailə mikro mühit təsiridir, uşağı əhatə edən digər mühitlər də onun formalaşmasına təsir edir. Bağça, məktəb, qonşu, eşitdiyi xəbər, baxdığı film və s. Amma təbii ki, ən təsirlisi mikro mühitdir – dünyanı tanıdığı yer onun ailəsi olduğu üçün valideynlərin bir-birinə qarşı və uşağa olan münasibəti böyük rol oynayır. İstənilən sosial mühitdə uşağın özünə qarşı olmasa da, gözünün önündə başqalarının bir-birinə qarşı olan münasibəti da ona təsir edir”.

Ekspertin fikrincə, uşağı travmatik hadisələrdən bütövlükdə qorumaq da qeyri-mümkündür,  amma valideyn tərəfindən yetərli dəstək olarsa, mənfi təsirləri minimuma endirmək mümkündür.

Ekspert, müşahidələrinə əsaslanaraq bildirir ki, ümumilikdə, ailədəki uşağın tərbiyəsi səhvsiz olmur və hər insan formalaşdığı mühitdə xoş olmayan təcrübəylə rastlaşır. Onun fikrincə, önəmli olan travmatik təcrübə yaşayan şəxs, öz valideynləri ilə yaşanılanları müzakirə etməklə mənfi təsirləri minimuma endirməsidir.

Psixoloq Cəmilə Rəhimlinin fikrincə, psixologiya son bir neçə onillik ərzində çox inkişaf edib. Əvvəlki dövrlərlə müqayisədə, hazırda valideynlərin maariflənməsi üçün vasitələr daha əlçatımlıdır:

“Pedaqogikada, uşağın inkişafında irəliləyiş artıq valideynlərin uşaqlara münasibətinə də köçürülüb. Maariflənmənin əhatəsi hazırda daha genişdir, buraya həm KİV, həm kitabların sayı, həm də onların əlçatımlılığı daxildir. İndi düzgün maarifləndirmə aparan blogger analar da var.  Amma bu da yerinə cə məkanına görə dəyişir. Əlbəttə, sosial-iqtisadi səviyyənin daha yüksək olduğu ölkələrdə məlumatın çatdırılması da daha yüksək səviyyədə olur”.

Cəmilə Rəhimli bildirir ki, əgər bütün cəmiyyət səviyyəsində, kollektiv şəkildə uşaqlara dəstək göstərilərsə, bu kimi problemləri həll etmək daha asan olar. Onun sözlərinə görə, bunun üçün dövlətin dəstəyi də önəm daşıyır: “Orta təhsil məktəblərində hər yaş və inkişaf dövrünə uyğun olaraq keyfiyyətli psixoloq dəstəyi olmalıdır. Məktəbdə çalışan müəllimlərə də psixoloji təhislin verilməsinə ehtiyac var”.

Uşaqlara dəstək üçün onların birbaşa (bilavasitə zərərkçəkmiş özü, yaxınları, yaxud hadisə şahidləri həmin nömrələrdən əlaqə saxlaya bilərlər) müraciət edə biləcəyi xüsusi qaynar xəttlər fəaliyyət göstərir. Bu xidmət vasitəsi ilə onlar psixoloji dəstək ala bilərlər:

“Uşaq Qaynar Xətt Xidməti”  onlayn portalında canlı çat vasitəsi ilə əlaqə.

Günün istənilən vaxtı telefonla əlaqə saxlamaq üçün:

  • Şəhər nömrəsindən: 116111  
  • Mobil nömrədən: (051) 880 22 80
  • (051) 880 11 80
  • (050) 680 22 80
  • (051) 580 22 80

Hazırladı Gülər Abbasova

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Seçdiyin, yoxsa sənə yaraşdırılan peşə? 

Zirvələri fəth edən qadının hekayəsi  Azərbaycan cəmiyyətində insanlara cinsindən asılı olaraq peşə yaraşdırmaq adi haldır. Məsələn, mühəndis, arxitektor, sürücü, pilot, alpinist kimi peşələr kişilərə, həkim, müəllim, tibb bacısı kimi peşələr isə qadınlara uyğun görülür. “Qız uşağısan”, “sən kişisən”, – ifadələrilə başlanan cümlələrin sonu şəxsi həyata, arzulara, istəklərə müdaxilə ilə bitir.  Götürək alpinizmi – Azərbaycanda qadınların...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Mənim Yeni Tarix