Uşaqlıq boynu xərçəngindən necə qorunmaq olar? 

0

Həkim deyir ki, yaşı 25-dən yuxarı hər qadın üç ildənbir pap smear testi verməlidir

“Femmekan”ın budəfəki mövzusu qadınlar arasında yayılan uşaqlıq boynu xərçəngidir. Araşdırmalar zamanı müəyyən edilib ki, uşaqlıq boynu xəstəliklərinə səbəb olan virusların daşıyıcısı kişilərdir.

Xəstəliyin yaranma səbəblərindən, tez xəbər tutmanın yollarından, qarşısının vaxtında alınmasından danışacağıq.

Cəmiyyətdə maarifləndirmənin aşağı səviyyədə olması səbəbindən çoxu bu haqda bilgisizdir.

Rəqəmlər deyir ki…

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda xərçəng diaqnozu qoyulanların 53 faizi qadınlar olub.

Milli Onkologiya Mərkəzinin statistikasına əsasən, qadın reproduktiv orqanları xəstəlikləri arasında birinci yerdə uşaqlıq boynu xərçəngi gəlir. 2021-ci ilin yekunlarında qeyd olunur ki, dünyada 600 mindən çox belə xəstə, 330 mindən çox ölüm sayı var. 

Azərbaycanda 2021-ci ildə 466 nəfərə uşaqlıq boynu xərçəngi diaqnozu qoyulub. Onlarda 270-i il boyu həyatını itirib.

Nədir uşaqlıq boynu xərçəngi? 

Uşaqlıq boynu xərçəngi uşaqlıq boynunun hüceyrələrində, vaginaya birləşən uşaqlığın aşağı hissəsində meydana gələn xərçəng növüdür. Təsdiqlənmiş məlumatlara görə, uşaqlıq boynu xərçənginə daha çox cinsi yolla keçən infeksiya olan papilloma virusu səbəb olur.

Azərbaycan Qafqaz regionunda yeganə ölkədir ki, uşaqlıq boynu xərçənginin müalicəsi dövlət səviyyəsində aparılmır.

Həmçinin süd vəzi və digər onkoloji xəstəliklərə nisbətən uşaqlıq boynu xərçəngi ilə bağlı məlumatlandırma daha aşağı səviyyədədir.

Xəstəliyin müalicəsində vaxt önəmlidir

36 yaşlı Nigar Abdullayeva xərçəng xəstəsi olduğunu, ötən il təsadüfən öyrənib. Ginekoloqu onu müayinə edəndən sonra uşaqlıq boynu xərçəngi diaqnozu qoyub.

 “Heç bir ağrı hiss etmirdim, buna görə də həkimin yanlış diaqnoz qoyduğunu düşündüm. Həyat yoldaşım və qaynanam da inandırdı ki, həkim əlavə müayinə və dərmanlardan faiz qazanmaq istəyir, buna görə də məni qorxutmağa çalışıb. Beləliklə, xəstəliyimin müalicəsində bir neçə ay vaxt itirdim”, – Nigar deyir.

“Həkimə ehtiyacımız olanda mollaya, mollaya ehtiyacımız olanda həkimə gedirik”

Onun deməsinə görə, onda xərçəng xəstəliyinə qarşı xüsusi bir xof var. Odur ki, internetdən uşaqlıq boynu xərçənginin əlamətlərini araşdırmaq istəməyib. Qanaxmalar başlayandan sonra həkimə təkrar müraciət etməyə məcbur qalıb. Nigar həkimə gec müraciət etdiyi üçün təəssüflənir: “Təəssüf ki, həkimə ehtiyacımız olanda mollaya, mollaya ehtiyacımız olanda həkimə gedirik. Ali təhsilli olsam da, xərçəng xofu ilə ginekoloquma inanmamağı seçdim. Təəssüf ki, buna bir az da həyat yoldaşım və qaynanam səbəb oldu”. 

“İldə bir dəfə müayinə olunanların sayı çox aşağıdır”

48 yaşlı Qənirə Məmmədova isə özü ixtisasca həkimdir. Ötən il uşaqlıq boynu xərçənginə yoluxduğunu öyrənib və müalicələrə başlayıb. Qənirə Məmmədova deyir ki, Azərbaycanda məcburi müayinələr istisna olmaqla, ildə ən azı bir dəfə müayinə olunanların sayı çox aşağıdır. Əksəriyyət yalnız ağrı baş verdikdə, yaxud təcili hallarda həkimə müraciət edir. Buna görə də, xüsusilə onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanma faizi cüzidir. Çoxu xərçəngi müalicəolunmaz, sağalmaz xəstəlik hesab edir. Halbuki xəstəlik erkən aşkarlandıqda müalicə və yaşama şansı yüksəlir.

“Həkim kimi deyil, xəstə kimi uşaqlıq boynu xərçəngi ilə bağlı az qala bütün məlumatları oxudum. Təəssüf ki, ötən il uşaqlıq boynu xərçəngi ilə bağlı statistika əvvəlki ilə nisbətən artıb”.

Tibb Universitetinin onkologiya kafedrasının müəllimi, onko-ginekoloq Nabat Aşurova “Femmekan”-a bildirib ki, Azərbaycanda ginekoloji xərçənglərdən süd vəzi xərçəngi ilk yerdədir, lakin uşaqlıq boynu xərçəngi ilə bağlı vəziyyət də ürəkaçan deyil. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da statistika artmaqla yanaşı, həm də cavanlaşıb.

Statistika cavanlaşıb

Həkimin sözlərinə görə, xərçəng nə qədər cavan yaşda rast gəlinirsə, aqressiv olma ehtimalı bir o qədər yüksəlir:

 “Papilloma virusunun uşaqlıq boynu xərçənginin yaranmasında rolu artıq təsdiqlənib. Həmçinin urbanizasiya, stabil olmayan cinsi həyat da bu xərçəngin yaranmasının səbəbləri sırasındadır. Problem ondadır ki, qadınlar vaxtlı-vaxtında müayinə olunmurlar, hələ də tibbi savad aşağı səviyyədədir”, – Nabat Aşurova bildirib.

Həkim təəssüflənir ki, insanlar ən yaxşı halda aptekdə satıcılardan məsləhət alırlar. “Xalasının qonşusu”, “dayısının yaxını” və daha kimlər tibbi məsləhət verirlər. Halbuki uşaqlıq boynu xərçəngi digər növlərə nisbətən çox asan aşkarlanan xəstəlikdir:

“Hər bir şəxs öz orqanizminə qarşı diqqətli olmalıdır. Məsələn, yumurtalıq xərçəngi əksər hallarda özünü biruzə vermir. Yəni çox hallarda gec müraciət etməyin səbəbləri odur ki, qanaxma vermir, ağrı olmur. Buna görə də, xəstələr 3-cü, 4-cü mərhələdə müraciət edirlər. Amma uşaqlıq boynu xərçəngi özünü çox biruzə verən, klinikası zəngin olan xəstəlikdir”. 

“40 yaşından yuxarı qadınlarda bu xəstəlik adi hal alıb”

Həkimin sözlərinə görə, uşaqlıq yolundan ifrazat, ağrılar, cinsi əlaqədən sonra yaranan qanaxmalar, ara qanaxmalar kimi əlamətlər uşaqlıq boynu xərçəngi üçün şübhələrdir. Amma bu əlamətlər olmadan da ildə iki, heç olmasa bir dəfə ginekoloji müayinədən keçmək lazımdır ki, xəstəliyi erkən aşkarlayıb qarşısını almaq mümkün olsun:

 “Adətən əvvəllər uşaqlıq boynu xərçəngini 50 yaşından yuxarı qadınlarda müşahidə edirdik. İndi 20 yaşından yuxarı qadınlarda da bu xəstəlik qeydə alınır. Gənc qadınlarda uşaqlıq boynu xərçəngi aşkarlandıqda onların ana olma ehtimalı da sual altında qalır. Ümumilikdə isə 40 yaşından yuxarı qadınlarda bu xəstəlik adi hal alıb”.

“Üç ildənbir tarama deyilən klinik, pap smear testi verilməlidir”

Onko-ginekoloqun sözlərinə görə, müasir müalicə üsulları ölüm faizini bir qədər azalda bilib. Amma uşaqlıq boynu xərçəngi müalicəyə yaxşı tabe olan xəstəlik deyil. Yalnız erkən mərhələdə aşkarlandıqda tam sağalma mümkündür. Həkim hesab edir ki, uşaqlıq boynu xərçəngi skrinninq, tarama etməklə, aydınlaşdırmaqla xəstəliyin qarşısını almaq olar. Xanımlardan tələb olunan yalnız ginekoloji müayinələrə gedib, adi güzgü ilə baxdırıb, üç ildənbir tarama deyilən klinik, pap smear testi vermələridir. 

Həkim deyir ki, 30 yaşdan yuxarı qadınlar isə əlavə HPV testlərini etdirməlidir.

Testlər və qiymətləri

Azərbaycanda özəl klinikaların əksəriyyətində pap smear testi aparılır. Qiymət 30-60 manat arası dəyişir. Pap smear testi sadə və ağrısızdır. Test mensturasiya zamanı edilməməlidir. Ən yaxşı vaxt menstruasiyadan 10-20 gün sonrasıdır.

Əvvəlcə uşaqlıq boynunun rahat görülməyi üçün vaginaya müayinə aləti yerləşdirilir. Daha sonra kiçik bir fırça ilə uşaqlıq boynundan hüceyrə nümunələri yığılır və bu hüceyrələr şüşə üzərinə yayılır. Götürülmüş hüceyrələr patoloq tərəfindən mikroskop altında müayinə edilərək hər hansı bir anormal inkişafın var olub-olmadığı yoxlanılır. Testin məqsədi xərçəngi aşkarlamaqla bərabər, xərçəngə çevrilmə potensialı olan və müalicə ediləbilən “prekanseröz” lezyonların aşkar edilməsidir. Nəticələr müsbət olduğu hallarda (yəni anormal hüceyrələr aşkar edildiyi zaman) həkim HPV testi vəya kolposkopiya edilməsini tələb edə bilər. Pap smear testi edəcəyiniz gündən əvvəl, 48 saat ərzində cinsi əlaqədə olmamalı, vagina yuyulmamalı, vaginanın içərisinə heç bir dərman və ya krem ​​tətbiq edilməməlidir.

Uşaqlıq boynu xərçənginin skrininqi üçün həyata keçirilən digər testlərdən biri olan HPV isə 5 ildən bir həyata keçirilir.

HPV peyvəndi 

Dünyada hər il 250 min qadın uşaqlıq boynu xərçəngindən həyatını itirir. Təxminən 10 il əvvələ qədər bu virusdan qorunmaq üçün heç bir vasitə olmayıb. Lakin araşdırmalar nəticəsində HPV infeksiyasından yəni uşaqlıq boynu xərçəngindən qorunmanın mövcud olduğu müəyyən edilib. Xəstəlikdən qorunmaq üçün HPV peyvəndi tövsiyə edilir.

HPV peyvəndi virusun növlərinə görə fərqlənir. Bunlar 2-li, 4-lü və 8-li olmaqla 3 doza şəklində tətbiq olunur. HPV peyvəndi həm qızlarda, həm də oğlanlarda 11-12 yaş arasında, qadınlarda isə yaş həddi olmadan tətbiq oluna bilər.

Hazırda 3 fərqli qoruyucu HPV peyvəndi istifadə olunur. Bunlardan birincisi; ən çox uşaqlıq boynu xərçənginə səbəb olan yalnız iki HPV növünə qarşı qorunma təmin edən ikiqat peyvənddir.

Avstraliya, Kanada, Portuqaliya, Norveç, Finlandiya, Danimarka kimi inkişaf etmiş ölkələrdə məktəblərdə bu peyvəndlər pulsuz edilir. 

Nabat Aşurova deyir ki, ümumiyyətlə, orta məktəblərin yuxarı siniflərində dərsliklərə ümumi gigiyenanın əsasları ilə bağlı mövzular salınmalıdır.

Yazdı Nazlı

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...

Mənim Yeni Tarix