Uğurlu kişinin arxasında duran qadın: o, xeyirxah seksizm qurbanıdır

0

Azərbaycan kimi mentallığa xüsusi qiymət verən cəmiyyət və  millətlərdə ana-bacı müqəddəsliyini danmaq mümkün deyil. Bizim üçün (elə dünyanın bir çox yerlərində də) qadın, ilk növbədə anadır. O, zərif məxluqdur; şübhəsiz və qeyd-şərtsiz buna görə ona hörmət edilməli, kənardan gələn potensial təhlükələrə qarşı qorunmalıdır. Onun saflığı, incəliyi və həssaslığı bu dünyadakı pisliklər içində itib-bata bilər, ona görə onun sosial həyatına bir qədər sərhəd qoymaq da önəmli addımlardan biridir.

Bu cümlələrdən hər hansısa biri sizə tanışdırsa, demək, siz artıq xeyirxah seksizmin nə olduğunu bilirsiniz və ya buna məruz qalmısınız.

Dəyərli modernist və feminist Vircinia Vulf çox məşhur “Özünə aid bir otaq” əsərinə bu misraları həkk edib: “Əgər qadınlar mövcud olmasaydı, kişilər tərəfindən yazılmış bədii bir əsərdə o, həm çox təvazökar və kobud, güclü və aciz, hədsiz dərəcədə gözəl və təəccüblü dərəcədə çirkin təsvir olunardı”.

Son dövrlərdə cəmiyyətdə baş verən dəyişikliklərlə bərabər, “seksizm” sözü ilə yaxından tanış olmağa başlamışıq. Lakin burada seksizm ayrıca bir funksiya daşımır. Həmin anlayışı bu dərəcədə önəmli edən, onu önəmsəməyə səbəb olan nədir?

Yaşadıqlarımız nədən ibarətdir?

Seksizm, ümumiyyətlə, qadınları təcrid edən konseptual bir anlayış kimi qəbul olunur. Bu fikir, seksizmin əhəmiyyətini unutmağımıza səbəb olur: cinsiyyətçi (seksist) əməllər və ya ifadələr seksist antipatiya yaratmaqla yanaşı, qadınlara qarşı müsbət və pozitiv yanaşmaların əmələ gəlməsinə də kömək edə bilir. 

Seksizmin hansı növləri mövcuddur?

Seksizmi iki əsas qola bölmək mümkündür: pisniyyətli (açıq) cinsiyyətçilik və xeyirxah cinsiyyətçilik. Əslində pisniyyətli seksizmlə bağlı danışılacaq çox şey yoxdur. İş mühitində, sosial həyatda bunu yaşayan, kişilər tərəfindən təcrid olunan, cəmiyyətdən ayrı düşmək məcburiyyətində qalan bir çox qadın var. Bəzən bu seksist yanaşmalar, günlərlə, aylarla təkrarlanır.

Xeyirxah seksizm isə qadınları stereotipik və məhdud rollara uyğunlaşdırmaq üçün emosional və subyektiv yanaşma ilə onları “qoruyan” növdür.

Qutentaq və Sekord (1983) tərəfindən toplanan mədəni və tarixi dəlillər göstərir ki, patriarxal cəmiyyətlərdə qadınların dyadik (ikili münasibətlər) gücü müəyyən sosial ideologiyada əks olunur: qadınlara qarşı qoruyucu davranmaq, onların “həyat yoldaşı” və “ana” roluna, daha doğrusu, öhdəliklərinə xüsusi hörmət və s.

Qadınların romantik partnyor kimi ideallaşdırılması ilə yanaşı, bu sadalananlar, xeyirxah seksizmi xarakterizə edən yanaşmalardır.

Peter Qlik və Suzan T. Fizk düşünür ki, pisniyyətli və xeyirxah seksizmin kökləri insan qrupları üçün ümumiləşən bioloji və sosial şərtlərdən qaynaqlanır: “Xeyirxah cinsiyyətçilik qadınlara qarşı subyektiv və müsbət fikir irəli sürsə də bu növ, pisniyyətli seksizm ilə bəzi dəyərləri bölüşür. Belə ki, hər iki anlayışa görə, qadınlar zərif məxluqlardır və onların sosial həyatında məhdudlaşmaların olması labüddür. Əslində, həm açıq, həm də xeyirxah seksizm kişilərin struktur gücünü əsaslandırmağa xidmət edir.  Bu da öz növbəsində qadınların iqtisadi, hüquqi və siyasi qurumlar üzərində hakimiyyəti ələ almalarını yararsız kimi xarakterizə edir”.

Xeyirxah cinsiyyətçilik pisniyyətli seksizmin bir növ kompensasiya açarıdır: “Mən qadınlara pis gözlə baxmıram, onları əzmirəm, əksinə, onları təhlükədən qorumaq istəyirəm”.

Bənzərlikləri və kəskin fərqləri ilə xeyirxah və pisniyyətli seksizmi 3 əsas komponentə bölmək mümkündür: paternalizm, cinsi fərqlilik və heteroseksuallıq.

Paternalizm – Dominativ paternalizmin tərəfdarları qadınları tam yetkin şəxsiyyət kimi görməməklə, ata-anaya haqq qazandıraraq, üstün bir kişi fiquruna ehtiyacını vurğulayırlar. Beləliklə, qadınlar sevilməli, əzizlənməli və qorunmalıdırlar. Onların “zəiflikləri” kişilərin qoruyucu, “evə çörək gətirən”, “evin yıxılmaz dirəyi” rolunu yerinə yetirməsinə imkan verir. Araşdırmalar bunu göstərir ki, bir çox heteroseksual münasibətdə hər iki tərəf bu fikir əsasında qarşılıqlı razılaşma əldə ediblər: qadın evdə oturub uşaqlarının anası olmalı, kişisinə qulluq etməli və xarici mühitlə əlaqəsini kəsərək özünü məişət qayğılarına həsr etməli, kişi isə sosial, iqtisadi və siyasi həyatda aktiv olmaqla yanaşı, evdən kənarda pul qazanmalı və həyat yoldaşını qorumalı, maddi cəhətdən də təmin etməlidir.

Qoruyucu paternalizm, evin qazananı və qoruyucusu olan ənənəvi kişi cinsi rolunda, qadının iqtisadi və sosial vəziyyətini stabil saxlamaq üçün ərindən asılı olması ilə özünü göstərir. O, dominativ paternalizm qədər radikal deyil, lakin yenə də əsas şərti “öz qadınını, namusunu və şərəfini” qorumaqdır.

Cinsi fərqlilik – Dominativ paternalizm kimi, rəqabətli cinsiyyət fərqliliyi də kişi strukturu üçün sosial əsas verir. Burada yalnız kişilər vacib sosial institutları idarə etmək üçün lazım olan xüsusiyyətlərə sahib olaraq qəbul edilir. Çünki “onlar fiziki olaraq qadınlardan daha güclüdürlər və əlbəttə ki, qadınların bacara bilmədiyi şeyləri kişilər asanlıqla edə bilər, çünki yaradılış belə qurulub”.

Heteroseksuallıq – Heteroseksuallıq, şübhəsiz ki, kişilərin qadınlara qarşı ikiüzlülüyünün ən güclü nümunələrindən biridir. Heteroseksual romantik əlaqələr kişilər (və qadınlar) tərəfindən həyatın ən xoşbəxt hadisəsi kimi xarakterizə olunur (bax: Berscheid & Peplau, 1983; Brehm, 1992). Bu münasibətlər, ümumiyyətlə, kişilərin psixoloji cəhətdən ən yaxın və doğma əlaqələri olaraq qəbul olunur (Berscheid və digərləri, 1989). 

Kişilərin qadınlara qarşı cinsi motivasiyası, psixoloji yaxınlıq istəyi (heteroseksual yaxınlıq) ilə əlaqələndirilə bilər. Ən yaxşı halda heteroseksual münasibətlər eyforik və intim duyğuların qaynağı olsa da (Hatfild, 1988), kişi ilə qadın arasındakı romantik münasibətlər də qadınlara qarşı şiddət təhlükəsi yaradır (Unger & Crauford, 1992). 

Qadınların kişilər üzərində üstünlük əldə etmək üçün cinsi cazibəsini istifadə etdikləri inancı, qadınlara qarşı yayılan növbəti pisniyyətli seksist yanaşmadır (Çek, Malamut, Eliaz və Barton, 1985). 

Barq və Raymond (1995), Pryor, Giedd və Vilyams (1995) araşdırmaları göstərir ki, bəzi kişilər üçün qadınlara qarşı cinsi istək, əslində, onları “öz qanadları altına almaq”la əlaqəlidir. Yəni burada – kişi öz şüuraltısında münasibət yox, sadəcə kiminsə üzərində hökmranlıq qurmaq istəyir.

Xeyirxah seksizmə məruz qaldığımızı necə anlaya bilərik?

“The Guardian” tərəfindən paylaşılmış “Xeyirxah seksizm: qadınların inkişafına əngəl olan əsas maneə (Benevolent sexism: the real barrier holding women back)” məqaləsində bu növ cinsiyyətçiliyin zahirən pozitiv və dəstəkçi olduğu qeyd olunur. Qadınların kişilərdən daha xeyirxah, daha əxlaqlı, daha ədalətli, daha tərbiyəli və ümumiyyətlə, daha fəzilətli olduğu inancı zahirən, əlbəttə, gözəl səslənir.

Əslində, bu xeyirxah stereotiplərin özü bərabərsizliyi yaradır və dolayı yolla həm qadınları incidir, həm də onların inkişafına mane olur. 

İstər “zərif xanım”, istərsə də “uğurlu kişinin arxasında dayanan qadın” ifadəsi onu hər zaman qorunmalı olan varlığa çevirir. “Qadın, kişini sakitləşdirən və təbiətcə ecazkar, zərif bir məxluq olaraq cəmiyyət içində daim qorunmağa ehtiyac duyur”.

Əslində, bu xeyirxah stereotiplər bərabərsizliyi dəstəklədiyi üçün qadınları daha çox incidir və onların yollarında saysız maneələr yaradır. Qadın, istər “zərif xanım”, istər “kişinin arxasında dayanan qadın”, ya da sadəcə kişiləri sakitləşdirəcək bir qüvvəyə malik olsa da bu “təbii” xeyirxahlıq, məhz elə patriarxal stereotipləri özündə qoruyub saxlayır. Məhz elə bu səbəbə görə də onları cinsindən asılı olmayaraq yaşaylb-yaratmaq, istədikləri sahələrdə çalışmaqdan kənara salır.

Məqalədə o da qeyd olunur ki, iş yerində həm pisniyyətli, həm də xeyirxah seksizm qadınların potensiallarını qiymətləndirməkdə maneə yaradır. Beləliklə də patriarxal dəyərlərə xələl gətirən, 19-cu əsr qadının yeri ilə bağlı fikirləri gücləndirmək, dar bir ictimai fikri əbədiləşdirilməklə qadınların töhfə vermək və liderlik etmək imkanları əngəllənir.

Xatırlayırsınızsa, Femmekanın 6-cı “Qadınların texnologiyada yeri varmı?” adlı podkastda müsahiblərimizdən olan Aytac Dadaşova bu mövzuya toxunmuşdu: “Texnologiyada qadınların yeri” kimi bir anlayışı qeyd etməyə ehtiyac yoxdur: Bu, fərdə görə dəyişən məsələdir. Xüsusilə, zehni bilik və bacarıqların önəm kəsb etdiyi İT sahəsində insan zehninə, bilik-bacarıqlarına görə fərqlənir. Qadınlarımızın bəylərimizdən fərqli yer tutduqlarını düşünmürəm. Və ümumiyyətlə, belə fərq qoymaq, xanımları vurğulamaq onları bu sahədə geri salacaq. Hər iki cinsə eyni gözlə baxılsa və eyni qədər dəyər verilsə, bu sektorda qadınlar önə gedə bilərlər”. 

Geniş müzakirəyə səbəb olan millət vəkili Jalə Əhmədovanın fikirləri buna misal ola bilər: “Öncə kişi, sonra qadın gəlməlidir. Allah elə yaradıb. Biz – zərif cinsin nümayəndələrinin hansısa kişi ilə fiziki gücü bir ola bilər? Əlbəttə, xeyr! Bu, artıq cavabdır. Mənim feminist mövzusunda azərbaycanlı xanım olaraq fikrim sərt, radikaldır. Biz belə gömüşük. İş yerləri, seçki hüququ məsələlərində əlbəttə ki, bərabərlikdir. Buna baxmayaraq, feminist xanımların dediyi kimi, kişilərimizin itəliyib sıradan çıxarmaq, feminizmliyə üstünlük vermək heç də yaxşı şeyə gətirib çıxarmaz. Elə yerdə ruzi, bərəkət, hüzur olmaz”.

Cümlədə keçən “zərif cinsin nümayəndələri” sözünün özü də xeyirxah seksizm nümunəsidir.

İstənilən yerdə – qolf meydançasında, idarə heyətində və kənarda – irqçilik kimi, seksizmlə də mübarizə aparmaq hər kəs üçün önəmli olmalıdır: “Nəticədə, seksizmi yalnız kişilər, irqçiliyi isə yalnız ağdərili insanlar sonlandıra bilər.”

Hazırladı Pəri Abbaslı

Mənbə

The Ambivalent Sexism Inventory: Differentiating Hostile and Benevolent Sexism (Peter Glick, Susan T. Fiske, 1996)
The Guardian: Benevolent sexism: the real barrier holding women back
The Guardian: Feminism’s misdirected targets (Jennifer Abel)

İllüstrasiya

D’Ara Nazaryan, Shutterstock
Maria Ponomariova, Getty Images

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | Korporativ mühitdə qadınlar & qadın liderlər

“Femmekan”ın növbəti podkast epizodunda hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz korporativ mühitdə qadınların yaşadığı çətinliklər, üzləşdiyi diskriminasiyalardır.  Sizə təkrar gələ bilər, lakin təəssüf ki, hələ də iş mühitində problem yaşayan qadınlar barədə müxtəlif hekayələr eşidə bilirik. Yəni hələ də bu sahədə problemlər var. Qadınlar iş mühitində hansı problemlərlə üzləşirlər və bu diskriminasiyalar nədən ibarətdir?...

Transgenderlərin idman yarışlarında iştirakı

Yarış: güclə, yoxsa hisslərlə qazanılır?  LGBTQI+ vətəndaş Şəbnəm Zamanlı orta məktəbin beşinci sinfindən qaçış idman növü ilə məşğul olub. Altıncı sinifdə yaşadığı rayonda qaçış birincisi olub. İdmanla məşğul olduğu sonrakı doqquz ildə də dəfələrlə rayon, bölgə yarışlarında birinciliyi qazanıb, ölkə üzrə üçüncü yerə çıxıb.  Deyir, 22 yaşında görünüşü ilə bağlı dəyişimə başlayandan sonra idman aləmindən...

Ədəbiyyatdakı, dərsliklərdəki qadın obrazları 

Onlar necə təsvir edilib?  Azərbaycan cəmiyyətində qadının üzərinə böyük yük düşdüyü ilə bağlı fikirləri az qala hər gün eşidirik.   Yaxşı, “qadın anadır” yaxud “gələcəyin anasıdır”, “filankəsin bacısıdır”, “həyat yoldaşıdır” və s. kimi fikirlər necə formalaşır?  Qadınların şiddətə məruz qalması, öldürülməsi ilə bağlı xəbərlər daha çoxdur. Onların iqtisadi azadlıqları, təhsil imkanları qısıtlanır. “Qadın hüquqları” anlayışının...

Qadın azarkeşlər: idman sevgisini sübut etmək məcburiyyəti

Qadın azarkeşlərin bitmək bilməz sorğusu Kanada Yayım Korporasiyasında bir neçə gün əvvəl paylaşılmış köşə yazısının başlığı belə idi: “Qadın azarkeşlərin də idmandan başı çıxır, bizə layiq olduğumuz hörməti göstərin”. Feminist diskurs qadınların təşkilatlanması, siyasi, mədəni və sosial diskursda iştirakı ilə bağlı tələblər irəli qaldırsa da, qadınların hətta azarkeş kimi cəmiyyətdə qəbulunda da problemlər və diskriminasiyaların...

FEMSÖHBƏTLƏR | Qadınlar kişilərdən daha emosionaldır?

Emosiyaların səbəbini cinslərdə axtarmaq patriarxal cəmiyyətin buraxdığı izlərdən biridir. Qadınların böyümə çağlarında ətrafa qarşı güvənsizliyinin artması, yaxud ailə tərəfindən bu güvənsizliyin aşılanması ilə yaranan müəyyən emosiyalar yetkinlik dövrlərində “çox emosionalsan” adı altında bir tənqid kimi onlarla üzləşməyə başlayır. Femsöhbətlər podkastının bu dəfəki epizodunda mövzumuz məhz budur. Qadınlar kişilərdən daha emosionaldır? Bu mif bizim həyatımıza niyə...

Mənim Yeni Tarix