Təkbaşına səyahət edən qadın: nələrə fikir verməli? 

3

“Əfşan”ın yazarı İradə Qədirova təcrübəsini bölüşür

“Arzusu olan, nə etmək istədiyini bilən qadın yolu sonunadək getməlidir. Həmin çətin yollardan tanıdığım, tapdığım bir İradə var”.  

Səyyah İradə Qədirovanın sözləridir. Tək səyahət edən səyyah yollarda gördükləri barəsində iki – “Əfşan” və “Eşqin izi ilə – Səfərnamə” – kitablarını yazıb. 

“Femmekan”la təkbaşına səyahət, gəzdiyi ölkələrdə başına gələnlər və Azərbaycanda doğulub, qadın səyyah olmaq barəsindəki təcrübələrini bölüşüb. 

Deyir, onun ailəsi də əksər Azərbaycan ailələri kimi qadının təkbaşına səyahətini dəstəkləməyib. Lakin o, zamanla bütün divarları yıxmağı və arzularının arxasınca getməyi bacarıb. 

“Ailəmin hər dediyi ilə oturub-dursaydım, bugünkü İradə Qədirova olmayacaqdı”, – söhbətə davam edir. 

İradə Qədirovanın şəxsi arxivindən

“Fərqli mədəniyyətləri kəşf edəcək, barələrində yazacaqdım”

İradə Qədirovanın uşaqlıq arzusu arxeoloq, yaxud etnoqraf olmaq imiş. Müəllimi “Azərbaycanda qadının arxeoloq olması çətin məsələdir”, – deyəndən sonra o həvəsdən düşüb. 

Bakı Dövlət Universitetinin Tarix fakültəsini qazanıb və təhsil aldığı zaman özünə dünyanı gəzib, müxtəlif xalqların etnoqrafiyasına bələd olacağı barədə söz verib. 

Deyir, indiki həyatı arzularında olduğu kimidir: Səyahət edir, fotolar çəkir, məlumatlar paylaşır.
Yol təcrübələrini isə həm sosial media hesablarından, həm də yazdığı kitablar vasitəsilə bölüşür. Gələcəkdə “Youtube” kanalını dünyaya açmağı planlayır. 

“Konservativ ailədə gənc qızın təkbaşına səyahət etməsi…”

İradə Qədirova təkbaşına səyahətlə bağlı cəmiyyətdə diskriminasiya ilə üzləşməsə də, ailəsi daxilində çətinlik yaşayıb. “Konservativ ailədə gənc qızın təkbaşına səyahət etməsi problemdir”, – deyir: 

“Əvvəl anamla səyahət edərdim. Sonra situasiya dəyişsə də, anam hər dəfə məndən küsüb-inciyir. Amma bu, məni yolumdan döndərmir. Zəhmətimin bəhrəsi isə səyahətlərim sayəsində yazdığım kitablardır” – o, ilk yazdığı kitabda buna görə daha çox qadınlara xitab edib. 

“Xaricdə təhsil arzum ürəyimdə qalıb”

İradə kitab təqdimatlarında tanış olduğu tələbə qızların çoxunun konservativ ailədə böyüdüklərini görür, onları dözümlü olmağa çağırır. Tələbələrə xaricdə təhsil proqramlarına müraciət edib, həm təhsil, həm səyahət təcrübəsindən yararlanmağı məsləhət görür: 

Müqəddəs Yekaterina Monastırı, Tur-u Sinay – İradə Qədirovanın şəxsi arxivindən

“Həmin proqramlarla həm bir çox ölkə gəzmək, həm də tək yaşamağı təcrübə etmək olar”. 

İradə deyir ki, ailəsi vaxtilə onun xaricdə təhsil almasına qarşı çıxıb, bu, ürəyində arzu olaraq qalıb. Ona görə tələbələrlə görüşlərində “xaricdə oxumaq arzunuz varsa, heç bir çətinlik qarşısında ondan imtina etməyin”, – deyir:  

“Valideyniniz sizdən incisə belə, gec-tez barışacaq” – deyirəm. Məsələn, ilk tək səyahətimdə anam məndən küsdü, lakin sonradan hər şey qaydasına düşdü”. 

İradənin bir devizi var: “içindəki arzu sənin əleyhinə yox, lehinədirsə, etməlisən. Valideyn incisə də, sizə etibar etməyi öyrənməlidir. Özün üçün yol çızdığını, bir bildiyin olduğunu görə bilməlidir. Məncə, insan sərhədlərini özü müəyyən etməli, qarşı tərəf isə buna hörmətlə yanaşmalıdır”. 

Yollarda təkbaşına 

İlk səyahətində anası ilə birlikdə Yunanıstana gedib. İlk tək səyahət etdiyi xarici ölkə isə İrandır: 

“İran mənim üçün özəldir. İlk təkbaşına səfərimi bu ölkəyə etmişəm. Fərqli idi, özümlə baş-başa qalmışdım, bilirdim ki, hər hansı problem olsa, özüm həll etməliyəm, kömək lazım olsa, rastıma çıxan insandan istəməliyəm və s. Qarışıq duyğular keçirmişdim. Odur ki, elə ilk kitabımı da İran səyahətimə həsr etdim. “Əfşan” – İrana tək səyahətimdən bəhs edir, iki il öncə çap olunub.

O, digər kitabı olan “Eşqin izi ilə – Səfərnamə”də isə yol qədər yoldaşın da önəmli olduğundan bəhs edir. Burada  səyyah dünyanı şəhər-şəhər gəzərək, insanları bir-birindən maraqlı talelərlə, ölkələrin, insanların hekayələri ilə tanış edir.

“Eşqin izi ilə- Səfərnamə” kitabının təqdimatı, Sabunçu, Azərbaycan – İradə Qədirovanın şəxsi arxivindən

“İnsan azı ildə bir dəfə yolda tək olmalıdır”

Səyahətləri ona insanın ildə azı bir dəfə tək səfərə çıxmalı olduğunu öyrədib. Düşünür ki, səyahətdə tək olmağın verdiyi zövqü ən yaxın dostunla getməkdən belə almırsan. Tək səyahət insanı özü ilə baş-başa qoyur və nələrə dözə bilib-bilmədiyini anlamağa kömək edir: 

“Bu, inanılmaz hissdir. Yolda tək qalmaqdan qorxmaq olmaz. İnsanın səyahətdə özünü kəşf etməsi çox fərqli, möhtəşəm təcrübədir”.  

Ölkədə qadın səyahətçi-blogerlik nə yerdədir? 

İradə Qədirova özünü heç vaxt “Youtube” blogeri kimi görməyib. Reklamlara gəlincə, onlardan çox az gəlir əldə etdiyini deyir: 

“Təbii ki, ölkəmizdə qadın səyahət blogeri anlayışı məşhur deyil. Buna görə də reklamlarımız öz yaşam tərzini çəkən influenserlərdən qat-qat azdır”. 

Onun sevimli qadın səyahətçisi polşalı Eva Zu Beck– dir.

“Eva idealımdır. Altı ay ərzində Pakistanı gəzməsi ilə bağlı olan videoları möhtəşəmdir. Digər sevimli blogerim isə “Lost with purpose” layihəsinin sahibi, amerikalı Aleksdir. O, dünyanı motosikletlə gəzir”. 

“Xaricə gedəndə turist yox, yerli kimi davranmağı sevirəm”

İradə Qədirova ölkədaxili və xarici səyahətlərdə kənd evlərində qalmağı sevir. Deyir, bununla yerli əhali ilə qaynayıb-qarışır,  adət-ənənələrlə tanış olur: 

Kuba – İradə Qədirovanın şəxsi arxivindən

“Turist olmağı sevmirəm, yerli kimi, oradakı yaşamı iliklərimə qədər hiss etmək daha gözəldir. Məsələn, Kuba səfərimdə hoteldə qaldım. Sonradan eşitdim ki, əslində yerlilərin evlərində də qala bilərmişəm. Bu, dəvətlə səyahətin mənfi tərəflərindəndir”. 

“Arzusunda olub, qorxduğum ölkə”

İradə Qədirovanın indi ən böyük və qorxduğu arzusu Əfqanıstana getməkdir. Bu ölkədə təzəlikcə Azərbaycanın səfirliyinin açılması onu bu arzusuna biraz yaxınlaşdırıb: 

“Ən azından, indi bu səfər barədə düşünmək daha real gəlir. Lakin nə qədər cəsarətli olsam da, Əfqanıstan məni qorxudur”.  

O, yazar Nadiyə Muradın İraqda yaşayan yezid bir qızın İŞİD-ə əsir düşdüyü “Sonuncu qız” kitabını oxuyandan sonra, Əfqanıstan səyahətinə daha diqqətli hazırlaşmağı düşünür. 

“O da doğrudur ki, çətin ölkələr və şəraitlər səni yetişdirir. Yenə də səyahət edən zaman getdiyimiz ölkənin adət-ənənələrinə bələd olmalıyıq. Həmin yerin qaydalarına qarşı çıxmadığın təqdirdə, özünü 90 faiz qorumuş olursan”. 

Səyahət etməkdən qorxanlar nə etməlidir? 

İradə səyahət etməkdən çəkinən qadınların bu qorxularına ilk öz ölkələrini səyahət etməyə başlamaqla qalib gələ biləcəklərini deyir. Qadın yola çıxıb, tək gedə bilib-bilmədiyini, nələrdən qorxub-qorxmadığını və digər bir çox şeyi təcrübə etməlidir:

“İran səyahətimdə bir mərasimdə çıxış qapısını itirmişdim. Panik atağım olduğunu orada öyrəndim. Azərbaycanda bunu tutsaydım, yola daha ehtiyatla çıxardım. Belə halları xaricdə öyrənməkdənsə, öz ölkəmizdə gəzib, bilmək daha yaxşıdır”.

Arzular, planlar və qadınlara məsləhətlər

İradə Qədirova səyahət etmək istəyən qadınlara səslənir. Deyir, oturub, uyğun anı gözləmək ən böyük tənbəllikdir. Səyahətin yollarını axtarmaq lazımdır. 

İradənin isə Əfqanıstandan sonrakı növbəti marağı Latın-Amerikası ölkələrinə səfər etməkdir. Düşünür ki, insan daim nələrsə öyrənməlidir: 

“Yeni bir şey öyrənilməyən gün boşdur. Daim axtarışda olmalı, oxumalı, öyrənməli, səyahət etməliyik”. 

Növbəti kitabına gəlincə, o, Azərbaycan barədə yazmaq istəyir:

“Düşünürəm ki, hər tərəfini gəzdikdən sonra Azərbayacana mənəvi bir borcum yaranacaq. Odur ki, növbəti kitabımı ölkəm haqqında yazmağı düşünürəm”.

FEMMEKAN

Ucqar kənddə təmənnasız bələdçiliklə məşğul olan qadın

Astaranın Sım kəndində turizmçilik  Azərbaycanda qadınların iş imkanlarına çatımlılığı, iş tapması əksər hallarda zəif, problemli məsələdir.  Təhsili olan belə, məişət qayğıları, uşaqların baxımından zaman tapıb, iş həyatına atıla, karyera qura bilmir. Bəzən də ər, ata, qardaş – buna imkan vermir.  Bu gün Azərbaycanın böyük şəhərlərində belə iş problemi yaşayan qadınlar var. Siz bir də əyalətləri...

Təkbaşına səyahət edən qadın: nələrə fikir verməli? 

“Əfşan”ın yazarı İradə Qədirova təcrübəsini bölüşür “Arzusu olan, nə etmək istədiyini bilən qadın yolu sonunadək getməlidir. Həmin çətin yollardan tanıdığım, tapdığım bir İradə var”.   Səyyah İradə Qədirovanın sözləridir. Tək səyahət edən səyyah yollarda gördükləri barəsində iki – “Əfşan” və “Eşqin izi ilə – Səfərnamə” – kitablarını yazıb.  “Femmekan”la təkbaşına səyahət, gəzdiyi ölkələrdə başına gələnlər...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

Mənim Yeni Tarix