Təhminə Əlizadə: Problemlər Sizi Məqsəd və Arzularınızdan Uzaqlaşdırmasın

0

Təhminə Əlizadəni bugünlərdə məşğul tutan onun yaratdığı “Petrikor” sosial layihəsidir. Layihə fəaliyyətinə iki il öncə başlayıb. 

““İşsizlik səviyyəsi” terminini keçəndə başa düşdüm ki, işsiz ona deyilir ki, fərd, aktiv olaraq iş axtarışında olur. Evdar qadınlar isə rəsmi olaraq iş axtarmırlar və onlar “işsiz” hesab olunmurlar və adətən məişət problemlərindən dolayı passivdirlər. Azərbaycanda bu cür evdar qadınların sayı isə kifayət qədər çoxdur”, deyə Təhminə qeyd edir. 

Bu düşüncələr onu “Petrikor”u yaratmağa təşviq edir. 

Təhminə, sosiologiya elmləri üzrə istər bakalavr, istərsə də magistr pilləsində təhsil alarkən ətrafındakı qızların universiteti bitirib ailə qurmalarına can atdıqlarını, diploma isə cehizin bir parçası kimi baxdıqlarını, heç bir iş təcrübəsində maraqlı olmadıqlarını müşahidə edib: “Nəticədə onlar məişət qayğılarının içində batırlar və özlərini inkişaf etdirmək üçün vaxt ayıra bilmirlər. Heç bir gəliri olmayan evdar qadına çevrildikdə isə onlar özlərini qoruya bilmir, evdə söz sahibi ola bilmirlər”.

Petrichor (Petrikor)- 1964-cü ildə iki avstraliyalı alimin yağışdan sonra torpağın təravətli qoxusuna verdiyi addır.

Təhminə, layihəni həmin qoxu kimi təravətli, qalıcı və sevimli olması ilə əlaqələndirərək belə adlandırıb.  

Layihə əsasən məişət zorakılıqlarına məruz qalan qadınlara dəstək verir. Təhminə, məişət zorakılığı qurbanlarını tapır, onların bacarıqlarına uyğun olaraq bazar trendlərini araşdırır. Qərarlaşdıqdan sonra isə məhsulun istehsalı üçün gərəkli olan ləvazimatları qadınlara çatdırır və hazır məhsulların satışına yardımçı olur. 

Hazırda o, məhsulları  beynəlxalq bazara çıxarmaq üzərində çalışır. Təhminə hesab edir ki, Azərbaycanda əl işlərinə verilən dəyər o qədər də yüksək deyil. Həm də düşünür ki, etsy, amazon kimi onlayn alış-veriş saytlarında satış olarsa, bu, həm əməkdaşlıq etdiyi qadınlara motivasiya olar, həm də onların gəlirlərinin sayını da daha artırmış olar. 

Layihənin ilk mərhələsində bu qadınları tapmaq o qədər də asan olmaylb. Təhminənin sözlərinə görə, o, qadınları dostlarından və ya sosial şəbəkə hesabındakı yerləşdirdiyi elanlar vasitəsilə ilə tapa bilib. Hazırda isə qadınlar artıq özləri Təhminə ilə Petrikorun sosial şəbəkə hesabı üzərindən birbaşa əlaqə saxlayırlar – həm hazırladıqları məhsulları təklif edə bilirlər, həm də məhsulların professional fotolarını çəkməkdə onlara yardımçı olmağını xahiş edirlər. 

Layihə hazırda faiz əsasında işləyir. Belə ki, məhsulun satışından gələn gəlirin minimum 51, maksimum 81% qadınlara ödənilir. Bu məbləğ, məhsulun hazırlanmasında istifadə edilən ləvazimatlarının qiymətinə görə dəyişir. 

Təhminə deyir ki, bəzən Petrikoru ABAD (Ailə Biznesinə Asan Dəstək) sosial layihəsinə bənzədirlər: “Lakin bu iki layihənin arasındakı əsas fərq, ləvazimatların Petrikor tərəfindən alınıb qadınlara çatdırılmasındadır. Yəni qadınlar əlini cibinə atmır. Abad-da isə xanımlar özləri hazırladıqları məhsulları satış üçün təhvil verirlər. Həm də, nəticə olaraq, satışlardan daha az faiz gəlir əldə etmiş olurlar”.

Təhminə deyir ki, maddiyat baxımından bu, çox da yüklü iş deyil, ancaq buna baxmayaraq layihənin başlanğıcında idaretmə ilə bağlı müəyyən çətinliklər yaşanıb. Xanımların çoxu şəhərin fərqli hissələrində, əsasən də, Bakı kəndlərində yaşadığına görə məhsulların logistikasında çətinliklər olub. Petrikor layihəsi regionlarda yaşayan qadınlara da əməkdaşlıq təklif edir. Sadəcə layihənin komandası kiçik olduğundan, hələ ki, regionlarla əlaqə o qədər də geniş deyil. Lakin Təhminə bildirir ki, Petrikor artıq komandasını genişləndirmək istiqamətində də çalışır.

Layihənin qarşılaşdığı digər çətinliklərdən biri də bəzən əməkdaşlıq etdiyi qadınlarla ödəniş məsələlərinə görə anlaşılmazlıqların baş verməsi olur.

“Ləvazimatlar bəzən çox bahalı olur və onları biz özümüz aldığmıza görə, onu satış üçün götürdüyümüzdə dərhal ödənişi həyata keçirə bilmirik. Bu da bəzən anlaşılmazlıqlara səbəb olur”.

Məlum məsələdir ki, evdar qadınlar həmişə nəzarət altında olduqlarına görə, onların layihədəki işlərinə də bəzən əngəllər yaranır. Təhminənin sözlərinə görə, bu günə qədər, əməkdaşlıqla bağlı ciddi bir problem yaranmasa da, bəzən məhsullar və onu hazırlayan qadınlar haqqında sosial mediada postların paylaşılması onların həyat yoldaşları tərəfindən müsbət qarşılanmır. 

Təhminə, hazırda zor durumda olan, müxtəlif çətinliklərlə təkbətək qalan qadınları təslim olmamağa çağırır: “Femmekan vasitəsilə qadınlarımıza demək istərdim ki, heç vaxt təslim olmayın və daim öz istəkləriniz, maraqlarınız uğrunda mübarizə aparın. Tarix boyu biz Azərbaycan qadınını daim güclü görmüşük və mən bunun dəyişməsini istəməzdim. Məişət və digər problemlər sizi öz məqsədlərinizdən, arzularınızdan uzaqlaşdırmasın. Həmişə özünüzü inkişaf etdirməyə, yeni nələrsə öyrənməyə çalışın. Petrikorun da ən ali məqsədlərindən biri məhz bu xanımların potensialını müəyyən etmək və maliyyə müstəqilliyinə sahiblənmələrində onlara dəstək olmaqdır”.

Yazdı və çəkdi Aygün Rəşid

Mehriban Zeynalova – özü İllərlə küçədə yaşayıb bu gün 60-dan çox qadına sığınacaq verən insan

“6 ay 2 uşaqla betonun üstündə  döşək salıb yatmışam” Mehriban Zeynalova Azərbaycanın qadın hüquqları müdafiəçisidir. Hazırda ölkədəki yeganə qadın sığınacağına rəhbərlik edir. O deyir ki, bu vəzifəyə təyin edilməyib, sadəcə həyat belə gətirib. Bu işə özünə aldığı kiçik evdən başlayıb. Elə həmin evdə də şiddətə məruz qalmış qadınlara qucaq açıb. İnsanlara kömək edə-edə işin incəliklərini...

Cəbhədə bir həftə

– Bombaları çəkməyə gəlmisiz? – Yox, kəndinizi, gözəl kəndiniz var. – Hə, babam deyir, “Şəkərbura” daha gözəldir” (Füzuli şəhərinin 2 kilometrliyində yerləşən Şəkərcik kəndini nəzərdə tutur). Ora gedəcəyik, oranı da gəlib çəkərsiz. Amma bilirsiz nə qədər bomba atırlar. İstəsəniz, mən sizin üçün sayaram, qorxmuram. 3 yaşım olanda (2016-cı ilin “Aprel döyüşləri”ni nəzərdə tutur) qorxmuşdum, həkimə...

Koronavirusla mübarizədən cəbhəyə

“Yaralı əsgər gətirmişdilər. Qıvırcıq, sarı saçlı, mavi gözlü… Müayinə etdik, otağa yerləşdirdik. Nəsə istəyir, utancaq üzümə baxırdı. Yaxınlaşdım ki, nədir balam, nədir quzum, nə kömək edim sənə? Gözümün içinə baxıb, gülümsədi, su istədi. O baxışlar sonra yadıma çox düşdü. Balam, quzum dediyim o adam odun-alovun içindən gəlmişdi. Uşaq kimi baxdığım o əsgər kim bilir nələr...

28 yaşında özünü başdan yaradan qadın

Həyatına sağlam qida, idman, velosipedlə rəng qatan fəlsəfə doktoru Bir neçə işi bir həyata sığdıran insan düşünün. Həmin işlər bir-biri ilə əlaqəli deyil. Müxtəlif sahələrə aiddir və o, bunların öhdəsindən gələ bilir. Həm idmanla məşğuldur, həm sağlam qida blogeridir, həm də fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur Cəlalə Osmanlı.  Bundan əlavə, 5 yaşında qızı var və onun...

İlahiyyatdan teatra açılan pərdə

“Bizim teatrdan tamaşaçı yox, dəyişən insan çıxır” O, insanın bacarmayacağı işin olmadığını düşünür. Yetər ki, normal yönləndirilsin. Deyir, insan travma alanda sonradan özünə gəlməsi, müsbətə doğru dəyişməsi biraz çətin olur. Hansısa dili mənimsəməkdən tutmuş, ağır işin öhdəsindən gəlməyə qədər – hər şeyin başında inanmaq durur.  Femmekanın bu dəfəki qonağı Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi və...

Bağlı mesajlar

6 Responses

Bir cavab buraxın

Mənim Yeni Tarix