Qadın azarkeşlər: idman sevgisini sübut etmək məcburiyyəti

0

Qadın azarkeşlərin bitmək bilməz sorğusu

Kanada Yayım Korporasiyasında bir neçə gün əvvəl paylaşılmış köşə yazısının başlığı belə idi: “Qadın azarkeşlərin də idmandan başı çıxır, bizə layiq olduğumuz hörməti göstərin”. Feminist diskurs qadınların təşkilatlanması, siyasi, mədəni və sosial diskursda iştirakı ilə bağlı tələblər irəli qaldırsa da, qadınların hətta azarkeş kimi cəmiyyətdə qəbulunda da problemlər və diskriminasiyaların olduğu dəqiqdir.

Mənbə: Pixabay
Mənbə: Reuters

İngiltərənin Durham Universiteti dosenti Steysi Pop bu mövzu ilə bağlı araşdırma təqdim edib. O, qeyd edir ki, araşdırma ərzində tapdığı bir çox nəticə qadın azarkeşlərin kişi azarkeşlərə biliyini sübut etməli olduğu ilə bağlıdır: “Qadın futbolu və reqbi azarkeşlərinin təcrübəsini araşdırdım və müşahidə etdim ki, tərəfdar olmağa gəldikdə bu, bərabərliyə açıq bir sahə deyil. Araşdırmalarımda qadın futbol və reqbi ittifaqı pərəstişkarları adətən kişi tərəfdarlara “əsl” azarkeş kimi statuslarını necə “sübut etməli” olduqlarını qeyd ediblər”.

Yazıda qeyd edilir ki, qadın idman pərəstişkarlarının ümumi stereotipləri onların idman biliklərinin olmaması, yalnız (kişi) idmançıların cəlbediciliyinə görə maraqlandıqları və kişi azarkeşlər qədər sadiq olmamaları ilə bağlıdır.

Təəccüblü deyil ki, idman sahələrində yüksək vəzifə tutan kişilər tərəfindən də qadın azarkeşlər birmənalı qarşılanmır. Məsələn keçən il Red Bull Formula 1 komandasının komanda kapitanı olan Kristian Horner qadın azarkeşlərlə bağlı bunları qeyd etmişdi: “Formula 1 gənc nəsilin diqqətini cəlb etməyə başlayır. Xüsusilə də, yaraşıqlı sürücülər səbəbilə gənc qadınların”. O, bu şərhi ilə bağlı “Twitter”də ciddi tənqidlər aldıqdan sonra üzr istəyib sözünün səhv mənada başa düşüldüyünü bildirmişdi.

Christian Horner, (Fotoqraf Xavier Bonilla/NurPhoto)

Steysi Pop həmçinin qeyd edir ki, mediada işıqlandırma da adətən qadın azarkeşlərin lehinə fikir formalaşdırmır. İnternetdə “qadın azarkeşlər” üçün aparılan axtarış çoxlu seksual xarakterli şəkilləri gündəmə gətirir və qadınların aşağı səviyyəli idman həvəskarları kimi təsəvvürlərinə etiraz etmək, qarşı çıxmaq üçün cəhd göstərmir.

Qadınların hansısa mövzuda kifayət olmadığını düşünmək tendensiyası əksərən ölkələr üzrə ciddi fərqlilik göstərmir. Bu mənada Azərbaycanda idman azarkeşi olan qadınların da Steysi Popun müsahibə aldığı və araşdırmasında yer verdiyi qadınlarla eyni təcrübələr bölüşdüyünü bilmək çətin deyil.

7-8 yaşından bəri atasının təsiri ilə futbol izləməyə başlayan Ceylan Əmirəliyeva qeyd edir ki, keçmişlə müqayisədə indi qadınlar daha çox idman növlərini izlədiklərinə görə çox qəribə reaksiyalar almır: “Reaksiyalar, əsasən, kişilərdən gəlir, çünki statistikaya ehtiyac olmadan deyə bilərik ki, nəinki ölkədə, hətta dünyada belə kişilər qadınlardan daha çox futbol izləyir və azarkeşlik edir. Ona görə bizdə hələ də “wow, oturub futbolu sona qədər izləyirsən?” kimi reaksiyalar almaq mümkündür”.

Ceylan kişi azarkeşlər tərəfindən hansısa “sübut” tələbi ilə qarşılaşmadığını bildirsə də, ətrafında buna məruz qalan qadınların olduğundan xəbərdar olduğunu bildirib: “İdman növlərinin əksəriyyəti maskulin hesab olunduğuna görə kişilər bəzən istəmədikləri halda daha az maskulin olmadıqlarını sübut etmək üçün idman növlərinə azarkeşlik edirlər. Əlavə olaraq, patriarxal cəmiyyətlərdə qadınların rolu əsasən ev işləri ilə əlaqələndirildiyi üçün vaxt ayırıb hansısa idman növünü izləmək, təəssüf ki, vaxtlarını “boşa sərf” etmək kimi başa düşülür”.

Rüzgar Əhmədzadə isə 2016-cı ildən etibarən Formula 1, 2 ildir Azərbaycan futbolu və 1 ildir MMA idman növünün azarkeşidir. Rüzgar bildirir ki, o hər hansı bir idman növündə xırda detalı gözdən qaçırdığı, yaxud bilmədiyi zaman  kişi azarkeş dostları zarafatla qadınların tam olaraq o idman növünü mənimsəyə bilmədiklərini dilə gətirirlər.

Qadınları həddən artıq emosional olmaqda ittiham edən kişilərin isə hətta idman azarkeşi olmağı qadınlarla bölüşə bilməməsi isə ayrıca məqalə mövzusudur.

Yazdı Pəri Abbaslı

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | Korporativ mühitdə qadınlar & qadın liderlər

“Femmekan”ın növbəti podkast epizodunda hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz korporativ mühitdə qadınların yaşadığı çətinliklər, üzləşdiyi diskriminasiyalardır.  Sizə təkrar gələ bilər, lakin təəssüf ki, hələ də iş mühitində problem yaşayan qadınlar barədə müxtəlif hekayələr eşidə bilirik. Yəni hələ də bu sahədə problemlər var. Qadınlar iş mühitində hansı problemlərlə üzləşirlər və bu diskriminasiyalar nədən ibarətdir?...

Transgenderlərin idman yarışlarında iştirakı

Yarış: güclə, yoxsa hisslərlə qazanılır?  LGBTQI+ vətəndaş Şəbnəm Zamanlı orta məktəbin beşinci sinfindən qaçış idman növü ilə məşğul olub. Altıncı sinifdə yaşadığı rayonda qaçış birincisi olub. İdmanla məşğul olduğu sonrakı doqquz ildə də dəfələrlə rayon, bölgə yarışlarında birinciliyi qazanıb, ölkə üzrə üçüncü yerə çıxıb.  Deyir, 22 yaşında görünüşü ilə bağlı dəyişimə başlayandan sonra idman aləmindən...

Ədəbiyyatdakı, dərsliklərdəki qadın obrazları 

Onlar necə təsvir edilib?  Azərbaycan cəmiyyətində qadının üzərinə böyük yük düşdüyü ilə bağlı fikirləri az qala hər gün eşidirik.   Yaxşı, “qadın anadır” yaxud “gələcəyin anasıdır”, “filankəsin bacısıdır”, “həyat yoldaşıdır” və s. kimi fikirlər necə formalaşır?  Qadınların şiddətə məruz qalması, öldürülməsi ilə bağlı xəbərlər daha çoxdur. Onların iqtisadi azadlıqları, təhsil imkanları qısıtlanır. “Qadın hüquqları” anlayışının...

Qadın azarkeşlər: idman sevgisini sübut etmək məcburiyyəti

Qadın azarkeşlərin bitmək bilməz sorğusu Kanada Yayım Korporasiyasında bir neçə gün əvvəl paylaşılmış köşə yazısının başlığı belə idi: “Qadın azarkeşlərin də idmandan başı çıxır, bizə layiq olduğumuz hörməti göstərin”. Feminist diskurs qadınların təşkilatlanması, siyasi, mədəni və sosial diskursda iştirakı ilə bağlı tələblər irəli qaldırsa da, qadınların hətta azarkeş kimi cəmiyyətdə qəbulunda da problemlər və diskriminasiyaların...

FEMSÖHBƏTLƏR | Qadınlar kişilərdən daha emosionaldır?

Emosiyaların səbəbini cinslərdə axtarmaq patriarxal cəmiyyətin buraxdığı izlərdən biridir. Qadınların böyümə çağlarında ətrafa qarşı güvənsizliyinin artması, yaxud ailə tərəfindən bu güvənsizliyin aşılanması ilə yaranan müəyyən emosiyalar yetkinlik dövrlərində “çox emosionalsan” adı altında bir tənqid kimi onlarla üzləşməyə başlayır. Femsöhbətlər podkastının bu dəfəki epizodunda mövzumuz məhz budur. Qadınlar kişilərdən daha emosionaldır? Bu mif bizim həyatımıza niyə...

Mənim Yeni Tarix