Sıfırdan başlamaq… 

3

Çox insan həyatının müəyyən dövründə sıfırdan başlayır. Bəs iki dəfə sıfırdan başlamaq? Bunun üçün nə qədər güclü olmaq lazımdır? 

Bu gün sizə 33 yaşlı Şəbnəm Aslanovanın hekayəsini danışacağıq. O, Ağdamda doğulub, 1993-сü ildə şəhəri işğal olunanda iki yaşı olub. 

Çadır şəhərciyində keçən uşaqlığını, gördüyü çətinlikləri heç vaxt unutmayacağını deyən Şəbnəm, həmin dövrü belə xatırlayır. 

“Yağış yağanda gözümüzü suya batmış çadırda açırdıq. Bəzən gecənin bir yarısı oyanıb, görürdük ki, güclü külək çadırı aparıb, çöldə qalmışıq. Məktəbimiz də çadırdan idi. Partasız, oturacaqsız, lövhəsiz… İçəriyə qoyulmuş daşların üstündə oturub, dəftəri dizimizə qoyub, tapşırıqlarımızı edirdik”.

Çətinliyə öyrəşmək

Bütün bu çətinliklərin hər birinə öyrəşdiklərini deyən, Şəbnəm Aslanova bildirir ki, heç unutmadığı xatirələrindən biri də su gətirmək prosesidir. Qarda-qışda növbə gözləyib, su gətirməyi illər keçsə də, yadından çıxmır. 

Şəbnəm Aslanova 9-cu sinifdə oxuyanda, 2005-ci ildə ailəsi ilə birlikdə Ağdamın Bənövşələr qəsəbəsinə köçür. Onu burada ən çox sevindirən qəsəbədəki evlərinin və məktəblərinin daşdan tikilməsi olur. 

Bundan sonra sıra təhsil almağa gəlir. Şəbnəmin arzusu oxuyub, müəllim olmaq olsa da, həyat o şansı vermir. Deyir, onun məktəbli olduğu illərdə indiki kimi universitetə hazırlıq kursları geniş yayılmamışdı: 

“Sinif yoldaşlarım Mingəçevirdə yeni açılan Araz kurslarına gedirdi. Onlarla birlikdə kursa getmək üçün atama təkid etsəm də, o, “qız uşağısan, kimin yanında qalacaqsan” – deyərək, qəbul etmədi”. 

Təhsilini davam etdirə bilməyən Şəbnəm Aslanova ailəsinin onun üçün uyğun gördüyü qohumla ailə qurmalı olur, evlilikdən qızı dünyaya gəlir. 

“Evlilik ərəfəsində evə qazanc gətirməməyim hər fürsətdə başıma vurulurdu. Övladıma belə nəsə almaq istəyəndə, “sən maaş alırsan ki, nəsə alasan?”, – tənəsini eşidirdim”.

Şəbnəm deyir ki, qarşılaşdığı psixoloji zorakılıqdan ailəsi xəbərdar olduqdan sonra anlayıblar ki, qızlarının o evdə yeri yoxdur və onu geri gətiriblər.  

Təhsil illəri

Ailəsinin yanına geri qayıtdıqdan sonra atası Şəbnəmdən hələ də oxumaq istəyib-istəmədiyini soruşur. Beləliklə, Şəbnəm təhsilini davam etdirmək üçün hazırlaşır və Şamaxı Dövlət Regional Kollecinin kitabxana və informasiya şöbəsinə daxil olur. Təhsili əyani olduğu üçün Şamaxıya köçür.

“Atam orada bizə kirayə ev tutdu. Mən, qızım və atam təhsil aldığım müddətdə birlikdə yaşadıq. Səhər dərsə gedir, sonra evə qayıdıb, qızımın qeydinə qalır, ev işləri görürdüm. Nə qədər çətin görünsə də, bu, mənim üçün zövq idi. Hər gün arzularıma bir addım da yaxınlaşırdım”.

Azərbaycanda boşanmış qadın olmaq 

Şəbnəm Aslanova deyir ki, həyata ikinci dəfə sıfırdan başlayanda dəstəkləndiyi kimi, əngəllərlə də qarşılaşıb. Deməsinə görə, “çürük fikirlərə” məhəl qoymadan, həyata davam etmək elə də asan olmayıb: 

“Boşanmış qadın kimi yaşamaq çoxları kimi mənə də çətin idi. Hər addımı iki dəfə düşünürdüm. Harasa uzaq bir yerə işləməyə getmək çox böyük cəsarət tələb edirdi. Ya ətrafdakıların sözlərinə qulaq asıb, oturduğun yerdə qalmalısan, ya da heç kəsi eşitməyib, irəli getməlisən”. 

Şəbnəm təhsilini bitirdikdən sonra Bənövşələr qəsəbəsindəki məktəbdə kitabxanaçı kimi işə başlayıb. Deyir, işlədiyi müddətdə qəsəbəyə gələn təşkilatların təlimlərinə qatılıb, özünü inkişaf etdirib. 

İndi isə özü də gender əsaslı zorakılıqla bağlı təlimlər keçir. Deyir, zamanında ona edildiyi kimi o da ətrafındakı işsiz qadınları layihələrə cəlb edərək, qazanc əldə etmələrinə dəstək olur. 

Hazırda həm kitabxanaçı, həm təlimçi, həm də Sosial Rifah İctimai Birliyinin Ağdam rayonu üzrə koordinatoru kimi fəaliyyət göstərir. 

O, yalnız Ağdamda yox, həm də qonşu rayonlarda Tərtər, Beyləqan və Xocavənddə də təlimlərə dəvət olunur. 

Şəbnəm həm ayaqları üstündə duran, həm övladını böyüdən, həm də başqalarına dəstək olan bir qadın olmaqdan qürur duyduğunu söyləyir. 

FEMMEKAN

Film sahəsindən kitab çapına aparan yol

“Bəzən hansısa sahədə zəif olduğumuzu qəbul edib, daha yaxşı gördüyümüz işlərə fokuslanmağı bacarmalıyıq” “Femməkan”ın budəfəki həmsöhbəti “Roller Bird” uşaq nəşriyyatının qurucusu Əfsanə Yusifdir. Əfsanə Yusif uşaqlar üçün Azərbaycan dilində illüstrasiya kitabları nəşr edir. Düşünür ki, illüstrasiya kitabları oxumağa marağı olmayan uşaqlarda da kitab sevgisi yarada bilir. Onların xəyal gücünü formalaşdırır. Elə ideya da oğlunun kitabla...

Sıfırdan başlamaq… 

Çox insan həyatının müəyyən dövründə sıfırdan başlayır. Bəs iki dəfə sıfırdan başlamaq? Bunun üçün nə qədər güclü olmaq lazımdır?  Bu gün sizə 33 yaşlı Şəbnəm Aslanovanın hekayəsini danışacağıq. O, Ağdamda doğulub, 1993-сü ildə şəhəri işğal olunanda iki yaşı olub.  Çadır şəhərciyində keçən uşaqlığını, gördüyü çətinlikləri heç vaxt unutmayacağını deyən Şəbnəm, həmin dövrü belə xatırlayır.  “Yağış...

Ucqar kənddə təmənnasız bələdçiliklə məşğul olan qadın

Astaranın Sım kəndində turizmçilik  Azərbaycanda qadınların iş imkanlarına çatımlılığı, iş tapması əksər hallarda zəif, problemli məsələdir.  Təhsili olan belə, məişət qayğıları, uşaqların baxımından zaman tapıb, iş həyatına atıla, karyera qura bilmir. Bəzən də ər, ata, qardaş – buna imkan vermir.  Bu gün Azərbaycanın böyük şəhərlərində belə iş problemi yaşayan qadınlar var. Siz bir də əyalətləri...

Təkbaşına səyahət edən qadın: nələrə fikir verməli? 

“Əfşan”ın yazarı İradə Qədirova təcrübəsini bölüşür “Arzusu olan, nə etmək istədiyini bilən qadın yolu sonunadək getməlidir. Həmin çətin yollardan tanıdığım, tapdığım bir İradə var”.   Səyyah İradə Qədirovanın sözləridir. Tək səyahət edən səyyah yollarda gördükləri barəsində iki – “Əfşan” və “Eşqin izi ilə – Səfərnamə” – kitablarını yazıb.  “Femmekan”la təkbaşına səyahət, gəzdiyi ölkələrdə başına gələnlər...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Mənim Yeni Tarix