Şiddətə gedən yol: zorakılıq özünüifadə vasitəsinə çevrilir?

1

Uşaqların yerinə danışmağın, onların sözünü kəsməyin nəticələri 

  • Böyüyəndə niyə kosmonavt olmaq istəyirsən?
  • Yox, əmisi, kosmonavt olmayacaq, oğlum həkim olacaq, anası-atası xəstələnəndə, müalicə edəcək

Uşaqlarla böyüklər arasındakı belə dialoqlara tez-tez rast gəlirik. Valideynlər uşaqlara verilən sualları cavablayır, azyaşlılara fikirlərini çatdırmağa icazə vermirlər. 

“Hərdən mənə nədənsə danışmağa çalışır. Fikrini ifadə etməkdə çətinlik çəkdiyi üçün cümlə qura bilmir, eyni sözləri təkrarlayır, axırda isə deyəcəyi söz yadından çıxır. Onda deyirəm ki, düşün, yadına sal, nə vaxt yadına düşsə, sənə qulaq asacağam”, – oğlu barəsində danışan İlahə Kazımova belə deyir.

“Özünü sözlə ifadə edə bilməyən cəmiyyətdə yumruq adətən qadının başına dəyir”

5 yaşlı Atilla İlahə Kazımovanın tək uşağıdır. Ananın ən böyük narahtlıqlarından biri də böyüyəndə övladının  şiddətə meyilli olmasıdır. İlahə Kazımova düşünür ki, insanlar özünü sözlə ifadə edə bilməyəndə əsəbləşirlər, anlaşılmazlıqlar isə şiddətlə nəticələnir:

Mənbə: pinterest.com

“Görürük ki, uşaq nədənsə danışır, valideyn ona qulaq asmır və tez-tez sözünü bölərək, mövzunun qısa məğzini ifadə edir. Uşaq isə qışqırır, “yox, elə deyil”, – deyərək, təzədən danışır, valideyn yenə sözü bölür, bu dəfə uşaq özünü yerə çırpır və ya valideynin ayaqlarından tutub, sıxır. Bir sözlə, yaranan aqressiyasını necəsə ifadə edir. Mənə elə gəlir ki, şiddətin əsas səbəblərindən biri də budur”.

İlahə deyir ki, onsuz da aqressiv cəmiyyətdə yaşayırıq. Heç kimin sözü ikinci dəfə təkrar etməyə belə səbri yoxdur: 

“Bir dəfə dedilər, olmadısa, əsəbiləşirlər. Kişilərin əksəriyyəti fiziki olaraq daha güclü olduğu üçün döyən tərəf olurlar. Özünü sözlə ifadə edə bilməyən cəmiyyətdə isə yumruq adətən qadının başına dəyir. Mən istəmirəm övladım belə olsun, ona görə onunla söhbət edir, ona təşəkkür etməyi, empatiya qurmağı öyrətməyə çalışıram. Atası ilə Atillanın yanında qucaqlaşırıq, bir birimizə xoş sözlər deyir, söhbət edirik ki, bizi nümunə alsın”. 

“Az danışıb, uşağa dinləyici kimi yanaşmaq lazımdır”

Afaq Aslanovanın isə 3 yaşlı övladı var. O da uşağının gələcəkdə şiddətə meyilli olmaması üçün onunla daimi üsiyyətdə olur:

“Düşünürəm ki, uşağın düşüncələrini və hisslərini ifadə etməyə yardımçı olmağım üçün etdiyim ən yaxşı şey az danışmaq, ona dinləyici kimi yanaşmaqdır. Məncə, biz nə qədər çox danışsaq, uşağa çox məsləhət versək, bir o qədər onun danışmasına imkan verməyəcəyik. Çalışıram Alpayı dinləyim. Onu üzgün ya da çaşqın görəndə gözlərinin içinə baxaraq keçirdiyi hisləri deməsinə kömək edirəm. Bircə sual verib, sonrasında onu dinləyirəm”.

İnsanın özünü ifadə vasitələri müxtəlifdir. Bunlar danışıq, yazı, rəsm, musiqi, rəqs və teatr kimi sənət formaları ilə mümkündür. Bu vasitələr insanlar arasında emosiyaların, düşüncələrin və duyğuların paylaşılmasına imkan verir və sosial əlaqələrin qurulmasında mühüm rol oynayır.

“Uşaqlar aqressiv, israrlı, gərgin və stresli davranışlar nümayiş etdirə bilər”

Psixoloq Xanım Quliyeva deyir ki, valideynlərin uşaqların sözünü kəsməsi və onların fikirlərini ifadə etməsinə əngəl olması çoxsaylı psixoloji nəticələrə səbəb ola bilər: 

“Uşaqlar özlərini dəstəklənməmiş və anlaşılmamış hiss edə bilərlər. Danışmaq onlara fikirlərini açıq şəkildə ifadə etmək, kommunikasiya bacarıqlarını inkişaf etdirmələrinə kömək edir. Əgər valideynlər uşaqların sözünü kəsirsə, onlar gələcəkdə doğru şəkildə öyrənməyə və fikirlərini açıq şəkildə ifadə etməyə çətinlik çəkə bilərlər. Bu cür davranışlar uşağın psixoloji və sosial inkişafında ciddi problemlər yarada bilər”.

Psixoloq deyir ki, uşaqlar aqressiv, israrlı, gərgin və stresli davranışlar nümayiş etdirə bilər. Özlərini ifadə edə bilməsələr, sosial münasibətlərdə problemlə qarşılaşacaqlar. 

Mənbə: ravishly.com

Araşdırmamız zamanı məlum olub ki, Azərbaycanda kiçik yaşlardan başlayan aqressiv davranışların səbəblərinin monitorinqi aparılmır. Həmçinin internet resurslarında kişilərin şiddət vasitəsi ilə özünü ifadə etmələrinin səbəbləri barədə akademik və ya geniş araşdırma məlumatı yoxdur. 

Ümumiyyətlə, uşaqların davranışlarını müşahidə edə bilən məktəb qurumunda psixoloji dəstəyin zəifliyi ilə bağlı illərdir mediada şikayətlər gedir. 

Psixoloq Xanım Quliyeva deyir ki, valideynlər uşağın özünü ifadəsinə imkan vermirlərsə, belə vəziyyətdə ideal çıxış yolu məktəb müəllimlərinin uşağa dəstəyidir: 

“Uşaqların fikirlərini, hislərini və istəklərini düzgün ifadə etmələri onların özünü daha yaxşı tanımaq, potensiallarını real həyatda tətbiq etmək və həyatla daha effektiv başa çıxmaq bacarığını artırır”.

Xanım Quliyeva uşaqların özlərini ifadə edə bilməsində ən böyük rolun valideynlərin üzərinə düşdüyünü bildirir. Deyir, onlar uşaqların fikirlərini dinləməyi, onlara dəstək olmağı bacarmalıdırlar. 

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2022-ci ildə 263 nəfər qəsdən adam öldürdüyü, 331 nəfərsə qəsdən sağlamlığa ağır zərər vurduğu üçün həbs olunub.

FEMMEKAN

Beşinci Sevil Film Festivalında nələr var? 

Yenilik: Bu il festivalın daxilində feminist-arxiv bölməsi yaradılıb Azərbaycanda beşinci Sevil Film Festivalına start verilib.  Bu il festival əvvəlki illərdən fərqli Bakı, Şəki, Lənkəranla yanaşı, Şabranda da keçiriləcək.  Tədbirdə filmsevərlər, kino tənqidçiləri iştirak edir. Bu il festivalın daxilində feminist-arxiv bölməsi də yaradılıb. Foto Nərmin Həsənova “Üç filmdən ibarət xüsusi proqramımız vasitəsilə feminist arxivin rəflərinə göz...

Ruh sağlığını qorumaq üçün nə etməli? 

Gənclərdə depressiya və isterik davranışların səbəbləri  Dünyada 264 milyondan çox insan depressiyadan əziyyət çəkir. Bu, 20 il əvvəlin göstəricisindən 18 faiz çoxdur. Araşdırmalar depressiyanın miqyasının artdığını və əsas sağlıq probleminə çevrildiyini göstərir.  “Femmekan”-ın budəfəki mövzusu gənclərdə depressiya, isterik davranışlar və səbəbləridir.  Azərbaycanın durumu  Azərbaycanda depressiyadan əziyyət çəkənlərin statistikası aparılmır.  Dövlət Statistika Komitəsinin (DSK) 18 yaşadək...

Feminist etika və jurnalistika

“Femsöhbətlər”in növbəti epizodunda hər birinizi xoş gördük. Keçən aylarda feminizmlə bağlı kitablardan, 2024-cü il üçün feminist planlardan danışmışdıq. Bu epizodumuz bir az fərqli olacaq: xüsusilə, media nümayəndələrini, jurnalistləri və jurnalistika tələbələrini epizodumuzu dinləməyə dəvət edirəm.  Adından da göründüyü kimi, bu dəfə feminist etika və jurnalistikaya feminist yanaşmanın önəmindən bəhs edəcəyik. Müsahibimiz olmasa da, epizod ərzində...

Etnik gürcü və azərbaycanlı qadınların ortaq dərdləri 

Dil, təhsil və cəmiyyətə inteqrasiya problemləri  Azərbaycanda yaşayan etnik gürcü qadınlar azərbaycanca necə bilir? Onlar universitetə qəbul ola, iş tapa, bir sözlə, Azərbaycan cəmiyyətinə qarışa bilirlərmi?  Eləcə də sərhədin o tayına boylananda, Gürcüstanda yaşayan etnik azərbaycanlı qadınların həyatı, təhsili, dil bilgisi və cəmiyyətə inteqrasiyası nə yerdədir?  “Femmekan” mövzuya ikitərəfli yanaşaraq, hər iki tərəfin vəziyyətinə güzgü...

Qadınları estetik əməliyyatlara aparan nədir?

Dünyada estetik toxunuş edənlərin sayı hər il artır Tez-tez dəyişən gözəllik standartlarına tam uyğunlaşmağı mütəxəssislər qeyri-sağlam hərəkət sayır. Son zamanlar Azərbaycanda estetik əməliyyatların, bədənə yüngül toxunuşların artmasından danışacağıq. Səbəbləri nələrdir, niyə kütləvi hal alıb? 35 yaşlı Nərmin Babayeva deyir ki, görünüşü onu uşaq vaxtından narahat etməyə başlayıb. Ətraf, hətta ailəsinin bu barədə fikirləri onda görünüşünü...

Şiddətə gedən yol: zorakılıq özünüifadə vasitəsinə çevrilir?

Uşaqların yerinə danışmağın, onların sözünü kəsməyin nəticələri  Böyüyəndə niyə kosmonavt olmaq istəyirsən? Yox, əmisi, kosmonavt olmayacaq, oğlum həkim olacaq, anası-atası xəstələnəndə, müalicə edəcək Uşaqlarla böyüklər arasındakı belə dialoqlara tez-tez rast gəlirik. Valideynlər uşaqlara verilən sualları cavablayır, azyaşlılara fikirlərini çatdırmağa icazə vermirlər.  “Hərdən mənə nədənsə danışmağa çalışır. Fikrini ifadə etməkdə çətinlik çəkdiyi üçün cümlə qura bilmir,...

Fransada yol qəzalarına diqqət kampaniyası: “Qadın kimi sür”

Fransada yol qəzalarında həyatını itirən və ya yaralananların haqlarını müdafiə edən “Victimes et Citoyens” (Qurbanlar və vətəndaşlar) dərnəyi “Qadın kimi sür” adlı kampaniya başladıb.  Kişilərin daha yaxşı sürücü olduğuna dair davam edən “qadın düşməni” qavrayışıyla mübarizə aparmaq istəyən dərnək “bu qərəzli fikrin heç bir əsası olmadığını göstərmək üçün rəqəmlərə baxmaq kifayətdir” deyərək, yollarda ölümlə nəticələnən...

İdeal övlad gözləntisinin uşaqlara təsiri

Uşaqdan mükəmməl olmağı gözləmək onda travma yaradır?  Uşaq böyütmək, tərbiyəsi ilə məşğul olmaq valideynlərin böyük qayğısıdır. Təbii hər valideyn övladının sağlam böyüməsini, hərtərəfli inkişaf etməsini arzulayır. Çoxları mükəmməl, ideal övlad yetiştirmək istəyir. Bu zaman bilərəkdən və ya bilməyərəkdən onları psixoloji və mənəvi yükləyir, gələcək həyatında travmalara yol açır.  İdeal övlad istəyinin uşağın gələcək həyatına təsirindən...

Qeyri-sağlam münasibət nədir və ondan necə qurtulmaq olar? 

“Psixoloji təzyiqin zorakılıq qədər zərərli olduğu qəbul edilməlidir” Bu dəfə qeyri-sağlam, son zamanlar barəsində çox danışılan toksik münasibət, toksik partnyordan danışacağıq.  Toksik münasibətin nə olduğunu çoxu bilsə də, toksik insandan uzaqlaşmaq və həmin münasibəti bitirmək asan olmur.  Münasibətin qeyri-sağlam olduğuna dair siqnallar nələrdir?  Toksik münasibətin içində olduğunu necə anlamaq olar, hansı addımlar atılmalıdır?  42 yaşlı...

Mənim Yeni Tarix