Şəxsi İşini qurmaqla, kənd qadınlarına İş, qızına təhsil verən qadın

0

“Yaxşılıq kapital kimidir, müsbət enerjiyə dönüb, geri qayıdır”

“Uşaqlara mənəvi dəstək vermək bəs etmirdi. Onları normal yetişdirmək, təhsil vermək üçün maddi dəstəyə ehtiyac vardı. İşləməyimə isə izin vermirdilər. Odur ki, uzun müddət evdən çıxmadan pul qazanmağın yollarını axtardım” – deyir, Nailə Tağıyeva.

Dörd bacının ilki olan Nailə orta məktəbi bitirən kimi valideynlərinin istəyilə ailə qurub. Ali təhsil almaq arzusunu reallaşdırmağa imkanı olmayıb. 

“Femmekan”ın bu dəfəki qonağı Abşeron rayonunun Novxanı kəndində yaşadığı evdə biznesini quran 46 yaşlı Nailə Tağıyevadır. 

Valideynlər belə məsləhət gördülər…

Nailənin həyat yoldaşı həm də qohumudur. Onlardan ailə qurmaları üçün fikirlərini soruşan olmayıb, valideynləri öz aralarında razılığa gəliblər. 

Deyir, müasir dövrdə bəzən qızlar haqlı olaraq valideynə qarşı çıxa bilir, onun zamanında isə ana-ata nə desə, əməl edilməliydi… 

“Evdə valideynlərimin sözü keçərli idi, etiraz etmək ağlıma da gəlmədi. Tezliklə toy oldu və mən Novxanıya köçdüm.  Beləliklə, təhsil almaq istəyim dəfn olundu. Sonralar ailəmin maddi vəziyyətini yaxşılaşdırmaq, uşaqlarıma yaxşı gələcək vermək və qızımın mənim taleyimi yaşamaması üçün işləmək istəsəm də, icazə vermədilər”.

Bakı kəndlərinin çoxunda olduğu kimi Novxanıda da əksər ailədə qadının təhsil alması, işləməsi xoş qarşılanmır. Nailənin sözlərinə görə, tanıdığı qadınlar arasında işləyənlər çoxdur, amma əksəriyyəti maaşını son qəpiyinədək ailə böyüklərinə verir. Qadının ehtiyaclarının qarşılanmasına gəlincə, ona öz qazancından pul ayrılması ailə böyüklərinin insafına qalır: 

“Ünsiyyətdə olduğum qadınların həyatları məni narahat edirdi. İllər keçdikcə anladım ki, ən böyük problem iqtisadi asılılıqdır. Hətta fiziki, mənəvi, psixoloji zorakılıqlar da iqtisadi asılılıqdan başlayır. Bir yerdə söhbət övladlarımın gələcəyindən gedirsə, boş dayana bilməzdim”.

Nailə söyləyir ki, xüsusilə bölgələrdə hələ çox təbliğata, qadınların işləməsinin əhəmiyyətini anlatmaq üçün maarifləndirməyə ehtiyac var.

Lavaşla başlayan qazanc

Nailə ailəyə dəstək olmaq, övladlarının ehtiyaclarını qarşılamaq üçün lavaş hazırlayıb, satmağa başlayıb. Sonradan işə müxtəlif növ şirniyyatlar, tortların bişirilməsi də əlavə olunub. İlk vaxtlar hətta doğmaları belə onun bu işini ciddi qəbul etməyib. Kənddə lavaşa, şirniyyata tələbat nə qədər ola bilərdi ki? 

“Bir də gördüm, Sumqayıtdan, Gəncədən sifarişlər gəlir. Bəzən günün 18 saatını mətbəxdə keçirirdim. Şansım onda gətirdi ki, nə həyat yoldaşım etiraz etdi, nə də qazandığım pulları əlimdən aldı. Pul qazandıqca, özümə inamım artdı”, – Nailə deyir.

O əlavə edir ki, daimi pul qazanmaq istəyirsənsə, bəzən gecə-gündüz çalışmaq yetmir, tələbata uyğun qidalar hazırlamaq, yeniliklər etmək, satış dairəsini genişləndirmək, yeni bazar tapmaq da lazım gəlir. Evdən çölə çıxmadan minimum şərtlərlə bunları etmək isə çox çətindir. Hələ evin qayğısı, uşaqların dərsləri, kursları qadının öhdəsindədirsə, vəziyyət daha da çətinləşir.

Qızımın oxumasına qarşı çıxdılar…

Nailə Tağıyeva deyir ki, qızı böyüdükcə, yaxın qohumlarından çoxu təhsilini davam etdirməsinə qarşı çıxmağa başlayıb. Onların fikrincə, “qız evdə oturmalı, yemək hazırlamağı bacarmalıdır. Qadının vəzifəsi yalnız ailəsinə qulluq etməkdir”. Qızı barəsində də belə məsləhətlər, nəsihətlərə başlanıb: 

“Doğrusu, əvvəlcə həyat yoldaşım deyilənlərə fikir vermədi, kurslara getməsinə dəstək də oldu. Amma qızım birinci il ali məktəbdən kəsiləndə, narazıların sırasına o da qoşuldu. Bütün məsuliyyəti üzərimə götürdüm. Hər gün onunla birlikdə kurslara gedirdim, geri qayıdıb sifarişləri çatdırmağa çalışırdım. Bəzi günlər gecəni mətbəxdə keçirirdim. Qızım universitetə daxil olandan sonra gözlənilmədən neçə-neçə ailədən kömək üçün müraciətlər başladı. Bir növ, təşkilatlandıq. Qərara gəldim ki, belə ailələrə kömək etmək üçün işimi böyütməliyəm”. 

Çin mətbəxi köməyimə çatdı

Nailə köməyə ehtiyacı olan iki qadını işə götürüb. Bundan sonra qazancını artırmaq üçün yeni yollar axtarışına başlayıb:

“Qazancımı artırmaq üçün müxtəlif ölkələrin mətbəxini araşdırmağa başladım. Dadıma Çin mətbəxi çatdı. Pəhriz və sağlam qidalanma ilə bağlı xeyli məlumatlar oxudum. Qadınlar daim formada qalmaq istəyir, amma etiraf edək ki, pəhriz qidaları dadlı deyil. Buna görə də xəmir xörəkləri sevən qadınlar üçün müxtəlif tərəvəz və bitkilərdən lavaşlar, xəngəllər hazırlamağa başladım” – deyir, Nailə Tağıyeva. 

Hazırda o, qarğıdalı, mərci, qarabaşaq, düyü və çovdar unundan müxtəlif xəmir xörəkləri hazırlayır. Müştərilərinin əksəriyyəti pəhriz saxlayan qadınlardır: 

“Hərfləri bilirsənsə, kitab oxumaq çətin olmur. Artıq 28 ildir bu işlə məşğulam. Hansı tərəvəzdən istəyirsən – çuğundurdan, kökdən, ispanaqdan lavaşlar hazırlayıram. Amma elə tərəvəz və ya dərman bitkiləri seçilməlidir ki, şəkərli diabet xəstələrinə, allergiyası olanlara mənfi təsir etməsin. Məhsulların çeşidləri artdıqca, işçilərin sayı da artır”. 

Nailə tərəvəz və bitkilərdən hazırlanan lavaş da daxil olmaqla, əksər qidaların sertifikatlaşdırılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib. “Ocaq” adlı istehsal müəssisəsi yaratmağı planlaşdırır. Deyir, dövlət qurumlarından rəsmi sertifikat almayanadək reseptlərini gizli saxlayacaq.

Nailə enerjiyə, karmaya inanır. Düşünür ki, yaxşılıq kapital kimidir, müsbət enerjiyə dönüb, insanın özünə qayıdır. Buna görə də o, daha çox ehtiyacı olan qadını ətrafına toplayır, onlara iş verir, dolayısı ilə qızlarına yaxşı gələcək, təhsil vermələrinə dəstək olur.

Yazı və fotolar Nazlı 

Təkbaşına səyahət edən qadın: nələrə fikir verməli? 

“Əfşan”ın yazarı İradə Qədirova təcrübəsini bölüşür “Arzusu olan, nə etmək istədiyini bilən qadın yolu sonunadək getməlidir. Həmin çətin yollardan tanıdığım, tapdığım bir İradə var”.   Səyyah İradə Qədirovanın sözləridir. Tək səyahət edən səyyah yollarda gördükləri barəsində iki – “Əfşan” və “Eşqin izi ilə – Səfərnamə” – kitablarını yazıb.  “Femmekan”la təkbaşına səyahət, gəzdiyi ölkələrdə başına gələnlər...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Mənim Yeni Tarix