Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

2

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur”

Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir.

Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib.

İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var.

Azərbaycanın küçələrində musiqiçilərə çox rast gəlmək olmur. Mərkəzi küçələrdəki bir neçə ifaçıya isə maraq və hörmət qonşu ölkələrdəki, Avropadakı kimi deyil. Çünki onların küçədəki ifası daha çox pul qazanmaq üzərində qurulub.

Mənbə: Sevinc Yusifova (Facebook)

Bakı küçələrindəki musiqi

Sevinc də deyir ki, bir müddət Bakı küçələrində skripka ifa edib, lakin müsbət yanaşılmadığı üçün dayandırıb.

“İran, Türkiyə və Gürcüstana səyahət zamanı küçədə ifalarım olurdu, xoş qarşılanırdı. Bakıda isə insanların davranışları, baxışları daha çox neqativ emosiya ötürürdü”.

Hisslərin musiqi ilə üzə çıxması …

Sevinc Bakıda küçə musiqisi mədəniyyətinin formalaşmadığına təəssüf edir. O da səbəbinin daha çox maddiyyat üçün edildiyindən olduğuna inanır.

“Bu da insanların sənətkara “dilənçi” gözündə baxmasına gətirib çıxarır”.

Sevinc Yusifova tez-tez Bakıdakı “Dome Baku” kafesində səhnə alır. Deyir, bunu daha çox sosiallaşmaq və yeni musiqiçilər tanımaq üçün edir.

Əsasən müstəqil ifaçı kimi fəaliyyət göstərir. Hazırda həm də “Misraband” rok qrupu ilə əməkdaşlıq edir: “İfa edəndə özümü yaxşı hiss edirəmsə, musiqim daha gözəl alınır. Belə olanda dinləyiciyə müsbət hisslər ötürə bilirəm. Özümü pis hiss etməyim də ifama yansıyır. Bu zaman musiqi ya tam ürəyimcə olmur, ya da ümumiyyətlə, içimdən ifa etmək gəlmir. Buna görə də hər zaman daxilimdə yaxşı olmağa, nələrisə düzəltməyə çalışıram ki, çölə gözəl melodiyalar ötürə bilim”.

Musiqi ilə tanışlıq

Sevinc Yusifova 26 yaşındadır. O, 6 yaşından skripka və fortepiano təhsili alıb. Anası fortepiano müəlliməsi olduğundan, musiqi ilə içə-içə böyüyüb.

Deyir, illər ərzində qadın olması inkişafını əngəlləyib, lakin musiqidən qopara bilməyib: “Musiqi təhsilimin beşinci ilində drijor Teymur Göyçayev məni özünün uşaq orkestrına götürmək istədi, lakin dərsləri şəhərin mərkəzində keçirdi. Atam “qız uşağıdır, onu kim aparıb-gətirəcək?”, “tək necə gedib-gələcək?” – deyib, əngəl oldu”.

Avtostop və küçə ifaçılığı  

Sevinc məktəbi bitirdikdən sonra musiqidən sonra ikinci sevdiyi işə fokuslanıb – səyahətə başlayıb. Avtostopla getdiyi yollarda, keçdiyi şəhərlərdə skripka ifa edib, xərclərini qarşılayıb.

“Həm musiqi ifa edirdim, həm də bilərzik düzəldib, satırdım. Səyahətlərin birində yolum Gürcüstana düşdü, ölkəni çox sevdim və bir müddət orada yaşamağa qərar verdim”. Onun Tbilisidəki həyatı pandemiya dönəminə düşüb və evdə oturduğu zamanlarda düşünməyə xeyli vaxtı olub. Anlayıb ki, musiqisiz həyatını təsəvvür edə bilmir və skripkanı daha professional öyrənməyə başlayıb:

“Həm də anladım ki, küçələrdə ifa etmək məni xoşbəxt edir. Odur ki, Tbilisi küçələrində gündəlik ifalara başladım. Beləliklə, yeni musiqiçilərlə tanış oldum, dostlaşdım, hətta müxtəlif kafelərdən iş təklifləri almağa başladım. Bu da yolumu birdəfəlik musiqiyə çevirdi. Həm də anladım ki, bir qadın tək qalıb düşünəndə, bacarmayacağı iş olmur”.

Sevinc Tbilisidə pank anarxist rok qrupu “Fanta” ilə əməkdaşlıq da edib. Hətta orada olduğu vaxtlar oxuyub, “Evgeni Mikeladze Tbilisi Central Music School” adlı musiqi kollecinə qəbul da alıb, lakin sonradan Azərbaycana qayıtmalı olduğundan, təhsilini yarımçıq saxlamalı olub.

Mənbə: Sevinc Yusifova (Facebook)

“Setarab” nə demək?

O, Azərbaycana qayıtdıqdan sonra bir müddət individual ifalara fokuslanıb. İfalarını studiyada lentə almağa başlayıb. Əlbəttə ki, bütün bunlar, həmçinin səyahət, kafelərdə və küçələrdə musiqi ifa etməsi, ona asan başa gəlməyib.

Deyir, ailəsi əvvəldə ona mane olmağa çalışıb, lakin zamanla onun qətiyyətini, qərarında ciddi olduğunu və geri çəkilməyəcəyini gördükcə, bunu etməyi dayandırıblar:

“Özümü musiqidən başqa bir yerdə görmək istəmirəm. Sevdiyi işlə məşğul olmaq həm də insanın əhvalına müsbət təsir edir, yaşamaq həvəsini artırır”.

Sevinc işlədiyi məkanlardakı, küçədəki ifalarını müəyyən vaxtdan sonra lentə almağa başlayıb. “Instagram” hesabı açıb və “Setarab” ləqəbi (Se – Sevincin başlanğıc iki hərfi, “tarab” ərəbcədən sevinc deməkdir) ilə ifalarını paylaşmağa başlayıb.

“İşi maddi yox, mənəvi cəhətdən sevərək edəndə, üzünə qapılar açır”

Sevinc özünü musiqi ilə sərhədləmir. Deyir, daim axtarışdadır. Məsələn, həm də rəsm və psixologiya ilə maraqlanır. Bəzən skripka ifa edəndə mahnı da oxuyur:

“Skripkaya gəlincə, düşünürəm ki, işi maddi yox, mənəvi cəhətdən sevərək edəndə, üzünə qapılar açır. Zamanla maddi durumu da düzəldir”.

Deyir, məsələn, zamanında kirayə qaldığından pul üçün küçədə ifa edib, lakin çox qazana bilməyib. Tbilisidə gözləntisi olmadan küçələrdə ifa edəndə, gözləmədiyi halda çox pul qazanıb və alqış toplayıb:

“Sadəcə inanırdım ki, gedib musiqi ilə indi məşğul olmalıyam. Belə etdikdə yaxşı pul qazanırdım. Hətta şəhərin mərkəzində yox, kənarlarda ifa edirdim. Başımı qaldıranda onlarla dinləyici görürdüm”.

“Qadın azad və öz ayağı üzərində duranda xoşbəxtlik qapını döyür”

Sevinc yenə Tbilisidə yaşadığı zamanları xatırlayır. Deyir, bu dövr onun üçün oyanış olub. Həyatda nə istədiyini, daha çox nədən zövq aldığını anlayıb: 

“Həmin vaxt musiqi, skripka həyatıma məna qatdı. Yenidən xoşbəxt hiss etməyə başladım. Odur ki, həmişə musiqi mənim üçün “ilahi bir mesaj”dır, deyirəm. Onu da deyirəm ki, insanlar sevdiyi, zövq aldığı, xoşbəxt olduğu işi görməlidir. Əsasən də qadınlar – onlar azad olmalı, öz ayaqları üzərində durmalıdırlar. Bundan sonra xoşbəxtlik qapını döyür…”.

Sevincin gələcək planları içində yenidən, uzunmüddətli səyahətə çıxmaq da var. Şərq musiqilərinə heyranlıq duyan Sevincin məqsədi həm də gəzdiyi ölkələrdə daha çox sənətkarla tanış olub, onlarla əməkdaşlıq etməkdir.

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Mənim Yeni Tarix