Sevil

0

SEVİL Sənədli Qadın Film Festivalı Azərbaycanda gender məsələlərinə toxunan sənədli filmlərin regionlarda nümayiş etdirilməsini həyata keçirir. SEVİL-in məqsədi sənədli film təbliği və bunun vasitəsilə qadın gücünə diqqət çəkməkdir.

Film festivalının bütün fəaliyyəti Sevil komandası qızlarının könüllü işi nəticəsində ərsəyə gəlib və hələ ki, bu şəkildə də davam edir.


Hər il baş tutacaq festivalda film nümayişi ilə yanaşı film çəkilişi təlimləri də nəzərdə tutulub. Hazırda ölkədə COVID-19 pandemiyası və baş verən siyasi proseslərlə bağlı olaraq film festivalının fəaliyyəti limitli şəkildə davam edir.

Pandemiyadan öncə isə komandanın qızları sentyabr və noyabr aylarında regionlarda təlimlər keçərək iştirakçılarla birlikdə iki qısa sənədli film ərsəyə gətiriblər. Çətinliklərə baxmayaraq, qızlar ucqar kəndləri belə ziyarət edib, sakinlərə layihəni təqdim ediblər.


Ölkədəki mövcud gərgin vəziyyət səbəbindən layihə, Bakıda sənədli film təlimləri və seminarlar şəklində davam edir.

SEVİL-in başlıca məqsədi insanlara yeni bacarıqları öyrətməyə təşviq etmək, hazırki böhranda aktivliyi təmin etməkdir.

Related Posts

Leave a Reply

My New Stories