Şahmat: güclü oyun, zəka, yoxsa yaradılan şərait, verilən şans hesabına qazanılır?

0

“Şahmat üzrə dünya çempionu kişiyə 1.2 milyon, qadına 300 min avro mükafat verilib”

“Şahmatda qadınlar kişilərdən zəifdir” – сümləsini azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov qursa da, səslənən fikir uzun illərdir dünyada müzakirə olunur. 

Şəhriyar Məmmədyarov isə daha irəli gedərək, qadın zehninin və bacarıqlarının kişilərdən az olduğunu iddia edib. 

Qadınların şahmatda zəif olması ilə bağlı oxşar fikirləri dünyaca məhşur, başqa kişi şahmatçılar da səsləndirib. 

Liverpool universitetinin yazdığı məqalədə deyilir ki, şahmat üzrə dünya çempionu Robert J. Fischer, qrossmeyster Naycel Şort qadınların şahmatda daha zəif olduğu qənaətində olublar. 

Dünyada ən yaxşı 100 şahmatçıdan 2-si, 1479 şahmat ustasından 31-i qadındır. Cəmdə 0,02 faiz edir.

Siyahıda qadın şahmatçıların sayı niyə azdır? 

Gürcüstanlı məşhur şahmatçı Nona Qaprindaşvili

Şahmat, strategiya, zəka tələb edən oyun hesab edilir. İllərdir bu oyunda cinslər arasında performans fərqi olması müzakirə olunur. Lakin qadınların zəkasının kişilərdən az olması ilə bağlı hər hansı elmi araşdırma, fakt yoxdur. 

Şahmat müəlliməsi Natavan Mehdiyevaya görə, əsas bir həqiqət var: qadınların yarışlarda kişilər qədər iştirak şansları olmur. Üstəlik, sosial amillər, cəmiyyətdəki gender rolları, qadınların yolunu kəsir: 

“Yüzlərlə şagirdim var. Onlardan 10 faizi qızdır. Çünki qızları daha çox rəqsə, gimnastikaya, rəsmə yönləndirirlər. Oğlanlar isə idmana, şahmata qoyulur. Nəticədə, şahmat bacarığı olan oğlanlar daha tez üzə çıxır, yolları açılır. Bəlkə yüzlərlə qızda da bu bacarıq olur, amma Bundan xəbərsiz yaşayırlar”.

“Qızının şahmatla məşğul olması üçün çalışan az valideyn olur”

Natavan müəlliməyə görə, evlərdə qız və oğlan uşaqlarından fərqli gözləntilərin olması da qızların gələcək inkişafına mənfi təsir edir: 

“Hansı Azərbaycan ailəsində dərs oxuyan qızın qardaşına, “dur, bacına çay gətir, yorulub”, – deyilir? Əksər ailələrdə hər gün qızları oğlana xidmət etməyə yönləndirirlər. Ən sadə misaldır. Oğlanı qızlara baxanda, daha imtiyazlı böyüdürlər. Hardasa yarış olanda, şagirdlərimə deyirəm, oğlanlar elə ordaca adlarını yazdırır, qızların cavabı isə “evdə deyək, sonra”, – olur. Qızları müəllim, həkim, tibb bacısı kimi görürlər. Çox az valideyn qızının şahmatla məşğul olması üçün çalışır”. 

Sosial, mədəni amillər, gender rolları və gözləntilər…

Gender fəalı Gülnara Mehdiyeva deyir ki, qadınlardan karyera, inkişaf gözləntilərinin olmaması, şahmatda da uğur qazanan qadın sayına təsir edir. Burada cəmiyyətin qız və oğlan uşaqlarına davranışının da rolu var: 

“Qızlara gələcəyin anası, yaxşı həyat yoldaşı kimi qayğılar yüklənir. Oğlanlara isə ailəsini dolandırması üçün bacarıqlarını mükəmməlləşdirməsi təbliğ edilir. İnsan sosial varlıqdır, yaşadığı sosiumun qaydalarından kənara çıxanda, özünü narahat hiss edir. Nəticədə, yaşadığı mühitdə normal sayılmaq üçün cəmiyyətin normalarına cavab verməyə çalışır. Axırda vaxtını hansısa peşəyə həsr edib, evlilik, uşaq və məişəti geridə qoya bilmir. Şahmata maraq göstərsə belə, yarıyoldan məişət qayğılarına dönür”. 

“Ana nə övladını, nə də məişət problemlərini unuda bilir”

Mənbə: creativemarket.com

Şahmatçı Şəhriyar Məmmədyarovun bacısı qrossmeyster Zeynəb Məmmədyarova gender fəalları, sosioloqların səsləndirdiyi arqumentlərə bənzər açıqlama verib.

“Üç övlad böyüdürəm, bütün fikrim onlardadır. Kişilərdə fərqlidir, bir istiqamətə tam köklənə bilirlər. Onları nə uşaqları, nə həyat yoldaşları narahat edir. Amma ana nə övladını, nə də məişət problemlərini unuda bilir”. 

Zeynəb Məmmədyarova 2000-ci ildə 18 yaşadək qızlar arasında dünya birincisi, 2002-ci ildə isə 20 yaşadək qızlar arasında Avropa birincisi olub. Həmin il Ümumdünya Şahmat Olimpiyadasının gümüş, 2003-cü ildə isə Dünya birinciliyinin bürünc mükafatçısı olub. 

Zeynəb Məmmədyarova “İdman Bizimlə” verilişində qonaq olarkən: “nəticələrimin ən pikində ailə qurmuşam. Səhv idi, düzgün addım atmamışam” – deyə, bildirib.

Verilişdə Zeynəb Məmmdəyarova Azərbaycanda qadın şahmatçıların problemlərindən də danışıb. Deyib ki, yarışa hazırlaşanda oğlanlara “üçlüyə layiqsiniz, sizdən bunu gözləyirik”, – deyilsə də, qızlara “sizdən onluğa düşməyi istəyirik”, – deyilir: 

“Həmişə deyirdim, qızlar üçün şərait yaradılmalı, onların müavinətləri normallaşdırılmalıdır ki, yüksək nəticə göstərsinlər. Günlük 6-8 saat şahmatla məşğul ola bilmək üçün məişət qayğıları olmamalıdır. Mən 2 saat şahmatla məşğul olub, zamanımın qalan hissəsini müəllimlik edirdim”. 

Zehni zəiflik stereotipi

“Forbes” yazır ki, ABŞ-da 300 şahmat müəllimi və valideynlər arasında keçirilən sorğudan məlum olub ki, onlar şahmatda oğlanların uğur qazanacağına inanır. 

“The Guardian”ın qadınların şahmatda uğursuzluq səbəbinin heç də zehni olmadığını vurğulayan məqaləsində tarixin ən güclü qadın şahmatçısı Judit Polgar deyir ki, qadınların şahmatda kişilərdən zəif nəticə göstərməsinə səbəb bioloji faktor deyil: 

“Qadını əngəlləyən toplumda onlara mane olan çətinliklər və sosial bariyerlərdir”. 

Bioloq Emma Hilton da kişilər və qadınlar arasındakı fərqin genetika ilə əlaqələndirilə biləcəyi fikriylə razılaşmır. 

Şahmatın “kişi idman növü” olması stereotipi

Şahmat dərsləri verən Elvin Cəbizadəyə görə, şahmatın “kişi idman növü” olması barəsindəki stereotiplər də qadınların uğurlarını əngəlləyir:

“Nyu York Universitetinin alimləri 2018-ci ildə araşdırma aparıb, müəyyənləşdiriblər ki, valideynlər və məşqçilər “qadınların şahmatda uğur qazanmaq şanslarının az olmasına” inanır. Bu da qadın şahmatçıların inkişafını əngəlləyir”. 

Müəllim bildirir ki, 2017-ci ildə ABŞ-da aparılan başqa araşdırma göstərib ki, 6 yaşlı qızlar genderlərinin “çox ağıllı olmadığına” inanır. Onlar “ağıllı insanlar üçün olan” peşələrə daha az maraq göstərir: 

“Şahmat da “ağıllı insanlar üçün olan” məşğuliyyət sayıldığı üçün erkən yaşlardan ona daha çox kişilər yönlənir”.

O əmindir ki, Azərbaycanda araşdırılsa, daha bərbad nəticələr ortaya çıxa bilər.

Rol model əskikliyi

Elvin Cəbizadə rol modelləri vacib sayır, deyir, adi “The Queen’s Gambit” serialındakı bir obraz nə qədər qadını şahmata həvəsləndirib.

“Bu yaxınlarda Ülviyyə Fətəliyeva şahmat üzrə Azərbaycanın ilk Avropa çempionu oldu. Kişi şahmatçılara nisbətən daha az danışıldı”. 

Az iştirakçılıq və təcrübə yetərsizliyi…

Gender fəalı Gülnara Mehdiyeva düşünür ki, qadınların iştirakçılığını və uğurlarını artırmağın əsas yolu onların sosial stereotiplərlə mübarizəsinə mənəvi dəstək olmaqdır:

“Qadınların təmsilçiliyini artırmaq üçün onlara pozitiv nümunələr, başqa qadınların uğur hekayələri lazımdır”.

Problemlərdən biri də fərqlərdir. Elvin Cəbizadə deyir ki, Dünya çempionluğu üçün yarışacaq şahmatçını müəyyən edən “Candidates Tournament 2024”-ün kişi yarışçılar üçün mükafat fondu – 500 min, qadınlar üçünsə 250 min avro idi. 2023-cü ilin şahmat üzrə dünya çempionu GM Ding Liren çempionluq yarışında 1.2 milyon avro qazanmışdı, həmin ilin qadın çempionu GM Ju Wenjun qazancı 300 min avro olmuşdu. Federasiyalar kişi şahmatına daha çox yatırım edir”.

“The Guardian”ın araşdırmasında deyilir ki, qadın şahmatçıların mediada və cəmiyyətdə kifayət qədər təmsil olunmaması gənc qızları şahmat karyerasına başlamaqdan çəkindirə bilir. Məsələn, azərbaycanlı qadın şahmatçılar üçün rol model ola biləcək insanların əksəriyyəti sonradan ailə quraraq, şahmatı tərk edib. 

Bütün bunlara rəğmən, son illər qadın şahmatçıların uğurları artıb. 

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ötən ilin dekabrında açıqladığı reytinqdə ilk 100-lükdə yer alan şahmatçılar içində üç azərbaycanlı qadın var. 

Günay Məmmədzadə 2455 xalla 27-ci, Ülviyyə Fətəliyeva 2387 xalla 76-cı, Gülnar Məmmədova 2386 xalla 78-ci pillədədir.

FEMMEKAN

Şiddətə gedən yol: zorakılıq özünüifadə vasitəsinə çevrilir?

Uşaqların yerinə danışmağın, onların sözünü kəsməyin nəticələri  Böyüyəndə niyə kosmonavt olmaq istəyirsən? Yox, əmisi, kosmonavt olmayacaq, oğlum həkim olacaq, anası-atası xəstələnəndə, müalicə edəcək Uşaqlarla böyüklər arasındakı belə dialoqlara tez-tez rast gəlirik. Valideynlər uşaqlara verilən sualları cavablayır, azyaşlılara fikirlərini çatdırmağa icazə vermirlər.  “Hərdən mənə nədənsə danışmağa çalışır. Fikrini ifadə etməkdə çətinlik çəkdiyi üçün cümlə qura bilmir,...

Fransada yol qəzalarına diqqət kampaniyası: “Qadın kimi sür”

Fransada yol qəzalarında həyatını itirən və ya yaralananların haqlarını müdafiə edən “Victimes et Citoyens” (Qurbanlar və vətəndaşlar) dərnəyi “Qadın kimi sür” adlı kampaniya başladıb.  Kişilərin daha yaxşı sürücü olduğuna dair davam edən “qadın düşməni” qavrayışıyla mübarizə aparmaq istəyən dərnək “bu qərəzli fikrin heç bir əsası olmadığını göstərmək üçün rəqəmlərə baxmaq kifayətdir” deyərək, yollarda ölümlə nəticələnən...

İdeal övlad gözləntisinin uşaqlara təsiri

Uşaqdan mükəmməl olmağı gözləmək onda travma yaradır?  Uşaq böyütmək, tərbiyəsi ilə məşğul olmaq valideynlərin böyük qayğısıdır. Təbii hər valideyn övladının sağlam böyüməsini, hərtərəfli inkişaf etməsini arzulayır. Çoxları mükəmməl, ideal övlad yetiştirmək istəyir. Bu zaman bilərəkdən və ya bilməyərəkdən onları psixoloji və mənəvi yükləyir, gələcək həyatında travmalara yol açır.  İdeal övlad istəyinin uşağın gələcək həyatına təsirindən...

Qeyri-sağlam münasibət nədir və ondan necə qurtulmaq olar? 

“Psixoloji təzyiqin zorakılıq qədər zərərli olduğu qəbul edilməlidir” Bu dəfə qeyri-sağlam, son zamanlar barəsində çox danışılan toksik münasibət, toksik partnyordan danışacağıq.  Toksik münasibətin nə olduğunu çoxu bilsə də, toksik insandan uzaqlaşmaq və həmin münasibəti bitirmək asan olmur.  Münasibətin qeyri-sağlam olduğuna dair siqnallar nələrdir?  Toksik münasibətin içində olduğunu necə anlamaq olar, hansı addımlar atılmalıdır?  42 yaşlı...

Şahmat: güclü oyun, zəka, yoxsa yaradılan şərait, verilən şans hesabına qazanılır?

“Şahmat üzrə dünya çempionu kişiyə 1.2 milyon, qadına 300 min avro mükafat verilib” “Şahmatda qadınlar kişilərdən zəifdir” – сümləsini azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov qursa da, səslənən fikir uzun illərdir dünyada müzakirə olunur.  Şəhriyar Məmmədyarov isə daha irəli gedərək, qadın zehninin və bacarıqlarının kişilərdən az olduğunu iddia edib.  Qadınların şahmatda zəif olması ilə bağlı oxşar fikirləri...

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Mənim Yeni Tarix