Ruh sağlığını qorumaq üçün nə etməli? 

1

Gənclərdə depressiya və isterik davranışların səbəbləri 

Dünyada 264 milyondan çox insan depressiyadan əziyyət çəkir. Bu, 20 il əvvəlin göstəricisindən 18 faiz çoxdur. Araşdırmalar depressiyanın miqyasının artdığını və əsas sağlıq probleminə çevrildiyini göstərir. 

“Femmekan”-ın budəfəki mövzusu gənclərdə depressiya, isterik davranışlar və səbəbləridir. 

Azərbaycanın durumu 

Azərbaycanda depressiyadan əziyyət çəkənlərin statistikası aparılmır.  Dövlət Statistika Komitəsinin (DSK) 18 yaşadək əhali arasında xəstəliklərlə bağlı hesabatına görə, ilk dəfə diaqnoz qoyulmuş psixi pozuntular və davranış pozuntularından əziyyət çəkənlərin sayı 2005-ci ildə 2748 olubsa, 2022-ci ildə 4146 nəfərədək artıb.

Yerli psixoloqlar yeniyetmə və gənclər arasında depressiyanın dəfələrlə artdığını düşünür.

“Psixoloqa getməyə maddi imkanımız yoxdur”

19 yaşlı Nəzrin Əliyeva ali məktəbə qəbul olmayıb, iş də tapa bilmir. Deyir, ailəsində daim bahalıqdan, imkanlarının olmamasından gileylənirlər. Bu, onu depressiyaya salır. 

Mənbə: behance.net

“Sosial həyatım yoxdur. Getdiyim yeganə yer ərzaq mağazasıdır. Bəzən adi sözdən ağlayıram. Heç kəsə dərdimi deyə bilmirəm. Eşitdiyim yeganə söz “hamı sıxıntı çəkir”dir. Psixoloqa getmək istəyimə ailəm qəribə reaksiya verir. “Ondansa, iş tap” – deyirlər”, – Nəzrin söyləyir. 

Aliyə Məmmədova isə deyir ki, bir neçə dəfə psixoloqdan yardım alıb. Bu, ona müəyyən müddət kömək edib. Aliyəni depressiyaya salan əsas məsələ imtahanlardır. Dərsə hazırlaşsa da, özündən asılı olmayaraq həyəcanlanır, isterik vəziyyətə düşür: 

“Yaxınlarım “zəifsən” deyirlər. Anam isə “yaxşı hazırlaşsan, imtahan qorxun olmaz”, – söyləyir. Bu, özümə inamımı daha da azaldır. Nəticədə, depressiyadan qurtula bilmirəm”. 

22 yaşlı İlkanə Əliyeva həyat eşqinin öldüyünü söyləyir. Deyir, bəzən günlərlə otağına qapanır, yataqdan durmaq istəmir: 

“Depressiya həyatımın parçasına çevrilib. Mübarizə aparmağa gücüm yoxdur. Məncə, cəmiyyətdə baş verənlər, sosial şəbəkədəki aqressiya, ən əsası, maddi imkansızlıq depressiyanın əsas səbəblərindəndir. Bəlkə maddi imkanım yaxşı olsa, günümü telefonla keçirmərəm. Bəzən əhəmiyyətsiz xəbər belə mənə pis təsir edir. Psixoloqların seansı isə 40 manatdan başlayır. Buna görə həyatım taleyin ümidindədir”. 

Elm adamlarından xəbərdarlıq

Koronavirusdan sonra xüsusilə gənclər arasında depressiyanın sürətlə yayıldığı bildirilir. Almaniyanın AXA siğorta şirkətinin sifarişi ilə keçirilən “Psixi sağlamlıq hesabatı 2024” sorğusunun nəticələrinə görə, Almaniyada əhalinin 31 faizi psixi xəstəliklərdən əziyyət çəkir. 

Çin və Taylandda da durum oxşardır. ABŞ-da isə əhalinin yüzdə 40-a qədəri depressiya, isterika, narahatlıq kimi psixi xəstəliklərlə mübarizə aparır. Türkiyə 38 faizlə siyahıda ikincidir. 

Mütəxəssislərin tövsiyəsi

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyir ki, depressiv və isterik davranışlar insanın yaşadığı mühitdən asılıdır. Mühitin insanın şəxsiyyət kimi formalaşmasında rolu böyükdür. İnsan istəklərinin reallaşmamağında hər zaman başqalarını günahlandırır. Bunun üçün onlara həyatın dərsini vermək istəyir. Hər kəsə həyatdan bezdiyini göstərən şəxs insanların onu anlamadığını deyir. 

Mənbə: ignant.com

Psixoloq düşünür ki, hadisələrə aqressiyasını bildirən şəxs əslində özünü axtarır: 

“Psixoloji nizamsızlığın istər bioloji, istərsə də psixoloji səbəbləri var. Xüsusən gənclər arasında depressiv və isterik hallar çoxdur. Bəzən həyatın dərslərinə cavab verə bilmirlər. İnsanların onlardan davamlı gözləntiləri hadisələrə adekvat yanaşmalarına mane olur”, – Nəcəfov deyir.

Psixoloq əlavə edir ki, gənclərdə depressiyanın bir səbəbi də rəqəmsal dünyadır. Burada sərhəd yoxdur: 

“Hər kəs bu sərhədsizliyin içindədir. Belə olanda, düşüncə də sərhədsizləşir. İnsanlar gündəlik müxtəlif informasiyalar qəbul etdikcə, özlərinə zaman ayıra bilmirlər. İnformasiyaların həyatlarında hansı mövqeyi formaşdıracağını müəyyən edə bilmirlər. Başqalarının həyatları maraqlı, öz həyatları mənasız görünür. Hər kəs başqası kimi olmaq istəyir. Əslində isə özünü doğru istiqamətdə axtarması üçün sadəcə düzgün suallar verməlidir”.

Psixoloqa görə, psixi sağlamlıq mütəxəssislərinə müraciət etməklə doğru suallar eşitmək olar.

Psixoloq Rasim Bayramov da cəmiyyətdə depressiya, isterik halların artdığını təsdiqləyir. Deyir, Azərbaycanda bununla bağlı araşdırmalar aparılmır:

“Pandemiya insanların psixosferasına pis təsir edib. Karantin və karantindən sonrakı dövrlərdə depressiyalar dərinləşib. Hətta həyəcan, təşviş, panik-atak yüksək həddədir. Pandemiya başa çatsa belə, bəzi məhdudiyyətlər, yeniyetmə və gənclərin vaxt keçirtmək üçün yerlərin məhdudluğu, depressiyanın artmasına gətirib”. 

Psixoloq deyir ki, müraciət edən hər 10 nəfərdən birinə depressiya, panik- atak diaqnozu qoyulur. Onun fikrincə, bu, olduqca narahatedicidir. Hətta bu gedişlə psixi sağlamlıq dünyanın əsas probleminə çevrilə bilər. 

Depressiv düşüncələr və depressiya əlamətləri

Mənbə: agoodson.com

EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova deyir ki, depressiya mental vəziyyətin çökdüyünü ifadə edən kəlimədir. Ən təməl simptomu həyatdan əvvəlkitək zövq almamaqdır: 

“Şəxs əvvəl xoşu gələn fəaliyyətlərə marağını itirir, ona həyat boş və mənasız gəlir. Depressiyadakı şəxs xoşbəxtliyi az hiss edir. Onda ümidsizlik, dəyərsizlik, günahkarlıq, qəzəb hissləri formalaşır. Nəticəsi isə enerjidə azalma, yorğun hissetmə, cinsi istəyin azalması, yuxu və iştahın artıb və ya azalması, düşünmə, diqqəti toplamaqda problemlər ortaya çıxır. Bu simptomlara intihar düşüncəsi və ya intihar təşəbbüsü də daxildir”.

Psixoloq deyir ki, depressiv pozuntu diaqnozunun qoyula bilməsi üçün sipmtomların azı iki həftə davam etməsi lazımdır: 

“Vəziyyət gündəlik fəaliyyətlərdə iştirakı çətinləşdirir, iş, təhsil, ailə, sosial mühitdə problemlər yaradaraq, funksionallığı pozur. Bu da həyat keyfiyyətini aşağı salır”.

Psixoloq deyir ki, depressiv vəziyyətlə başa çıxmaq üçün davranış və fəaliyyətlərin aktiv hala gətirilməsi, fiziki aktivlik, sosiallaşmanın artırılması lazımdır. 

FEMMEKAN

Beşinci Sevil Film Festivalında nələr var? 

Yenilik: Bu il festivalın daxilində feminist-arxiv bölməsi yaradılıb Azərbaycanda beşinci Sevil Film Festivalına start verilib.  Bu il festival əvvəlki illərdən fərqli Bakı, Şəki, Lənkəranla yanaşı, Şabranda da keçiriləcək.  Tədbirdə filmsevərlər, kino tənqidçiləri iştirak edir. Bu il festivalın daxilində feminist-arxiv bölməsi də yaradılıb. Foto Nərmin Həsənova “Üç filmdən ibarət xüsusi proqramımız vasitəsilə feminist arxivin rəflərinə göz...

Ruh sağlığını qorumaq üçün nə etməli? 

Gənclərdə depressiya və isterik davranışların səbəbləri  Dünyada 264 milyondan çox insan depressiyadan əziyyət çəkir. Bu, 20 il əvvəlin göstəricisindən 18 faiz çoxdur. Araşdırmalar depressiyanın miqyasının artdığını və əsas sağlıq probleminə çevrildiyini göstərir.  “Femmekan”-ın budəfəki mövzusu gənclərdə depressiya, isterik davranışlar və səbəbləridir.  Azərbaycanın durumu  Azərbaycanda depressiyadan əziyyət çəkənlərin statistikası aparılmır.  Dövlət Statistika Komitəsinin (DSK) 18 yaşadək...

Feminist etika və jurnalistika

“Femsöhbətlər”in növbəti epizodunda hər birinizi xoş gördük. Keçən aylarda feminizmlə bağlı kitablardan, 2024-cü il üçün feminist planlardan danışmışdıq. Bu epizodumuz bir az fərqli olacaq: xüsusilə, media nümayəndələrini, jurnalistləri və jurnalistika tələbələrini epizodumuzu dinləməyə dəvət edirəm.  Adından da göründüyü kimi, bu dəfə feminist etika və jurnalistikaya feminist yanaşmanın önəmindən bəhs edəcəyik. Müsahibimiz olmasa da, epizod ərzində...

Etnik gürcü və azərbaycanlı qadınların ortaq dərdləri 

Dil, təhsil və cəmiyyətə inteqrasiya problemləri  Azərbaycanda yaşayan etnik gürcü qadınlar azərbaycanca necə bilir? Onlar universitetə qəbul ola, iş tapa, bir sözlə, Azərbaycan cəmiyyətinə qarışa bilirlərmi?  Eləcə də sərhədin o tayına boylananda, Gürcüstanda yaşayan etnik azərbaycanlı qadınların həyatı, təhsili, dil bilgisi və cəmiyyətə inteqrasiyası nə yerdədir?  “Femmekan” mövzuya ikitərəfli yanaşaraq, hər iki tərəfin vəziyyətinə güzgü...

Qadınları estetik əməliyyatlara aparan nədir?

Dünyada estetik toxunuş edənlərin sayı hər il artır Tez-tez dəyişən gözəllik standartlarına tam uyğunlaşmağı mütəxəssislər qeyri-sağlam hərəkət sayır. Son zamanlar Azərbaycanda estetik əməliyyatların, bədənə yüngül toxunuşların artmasından danışacağıq. Səbəbləri nələrdir, niyə kütləvi hal alıb? 35 yaşlı Nərmin Babayeva deyir ki, görünüşü onu uşaq vaxtından narahat etməyə başlayıb. Ətraf, hətta ailəsinin bu barədə fikirləri onda görünüşünü...

Şiddətə gedən yol: zorakılıq özünüifadə vasitəsinə çevrilir?

Uşaqların yerinə danışmağın, onların sözünü kəsməyin nəticələri  Böyüyəndə niyə kosmonavt olmaq istəyirsən? Yox, əmisi, kosmonavt olmayacaq, oğlum həkim olacaq, anası-atası xəstələnəndə, müalicə edəcək Uşaqlarla böyüklər arasındakı belə dialoqlara tez-tez rast gəlirik. Valideynlər uşaqlara verilən sualları cavablayır, azyaşlılara fikirlərini çatdırmağa icazə vermirlər.  “Hərdən mənə nədənsə danışmağa çalışır. Fikrini ifadə etməkdə çətinlik çəkdiyi üçün cümlə qura bilmir,...

Fransada yol qəzalarına diqqət kampaniyası: “Qadın kimi sür”

Fransada yol qəzalarında həyatını itirən və ya yaralananların haqlarını müdafiə edən “Victimes et Citoyens” (Qurbanlar və vətəndaşlar) dərnəyi “Qadın kimi sür” adlı kampaniya başladıb.  Kişilərin daha yaxşı sürücü olduğuna dair davam edən “qadın düşməni” qavrayışıyla mübarizə aparmaq istəyən dərnək “bu qərəzli fikrin heç bir əsası olmadığını göstərmək üçün rəqəmlərə baxmaq kifayətdir” deyərək, yollarda ölümlə nəticələnən...

İdeal övlad gözləntisinin uşaqlara təsiri

Uşaqdan mükəmməl olmağı gözləmək onda travma yaradır?  Uşaq böyütmək, tərbiyəsi ilə məşğul olmaq valideynlərin böyük qayğısıdır. Təbii hər valideyn övladının sağlam böyüməsini, hərtərəfli inkişaf etməsini arzulayır. Çoxları mükəmməl, ideal övlad yetiştirmək istəyir. Bu zaman bilərəkdən və ya bilməyərəkdən onları psixoloji və mənəvi yükləyir, gələcək həyatında travmalara yol açır.  İdeal övlad istəyinin uşağın gələcək həyatına təsirindən...

Qeyri-sağlam münasibət nədir və ondan necə qurtulmaq olar? 

“Psixoloji təzyiqin zorakılıq qədər zərərli olduğu qəbul edilməlidir” Bu dəfə qeyri-sağlam, son zamanlar barəsində çox danışılan toksik münasibət, toksik partnyordan danışacağıq.  Toksik münasibətin nə olduğunu çoxu bilsə də, toksik insandan uzaqlaşmaq və həmin münasibəti bitirmək asan olmur.  Münasibətin qeyri-sağlam olduğuna dair siqnallar nələrdir?  Toksik münasibətin içində olduğunu necə anlamaq olar, hansı addımlar atılmalıdır?  42 yaşlı...

Mənim Yeni Tarix