Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

0

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir

Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi. 

Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının ən böyük arzusu olub. 

“Nərmin leykemiyadan əziyyət çəkirdi, sağalda bilmədik, vəfat etdi. Kitab oxumağı çox sevirdi, hələ tələbəykən ona ərzaq, geyim üçün göndərdiyimiz pulları qənaətlə xərcləyib, qalanına kitab alırdı. Bir müddət sonra isə “Alatoran” yayınlarında işə başlamışdı. Ölümünədək səkkizədək kitabın redaktəsini etmişdi”.

Məlahət Həsənova qızının ölümündən sonra onun arzuladığı yayın evini açmaq qərarı verib. Bununla bitməyib, o, qızının dəfn olunduğu yerdə kiçik kitab rəfi düzəldib, içinə kitablar qoyub. Məzarlığa gələn insanlar buradan kitab götürüb, oxuya bilirlər. Rəfə hər həftə 2-3 kitab əlavə edir. 

“Qızım Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil alıb. Əslində kitablara marağı elə uşaqlıqdan olub. Ad günündə hədiyyə alırdıq, açmadan əli ilə yoxlayırdı. Yumuşaqdırsa, kənara itələyirdi, kitabdırsa, sevincinin həddi-hüdudu olmurdu. Həmişə deyirdi ki, “mən deyəsən kitabla qidalanıram””.

Anası deyir ki, qızı hər kitab redaktə etdikcə, gələcəkdə açacağı yayın evi ilə bağlı xəyallar qurarmış. Üstəlik, oradakı kitabların hamısının redaktəsini özü və rəfiqəsinin  etməsini arzulayarmış: 

“Təəssüf ki, buna ömrü yetmədi. Dördüncü kursda oxuyanda itirdik onu. Övladını itirən valideynlər kimi hər yerdən əlimizi üzmüşdük, yaşamaq istəmirdik. Belə bir zamanda “Alatoran” yayınlarının rəhbəri Rasim Qaraca bizə gəldi. “Bəlkə Nərminin ən böyük arzusunu həyata keçirəsiniz? Onun adına yayın evi aça bilərsiniz. Bununla həm özünüzdə yaşamağa güc taparsınız, həm də qızınızın adını yaşadarsınız”, – dedi”.

Məlahət Həsənova deyir ki, bu fikir beyninə batıb. Beləliklə, qızının arzularını öz arzuları kimi mənimsəyib və qollarını çirmələyib: 

“İxtisasca mühəndisəm, ailə qurmadan öncə Aqrar Sənaye Nazirliyində mühəndis işləyirdim. Lakin qızımın arzusunu həyata keçirmək üçün həm yazıçı, həm də şairə oldum”.

Məlahət Həsənova qızının vəfatından sonra kitab yazmaqla və yayın evinin idarəsi ilə məşğul olmağa başlayıb. Deyir, bir gün bu işləri görəcəyini desəydilər, inanmazdı. Amma indi tək təsəllisi yayın evinin işləri ilə məşğul olmaq və içini boşaltmaq üçün yazmaqdır: 

““Nərmin” yayın evini öz büdcəmiz hesabına yaratdıq. Bəlkə də buranı Nərmin özü açsaydı, tamamilə fərqli ad qoyardı. Heç soruşmaq fürsətim də olmamışdı, yayın evinə hansı adı vermək istədiyini… İndi isə məqsədimiz qızımızın adını yaşatmaqdır. Hər yeni çap edilən kitabı əlimizə aldıqca, qızımızı qucaqladığımızı hiss edirik”. 

Yayın evinin əsas dəstəkçisi Nərminin atası Vüqar Həsənli, qardaşı və yaxın rəfiqəsi Dilbər Babayevadır. 

“Nərminin qardaşı və atası yayın evinin maliyyə işləri ilə məşğul olur. Yayın evi ilk yarananda Dilbər Babayeva bir çox kitabın redaktəsini edib və dəstək olub. Elə Nərmin də açacağı yayın evini rəfiqəsi Dilbərlə birgə işlətməyi arzulayırdı. Mən isə yayın evinin fəaliyyətini idarə edən icraçı direktoram”.

Məlahət Həsənova hazırda sərgilərdə iştirak edərək kitabların satılması və yayın evinin tanınmasına çalışır. Deyir, ilk dəfə 2017-ci ildə Bakı Əl Oyunları Sarayında keçirilən sərgidə iştirak ediblər: 

“Sərgilərin əvvəlindən axırına qədər  orada ayaq üstə qalıb, bu işlə məşğul oluram. Heç vaxt yorulmuram, sanki qızım mənim yanımdadır, mənə dəstək olur kimi hiss edirəm. Onun sevgisindən güc alıram”.

Məlahət Həsənovanın yazdığı ilk kitab da elə qızı Nərminlə bağlıdır.

“İki kitab müəllifiyəm. İlk kitabım 2015-ci ildə yazdığım “Leykoz” əsəridir. Bu əsərdə qızımın üç ay ərzində xaricdə müalicə aldığı dövr haqqında yazmışam. Bu kitabım Türkiyədə də “Nermin” adı ilə nəşr olunub. Bundan başqa, “Ömür kimi gözlər” kitabım da oxuyanlar tərəfindən bəyənilib. Hazırda isə “Şirvan Şəhidləri” adlı kitabın layihə rəhbəriyəm. O kitabda şəhid ailələrinin hekayələri öz dillərindən öyrənilərək yazılır. Bu yaxınlarda o da yayımlanacaq”.

Yayın evində bu günə qədər 40 kitabı çap olunub. Ümumilikdə yayın evindən əldə olunan gəlirlər leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə xərclənir. 

Məlahət Həsənovanın növbəti arzusu Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaqdır.

“Çox ümid edirəm ki, o vəsiqədən məndə də olacaq. Vəsiqəni götürüb, qızımın məzarına gedəcəm, ona nəyə qadir olduğumuzu göstərəcəm”.

Məlahət Həsənova yayın evinə maraq göstərən burada öyrənmək istəyən başqa qızları da gələcəkdə qızının davamçıları kimi görmək istəyir. 

“Rəfiqəsi Dilbər Həsənova Firudin Köçərli adına kitabxanada baş  kitabxanaçıdır. Ona görə də düşünürəm ki, onların yolunu başqaları davam etdirəcək”.

“Nərmin” Yayın Evinin devizi isə belədir: “insan var, 80 il yaşayır və heç yada düşmür, insan da var, 22 il yaşayır, adı “Nərmin” Yayın Evi olur”.

Yazdı Nərgiz Abbasova

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Mənim Yeni Tarix