Qızı üçün çıxdığı yolda bütün ölkəyə dəstək olan qadın

0

“Həyat bizə verilmiş sınaqdır, mübarizə aparmaq lazımdır ki, alnı ağ çıxa bilək”

“İnsanı çətinliklər gücləndirir”, – belə deyir Çiçək Məmmədli. O, Azərbaycanda autizm sindromu ilə bağlı ilk layihənin müəllifidir. Məhz onun təşəbbüsü və təklifləri ilə autizm sindromu qanunvericilik aktlarına salınıb. 

O, autizm və onun fəsadları, reabilitasiya prosesindəki ümumi metodologiya ilə bağlı cəmiyyəti qismən də olsa, maarifləndirmək üçün bukletlər hazırlayıb, belə ailələri ətrafına toplamaq üçün təşkilat yaradıb.

Deməsinə görə, illərdir apardığı mübarizə gec də olsa, nəticə verib. Autizm sindromu ilə bağlı hazırladığı 30 təklifdən yalnız biri reallaşsa da, o, yolundan dönməyib. 

“Femmekan”ın budəfəki qonağı Autizmlə Mübarizə İctimai Birliyinin sədri Çiçək Məmmədlidir.  

Həyat yoldaşı I Qarabağ Müharibəsi iştirakçısıdır, döyüşlərdə ağır yaralanandan sonra onda ruhi pozuntular yaranıb, illərdir baxıma möhtacdır. İki övladının hər biri isə autizm sindromludur, onlar Çiçək Məmmədlinin himayəsindədir.

“Autizmin nə olduğunu qızımla öyrəndim”

Çiçək Məmmədli deyir ki, qızının bir yaşı olandan sonra körpədə ünsiyyətlə bağlı problemlər sezib, lakin həkimlər qızına diaqnoz qoymaqda çətinlik çəkib. Odur ki, araşdımalara özü başlayıb, xarici mətbuatdan qızının vəziyyəti ilə bağlı məlumatlar toplayıb, elmi məqalələr oxuyub. Nəhayət, autizm sindromu ilə tanış olub.

“Əvvəlcə qəbul etmək istəmədim. Çünki artıq oğlumla bu çətinlikləri yaşamışdım. Onun vəziyyətini belə izah edim, hazırda 37 yaşı var, amma 10-15 yaşlı uşaq kimidir. Amma oğlum özünə qulluq edə bilir, istəklərini anlatmaqda çətinlik çəkmir. Qızımda isə bir qədər fərqlidir. Onda autizmin ən ağır formasıdır”, – Məmmədli söyləyir.

Çiçək Məmmədlinin sözlərinə görə, diaqnozun təsdiqlənməsi üçün ölkənin səhiyyə qurumlarına müraciət edib. Bununla yanaşı, xarici ölkələrin təcrübəsini araşdırıb. Bir neçə ölkədə autizmli uşaqların müayinə və müalicəsi ilə maraqlanıb. Araşdırma zamanı bəlli olub ki, Azərbaycanda autizmli uşaqların əksəriyyətinə yanlış diaqnozlar qoyulub, kimi “nitq problemli”, kimi də “əqli geriliyi olan” diaqnozu ilə illərlə yanlış müalicə alıb. Bir çoxu isə valideynləri tərəfindən tərk edilib. O isə qızının müalicəsi üçün uzun bir yola çıxıb.

“Qısa müddətdə axın olacağını gözləmirdik”

Çiçək Məmmədli deyir ki, az qala, ölkənin bütün səhiyyə qurumlarını, xəstəxanaları, özəl klinikaları bir-bir gəzib, bu sahədə xidmət göstərəcək mütəxəssis axtarıb: “Azərbaycanda autizm sindromunun araşdırılması mövzusunda ilk mütəxəssis olan Esmira Kazımova ilə birlikdə 2008-ci ildə öz vəsaitimiz hesabına kitabça dərc etdik. Sonra birgə dərnək yaratdıq. Ölkənin bütün regionlardan müraciətlər başladı, ancaq qısa müddətdə belə bir axının olacağını gözləmirdik”.

Məmmədli deyir ki, ailələrin məlumatlandırılmasının çətinliyi, bir yandan da dövlət qurumlarına autizm probleminin mövcudluğunu etiraf etdirmək asan olmayıb. Halbuki, əksər ölkələr uzun illər autizm sindromu ilə bağlı layihələr icra edib. Autizm sindromlu uşaqlarla iş pərakəndə qaydada deyil, birbaşa dövlətin nəzarətindədir.

On iki nəfərdən ibarət komanda formalaşıb

Çiçək Məmmədli sonradan özünün də daxil olduğu on iki mütəxəssisdən ibarət komanda formalaşdırıb. İctimai Birlik bir yandan da autizmlə bağlı məlumatların daha böyük kütləyə yayılması üçün qəzet nəşr etməyə başlayıb. “Autizm” adlandırılan qəzet ayda bir dəfə hələ də nəşr edilir. Bundan əlavə, autizmlə bağlı sayt yaradılıb.

“Autizm bəlkə də yeganə sindromdur ki, belə uşağı olan valideynlərin özlərinin də ciddi psixoloji dəstəyə ehtiyacı olur.  Bununla yanaşı, autizmli uşaqlarla iş ciddi maliyyə tələb edir”, – təşkilat rəhbəri deyir. 

Bildirir ki, birlik ixtisaslaşmış təşkilat kimi bir çox beynəlxalq qurumların üzvüdür. Autizmin müalicəsində son yeniliklərdən xəbər tutma tətbiqi üçün təkliflər hazırlaya bilirlər.

Autizm qanunvericilikdə əksini tapıb

Çiçək Məmmədli deyir ki, Milli Məclisə 30 maddədən ibarət təkliflər göndəriblər. 2015-ci ildə mərhum deputat Qənirə Paşayeva ilə birgə layihələr hazırlayıblar və həmin layihələr  bu gün də icra edilir. Deputat və mütəxəssislərin, o cümlədən 500 nəfərin iştirakı ilə tədbir keçiriblər. Nəticədə sağlamlıq imkanları məhdudluğu meyarında autizm özünə yer alıb: 

“Qanunvericilikdə yalnız eşitmə-görmə problemli uşaqlar, uşaq serebral iflici, daun sindromlu uşaqlarla bağlı məlumatlar var idi. Həkimlər diaqnoz qoymurdular. İndi autizm sindromu da diaqnoz kimi qeyd edilir. Bizə məktub gəldi ki, sizin təklif qəbul edildi. İndi DOST İnkişaf Mərkəzləri, digər dövlət proqramları autizmlə bağlı işlərə başlayıb. Bu illər ərzində təkcə, dövlət qurumlarına iki mindən çox məktub göndərmişik. Sevindiricidir ki, bir çoxuna cavab verilib. Artıq 2 aprel Azərbaycanda Autizm Günü kimi qeyd edilir”.

“Nəticə üçün yorulmadan mübarizə aparılmalıdır”

Məmmədli deyir ki, qızı üçün çıxdığı yolda digərlərinə də dəstək olmağı seçib. Deyir, autizmli övladı olan valideynlər də nəticə üçün yorulmadan, səbrlə çalışmalıdırlar.

“Uzun və gərgin əməkdən sonra qızım tualet vərdişinə yiyələnib. Halbuki ən çətinlik çəkdiyim sahə idi. İndi təbii ehtiyaclarını özü yerinə yetirir, üstəlik, çağırışlarıma reaksiya verir, xırda işlər görməyə cəhd edir. Oğlum isə mənimlə tədbirlərə gedir, təşkilatın fotoqrafıdır. Bu günlərdə icra hakimiyyətinin əlillər günü ilə bağlı tədbirində tərifnamə aldı. Düşünürəm ki, buna görə yaşamağa dəyər. Bütün əziyyətlərimin qarşılığını alıram”,-Məmmədli söyləyir.

Çiçək Məmməli əlavə edir ki, həkimlər ona xərçəng diaqnozu qoyub, 2019-cu ildə əməliyyat olunub. Amma bir an olsa belə övladlarının müalicəsini, təlimini yubatmayıb:

“Evdə üç dolab var, birinə yoldaşımın, digərlərinə övladlarımın dərmanlarını yığmışam. Həkimlər mənə xərçəng diaqnozu qoyanda ağır depressiyaya düşdüm. Öz dərmanlarım üçün dolab ayırmadım, əksinə, özüm-özümü depressiyadan çıxardım ki, xərçəngə qalib gələ bilim. Düşünürəm ki, bu həyat bizə verilmiş sınaqdır, mübarizə aparmaq lazımdır ki, alnı ağ çıxa bilək”.

Yazdı Nazlı

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Mənim Yeni Tarix