Qeyri-sağlam münasibət nədir və ondan necə qurtulmaq olar? 

1

“Psixoloji təzyiqin zorakılıq qədər zərərli olduğu qəbul edilməlidir”

Bu dəfə qeyri-sağlam, son zamanlar barəsində çox danışılan toksik münasibət, toksik partnyordan danışacağıq. 

Toksik münasibətin nə olduğunu çoxu bilsə də, toksik insandan uzaqlaşmaq və həmin münasibəti bitirmək asan olmur. 

Münasibətin qeyri-sağlam olduğuna dair siqnallar nələrdir? 

Toksik münasibətin içində olduğunu necə anlamaq olar, hansı addımlar atılmalıdır? 

42 yaşlı Səbinə Əliyevanın 11 illik sevgilisindən ayrılmasının üstündən 7 il ötüb. O, həmin münasibətdən sonra həm özünə, həm də kişilərə güvənini itirib, uzun müddət psixoloji dəstək alıb və bu gün yeni münasibətə açıq deyil. Deyir, keçmişdə yaşadıqları yadına düşəndə, əlləri əsir: 

“Müəyyən vaxtdan sonra münasibətin mənə zülm olduğunu anlamışdım, lakin qopa bilmirdim. Dostlarım, ailəm basqı edir, göstərməyə çalışırdılar ki, biz “yola getmirik”. Bilirdim, lakin həmin an mənə elə gəlirdi ki, onsuz həyatım daha pis olacaq”. 

Səbinə Əliyeva ən çox diqqətsizlikdən və günahkar hiss edilməkdən əziyyət çəkib. Deyir, münasibətin ilk dövrlərində olan diqqət tamamilə azalanda, bunu tələb etməyə başlayıb. Qarşı tərəf isə diqqətsizliyini onu günahlandırmaqla ört-basdır edib: 

“On il içində bəlkə 50 dəfə ayrıldıq. Yoran da elə ayrılıb- barışmaq, yenidən başlamaq, ümid etmək olub”. 

Mütəxəssislərə görə, insan toksik münasibətin içində olduğunu dərk edəndən müəyyən vaxt sonra, etaplarla ayrıla bilir.

Mənbə: themindsjournal.com

Psixoloq Gülnarə Əkbərova və müstəqil ekspert Əfsanə Tahirova “Youtube”da toksik münasibət haqqında danışıblar. Həmin müzakirədə Gülnarə Əkbərova bildirib ki, 2018-ci ildə dünyada ən çox işlənən söz “toksik” olub:

“Münasibətlər, insanlar, qidalar – hər şeyin toksik forması olur. Toksik, zərərli və ya qeyri-sağlam münasibətdə olanda insan özünü, sağlamlığını və rifahını zədələnmiş hiss edir. Xoşbəxt olmur, bilir ki, həyatında nəsə düz getmir. Münasibətin içərisində özünü anlaşılmaz, dəyərsiz, dəstəklənməyən hiss edir”. 

Ayrılıqdan sonrakı zorakılıq 

Xədicə Hacılı uzun illər toksik münasibət yaşasa da, münasibəti bitirib, həyatını yenidən qurmağı bacarıb. Amma bu, qısa müddətə və asanlıqla başa gəlməyib. 

Bizə keçdiyi yoldan danışarkən bildirib ki, toksik münasibətdə olan qadınlar  zorakı partnyorlarından ayrılmaqdan qorxur. Buna səbəb ayrılıqdan sonra zorakılığın  (post separational abuse) artma ehtimalıdır: 

“Zorakı şəxslər ayrıldıqdan sonra qadınları uşaqlarını onlardan almaqla hədələyir, yaxud mülkiyyətini əlindən almağa, sosial reputasiyasını korlamağa çalışır. Qısa –  ayrıldıqdan sonra zorakılıq yeni formada davam edir, bəzən artır. Qadın bilir ki, ayrılmaqla “yağışdan çıxıb, yağmura düşəcək”. Odur ki, münasibəti davam etdirir”.

Hər şeydə qadının günahlandırılması 

Xədicə  Hacılı bildirir ki, bəzən cəmiyyət də qadınları toksik münasibəti davam etdirməyə vadar edir. Onlara qarşı məişət zorakılığına məruz qaldıqları zaman evliliyi bitirməməsi, ayrılmaması haqda çox qınaqlar var: 

“Buna viktimbleyminq deyilir. Yəni qurbanın günahlandırılması”.

O deyir ki, belə zamanlarda əsla unudulmamalıdır, toksik münasibətlərdən çıxmaq çətin prossesdir və uzun zaman alır.

Resurs itkisi

Xədicə Hacılı ayrılıq zamanı qadınların həm də resurs itkisinə məruz qaldıqlarını bildirir. Deyir, ayrılıqdan sonrakı zorakılığın qarşısını almaq üçün qadınların sabit gəlir, qida, geyim və evə ehtiyacı olur. Həmçinin, hüquqi psixoloji, tibbi yardım da önəmlidir. Ən başda isə dövlətin vətəndaşını təhlükələrdən qoruması gəlir: 

“Bir çox hallarda qadın resurs çatışmazlığından heç bir mübarizə addımı ata bilməyəcək vəziyyətə gəlir”. 

Narsist partnyorla toksik münasibət

Toksik münasibətlərin yaranmasının səbəblərdən biri də narsist  partnyorla münasibətdə olmaqdır. Kimə narsist insan deyə bilərik? 

Psixoloq Südabə Əliyeva deyir ki, yaxın insanın ehtiyaclarını görməzlikdən gəlmə, bilərəkdən insanın emosional vəziyyətini tənzimlənmiş haldan çıxarma, onu çevrəsindən uzaqlaşdıraraq, özündən asılı saxlama kimi toksik davranışları göstərən şəxslərə narsist deyilir: 

“Narsistik şəxsiyyət pozuntusu (NŞP) beynəlxalq diaqnostik təlimatlarda tanınan psixiatrik diaqnozdur”.

Psixoloq vurğulayıb ki, hər NŞP diaqnozu olan insan bu davranışları göstərmir, hər bu davranışları göstərən insan avtomatik olaraq NŞP diaqnozuna uyğun gəlmir: 

“Toksik davranışların əsası böyüdüyümüz ailə, şəxsi təcrübələrimiz və yaşadığımız cəmiyyətdə oturuşmuş yanaşmalardan formalaşır”.

Mənbə: vectorstock.com

İnsanı “allahlaşdıraraq”, real ehtiyaclarını görməzdən gəlmək

Südabə Əliyeva deyir ki, hər şəxs toksik münasibətdə olduğunu fərqli anlarda, vəziyyətlərdə dərk edir. Əl qaldıran və ya sözlərlə kiçildən şəxsin toksik olduğunu çoxu bilir. 

“Birbaşa hiss etmədiyimiz toksik davranış formaları da var. “Sənsiz yaşaya bilmərəm”, “mənsiz vaxt keçirirsənsə, sevmirsən”, “sən birbaşa istəməsən belə, dilindən çıxan hər şeyi edirəm, qarşılığında naşükür davranırsan” kimi yanaşmalar da toksikdir. Sağlam münasibətdə insan əvvəlcə öz ehtiyaclarını tanıyır, bacardığı qədər qarşılayır, daha sonra isə qarşı tərəfin yox, onunla birlikdə qurduqları münasibətin içindəki ehtiyacları nəzərə alır”.

Necə bilək?

Psixoloq bildirir ki, münasibətlə bağlı özünə bəzi suallar verib, onlara dürüst cavablar əsasında münasibətinin toksik olub-olmadığını anlaya bilərsən: 

  • Hansı təməl ehtiyacım var?
  • Psixoloji ehtiyaclarım nələrdir?
  • Münasibətin içindəki ehtiyaclarım hansılardır?
  • Ehtiyacımı qarşılamağa partnyorum dəstək olurmu?
  • O, hansı ehtiyacımın qarşılanmasına əngəldir?
  • Münasibət problemlərimi/ehtiyaclarımı rahatlıqla partnyorumla danışa bilirəmmi?
  • Problemlərimi/ehtiyaclarımı dedikdə, həll olunmaq müzakirəsi olurmu?
  • Müzakirədən sonra davranışlarda dəyişiklik olurmu?

“Əgər partnyorunuz ehtiyac söhbətlərində həll yolu axtarmaq yerinə, sizi günahlandırır, ehtiyaclarınızı kiçildir və ya müzakirə zamanı hər şeylə razılaşır, lakin sonra davranışlarını dəyişmirsə, münasibətiniz toksik ola bilər”, – psixoloq düşünür.

Əlavə edir ki, toksik münasibətlərdə əlaqəni nə zaman dayandıracağınızı bilmək mühümdür. Sağlam münasibətlərin təməli ehtiyaclarımıza hörməti itirmədən, qarşı şəxslə orta məxrəc tapmaq üzərində qurulur. 

İnkar etmək

Sosial işçi Arzu Qarayeva deyir ki, cəmiyyətdə toksik münasibətlərə yanaşma müxtəlifdir. Səbəb cəmiyyətin inanc sistemi, sosial normaları, mədəniyyətin və ya insanların fərdi  düşüncələridir. 

“Bizdə inkar halları çoxdur. Cəmiyyət və toksik münasibət yaşayan insanlar bunu gizlətməyə, inkar etməyə meyillidir. Məqsəd sosial damğa almamaqdır. Yəni qınanmaq, təcrid olunmaq qorxusu var. Odur ki, münasibətin toksik olduğunu inkar edirlər”.

Davranışların normallaşdırılması

Arzu Qarayevanın sözlərinə görə, digər hal toksik münasibətləri normallaşdırmaqdır. Məsələn, “bir dəfədən heç nə olmaz”, “ərindi, döyər də, söyər də”, deyərək, normallaşdırırlar. 

Fərqində olsa da, asılıdır

Arzu Qarayevanın hazırda cəmiyyətdə müşahidə etdiyi əsas nüanslardan biri də qadınların fərqində olsa da, toksik münasibəti bitirə bilməməsidir. Düşünür ki, bunun səbəbi iqtisadi asılılıqdır. 

“Bəzən fiziki zorakılıq olmasa belə, psixoloji təzyiq, emosional manipulyasiyalar olur. Cəmiyyət bunun fərqində olmur. “Döyməyib, söyməyib nə istəyirsən?” – deyirlər”. 

Empatiya və  hörmət olmalıdır

Arzu Qarayeva problemin həll yollarına da toxunub. Deyir, ayrılıq halı yaşanarsa, zorakılığa məruz qalmış tərəfin verdiyi qərara, onun hüququna hörmətlə yanaşılmalı, dəstək və anlayış  göstərilməlidir. 

“Cəmiyyət anlamalıdır ki, o, psixoloji təzyiqə məruz qalıb, emosional zərər görüb. Maarifləndirmə olmalı, cəmiyyət məlumatlandırılmalıdır. Psixoloji təzyiqin fiziki zorakılıq qədər zərərli olduğu qəbul olunmalıdır”. 

FEMMEKAN

Şiddətə gedən yol: zorakılıq özünüifadə vasitəsinə çevrilir?

Uşaqların yerinə danışmağın, onların sözünü kəsməyin nəticələri  Böyüyəndə niyə kosmonavt olmaq istəyirsən? Yox, əmisi, kosmonavt olmayacaq, oğlum həkim olacaq, anası-atası xəstələnəndə, müalicə edəcək Uşaqlarla böyüklər arasındakı belə dialoqlara tez-tez rast gəlirik. Valideynlər uşaqlara verilən sualları cavablayır, azyaşlılara fikirlərini çatdırmağa icazə vermirlər.  “Hərdən mənə nədənsə danışmağa çalışır. Fikrini ifadə etməkdə çətinlik çəkdiyi üçün cümlə qura bilmir,...

Fransada yol qəzalarına diqqət kampaniyası: “Qadın kimi sür”

Fransada yol qəzalarında həyatını itirən və ya yaralananların haqlarını müdafiə edən “Victimes et Citoyens” (Qurbanlar və vətəndaşlar) dərnəyi “Qadın kimi sür” adlı kampaniya başladıb.  Kişilərin daha yaxşı sürücü olduğuna dair davam edən “qadın düşməni” qavrayışıyla mübarizə aparmaq istəyən dərnək “bu qərəzli fikrin heç bir əsası olmadığını göstərmək üçün rəqəmlərə baxmaq kifayətdir” deyərək, yollarda ölümlə nəticələnən...

İdeal övlad gözləntisinin uşaqlara təsiri

Uşaqdan mükəmməl olmağı gözləmək onda travma yaradır?  Uşaq böyütmək, tərbiyəsi ilə məşğul olmaq valideynlərin böyük qayğısıdır. Təbii hər valideyn övladının sağlam böyüməsini, hərtərəfli inkişaf etməsini arzulayır. Çoxları mükəmməl, ideal övlad yetiştirmək istəyir. Bu zaman bilərəkdən və ya bilməyərəkdən onları psixoloji və mənəvi yükləyir, gələcək həyatında travmalara yol açır.  İdeal övlad istəyinin uşağın gələcək həyatına təsirindən...

Qeyri-sağlam münasibət nədir və ondan necə qurtulmaq olar? 

“Psixoloji təzyiqin zorakılıq qədər zərərli olduğu qəbul edilməlidir” Bu dəfə qeyri-sağlam, son zamanlar barəsində çox danışılan toksik münasibət, toksik partnyordan danışacağıq.  Toksik münasibətin nə olduğunu çoxu bilsə də, toksik insandan uzaqlaşmaq və həmin münasibəti bitirmək asan olmur.  Münasibətin qeyri-sağlam olduğuna dair siqnallar nələrdir?  Toksik münasibətin içində olduğunu necə anlamaq olar, hansı addımlar atılmalıdır?  42 yaşlı...

Şahmat: güclü oyun, zəka, yoxsa yaradılan şərait, verilən şans hesabına qazanılır?

“Şahmat üzrə dünya çempionu kişiyə 1.2 milyon, qadına 300 min avro mükafat verilib” “Şahmatda qadınlar kişilərdən zəifdir” – сümləsini azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov qursa da, səslənən fikir uzun illərdir dünyada müzakirə olunur.  Şəhriyar Məmmədyarov isə daha irəli gedərək, qadın zehninin və bacarıqlarının kişilərdən az olduğunu iddia edib.  Qadınların şahmatda zəif olması ilə bağlı oxşar fikirləri...

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Mənim Yeni Tarix