Qadınların qorxulu yuxusu klimaks haqqında nə bilirik? 

0

İstilikbasma, əsəbilik, qan təzyiqinin yüksəlməsi, osteoporoz, depressiya – bunlar əlamətlərinin bir qismidir

İstilikbasma, əsəbilik, qan təzyiqinin yüksəlməsi, osteoporoz, depressiya, panik atak, müxtəlif xəstəliklərin ağırlaşması – bunlar qadınların klimaks zamanı üzləşdiyi problemlərin bir qismidir.

“Femmekan”ın budəfəki mövzusu qadınların qorxulu yuxusu -klimaks, yaxud menopauzadır.

Klimaks və ya menopauza orqanizmin qocalma prosesinin bir mərhələsi, yeni yaşam tərzinin başlanğıcıdır. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonlarının (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir.

“Ağır depressiyaya düşdüm”

Üç il bundan əvvəl mensturasiyası kəsiləndə Könül buna əhəmiyyət verməyib. Anasının təkidi ilə həkimə müraciət edəndən sonra ona erkən klimaks diaqnozu qoyulub.

24 yaşlı Könül Məmmədova deyir ki, ailə qursa belə heç vaxt ana olmayacağını eşidəndən sonra ağır depressiyaya düşüb. Azərbaycan kimi ölkələrdə ana olmayacaq qızın ailə qurmasının özü də mümkün deyil. 

Könül bir müddət psixiatrın köməyindən istifadə edib. Bununla belə hələ də depressiyadan qurtula bilmir.

47 yaşlı Xuraman İsmayılova isə deyir ki, övladlıq üçün müraciət edəndə ona klimaks dövründə olan qadınlara körpə uşaq himayəyə götürməyin məsləhət görülmədiyini bildiriblər. Hərçənd ki, klimaks dövrünü uzatmaq üçün internetdə qarşısına çıxan dərman və təbii müalicələrin demək olar ki, hamısından istifadə edib. 

Xuraman İsmayılova daim gərgin, ara-sıra istilikbasmalarının olduğunu deyir. Həmçinin bu hallarını övlad sahibi olmaq şansının get-gedə tükənməsi ilə əlaqələndirir.

“Yaşlandığımı hiss edirəm, hər nə qədər etiraf etməsəm də, orqanizm öz sözünü deyir. Həkim klimaks dövrünün başlandığını deyir, mənsə, hələ də övlad sahibi olacağım ümidi ilə müalicələri davam etdirirəm”, – İsmayılova qeyd edir.

Mənbə: sciencenews.org

Qadınlar niyə klimaksdan qorxur?

Mama-ginekoloq Raziyə Tapdıqova deyir ki, klimaks dövründə emosional dəyişikliklər – həyəcan, depressiya, əsəbilik tez-tez baş verir. Yumurtalığın funksiyası zəifləyir, yəni estrogen hormonu daha az ifraz olunur. Bu zaman qadında psixoloji dəyişikliklər baş qaldırır. Həmçinin bu hal kalsium mübadiləsinə təsir edir ki, bu da çox zaman sümük əriməsi ilə özünü biruzə verir. Toxumalarda daha az yenilənmə prosesi gedir.

“Cavan qadınlarda, yəni klimaksa qədər olan dövrdə toxumaların özünü yeniləməsi daha surətlə getdiyi halda, bu proses klimaks dövründə zəifləyir”, – həkim bildirib. Onun sözlərinə görə, tez-tez baş verən emosional dəyişikliklər, o cümlədən qocalmanın yaxınlaşması hissi qadınları qorxudur.

Erkən klimaks artıb

Raziyə Tapdıqova qeyd edir ki, klimaksın başlaması üçün orta yaş 47-53 arasıdır. Əksər qadınlarda klimaks 45-55 yaş arası başlayır, lakin mensturasiya 55-60 yaşdan sonra da kəsilə bilir.

“Son vaxtlar erkən klimaks hallarına tez-tez rast gəlirik. Bəzi qadınlarda 30 yaşından sonra klimaks başlayır”, -həkim deyib.

Mama-ginekoloq qeyd edir ki, təcrübəsində hətta 19 yaşlı ailə qurmayan qadında da klimaksa rast gəlib.

Mütəxəssis hesab edir ki, erkən yaş dövründə klimaks daha çox stresslə bağlıdır: 

“Xəstələrlə söhbət zamanı məlum olur ki, onlar dərin sarsıntı keçiriblər, ya yaxınlarını itiriblər, ya da hansısa problemdən stressə düşüblər. Bəzən də irsi faktorlar rol oynayır. Erkən klimaks keçirən qadınların övladlarında da bu baş verə bilir. Bununla yanaşı, istifadə edilən dərmanlar, zərərli vərdişlər, qeyri-sağlam həyat tərzi, yanaşı xəstəliklər də erkən klimaksa təsir edir. Gənc yaşda klimaksa girən qadınlar ana olmaq şansını itirirlər”.

Yeniyetmə anaları diqqətli olmalıdırlar

Həkim deyir ki, uzun müddət Türkiyədə çalışıb. Həm Türkiyə, həm də Azərbaycanda çalışdığı müddətdə yeniyetmə qızlarda mensturasiya gecikmələri müşahidə edib. 16-17 yaşlı qızlarda mensturasiya olmasa da, vaxtında həkimə müraciət etmirlər: 

“Doğrudur bu klimaks deyil, amma erkən klimaksdan danışmışkən bu problemi də qeyd etməliyik. Vaxtında mensturasiya olmamağın, o cümlədən mensturasiya pozulmalarının altında ciddi patalogiya ola bilər. Çox zaman həkimə gec müraciət olunur ki, bu da problemin dərinləşməsinə gətirib çıxarır”.

Həkim deyir ki, erkən klimaks zamanı istilikbasma olmur. Buna görə də mensturasiya pozuntuları varsa, mütləq həkimə müraciət etmək lazımdır.

Dərman və ya təbii müalicə effektlidirmi?

Klimaks dövrünün gecikdirilməsi üçün müəyyən preparatlar tövsiyə edilir. İnternetdə həm təbii müalicə, həm də dərmanla bağlı yetərli məlumatlar, reklamlar tapmaq olur. 

Raziyə Tapdıqova isə deyir ki, o, dərmanlardan istifadəni tövsiyə etmir: 

“47-53 yaş arası qadınlar klimaksa girirsə və onu çox ağır keçirmirsə, dərmanlar vasitəsilə uzatmağın faydası yoxdur. Bu, təbii prosesə qarşı çıxmaqdır. Lakin qadında sümük əriməsi müşahidə edilirsə və bu müayinələrlə təsdiq olunursa, kalsium preparatlar təyin edilir. Eləcə də, yanaşı xəstəliklər, simptomlar müalicə olunur”.

Həkimin sözlərinə görə, yalnız erkən klimakslar dərmanla uzadıla bilər. İstənilən halda, internetdəki məlumatları oxuyub, öz üzərində tətbiq etmək olmaz.

“Elə xəstələr var ki, psixoloji gərginlik keçirib, hətta ağır depressiya yaşayıb. Buna görə də ona psixiatr müalicəsi tövsiyə etmişik və müəyyən dərmanlar qəbul edirlər. Amma klimaksı ağır keçirməyənlərin dərman içməsini tövsiyə etmirəm”.

Bu əlamətlər varsa…

Həkim deyir ki, klimaksın birinci əlaməti istilik basmalardır. Təcrübələrə görə, bu əlamət əksər qadında müşahidə olunur. Eyni zamanda, çəkinin artması və emosional dəyişikliklər baş verir. Klimaksın bu və ya digər əlamətləri müşahidə edildiyi halda ginekoloqa müraciət etmək lazımdır.

“Ümumiyyətlə hər bir qadın 6 aydan bir ginekoloji yoxlamadan keçməlidir. Klimaks xəstəlik deyil, əlamətlər isə müalicə olunur”.

Yazdı Nazlı

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Seçdiyin, yoxsa sənə yaraşdırılan peşə? 

Zirvələri fəth edən qadının hekayəsi  Azərbaycan cəmiyyətində insanlara cinsindən asılı olaraq peşə yaraşdırmaq adi haldır. Məsələn, mühəndis, arxitektor, sürücü, pilot, alpinist kimi peşələr kişilərə, həkim, müəllim, tibb bacısı kimi peşələr isə qadınlara uyğun görülür. “Qız uşağısan”, “sən kişisən”, – ifadələrilə başlanan cümlələrin sonu şəxsi həyata, arzulara, istəklərə müdaxilə ilə bitir.  Götürək alpinizmi – Azərbaycanda qadınların...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

Mənim Yeni Tarix