Qadınları estetik əməliyyatlara aparan nədir?

1

Dünyada estetik toxunuş edənlərin sayı hər il artır

Tez-tez dəyişən gözəllik standartlarına tam uyğunlaşmağı mütəxəssislər qeyri-sağlam hərəkət sayır.

Son zamanlar Azərbaycanda estetik əməliyyatların, bədənə yüngül toxunuşların artmasından danışacağıq. Səbəbləri nələrdir, niyə kütləvi hal alıb?

35 yaşlı Nərmin Babayeva deyir ki, görünüşü onu uşaq vaxtından narahat etməyə başlayıb. Ətraf, hətta ailəsinin bu barədə fikirləri onda görünüşünü dəyişmək istəyi yaradıb.

Müəllif: Ichijo Hikaru

“Atam “universiteti qazansan, burnunu kəsdirəcəyəm” – deyirdi. Evdə burnum daim lağ mövzusu idi, su içəndə, “yavaş, stəkana girəcək”, – deməkdən tutmuş, “qrip olanda tez sağalırsan, çünki burnun böyükdür”, – demələrə qədər. Bir dəfə qonşu qadın dedi ki, “böyüyəndə yaman həyasız, davakar olacaqsan”. Səbəbi isə dodaqlarımın nazik olması imiş. Düşünürdüm ki, bunu hamı bilir və görür”.

“İnsanlarda özünə qarşı kompleks yaranmasının başında cəmiyyət gəlir”

Nərmin universiteti qazananda ailəsinin imkanı yaxşı olmayıb, burun əməliyyatı qalıb. Əməliyyatı ailə qurandan, hətta bir uşağı olandan sonra etdirib:

“Pulumu topladım və əməliyyata girdim. Soruşana da deyirdim ki, nəfəs almaq problemi vardı. Üstündən bir il keçmişdi, kosmetoloqa başqa bir prosedur üçün yazılmışdım, çıxışda kassadakı qadın başladı ki, “çox gözəl qızsınız, bir balaca dodaqlarınız korlayır, bəlkə azca gel vursunlar?” O qədər danışdı, təriflədi ki, yox deyə bilmədim. Nəticədə, həmin azca gel getdikcə çoxaldı, indi xeyli böyük dodaqlarım var, ilk baxışda özümə aid olmadığı bilinir”.

Nərmin Babayeva deyir ki, insanlarda özünə qarşı kompleks yaranmasının başında cəmiyyət gəlir. Onun sözlərinə görə, Azərbaycanda hər addımda insanın bədəni, görünüşü ilə bağlı fikir bildirmək adidir.

“Çox yaxının olmayan insanlar belə sənə asanlıqla “kökəlmisən”, “arıqlamısan”, “dodağın nə yaman nazikdir”, “qarabuğdayısan” və s. kimi sözlər deyə bilir. Bu, daimi olanda, insanda kompleks yaradır”.

Bədən Dismorfik Pozğunluğu (BDP) – insanın bədəninin müəyyən hissəsində qüsur və ya çatışmazlığın obsessiv şəkildə dərk etməsinə deyilir, psixoloji narahatlıqdır. 2023-cü ildə dünyada estetik prosedur edənlər 35 milyona yaxınlaşıb. Bu isə 3,4 faiz artım deməkdir.

Müəllif: Yichin Chen

Komplekslərdən azadolma

Aygün Əsgərova komplekslərindən azad olmaq üçün burun əməliyyatı etdirib. Əməliyyatdan sonra özgüvəninin artdığını söyləyən, Aygün bunu həm də dost-tanışın məsləhəti ilə etdiyini bildirib:

“Gələcəkdə bədənimdə başqa dəyişikliklər də etməyi düşünürəm. Növbədə dodaq dolğusudur. Çünki əməliyatdan sonra burnum kiçilib, dodaqlarım üzə çıxıb. Biraz böyük olsa, yaxşıdır. Ondan sonra isə sinəmi böyütmək (breast aigmentation) istəyirəm. Məncə, hər qadın kiçik toxunuşlarla ideal üzə, bədənə sahib ola bilər”.

Qadınları əməliyyata məcbur edən səbəblər

Psixoloq Gülnarə Əliyeva deyir ki, qadınların görünüşünü dəyişmək ehtiyacının bir neçə səbəbi var. Lakin səbəblərin kökü eynidir: qəbul olunmamaq qorxusu.

Psixoloq deyir ki, cəmiyyət qadını olduğu kimi qəbul etməyərək, onun qarşısına qeyri-real tələblər və standartlar qoyur. O, bir obyekt, bəzək əşyası kimi parametrlərlə ölçülür:

“Qadından daim gözəl, incə, göz oxşayan, cazibədar və gənc olması gözlənilir. Bu isə mümkün deyil, çünki insanlar zaman keçdikcə dəyişir, qocalır və bu, normaldır”.

Sosial medianın təsiri 

Psixoloq araşdırmalara əsasən deyir ki, estetik əməliyyat, müxtəlif toxunuşların artmasında sosial medianın təsiri var. Bu platformalarında gördüyümüz uğur, gözəllik hekayələrinin özgüvənə təsiri böyükdür.

“Fotolarda gözəl görünmək üçün estetik əməliyyata gedirlər. Bunu edənlərin çoxu 30 yaşadək olan gənclərdir. Məsələn, burun əməliyyatlarında 50 faiz artım var. Qadınlar özlərini iflunserlərlə müqayisə edir və bu, onları əməliyyata aparır. Statistika göstərir ki, əməliyyatların 92 faizini qadınlar edir”.

Asan və əlçatan əməliyyatlar

Gülnarə Əliyevaya görə, əməliyyatlarda artımın bir səbəbi də cəmiyyətin pozitiv yanaşmasıdır. Onun sözlərinə görə, artıq kimsə əməliyyat olduğunu gizlətmir, bəzən fəxrlə paylaşır. Bu da əməliyyatları daha əlçatan və normal edib.

Psixoloq görünüşlə bağlı qadınlara qarşı psixoloji təzyiqdən də danışıb. Bildirib ki, bu, onlarda təşviş, depressiya, bədəndən narazılıq hallarını artırır:

“Tamamilə standartların arxasınca qaçsaq, həyat keyfiyyəti pozular. Bəzən qadın patriarxal cəmiyyətin tələblərini yerinə yetirərkən, özünü, nə istədiyini unudur. Nəsə edərkən gərək balansı itirməyəsən”. 

Estetika hesab edilən gözəllik anlayışı

Sosial işçi Aynurə Vəlizadə deyir ki, gözəllik anlayışının formalaşmasının tarixi əvvələ gedir. Sosial təsir, təhsil mühitinin, mədəniyyət, moda sənayesinin buna təsiri var.

“Gözəllik və gənclik standartlarının yüksəlməsi də insanların bu standartlara uyğun görünmək istəyini gücləndirir. Yəni moda, məşhurluq və tibbi texnologiyaların inkişafının da prosesə təsiri var. Üstəlik, estetik əməliyyatlar təhlükəsiz və ucuz olduğundan da əlçatandır”.  

Aynurə Vəlizadə deyir ki, şəxs estetik əməliyyat etdirirsə, deməli, görünüşündən narazıdır. Lakin bəzən bunun baş verməsinə bir neçə amil təsir edir:

“İnsanlarda görünüşləri ilə bağlı inam problemləri yaranır. Onda əməliyyatlar “köməyə çatır”. Bəzənsə fərdin anadangəlmə, yaxud sonradan qazanılmış əlilliyi olur. Buna görə bulingə məruz qalır. Bu zaman da estetik əməliyyatlara ehtiyac duyulur”.

Risksiz əməliyyatlar

Tibb üzrə fəlsəfə doktoru İdrak Əhməd son dövrlərdə estetik əməliyyatların adiləşdiyini və geniş yayıldığını deyir. Bildirir ki, hətta orta məktəbdə oxuyan, yaxud məktəbi yeni bitirən qadınlar da dolğu, estetik əməliyyat üçün müraciət edir:

“Trend məşhurlardan başladı. Onlar əməliyyat etdirib, paylaşımlar edəndən sonra proses cəmiyyətdə adiləşdi. Bu sürətli dəb təhlükəni də azaldıb. İndi estetik əməliyatlar, dolğular əvvəlkitək riskli, təhlükəli deyil, gözlənilməyən nəticələr olmur”.

Həkim qeyd edir ki, yenə də əməliyyat tibbi müdaxilədir və mütəxəssislər tərəfindən edilməlidir:

“Son zamanlar tibb təhsili olmayan insanlar da estetik toxunuşlar edir. Bu, təhlükəlidir”.

İdrak Əhməd bildirir ki, adətən yanına gələn pasiyentlərdən necə forma arzuladıqlarını bilmək üçün nümunə istəyir. Deyir, son zamanlar insanlar daha təbii görünmək istəyir:
“Əvvəllər daha çox məhşurları, qeyri-təbii nəticələri göstərirdilərsə, indi təbiiliyin tərəfindədirlər. Sadəcə kobud qüsurların olmasını istəmirlər”.

Müəllif: Anjali Mehta

Gözəlliyin tələb etdiyi risklər

Həkim əlavə edir ki, əməliyyat hər zaman risk daşıyır. Başqa variant yoxdursa, bu, olmalıdır. Bilmək lazımdır ki, heç bir cərrahi müdaxilə 100 faiz qarantiya vermir:
“Odur ki, bütün pasiyentlər əməliyyatdan öncə mütləq yoxlanılır. Əməliyyata girənin heç bir problemi, kəskin xəstəliyi olmamalıdır. Bu zaman risk minimum olur. Lakin tibdə istifadə etdiyimiz bir söz də var: “ən yaxşı əməliyyat icra olunmamış olandır”.

Bədənini, görünüşünü mənimsəmək

Nudephy” kimi tanınan LəmanRəhimova “nude” fotoqrafiya ilə məşğuldur. Yanına gələnlərin müxtəlif səbəbləri olur. Hamısının ümumi yanı bədənini, görünüşünü mənimsəmək, hazırki vəziyyətini yadda saxlamaqdır.

“Kök olub, arıqlayıb və ya tərsinə arıq olub, kökəlib və bu anını şəkil formasında yadda saxlamaq istəyir. Bununla o, özünü, bədənini mükafatlandırır”.

Ləman deyir ki, bəzən bədəni istədiyi kimi olan insanlar da müraciət edir. Təbii bir fakt var: onun bədəni eyni formada qalmayacaq, dəyişəcək. Hazırki bədənini yadda saxlamaq istəyir. Bəziləri isə həyatına rəng qatmaq və fərqlilik etmək məqsədilə gəlir”.

Fotoqraf bildirir ki, müştərilərinin çoxu normal həyatda utanan, riskli şeylər etməyə çəkinən insanlardır. Bəzilərinin həyatlarında professional fotosessiya olmayıb və ilk çəkilişi “nude” ilə başlayır:

“Onlara heyran qalıram. İnsanların bizim bilmədiyimiz çox tərəfləri var. Çəkiliş zamanı müştərilərimin çoxu ilə yaxşı münasibətdə qalıram. Fərqli yanaşması, peşəsi olan insanlarla məni “nude” birləşdirir”.

Ləman deyir ki, “nude” çəkdirmək insanlar üçün terapiya kimi keçir. Bəzən o məqsədlə gəlmirlər, amma bu, baş verir:

“İnsanları öz baxışımdan çəkirəm. Onlara əslində necə olduqlarını göstərirəm. Bu da onlarda həmişə müsbət hisslər oyadır”.

FEMMEKAN

Beşinci Sevil Film Festivalında nələr var? 

Yenilik: Bu il festivalın daxilində feminist-arxiv bölməsi yaradılıb Azərbaycanda beşinci Sevil Film Festivalına start verilib.  Bu il festival əvvəlki illərdən fərqli Bakı, Şəki, Lənkəranla yanaşı, Şabranda da keçiriləcək.  Tədbirdə filmsevərlər, kino tənqidçiləri iştirak edir. Bu il festivalın daxilində feminist-arxiv bölməsi də yaradılıb. Foto Nərmin Həsənova “Üç filmdən ibarət xüsusi proqramımız vasitəsilə feminist arxivin rəflərinə göz...

Ruh sağlığını qorumaq üçün nə etməli? 

Gənclərdə depressiya və isterik davranışların səbəbləri  Dünyada 264 milyondan çox insan depressiyadan əziyyət çəkir. Bu, 20 il əvvəlin göstəricisindən 18 faiz çoxdur. Araşdırmalar depressiyanın miqyasının artdığını və əsas sağlıq probleminə çevrildiyini göstərir.  “Femmekan”-ın budəfəki mövzusu gənclərdə depressiya, isterik davranışlar və səbəbləridir.  Azərbaycanın durumu  Azərbaycanda depressiyadan əziyyət çəkənlərin statistikası aparılmır.  Dövlət Statistika Komitəsinin (DSK) 18 yaşadək...

Feminist etika və jurnalistika

“Femsöhbətlər”in növbəti epizodunda hər birinizi xoş gördük. Keçən aylarda feminizmlə bağlı kitablardan, 2024-cü il üçün feminist planlardan danışmışdıq. Bu epizodumuz bir az fərqli olacaq: xüsusilə, media nümayəndələrini, jurnalistləri və jurnalistika tələbələrini epizodumuzu dinləməyə dəvət edirəm.  Adından da göründüyü kimi, bu dəfə feminist etika və jurnalistikaya feminist yanaşmanın önəmindən bəhs edəcəyik. Müsahibimiz olmasa da, epizod ərzində...

Etnik gürcü və azərbaycanlı qadınların ortaq dərdləri 

Dil, təhsil və cəmiyyətə inteqrasiya problemləri  Azərbaycanda yaşayan etnik gürcü qadınlar azərbaycanca necə bilir? Onlar universitetə qəbul ola, iş tapa, bir sözlə, Azərbaycan cəmiyyətinə qarışa bilirlərmi?  Eləcə də sərhədin o tayına boylananda, Gürcüstanda yaşayan etnik azərbaycanlı qadınların həyatı, təhsili, dil bilgisi və cəmiyyətə inteqrasiyası nə yerdədir?  “Femmekan” mövzuya ikitərəfli yanaşaraq, hər iki tərəfin vəziyyətinə güzgü...

Qadınları estetik əməliyyatlara aparan nədir?

Dünyada estetik toxunuş edənlərin sayı hər il artır Tez-tez dəyişən gözəllik standartlarına tam uyğunlaşmağı mütəxəssislər qeyri-sağlam hərəkət sayır. Son zamanlar Azərbaycanda estetik əməliyyatların, bədənə yüngül toxunuşların artmasından danışacağıq. Səbəbləri nələrdir, niyə kütləvi hal alıb? 35 yaşlı Nərmin Babayeva deyir ki, görünüşü onu uşaq vaxtından narahat etməyə başlayıb. Ətraf, hətta ailəsinin bu barədə fikirləri onda görünüşünü...

Şiddətə gedən yol: zorakılıq özünüifadə vasitəsinə çevrilir?

Uşaqların yerinə danışmağın, onların sözünü kəsməyin nəticələri  Böyüyəndə niyə kosmonavt olmaq istəyirsən? Yox, əmisi, kosmonavt olmayacaq, oğlum həkim olacaq, anası-atası xəstələnəndə, müalicə edəcək Uşaqlarla böyüklər arasındakı belə dialoqlara tez-tez rast gəlirik. Valideynlər uşaqlara verilən sualları cavablayır, azyaşlılara fikirlərini çatdırmağa icazə vermirlər.  “Hərdən mənə nədənsə danışmağa çalışır. Fikrini ifadə etməkdə çətinlik çəkdiyi üçün cümlə qura bilmir,...

Fransada yol qəzalarına diqqət kampaniyası: “Qadın kimi sür”

Fransada yol qəzalarında həyatını itirən və ya yaralananların haqlarını müdafiə edən “Victimes et Citoyens” (Qurbanlar və vətəndaşlar) dərnəyi “Qadın kimi sür” adlı kampaniya başladıb.  Kişilərin daha yaxşı sürücü olduğuna dair davam edən “qadın düşməni” qavrayışıyla mübarizə aparmaq istəyən dərnək “bu qərəzli fikrin heç bir əsası olmadığını göstərmək üçün rəqəmlərə baxmaq kifayətdir” deyərək, yollarda ölümlə nəticələnən...

İdeal övlad gözləntisinin uşaqlara təsiri

Uşaqdan mükəmməl olmağı gözləmək onda travma yaradır?  Uşaq böyütmək, tərbiyəsi ilə məşğul olmaq valideynlərin böyük qayğısıdır. Təbii hər valideyn övladının sağlam böyüməsini, hərtərəfli inkişaf etməsini arzulayır. Çoxları mükəmməl, ideal övlad yetiştirmək istəyir. Bu zaman bilərəkdən və ya bilməyərəkdən onları psixoloji və mənəvi yükləyir, gələcək həyatında travmalara yol açır.  İdeal övlad istəyinin uşağın gələcək həyatına təsirindən...

Qeyri-sağlam münasibət nədir və ondan necə qurtulmaq olar? 

“Psixoloji təzyiqin zorakılıq qədər zərərli olduğu qəbul edilməlidir” Bu dəfə qeyri-sağlam, son zamanlar barəsində çox danışılan toksik münasibət, toksik partnyordan danışacağıq.  Toksik münasibətin nə olduğunu çoxu bilsə də, toksik insandan uzaqlaşmaq və həmin münasibəti bitirmək asan olmur.  Münasibətin qeyri-sağlam olduğuna dair siqnallar nələrdir?  Toksik münasibətin içində olduğunu necə anlamaq olar, hansı addımlar atılmalıdır?  42 yaşlı...

Mənim Yeni Tarix