Pəncərə

0

Foto-hekayənin müəllifi Aytac Bekməmmədovadan:

“Nədənsə məişət işləri yalnız qadınların həyatının ayrılmaz hissəsi hesab olunur. Bezdirici olsa da, onlar təhkim edildikləri bu məsuliyyəti ömürləri boyu çiyinlərində daşıyır. Hətta bəzən “bezmək”, – sözü də adiləşir. Foto-layihənin məqsədi qadınların gündəlik həyatlarında gördükləri işləri göstərmək, az da olsa nə hiss etdiklərini anlatmaqdır.  

Məişət işləri yalnız qab yumaq, paltar ütüləmək, ev süpürməkdən ibarət deyil.Cəmiyyət qadınlara elə məişət qayğıları yükləyib ki… Bəzən bu yükü “qadın səadəti”, “ailə xoşbəxtliyi”, – kimi ifadələrin altında təqdim edirlər. Məqsəd isə işə azca romantika qatmaq və məişət məsuliyyətini qadın kimliyinin ayrılmaz parçasına çevirməkdir. Bu da bir çox qadının dünyasını evinin “pəncərəsi” ilə məhdudlaşdırır.

Hazırladığım bu foto-layihə təkcə başqalarının yox, həm də ikili həyatım haqqında göstərmək istədiklərimdir. İnsan müstəqil həyatdan ailənin yanına qayıdanda ona yüklənən rolun çəkisi altında əzilir. Bu da gördüyün münasibətin ağır, dözülməz olduğunu anlamana kömək edir. 

Özümlə müsahibə əsasında hazırladığım bu foto-layihəni anama, bacıma və gördüyüm bütün güclü qadınlara həsr edirəm”.

“… uşaqlar da dinc durmurlar, əllərinə nə keçsə yerdədir. Bezdim evi tozsoranlamaqdan”.
“Paltar ütüləməkdən də bezmişəm”.
“… üstəlik, hava da isti olanda əsəblərim lap pozulur”
“… keçən dəfə paltar ütüləyirdim, telefon çaldı, cavab vermək üçün keçdim o biri otağa. Qızılgül gedib ütü ilə oynayıb, əlini yandırıb.
Ürəyim yandı. Tənbeh eləmişəm ki, ataya demə”

“…O gün tez gəlib evə. Mən də 5 dəqiqə ayağımı uzatmışdım. Yenə başladı ki, evlər nə gündədir, niyə oturmusan?!”
“…hərdən elə olur ki, hamısının əlindən haradasa qaçıb gizlənmək istəyirəm”

“…ya da heç nə deməmiş baş götürüb getmək istəyirəm”
“…sonra uşaqlarla toxtadıram özümü”
“…əşi, onsuz da həmişə belə olub, belə də olacaq…”

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...

Mənim Yeni Tarix