Pandemiyada biznesini qurmağı bacaran Zəminə Salehova

0

Masanın üzərinə düzülmüş gəlinciklərin rəngli saçlarını sığallayıb əzizləyir. Hər bir oyuncaq Zəminə Salehova üçün çox əzizdir, az qala övladı qədər doğmadır: “Bir buna bax, toxunanda sevgini hiss edəcəksən”, – deyib, gözləri qıyıq Yapon anime qəhramanlarına bənzər gəlinciyi mənə tərəf uzadır. Həqiqətən də gəlinciyə baxanda insanın üzünə təbəssüm qonur: “Hiss edirsən necə şirindir?!”, – gülür.

Femmekanın budəfəki qonağı iki ildən artıqdır ki, ekoloji təmiz, təbii saplardan toxuduğu oyuncaqları sataraq özünə kiçik biznes quran Zəminə Salehovadır.

“On il əvvəl internetin imkanlarından indiki kimi istifadə edə bilsəydim, çox şey qazanardım”,- deyir.  O, rəqəmsal dünyanın sayəsində Azərbaycanda öz kiçik biznesini uğurla inkişaf etdirən qadınlardan biridir.

Mexanikdən toxuculuğa

Zəminə hazırda sifarişlərini müasir günün tələbinə uyğun Instaqram sosial şəbəkəsi üzərindən götürür. Dediyinə görə, hazırladığı oyuncaqlara nəinki uşaqlar, hətta böyüklər də maraq göstərir: “Olur ki, gənc oğlanlar öz sevgililəri üçün sifariş edirlər”. 

Zəminə Salehova ixtisasca neft-qaz sahəsinin mütəxəssisi olsa da (neft-qaz quyularının istismarçısı/mexanik) ailə qurduqdan sonra bu sahədə çalışmaq imkanı olmayıb, özünü övladlarına, onların təhsil almasına həsr edib: “O vaxt ərim dedi, mən işləsəm uşaqların təhsili diqqətdən kənarda qalacaq. Həm də 90-cı illərdə iş tapmaq çətin idi. Ona görə də uşaqlardan tələbim yaxşı oxumaları, təhsil almaları olub. Baxıram, elə indiyə kimi oxuyurlar”, – gülərək masanın başında əyləşən böyük qızına işarə edir.

Zəminə bu işdə özünü çox xoşbəxt hiss etdiyini deyir. Amma sözlərinə görə, həyatının bu mərhələsinə gəlmək ona asan başa gəlməyib. İyirmi illik evlilikdən sonra  ailəsinin üzləşdiyi gərgin günlərini xatırlayır:  

“Bir günün içində həyat yoldaşım bizi tərk etdi, mən üç uşaqla tək qaldım. O zaman böyük qızım universitetdə, kiçik qızımla oğlum isə məktəbdə oxuyurdular. Əvvəl bu gedişin müvəqqəti olduğunu düşünmüşdüm. Keçmiş həyat yoldaşım uşaqlarını çox istəyib, qayğısına qalıb deyə həmişəlik gedəcəyi ağlıma belə gəlmirdi. Amma qayıtmadı”. Sonrakı çətin mərhələ isə Zəminənin övladları ilə birgə evsiz qalması olub.

“Geniş evimiz vardı, ipoteka ilə almışdıq. Borcu ödəyə bilmədiyimizdən xəbər verdilər ki, bankın nümayəndələri bizi evdən çıxaracaqlar. O mənzərəni görmək istəmirdim,ona görə uşaqlarımı da götürüb tez evi tərk etdim. Ev üçün aldığımız bütün əşyalar orada qaldı, sadəcə bir-iki dəst paltar götürüb çıxdıq”.

“Həyatı faciə edib yaşamamışıq, hər şeyi sıfırdan qurmağı bacarmışıq”

Deyir ki, bütün mənəvi-psixoloji problemlərə baxmayaraq, özü və uşaqları həyatı faciə olaraq yaşamayıblar. Bakıda kiçik bir mənzil kirayələyib yaşamağı, bir-birinə dəstək olaraq hər şeyi sıfırdan qurmağı bacarıblar. Həyat yoldaşı ailəni tərk edəndən sonra o, pul qazanmaq üçün bir müddət uşaq dayəsi kimi çalışıb, sonralar isə ibtidai məktəbə hazırlıq üçün tütorluq edib.

Maddi ehtiyaclarını qarşılamaq üçün bəzən qızları ilə birgə uşaq papaqları, şərflər toxuyub, qonşulara, tanışlara sataraq çörəkpulu qazanıblar.

“Biz heç vaxt fikirləşmirdik ki, kişi evdən gedib, təkbaşına daha heç bir şey edə bilməyəcəyik. Hərəmiz bir işlə məşğul olurduq. Bəzən deyirlər ki, ailənin başçısı, yəni kişi yoxdursa, bu, qadın üçün çox çətindir. Heç bir şey çətin deyil. Biz özümüz işləyib, özümüzü dolandıra da bilirdik, çox şükür. İstədiyimizi alırıq, istirahətimizi də gedirik”, – gülümsəyərək əlavə edir.

Zəminə Salehovaya görə, qadın işləmək istərsə onun üçün imkanlar çoxdur. Onun fikrincə, elə buna görə  həyat yoldaşından ayrılan qadınlar da, heç vaxt özlərini aciz hiss etməməlidirlər. Deyir ki, indiki dövrdə yalnız elə texnologiyanın sayəsindən çoxlu sayda yeni biliklər qazanmaq və hətta öz biznesini qurmaq mümkündür. Əyani sübüt üçün isə o, özünü nümunə gətirir.

Pandemiyanın yaratdığı yeni imkanlar

Pandemiya vaxtı tütorluq etmək çətin olduğundan Zəminə işsiz qalmamaq üçün oyuncaq toxumağa cəhd edib.

“Kiçik qızım toxumağı təklif etdi. Yadımdadır, qızım uşaq olanda onun üçün balaca gəlincik düzəltmişdim. Toxumağı da bilirdim, odur ki, bu ideya mənə maraqlı gəldi”.

O, qısa zamanda internetdəki videoların köməyi ilə bir neçə oyuncaq toxumağı öyrənə bilib. Başlanğıcda gəlir əldə etmək haqqında düşünməsə də sonradan rəfiqəsi təklif edib ki, işlədiyi mağazada həmin oyuncaqları satışa qoysun. Çox keçmədən əcnəbi turistlər oyuncaqların hamısını suvenir kimi alıb və getdikcə sifarişlərin sayı da çoxalıb. Əməyinin bəhrəsini görəndən sonra Zəminə Salehova bu iş üzərində kiçik biznesini qurmağa nail olub.

2020-ci ildə pandemiya dövründə mağazaların fəaliyyəti məhdudlaşanda o, biznesini Instaqram üzərində davam etdirməyi və öz brendini yaratmaq qərarına gəlib. Bununla ənənəvi mağaza satışından fərqli olaraq, texnologiyanın imkanları sayəsində Zəminə  daha geniş auditoriyaya çıxıb və sifarişlərini də daha rahat qəbul edə bilib. O, indi ay ərzində altı-yeddi ədəd oyuncaq toxuyur. Hələlik onun sifarişçiləri təkcə Azərbaycan ərazisində olanlardır. Dediyinə görə, xarici bazara çıxmağa da çox maraqlıdır və əmindir ki, işləri ölkə xaricində də alıcı cəlb edə bilər. Amma hələlik Azərbaycanda onlayn ödəmə sistemi buna imkan vermir deyə yerli alıcılarla kifayətlənir.

Oyuncaq toxumaqla yanaşı Zəminə xanım həm də öz təcrübəsini, biliklərini başqalarına ötürməyi də arzu edir. Yaxın gələcək üçün artıq müəyyən planları da var: “On-on beş il əvvəl toxumaq üçün jurnallara baxırdıq, o vaxtın sxemləri çox bəsit idi. İndi internet var, müxtəlif video-dəsrlərə baxıb çox şey öyrənmək mümkündür. Amma təəssüf ki, hamısı xarici dillərdədir. İstərdim bildiklərimi öz dilimizdə video-dərs kimi hazırlayıb, bu işə marağı olanlara kömək edim”.

Yazdı və çəkdi Gülər Abbasova

Təkbaşına səyahət edən qadın: nələrə fikir verməli? 

“Əfşan”ın yazarı İradə Qədirova təcrübəsini bölüşür “Arzusu olan, nə etmək istədiyini bilən qadın yolu sonunadək getməlidir. Həmin çətin yollardan tanıdığım, tapdığım bir İradə var”.   Səyyah İradə Qədirovanın sözləridir. Tək səyahət edən səyyah yollarda gördükləri barəsində iki – “Əfşan” və “Eşqin izi ilə – Səfərnamə” – kitablarını yazıb.  “Femmekan”la təkbaşına səyahət, gəzdiyi ölkələrdə başına gələnlər...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Bağlı mesajlar

1-Cavab

Bir cavab buraxın

Mənim Yeni Tarix