Özünəinamın möcüzəsi

0

“Uğur qazanmaq üçün bəzən sıfırdan başlamaq lazım gəlir, bundan qorxmayın”

Cahan Məmmədova fəaliyyətini bölgədə qurmuş azsaylı qadın sahibkarlardandır. O, həyatını təsərrüfat üzərində qurub və bu işi çox sevir. Onun iş həyatına tez atılmasının səbəbi valideynlərini erkən yaşlarda itirməsi olub. Deməsinə görə, 14 yaşında Kolxozda işə başlayıb, ailə quranadək burada çalışıb. Ailə qurandan sonra isə Rusiyaya köçüb və bu ölkədə də təsərrüfatla məşğul olub. 

Cahan Məmmədova deyir ki, Rusiyada Kolxozdan topladığı təcrübəsini tətbiq etməyə başlayıb. Beləliklə, özləri üçün saldıqları bağda qarpız, xiyar əkin-biçini və heyvandarlıqla məşğul olmağa başlayıblar. İstehsal etdikləri orqanik məhsulların satışını isə açdıqları kiçik mağazadan gerçəkləşdiriblər. 

Deməsinə görə, Rusiya əkin-biçin sahəsindəki işdə Azərbaycandan yaxşıdır. Burada məhsul həm yaxşı qiymətə gedir, həm də əldə qalmır: 

“Oradakı insanlar orqanik meyvə-tərəvəzə daha çox meyilli olduqlarından satışımız çox olurdu, məhsulumuz əlimizdə qalmırdı. Bir sözlə, işlər əla gedirdi. Sadəcə uşaqların sənədlərini düzəldə bilmədiyimiz üçün 2013-cü ildə Azərbaycana qayıtmalı olduq”.

“Təhsilim olmasa da, zəhmətkeşəm”

Rusiyada uşaqlarının sənədi alınmadığı üçün təhsil məsələlərində problem yaranıb. Odur ki, ailə Azərbaycana üz tutmalı olub. 

Cahan deyir ki, dönəndən sonra Ağdamda məskən salıblar. Daha sonra yoldaşı onları tərk edib və Rusiyaya dönüb. Uşaqları ilə tək qalan Cahan öz həyətində əkin-biçinlə məşğul olmağa başlayıb. Təhsilinin olmaması ona çətinlik yaratsa da, o, işini inkişaf etdirəcəyinə söz verib:

“Bir yerdən başlamalı idim. İlk addımı çətin də olsa, ata bildim. Həyətimizdə çinar ağacları vardı. Onları kəsdim, yerində taxtadan parnik düzəltdim. İçində pomidor, xiyar əkirdik. Bu, hər il davam edirdi. Bir gün çox möhkəm külək oldu və parnik aşdı”.

Bundan sonra o, qohumunun tövsiyəsilə torpaq sahibkarlarına təlim keçən təşkilatlara müraciət edib. Bu müraciətdən sonra Cahan təlimlərə qatılıb, biliklərini artırıb və təsərrüfatını inkişaf etdirməyə başlayıb:

“Bizə Almaniya təşkilatının dəstəyi ilə təlim keçirildi. İştirakçılar arasında cəmi üç qadın vardı, qalan 12 nəfər kişi idi. Çoxlu yeni, maraqlı insanlarla tanış oldum. Onlar bizə təlimlər keçdilər, işin sirlərini öyrətdilər. Mən o təlimlərin birini də qaçırtmadım, hamısına getdim. Bizi Yevlaxda, Tərtərdə olan parniklərə apardılar. Orada praktiki təcrübə keçdik”.

Cahan deyir ki, təlimlər bitəndən sonra təlimçilər onların təsərrüfat sahələrinə baş çəkib. O, maddi çətinlikləri olduğu üçün işini inkişaf etdirə bilmədiyini söyləyib. Təlimçilər Cahanın həvəsini görüb, ona dəstək olmaq qərarı veriblər. 

Bundan sonra həm təşkilat, həm də Cahanın Rusiyada yaşayan qardaşı parniki yenidən qurmaq üçün ona dəstək olublar. 

“Parnik olduqdan sonra digər texniki xərclərin qarşılanması təşkilat tərəfindən təmin edildi. Bu, mənim sahibkar kimi həyatımda dönüş nöqtəm idi”. 

Həmin il təşkilat Cahana həm şitil, həm dərmansəpən cihaz, həm də əkin-biçin üçün lazım olan digər texnikanı verib. Növbəti il isə gəlib işlərinə baxıblar: 

“Bəzi xanımlara kiçik parnik verdilər, amma mən özüm üçün böyük – 16 metrlik parnik qurdum. Gəlib baxdılar, bəyəndilər.  Təşkilatın əməkdaşları bizə daim dəstək oldu və bizə sahibkar qadınlardan ibarət qrup yaratdılar. Ən yaxşısı isə bunların hamısını bizə təmənnasız etmələri idi”.

“İstəyirəm daha çox inkişaf edim”

Cahan Məmmədova başqa rayonlarda təşkil olunan təlimlərə, tədbirlərə gedir. Həmin tədbirlərdə çıxış da edir. Bundan başqa o, kənd təsərrüfatı ilə bağlı sərgiləri də qaçırmır. 

Hazırda Cahan özünün 1 hektarlıq pay torpağında və əlavə icarəyə götürdüyü daha 1 hektar ərazidə əkin-biçin işi ilə məşğuldur. Daha çox kartof, soğan, göyərti, yonca, taxıl əkir: 

“Sahib olduğum ərazilərdəki əkin-biçinlə şəxsən özüm məşğul oluram. Paralel olaraq da təhsilim üçün çalışıram. Hətta bir müddət oxuyub-yazmaq bacarıqlarımı inkişaf etdirmək üçün “Bərdə Qadınlar Klubu”na (https://femmekan.com/bir-gun-qadinlarin-limitsiz-arzu-qurmasi-dileyi-ile/) gedirdim. Hazırda iş və bəzi səbəblərdən gedə bilmirəm, amma növbəti arzum təhsilimi başa vurmaqdır”. 

“Nə zaman bu bel sənin əlindən düşəcək?”

Cahan deyir ki, o işə ilk başladığı zamanlar ətrafdan reaksiyaların hamısı müsbət olmayıb. Məsələn, “qadınsan, bel əlindən nə zaman düşəcək”, – deyənlər də olub. Hətta yaxınlar “bu, kişi işidir, dayanmalısan” da deyiblər.

“Qarşılığında düşünürdüm ki, sabah ac qalsam, mənə kim baxacaq? Bu sual məni işə daha da bağlayırdı. Qərarlı olduğumu görən ətrafım da zamanla məni dəstəkləməyə başladı. Hazırda bir neçə çətinliyim var. Bunlardan biri yayda su qıtlığının olmasıdır. Digər məsələ isə təhsilimdir, onu tamamlamaq istəyirəm”.

“Sevərək məşğul olduğum üçün bəhrəsini görürəm”

Hazırda Cahan təsərrüfatından topladığı məhsulların satışını sadəcə yaşadığı kənddə və evlərinə yaxın olan mağazadan həyata keçirir. Gündəlik gəliri daha çox göyərti satışından gəlir:

“Bu il 30 sot torpaqda soğan əkmişdim. Oradan əldə etdiyim 6 aylıq ümumi gəlirim 2500 manat oldu. Hər şeyini özüm etdim. Bəzən isə olur ki, toxumlara, suya və s. xərcim çıxır. Ona görə bu rəqəm hər dəfə dəyişir”. 

Cahan deyir ki, bu günlərə gəlmək üçün çox əziyyət çəkib. Elə vaxt olub ki, o, uşaqlarını da özü ilə birlikdə işləməyə aparıb. Bütün bu çətinliklərə rəğmən, onun özünə inamı və torpaq sevgisi əsas motivasiyası olub.

“Mənim üçün indi hər şey əvvəlkindən fərqlidir. Artıq özümə inanıram. Bilirəm ki, özüm- özümü ayaqda saxlaya biləcəyəm. Hazırda olan təsərrüfatımı gələcəkdə daha da böyüdüb, inkişaf etdirmək istəyirəm. Artıq məni heç bir çətinlik qorxutmur”.             

Yazdı Nərgiz Abbasova     

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Seçdiyin, yoxsa sənə yaraşdırılan peşə? 

Zirvələri fəth edən qadının hekayəsi  Azərbaycan cəmiyyətində insanlara cinsindən asılı olaraq peşə yaraşdırmaq adi haldır. Məsələn, mühəndis, arxitektor, sürücü, pilot, alpinist kimi peşələr kişilərə, həkim, müəllim, tibb bacısı kimi peşələr isə qadınlara uyğun görülür. “Qız uşağısan”, “sən kişisən”, – ifadələrilə başlanan cümlələrin sonu şəxsi həyata, arzulara, istəklərə müdaxilə ilə bitir.  Götürək alpinizmi – Azərbaycanda qadınların...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

Mənim Yeni Tarix