Nejlanın həyatını dəyişən “taxtadan adam” 

0

“Xəyalım azad olmaq, arzularımı yerinə yetirməkdir…”

Nejla Göyüşova taxta oyma sənətçisidir. Taxtadan müxtəlif əşyalar düzəldir, sosial media səhifəsində paylaşır. Deməsinə görə, əl işləri insanların marağına səbəb olub. Hətta ona özü öyrəndiyi bu sənəti təkmilləşdirmək təklif olunub. Hazırda kruslara gedir. O, gələcəkdə düzəldəcəyi əşyaları satmağı və gəlir əldə etməyi planlayır. 

Deyir, əl işinə, zəhmətə dəyər verənlər az da olsa, qalıb. Əl işlərinin bəyənilməsi, sevilərək alınması isə ən böyük arzusudur.

Sonra xəyala dalır, deyir, bu günlərə gəlmək onun üçün heç də asan olmayıb. Yaşı çox olmasa da, keşməkeşli yollardan keçib. 

Nejla 17 yaşınadək Qazaxda yaşayıb. 2015-ci ildə Bakı Dövlət Universitetinin (BDU) təqbiqi-riyaziyyat fakültəsinə qəbul olub və paytaxta köçüb. Dörd il sonra universiteti bitirəndə, Bakıda qalmaq istəsə də, buna maddi durumu əl verməyib, Qazaxa qayıdıb. 

Nejla (foto N.Abbasova)

Taxta oyma sənəti ilə tanışlıq 

Taxta oyma sənətinə marağı da məhz Qazaxa qayıtdığı dönəmdə başlayıb. Deməsinə görə, bunun da çox maraqlı hekayəsi var.

“Evə qayıdandan sonra uzun bir adaptasiya prosesi keçdim. Həmin dövrlərdə bağda vaxt keçirmək ən böyük dəstəyim idi. Günlərin birində həyətdə çox sevdiyim üzüyümün əlimdə olmadığının fərqinə vardım. Üstəlik, karantin dövrü idi, harasa çıxmaq, yaxud oxşarını almaq imkanım yox idi. O dövrdə barmağımda olduğuna öyrəşdiyim üzüyün oxşarını taxtadan düzəltmək qərarına gəldim. Hər şey bununla başladı”. 

Nejla deyir ki, hazırladığı üzük itirdiyi sevimli əşyasına çox bənzəyib, gözəl alınıb. Hətta özünün hazırlaması yeni üzüyü ona daha doğma edib: 

“Yondum, yavaş-yavaş düzəltməyə başladım və sonda istədiyim kimi bir üzük alındı. Sonra fərqinə vardım ki, istədiyim, xəyal etdiyim hər şeyi taxtalardan hazırlaya bilərəm. Ağlıma gələn bu ideyanı daha da genişləndirərək, başqalarının da sevərək istifadə edəcəyi əşyalar hazırlaya biləcəyimi xəyal etdim və başladım”.

“Sanki üzük bacarığımı kəşf etməm üçün itmişdi”

O, bundan sonra internetdə taxta oyma sənəti ilə bağlı detallı araşdırmalar etməyə başlayıb. Nejla zamanla sadəcə üzük yox, başqa əşyalar düzəltməyi də sınayıb:     

“Məsələn, ikinci dəfə taxtadan miniatür gitara düzəltdim. O da istədiyim kimi alındı. Beləliklə, yavaş-yavaş istədiyim hər şeyi taxtadan yonurdum və maraqlı əşyalar alınırdı. Sevimli üzüyüm məni haralara aparıb çıxardı. Doğrudur, sonradan atam həmin üzüyü bağdan tapdı. O zaman da belə düşündüm, sanki üzük bacarığımı kəşf etməm üçün itmişdi”.

“Rayonda edə biləcəklərim sərhədli idi”

Nejla yeni bacarığını kəşf etməklə doğulduğu yerə aid olmadığını anlayıb. “Qazaxda heç cür istədiklərinin arxasınca gedə bilməz” – deyə, düşünüb. İstər taxtalarla məşğul olmaq, istərsə də inkişaf etmək olsun. Anlayıb ki, rayonda edə biləcəkləri sərhədlidir: 

“Adicə onu deyim ki, oyma sənətinə ilk başladığım vaxtlarda Qazaxda mənə lazım olan heç bir aləti tapa bilmirdim. Bakıya gəlməklə mənə lazım olan əşyalara da yaxınlaşmış oldum. Əslində tək səbəb bu da deyildi. Bakıda sərbəst inkişaf edə və istədiyim işlə rahatlıqla məşğul ola bilərdim”. 

İlk reaksiya: “Taxtadan fiqur düzəltmək nə zamandan iş olub?”

Nejlanın Bakıya köçmək qərarını ailəsi normal qarşılamayıb. “Taxtadan fiqur düzəltmək nə zamandan iş olub?” deyiblər. 

“Anladım ki, Bakıya getməyin tək yolu ailəmi qane edəcək işdən keçir. Başladım iş axtarmağa. Hərbi hissələrin birində komputer işi tapdım. Təbii iş hərbi hissədə olduğundan, evdə deyəndə atam əvvəlcə razılaşmadı. Sonra bəzi qohumlarımın mənə dəstək olması və inadla fikrimin üstündə durmağım işə yaradı. Atam izin verdi, mənsə əşyalarımı toplayıb, sevimli Bakıya köçə bildim”. 

Nejla (foto N.Abbasova)

“Taxtadan adam”

Nejlanın sosial şəbəkələrdə taxta oyma işi ilə bağlı səhifəsi də var. Əvvəlcə bu səhifənin adını “taxta baş” qoymaq istəyib. Buna səbəb də el arasında insanların bir-birinə tez-tez “taxta baş” deyə müraciəti olub: 

“Sonra biraz daha düşündüm və özümü taxtadan heykəl kimi təsəvvür etdim. Nəhayət, “Taxtadan adam” adında qərarlaşdım”.

Nejla gələcəkdə sadəcə taxta oyma sənəti ilə məşğul olub, gəlir əldə etmək arzusundadır. Bunun üçün əlindən gələni edir. Deyir, “taxtalarla məşğul olmağı sevməsinin əsas səbəbi onun taxtalara baxış tərzidir”.

Düşünür ki, ən çirkli, keyfiyyətsiz taxtanın da bəzi hissələrini yonaraq ona ikinci həyat verə bilər. Odur ki, heç vaxt yeni, xüsusi taxta almır. 

“Sırf atılmış taxtalardan nəsə yaratmağa çalışıram. İnsanların zibil kimi baxdığı əşyalara ikinci həyat verməyi sevirəm. Məncə, taxtaların bu xüsusiyyəti insanlara bənzəyir. Məsələn, insanlar da öz mənfi xüsusiyyətlərini yonub, təmizləsə, yaxşı birilərinə çevrilə bilərlər”. 

Yazdı Nərgiz Abbasova

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Mənim Yeni Tarix