Mizoginiya nədir: səbəbləri və formaları hansılardır?

0

Sadə dillə – mizoginiya nədir?

Mizoginiya Qədim Yunan sözü “mīsoguníā”dan götürülüb və qadınlara qarşı nifrət mənasını verir. Bu ifadə qədim dövrlərdən bəri kişi imtiyazlılığı, patriarxiya, gender diskriminasiyası, qısnama, qadınlara qarşı zorakılıq, qadınların obyektləşdirilməsi kimi formalara təkamül edib. 

Mizoginiyanın kökləri isə qədim yunan mifologiyasına qədər gedib çıxır. Hesioda (red. qədim yunan şairi) görə, qadınlar yaranmazdan əvvəl, kişilər Tanrıların yerdəki yoldaşları kimi dinc şəkildə yaşayırdılar. Ta ki, Promete Tanrının sirli alovunu oğurlayana qədər. Zevs bundan sonra bütün insanlığı doğum, xəstəlik, yaşlılıq və ölüm kimi pislikləri sərbəst buraxdığı qutunu daşıyan Pandora ila cəzalandırdı – yəni ilk qadınla.

İllüstrasiya Rob Dobi

İllər keçdikcə bu qadın düşmənçiliyi cəmiyyət içində ideologiya kimi inkişaf etməyə başladı. Yunan filosofu Aristotel özü də mizoginist idi. Belə ki, onun fikrincə, qadınlar deformasiyaya uğramış kişilər idilər. Qadınlar Allahın yaratdığı aşağı varlıqlar olduqları üçün kişilərin əmrlərinə tabe olmalı və onları izləməli idilər. Bu ideologiyanın əsasında və liderliyində kişilər olsa da, sosioloq Maykl Flud (Michael Flood) deyir ki, vaxt keçdikcə qadınlar da bu fikri dəstəkləməyə başladılar.

“Siz – qızlar, çox iyrəncsiniz. Makiyaj və bahalı ətirlər belə sizin çirkinliyinizi və murdarlığınızı örtə bilmir”

Gəlin mizoginiyanı bu ifadəni mənimsəmiş qadınlara misal göstərərək izah edək. Los Anceles Vadi Kollecinin sosiologiya üzrə professoru Selli Raskov (Sally Raskoff) bloqunda maraqlı bir müşahidəni bölüşüb:

“Korpusların birində qadın tualetində bir neçə qraffiti gördüm. Qadınların digərlərinə verdiyi mesajlar sosioloji perspektivdən olduqca maraqlı idi”.

Birinci mesajda belə deyilir: “Siz – qızlar, çox iyrəncsiniz. Makiyaj və bahalı ətirlər belə sizin çirkinliyinizi və murdarlığınızı örtə bilmir”.

Bu mesaj başqa bir yazıya səbəb olur: “Ona qulaq asmayın!”.

Və ən əsas mesajı burada görürük: “Axmaqlar, böyüyün artıq! Kollec tələbəsisiniz, amma hələ də divarlara yazırsınız. Divar yazmaq istəyirsinizsə, onu burada yox, küçədəki böyük divarlarda edin. Küçələrə çıxın və edin!”

Professor bu yazışmaların sosioloji mənasından belə bəhs edir: “Birinci mesaj hər hansı bir tələbənin digərləri ilə neqativ münasibətini ifadə edir. Əlbəttə ki, bunun səbəbini bilmirik, lakin burada təbii bir mizoginiya var. Makiyaj və parfümlə belə gözəl olmayacaqlarını müəyyən şəxslərə müraciətlə desə belə, bütün qadınlara istiqamətlənmiş önmühakimə və stereotipləşdirmə halı müşahidə olunur.

Anna Xenz

İntuitiv görünsə belə, bunu anlamaq lazımdır ki, insanlar aid olduğu qruplara belə nifrət, yaxud mühakimə ilə yanaşa bilərlər: qadınlar da seksist, yaxud mizoginist ola bilər; qaradərili insanlar da rasist ifadələr səsləndirə bilər və sairə.

İkinci cavab (“Ona qulaq asmayın!”) narahatedici şeylər deyildikdə qadınları susdurmaq ənənəsindən gəlir. Mövcud problemlə mübarizə aparmaq əvəzinə, qadınların problemlərinə cəmiyyət cavab olaraq məhəl qoymamaq və ya şikayətin əhəmiyyətsizləşdirilməsini və/yaxud şikayətçinin sakitləşməsini təmin etmək kimi şərh edə bilərik”.

Sosioloq əlavə edir ki, üçüncü və sonuncu mesaj – aktivizmə çağırdığı üçün maraqlıdır və birinci şəxsin mesajını dəstəkləyən kimi görünə bilsə də, istehza ilə doludur. O, kollec qızlarına deyir ki, böyüsünlər və (sanki özünün etdiyindən xəbərsizcəsinə) tualet divarlarına yazmasınlar.

“Onun mesajının son hissəsi çox dəstəkləyici hərəkətə çağırışdır və qadınları susdurmağın əksidir. Bu şəxsin daha tünd mürəkkəbdən və markerdən istifadə etdiyindən belə qənata gəlmək olar ki, bəlkə, özü də böyük divarlara yazan biridir və digər qadınları da ictimai arenada səslərini qaldırmağa dəvət edir”.

Bu nümunədən sonra mizoginiyaya həm daha ümumi, həm də Azərbaycan kontekstindən dəyərləndirməkdə fayda var. Bir çox insan düşünür ki, feminizm öz inkişafı ilə sosial nizam-intizamı pozan məfhuma çevrilib. Onların gender-sosial iyerarxiyalarını pozan və ya onlara “təhlükə” yaradan qadınlara qarşı nümayiş etdirdikləri düşmənçilik, deyək ki, onların mücərrəd şəkildə bərabərlikçi olmaları ilə uyğun gəlir. Çünki eyni zamanda bu cür düşünən insanlar üçün güclü qadınların öz güclərini kişilərin maraqlarına görə birləşdirməməsi özü belə xeyli təhdidkardır.

Biz bunu aksiyalarda da müşahidə edirik. Aksiya iştirakçılarına qadın haqlarını dəstəklədikləri üçün nifrət və təhqirlər yağdırılır. Bu sözlərin arxasında həm kişilər, həm də qadınlar var, çünki həmin aksiyalarda patriarxata – kişilərin özlərindən başqalarını nəzərə almadan yaratdığı bu dağıdıcı, toksik struktura qarşı mübarizə və qəzəb var.

Bəs mizoginiya, yaxud qadınlara qarşı istiqamətlənən seksizm statistikalarda özünü necə göstərir? Avropa Şurasının “İnsan haqları kanalı”nda paylaşılan statistikaya əsasən:

  • Qadın jurnalistlərin 63%-i işlərini icra edərkən verbal (sözlü) zorakılıqla üzləşirlər;
  • Qadınlar kişilərdən iki dəfə çox vaxtını ödənişi edilməyən ev işlərinə sərf edirlər;
  • 80% qadın iş yerlərində “mansplaining” (red. Bir kişi tərəfindən (adətən) bir qadına, qadını alçaldıcı və özünü üstün görərək hansısa mövzunu izah etməsidir)və “manterrupting” (red. Qadının sırf qadın olduğu üçün hansısa kişi tərəfindən sözünün kəsilməsi hadisəsidir. Elmi cəhətdən sübut edilib) ilə qarşılaşdığını bildiriblər. 
  • Avropada xəbər mənbələrinin və mövzularının 75%-ni kişilər təşkil edir
  • Böyük Britaniyada sorğuya qatılan 16-18 yaşlı qızların 66%-i məktəbdə seksist danışıq ifadələrindən istifadənin şahidi olduqlarını bildiriblər.
  • Amsterdamda yaşayan qadınların 59%-i küçə zorakılığa məruz qalıb.
  • Fransada sorğuda iştirak edən gənc qadınların 50%-i qadın olduqları üçün haqsızlıq və ya alçaldıcı hərəkətlərlə qarşılaşdığını qeyd edib.
  • Serbiyada aparılan araşdırmalar göstərir ki, qadın sahibkarların 76%-i kişilər qədər ciddi qəbul edilmir.

Qadınların bütün həyatları boyu sorğulanmasının səbəbi – mizoginiya

Mənbə: the guardian.com

Mizoginiya, əvvəlcə, sadə addımlarla başlayır: qadını gülüş hədəfinə çevirmək, onun intellekti, görünüşü, hərəkətlərini lağa qoymaq, qadının bacarıqlarını, etdiklərini və xəyallarını, gələcək planlarını aşağılamaq, qadının dünyada sahib olduğu hər şeyə görə kişiyə minnətdar olduğunu düşünmək və sairə. Çox qəribədir ki, bu yazını yazaraq və yaxud müxəlif mənbələrdən tərcümə edə-edə yaşadığım mizoginist təcrübələrin hamısı gözümün qarşısından keçdi.

Siz – bir qadın kimi, qadınları dəstəkləyə, onların haqq və hüquqlarını tələb edə və hələ də özünüz də bilmədən mizoginist ola bilərsiniz. 

Buna bir misal: təcavüz edilən qadının harada, nə zaman, hansı geyimdə olduğunu sorğulamaq mizoginiyanın bizə təlqin etdiyi vərdişdir. Seksual zorakılıq mövzularında zərərçəkmiş haqqında yox, zorakı şəxs haqqında suallar verməli, onun hərəkətini və onun qarşılığında alacağı cəzanı tələb etməli və sorğulamalıyıq.

Həyat yoldaşı tərəfindən qətlə yetirilən qadının şəxsi həyatı, xarakteri, hərəkətləri yox, onu qətlə yetirən şəxsin psixologiyası və onun alacağı cəza bizə maraqlı olmalıdır. Qadın “qurban” və ya zərərçəkmiş olduğu üçün sorğulanmamalı, yaxud günahlandırılmamalıdır.

Mediada gündəlik qarşımıza çıxan bir çox xəbərin də seksist və mizoginist olduğunu buradan anlaya bilirik.

Seksizm və mizoginiya daha çox qadınlara təsir edir. Lakin siz LGBTQA+ və yaxud gender rollarına uyğun gəlməyən oğlan/kişisinizsə, mizoginiyanın hədəfinə tuş gələ bilərsiniz.

Mənbə:

Misogyny, feminism, and sexual harassment

Misogyny and Passive Activism

Sexism. See it. Name it. Stop it.

What Does Misogyny Look Like?

Hazırladı Pəri Abbaslı

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Seçdiyin, yoxsa sənə yaraşdırılan peşə? 

Zirvələri fəth edən qadının hekayəsi  Azərbaycan cəmiyyətində insanlara cinsindən asılı olaraq peşə yaraşdırmaq adi haldır. Məsələn, mühəndis, arxitektor, sürücü, pilot, alpinist kimi peşələr kişilərə, həkim, müəllim, tibb bacısı kimi peşələr isə qadınlara uyğun görülür. “Qız uşağısan”, “sən kişisən”, – ifadələrilə başlanan cümlələrin sonu şəxsi həyata, arzulara, istəklərə müdaxilə ilə bitir.  Götürək alpinizmi – Azərbaycanda qadınların...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Mənim Yeni Tarix