İranda qadınların mübarizəsi: Sənətşünas Ayna Moazzenin təcrübəsi və müşahidələri İlə

0

Bu ilin sentyabrında İranda 22 yaşlı qadın Məhsa Əmininin hicabını “düzgün şəkildə” geyinməməsi səbəbi  ilə həbs olunduqdan sonra ölkənin “əxlaq polisi”nin nəzarətində öldüyü iddia edilir. Onun ölümündən sonrakı həftələr və aylar ərzində – sentyabrdan bu günə qədər ölkədə hökumətin zorakı basqılarına baxmayaraq etirazlar hələ də davam edir.

Media materiallarında polislərin əksəriyyəti qadın və yeniyetmələrdən ibarət etirazçıları dəyənəklərlə döydüyü, izdihamın üzərinə gözyaşardıcı qaz və güllə səpdiyi göstərilir. İran İnsan Haqları Qeyri Hökümət Təşkilatına görə,ən az 43 uşaq və 26 qadın da daxil olmaqla minimum 402 nəfər öldürülüb, lakin internetə çıxışın kəsilməsi, medianın hadisələrin baş verdiyi şəhərlərdə aktiv olmaması ölüm faktlarının sayını təsdiqləməyi çətinləşdirir. İnsan Haqları Fəalları Xəbər Agentliyinin məlumatına istinadən, azı 16800 nəfər həbs edilib, yüzlərlə insan yaralanıb.

“Mən də sənətlə məşğul olan qadın olaraq bu vəziyyətdən öz “nəsibimi” almışam”

Uzun dönəm Ərdəbil və Tehranda yaşamış və ümumilikdə İranda davam edən rejimin təsirlərini birbaşa müşahidə və təcrübə edən sənətşünas Ayna Moazzendən hadisələri bir neçə istiqamət ətrafında təsvir etməsini xahiş etdik. O da İranda qadınların mübarizəsindən, feminizmin ölkədəki aktuallığından, molla rejiminin getmə ehtimalından, dünya ölkələrinin, eləcə də qonşu ölkələrin dəstəyindən və laqeydliyindən, eyni zamanda yerli və beynəlxalq medianın qərəzliliyi və dürüstlüyü ilə bağlı fikirlərini Femmekanla paylaşıb:

Müəllif Nasrin Sheykhi
Müəllif Nasrin Sheykhi

Uşaqlıq və gəncliyimi İranda keçirməyim oradakı vəziyyəti mənimsəməyimə və hadisələrə müxtəlif yaşlarda fərqli baxış nöqtəsindən şahid olmağıma səbəb olub. Bütün limitlər və kəskin qanunlar yalnız qadınlar üzərində deyil, yaşından və genderindən asılı olmayaraq cəmiyyətin bütün fərdlərinə, ən çox da LGBTQ+ fərdlərinə təsir edir. Mən də sənətlə məşğul olan qadın olaraq bu vəziyyətdən öz “nəsibimi” almışam. Bütün çətinliklər yalnız incəsənət fəaliyyətimizə yox, həm də məişət həyatımıza birbaşa təsir edirdi, təəssüf ki. Qız olaraq illərlə aldığım tərbiyə iki hissədən ibarət olub. Evdə və məktəbdə gördüklərim və öyrədilənlər bir-birinə heç  oxşamırdı. Bu təkcə mənim yox, gender fərqi olmadan İranda böyüyən bir neçə nəslin uşaqlarının problemi olub. Əlbəttə, mən onların içində şanslı olaraq, ailəmin təsirinə görə müəyyən qədər ətrafımdaki toksik dünyadan uzaq böyümüşəm. Əlbəttə, yaşadığım dönəmin də təsiri az deyil. İnternetin və müstəqil medianın əlçatan olması bizim nəslimizin ətraf dünyada baş verənlərdən xəbərdar olmağına imkanlar verib və məncə, bizim keçmiş nəsillər ilə fərqimiz də bundadır. Diktatorluq rejiminin bilikli bir nəsli aldadıb idarə edə bilməsi hərgün daha da vəziyyəti çətinləşdirir. Bu xalq, əslində, hər zaman hürr və azad yaşamaq üçün mübarizə aparıb. 1979-cu ildə baş verən İslam inqilabı da əslində azadlıq uğrunda olan mübarizə idi. Sadəcə bizim üçün o zaman azadlıq ideyası aydın deyildi. İllər keçdikcə yeni rejimin gerçək üzü göründü. 30-40 il ərzində inkişaf etmiş, ictimai, iqtisadi və siyasi baxımlardan dünyada öz sözünü deyə bilən bir ölkədən bugünkü qorxunc vəziyyətə gəlib çıxmışıq”.

İranda feminizm hərəkatının aktivliyi, mübarizədə qadınların rolu

Qadınlar yəqin ki, bu ölkədə ən çox zülm görmüş və dəyərsizləşdirilmiş kəsim olublar. Məsələ sadəcə icbari hicabla bitmir. İran qadını məişət həyatında da əksər hüquqlarından məhrumdur. 

Geyimindən başlamış getdiyi yerlərə, görüşdüyü insanlara, seçdiyi peşəyə qədər atdığı bütün addımlar hökümətin kontrolu altındadır. Aldığı təhsil din xadimlərinin istədiyi kimi, ictimai mövqeyi isə dövlətin istədiyi kimi olmalıdır. Əslində, bu iki mexanizmi bir-birindən ayırmaq doğru deyil. Çünki dövlət elə din xadimlərinin əlindədir. İslam rejimi hər yerdə hər zaman  qadınlardan və onların qəzəbindən qorxub və buna görə də onu hər zaman kölgədə saxlamağa çalışıb.

İran xalqının tarixi keçmişinə baxsaq, qadınların hüquqa və hörmətə sahib olduğunu görə bilirik, amma bu sistem 43 il öncəsinə qədər davam edə bildi. Bütün bunlarla paradoksda olan məsələ isə İran qadınlarının çoxunun evdə, ailədə hələ də əvvəlki kimi hörmət və hüquqlarının qorunub saxlanılmasıdır. Buna səbəb isə qadının yanında olan, ona hörmətlə yanaşan kişilərdir. Əhalinin hamısına bunu şamil edə bilməsək də, çox hissəsi bu kəsimə daxildir.

İranda hər zaman feminist qruplar olub və qanunlara əsasən qadağan olmağına baxmayaraq sosial media platformalarında, universitetlərdə və müstəqil mediada feminizm ilə bağlı danışıb qadın hüqularını müdafiə ediblər. Amma qadın haqları bu rejimin ən çox qarşı çıxdığı fəaliyyətlərdən biridir və dövlət feminizm üçün çalışan çoxlu insanı həbs edib. Demək olar ki, İran həbsxanalarında yüzlərlə feminist aktivist var. Yalnız feministər yox, həmçinin sənətçi, musiqiçi, kino nümayəndələri, tələbələ, insan hüquqları müdafiəçiləri, siyasi aktivistlər, yazıçılar və cəmiyyətin bir çox önəmli nümayəndələri ömürlərinə dörd divar arasında davam edirlər, təəssüf ki. Xalq da aksiyalarda bu mövzuya səssiz qalmayıb, bu həbslər və edamlara qarşı öz etirazlarını bildiriblər.

Müəllif Elnaz Rekabi
Müəllif Elnaz Rekabi

Cari davam edən etirazlar isə 22 yaşlı qızın hicabını düzgün taxmadığı üçün saxlanılması və başına vurulan çoxsaylı zərbələrdən sonra əxlaq polisi tərəfindən öldürülməsi ilə başladı. Əlbəttə ki, bu rejimin ilk qadın qətli deyil, amma İran xalqının rejimə qarşı nifrətinin son səviyyəyə çatması bu etirazların inqilaba çevrilməsinə səbəb oldu. Bu hərəkatı tarixin birinci feminist inqilabı adlandıran media qurumları da var. Mübarizəni qadınların başlatmasına baxmayaraq bütün ölkə qadınların yanında dayanıb onlara dəstək olur. Bu gün İranda baş verənlər daha çox vətəndaş müharibəsinə oxşayır. Bütün iranlı qadınlar və kişilər, hətta azyaşlı uşaqlar belə öz canlarını heçə sayıb küçələrdə mübarizə aparırlar. Xalq artıq illərdir ki, mübarizə başladıb və belə bir günün çatacağı heç də gözlənilməz deyildi. İranda dəfələrlə etiraz aksiyaları olub və hər dəfə minlərlə insanın öldürülməsi, həbs edilməsi ilə nəticəsiz qalıb. Qadınların qanunlara qarşı cəsarətli mübarizəsi əslində illərdir davam edir, amma bu, heç vaxt belə əks olunmamışdı. Hələ 3 il öncə noyabr ayında “Qanlı Aban” dediyimiz aksiyalarda üç gün ərzində 1500 insan öldürüldü, amma bu hadisələr dünya mediasında yayımlanmadı.”

Yerli və beynəlxalq mediada hadisələrin yansıması

Təəssüf ki, illərdir siyasətlərində insan hüquqlarını prioritet olaraq təqdim edən qonşu ölkələr və dünya ölkələri milyonlarla iranlının öldürülməsi və hüquqlarının olmamasına səssiz qalıblar. Hətta qonşu millətlərin əksəriyyətinin İranda nə baş verdiyi haqqında heç bir fikri yoxdur. Amma son günlərdə iranlılara dəstək olan dünya ölkələri də var. Onların dəstəyi bu mübarizədə önəmli rol oynayır.

Beynalxalq media İranda baş verən hadisələri dünyaya çatdırmağa çalışsa da, ölkədə baş verən vəziyyətinn reallığını yansıtmaqda kifayət qədər uğurlu olduqlarını düşünmürəm. Bir çox xəbər portalları, media platformaları siyasi səbəblərə görə İranda baş verən ölümlərin və dövlətin xalqına qarşı başlatdığı bu müharibəni dürüstcə və qərəzsiz formada çatdıra bilməsələr də, sıravi vətəndaşlar jurnalist rolunu çox aktiv və uğurlu şəkildə öz telefonları ilə sənədləşdirib dünyanı olduğu kimi agah edirlər.

İslam rejimi dağıldıqdan sonra İranda çoxlu hüquqi və ictimai dəyişikliklərin olacağından şübhəmiz yoxdur. İran xalqı 43 il ərzində yaşadığı bu çətinliklər və qətliamlardan sonra demokratik, hüquqi ölkə yaratmaq istəyir və buna hazırdır. Rejim illərlə iranlıların dünya ilə əlaqəsini, etirazlarını limitləməyə çalışsa da, xalq özünü post-inqilab İrana xidmət etmək üçün bütün əzmi ilə hazır hiss edir. Amma bu dəyişikliklərin referendum və ya hansı formada baş verəcəyi müəmmadır, zaman göstərəcək. Ümidliyəm ki, tarixin önəmli günlərinə şahid olacağıq. Qadının gücünü, mübarizənin nələrə qadir olduğunu, şübhəsiz ki, dünya görəcək. Qadın, yaşam, azadlıq!

Hazırladı Aytac Xaliq

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...

Mənim Yeni Tarix