İdeal övlad gözləntisinin uşaqlara təsiri

1

Uşaqdan mükəmməl olmağı gözləmək onda travma yaradır? 

Uşaq böyütmək, tərbiyəsi ilə məşğul olmaq valideynlərin böyük qayğısıdır. Təbii hər valideyn övladının sağlam böyüməsini, hərtərəfli inkişaf etməsini arzulayır. Çoxları mükəmməl, ideal övlad yetiştirmək istəyir. Bu zaman bilərəkdən və ya bilməyərəkdən onları psixoloji və mənəvi yükləyir, gələcək həyatında travmalara yol açır. 

İdeal övlad istəyinin uşağın gələcək həyatına təsirindən danışacağıq. 

Səhv etmək qorxusu

21 yaşlı Zeynəb Aslanovanın bütün amalı valideynlərini məmnun etməkdir. İndiyədək müstəqil seçim edə bilməyib, təhsil aldığı universiteti, ixtisası da valideynləri seçib. Valideyinlərinin məsuliyyətilə o qədər yüklənib ki, bu gün səhv etməmək üçün atacağı addımları planlaşdırır. 

“Çalışıram ki, onların mənimlə bağlı arzuları puç olmasın. Etiraf edim ki, mükəmməl olmaq adamı yorur. Yüz ölçüb, bir biçmək, fikirlərini dilə gətirməmək, xətaya yol verməmək – çətindir”, – Zeynəb deyir.

O, valideynlərinin arzusu ilə rəsm, musiqi kurslarına gedib. Halbuki rəsm və musiqi qabiliyyəti o qədər də yüksək deyil: “Etiraz etmək? Yox, ağlıma da gəlmir, çünki üzərimdə əziyyətləri böyükdür”. 

Mənbə: scoutingmagazine.org

“Ailəni təmsil edirsən”

Mehriban Quliyeva isə ideal övlad kimi yetişdirilməsinin həyatına mənfi təsirləri olduğunu bildirir. Deyir, toplum arasında fikirlərini açıq-aydın ifadə edə bilmir, bəzən yersiz söz işlədir: 

“Sonra dərhal utanc hissi basır. Çox zaman sözləri unuduram. Çünki başqasının mənim haqqımda nə düşünəcəyi fikri beynimdən çıxmır. Kimsə mənə iş buyuranda əlim-ayağım bir-birinə dolaşır. Həmin şəxsin məmnun qalıb- qalmayacağını düşünməkdən bezirəm”. 

Mehriban söyləyir ki, bu, onun uşaqlıq travmasıdır. Çünki məmur olan valideynləri daimi davranışlarına nəzarət edib, onu çərçivəyə salıblar. Hətta peşə seçimində belə valideynlərin cəmiyyətdə tutduğu mövqeni nəzərə alıb: “Mən niyə həmyaşıdlarım kimi əylənə bilmirəm? Bu sualı özümə tez-tez verirəm. Uşaqlıqdan valideynlərim, nənə-babam beynimə “sən ailəmizi təmsil edirsən, ona görə davranmalısan” – fikirlərini yeridib. Bu çərçivəni qıra bilmirəm “. 

Türkiyədə təhsil alan Nicat Məmmədov (ad şərtidir) da zamanında həmyaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkib. Deyir, atasının pafoslu çıxışları ona da yansıyıb. Qrup yoldaşlarından biri ona “sanki kitabın arasından çıxıb gəlmisən”, – deyib. 

“Atam cəmiyyətdə tanınmış ekspertdir. Uşaq vaxtı onun tanınmış olması ilə fəxr edirdim. Böyüdükcə davranışlarıma nəzarət etməli oldum. Etiraf edim ki, bir çox arzu və istəklərimdən imtina etməli olmuşam”.

“İdeal övlad yetişdirmək üçün edilən cəhdlər çox vaxt uşağı fiziki və mənəvi yükləyir”

Həkim ekspert Anar Məhərrəmli deyir ki, ideal övlad yetişdirmək üçün edilən cəhdlər çox vaxt uşaqda fiziki və psixoloji problemlər yaradır. 

Sanki uşaq bir neçə yerə parçalanır: “Valideyinlərlə söhbət zamanı çox zaman deyirlər ki, uşaqlarının savadlı, hərtərəfli inkişaf etməsini istəyirlər. Nəticədə uşaq yarımçıq olur, travma ilə böyüyür”.

Valideyn istəyi və ya psixoloji şiddət 

Psixoloq Gülər Məmmədovaya görə, psixoloji şiddətin bir istiqaməti də övladın maraq və meyillərinin valideynin istəyi ilə formalaşdırmağa çalışılmasıdır:

“Təəsüf ki, bəzən valideynlər övladlarını həyata keçirə bilmədikləri arzu və istəkləri fonunda böyütmək istəyirlər. Hətta bəzən nənə-babaların istəkləri də bura qoşulur, uşaqların yaşının inkişaf dinamikası nəzərə alınmır. Uşağa zamanında özlərinin aldığı tərbiyənin fərqli formasını tətbiq etməyə çalışırlar”.

Psixoloq deyir ki, ideal övlad böyütmək istəyi ilə bəzən bu günün, müasir zamanın tələbləri unudulur. Valideynlər uşaqlarını müəyyən qısıtlamalarla tərbiyə etməyə çalışırlar: 

“Övladlarının mükəmməl olması üçün əllərindən gələni edirlər. Bu da uşağın sosiallaşmasına mane olur. Bəzən valideyn zamanında özünün edə bilmədiyini uşağına yükləyir. Bura uşağın akademik səviyyədə inkişafı da daxildir. Uşaq bilmir necə davransın, yeniyetməlik dövründə sağlam xarakteri necə formalaşsın.  Balans pozulur, sonda valideynlə üz-üzə qalıb, səs tonunu qaldırmağa məcbur qalırlar”. 

Psixoloq bildirir ki, gözləntilər uşaqda tələbləri aşmaq və ya pozmaq istəyi yaradır. Nəticədə onlardan istənəni  yerinə yetirmək üçün bütün  güclərini səfərbər edirlər, onda da insan psixologiyası pozulur.

Gülər Məmmədova deyir ki, abuturiyent dönəmində uşağını problemləri var deyə, psixoloqa aparan valideynlər olur. Halbuki əsas problem valideynin özündədir. Çünki valideynin qoyduğu tələblər uşağın təfəkkür potensialına, psixo-fiziologiyasına uyğun olmur: 

“Bəzən də valideynlərin gələcək peşə ilə bağlı lazımsız istəkləri olur. “Sən bizim fəxrimizsən”, “biz səni belə görmək istəyirdik” – kimi cümlələr böyüməkdə olan nəslə yorucu gəlir. Onların erkən yaşda əsəbləri pozulur. Aqressiv olur, özlərinə ünvanlanan bu kimi ifadələri qəbul edə bilmirlər”.

Psixoloq valideynlərə dünyaya gətirdikləri uşaqları öz arzu və istəklərinə görə böyütməməyi məsləhət görür. Deyir, uşağa müəyyən yaşdan sonra şəxsiyyət kimi formalaşmağa imkan verilməli, fikirləri nəzərə alınmalıdır. 

FEMMEKAN

Beşinci Sevil Film Festivalında nələr var? 

Yenilik: Bu il festivalın daxilində feminist-arxiv bölməsi yaradılıb Azərbaycanda beşinci Sevil Film Festivalına start verilib.  Bu il festival əvvəlki illərdən fərqli Bakı, Şəki, Lənkəranla yanaşı, Şabranda da keçiriləcək.  Tədbirdə filmsevərlər, kino tənqidçiləri iştirak edir. Bu il festivalın daxilində feminist-arxiv bölməsi də yaradılıb. Foto Nərmin Həsənova “Üç filmdən ibarət xüsusi proqramımız vasitəsilə feminist arxivin rəflərinə göz...

Ruh sağlığını qorumaq üçün nə etməli? 

Gənclərdə depressiya və isterik davranışların səbəbləri  Dünyada 264 milyondan çox insan depressiyadan əziyyət çəkir. Bu, 20 il əvvəlin göstəricisindən 18 faiz çoxdur. Araşdırmalar depressiyanın miqyasının artdığını və əsas sağlıq probleminə çevrildiyini göstərir.  “Femmekan”-ın budəfəki mövzusu gənclərdə depressiya, isterik davranışlar və səbəbləridir.  Azərbaycanın durumu  Azərbaycanda depressiyadan əziyyət çəkənlərin statistikası aparılmır.  Dövlət Statistika Komitəsinin (DSK) 18 yaşadək...

Feminist etika və jurnalistika

“Femsöhbətlər”in növbəti epizodunda hər birinizi xoş gördük. Keçən aylarda feminizmlə bağlı kitablardan, 2024-cü il üçün feminist planlardan danışmışdıq. Bu epizodumuz bir az fərqli olacaq: xüsusilə, media nümayəndələrini, jurnalistləri və jurnalistika tələbələrini epizodumuzu dinləməyə dəvət edirəm.  Adından da göründüyü kimi, bu dəfə feminist etika və jurnalistikaya feminist yanaşmanın önəmindən bəhs edəcəyik. Müsahibimiz olmasa da, epizod ərzində...

Etnik gürcü və azərbaycanlı qadınların ortaq dərdləri 

Dil, təhsil və cəmiyyətə inteqrasiya problemləri  Azərbaycanda yaşayan etnik gürcü qadınlar azərbaycanca necə bilir? Onlar universitetə qəbul ola, iş tapa, bir sözlə, Azərbaycan cəmiyyətinə qarışa bilirlərmi?  Eləcə də sərhədin o tayına boylananda, Gürcüstanda yaşayan etnik azərbaycanlı qadınların həyatı, təhsili, dil bilgisi və cəmiyyətə inteqrasiyası nə yerdədir?  “Femmekan” mövzuya ikitərəfli yanaşaraq, hər iki tərəfin vəziyyətinə güzgü...

Qadınları estetik əməliyyatlara aparan nədir?

Dünyada estetik toxunuş edənlərin sayı hər il artır Tez-tez dəyişən gözəllik standartlarına tam uyğunlaşmağı mütəxəssislər qeyri-sağlam hərəkət sayır. Son zamanlar Azərbaycanda estetik əməliyyatların, bədənə yüngül toxunuşların artmasından danışacağıq. Səbəbləri nələrdir, niyə kütləvi hal alıb? 35 yaşlı Nərmin Babayeva deyir ki, görünüşü onu uşaq vaxtından narahat etməyə başlayıb. Ətraf, hətta ailəsinin bu barədə fikirləri onda görünüşünü...

Şiddətə gedən yol: zorakılıq özünüifadə vasitəsinə çevrilir?

Uşaqların yerinə danışmağın, onların sözünü kəsməyin nəticələri  Böyüyəndə niyə kosmonavt olmaq istəyirsən? Yox, əmisi, kosmonavt olmayacaq, oğlum həkim olacaq, anası-atası xəstələnəndə, müalicə edəcək Uşaqlarla böyüklər arasındakı belə dialoqlara tez-tez rast gəlirik. Valideynlər uşaqlara verilən sualları cavablayır, azyaşlılara fikirlərini çatdırmağa icazə vermirlər.  “Hərdən mənə nədənsə danışmağa çalışır. Fikrini ifadə etməkdə çətinlik çəkdiyi üçün cümlə qura bilmir,...

Fransada yol qəzalarına diqqət kampaniyası: “Qadın kimi sür”

Fransada yol qəzalarında həyatını itirən və ya yaralananların haqlarını müdafiə edən “Victimes et Citoyens” (Qurbanlar və vətəndaşlar) dərnəyi “Qadın kimi sür” adlı kampaniya başladıb.  Kişilərin daha yaxşı sürücü olduğuna dair davam edən “qadın düşməni” qavrayışıyla mübarizə aparmaq istəyən dərnək “bu qərəzli fikrin heç bir əsası olmadığını göstərmək üçün rəqəmlərə baxmaq kifayətdir” deyərək, yollarda ölümlə nəticələnən...

İdeal övlad gözləntisinin uşaqlara təsiri

Uşaqdan mükəmməl olmağı gözləmək onda travma yaradır?  Uşaq böyütmək, tərbiyəsi ilə məşğul olmaq valideynlərin böyük qayğısıdır. Təbii hər valideyn övladının sağlam böyüməsini, hərtərəfli inkişaf etməsini arzulayır. Çoxları mükəmməl, ideal övlad yetiştirmək istəyir. Bu zaman bilərəkdən və ya bilməyərəkdən onları psixoloji və mənəvi yükləyir, gələcək həyatında travmalara yol açır.  İdeal övlad istəyinin uşağın gələcək həyatına təsirindən...

Qeyri-sağlam münasibət nədir və ondan necə qurtulmaq olar? 

“Psixoloji təzyiqin zorakılıq qədər zərərli olduğu qəbul edilməlidir” Bu dəfə qeyri-sağlam, son zamanlar barəsində çox danışılan toksik münasibət, toksik partnyordan danışacağıq.  Toksik münasibətin nə olduğunu çoxu bilsə də, toksik insandan uzaqlaşmaq və həmin münasibəti bitirmək asan olmur.  Münasibətin qeyri-sağlam olduğuna dair siqnallar nələrdir?  Toksik münasibətin içində olduğunu necə anlamaq olar, hansı addımlar atılmalıdır?  42 yaşlı...

Mənim Yeni Tarix