Hər bir “səyahətçi qardaş”ın arxasında bir qadın durur

0

21 əsrdə xaricdə təhsil alan, səyahət edən, işləyən qadın anlayışının qeyri-adi qarşılandığı bir ölkədə doğulmuşam. Bizdə adi şeylər elə qeyri-adi, gözlənilməz qarşılanır ki, bir günün içində, sadə səbəbdən internet fenomeninə çevrilə bilərsən. 

İllər əvvəl saytların birinə ucuz səyahət etmənin yollarından danışmışdım. Səhər oyananda “Facebook”-ma 100-dən artıq bildiriş gəldiyini gördüm. Ad günüm deyil, ölməmişəm, bu, nə ola bilər axı? 

Heç nə, Varşavadan Norveçə aldığım 10 avroluq biletdən, aylarla səyahətə getmək hekayəmdən danışmışdım. Hamı şokda idi. İnsanlar məndən səyahət təcrübəm haqqında təlim keçməyimi, blog açıb, təcrübəmi bölüşməyimi istəyirdilər. 

Müsahibənin üstündən bir il keçəndən sonra da istəklər tükənmədi və mən seyahtci.com– u açdım. Təzə vaxtlar dəhşət həvəsli idim, hər həftə bir hekayə, təcrübə paylaşırdım. O vaxt doğma dildə səyahətdən yazan çox bloger yox idi. Zamanla blogerlər, səyahət edənlər artdı, mənim hekayələrimin sayı azaldı. Əslində işlərim də çox olurdu, bloguma əvvəlki kimi vaxt ayıra bilmirdim. Ancaq yenə də sosial şəbəkələrdə getdiyim yerlərdən fotolar, videolar, məlumatlar bölüşürdüm.

Tez-tez səyahət edə bilmək üçün aşağı büdcəli otelləri, təyyarə reyslərini seçirəm. Bir dəfə hosteldə qalmaq təcrübəmdən danışmışdım. Yüzlərlə insan məni qınamışdı. Bunu ictimai şəkildə, açıq edirdilər. Ancaq şəxsidə səyahət etməyi çox istəyən, imkanı əl verməyən, vəziyyəti uyğun olmayan insanlardan yüzlərlə məktub alırdım. O məktubların birində deyilirdi: 

“18 yaşımda ailə qurmuşam. Ard-arda iki oğlum dünyaya gəlib. Yoldaşımın kiçik mağazası var, qadın geyimləri satır. İmkanımız olsa belə, səyahət mənim üçün xəyaldır. 2 uşaqla hara gedim? Mən yalnız xəyallarımda səyahət edirəm. Yaxşı edirsiniz, həyatınızı yaşayın, mən bunu edə bilmədiyim üçün üzgünəm. Blogunuzu oxuyuram, sizin yazdıqlarınızla, paylaşdıqlarınızla həmin yerlərə xəyali səyahət edirəm, çox sağ olun”. 

Blogumu 2015-ci ildə açmışam. Qısa zamanda minlərlə izləyici qazanmışam. 

Hətta bir dəfə İstanbulda vapurda bir ailə blogumu izlədiklərini dedilər, tanış olduq. Əslən azərbaycanlı idilər, uzun illər idi İngiltərədə yaşayırdılar. Səyahətçini tanıdıqları üçün elə həyəcanlanmışdım ki… Həmin gün bütün yaxınlarıma bu haqda danışmışdım. 

Bir dəfə isə özümə planladığım qış tətili ilə bağlı post paylaşmışdım. Gürcüstanın Bakuriani şəhərində qalacağım otelin ünvanını da qeyd etmişdim. Ora gedəndə səyahətçidən oxuyub, həmin otelə gələn 6 nəfərlə tanış oldum.

Bakıda küçədə, ictimai nəqliyyatda da ucuz səyahət təcrübəmi oxuyub, yararlanan və təşəkkür etmək üçün yaxınlaşanlar az olmayıb. 

Blogu ilk açdığım zamanlarda gündə onlarla adamdan səyahət, viza dəstəyi, bilet almaq, otel tutmaqla bağlı kömək istəyən mesajlar alırdım. Etdiyim əksər köməklərin qarşılığında “çox sağ ol, qardaş”, – cavabı gəlirdi. Zamanla “qardaş” söhbəti məndə yaman qıcıq oyatmağa başlamışdı. İnsanları ucuz səyahətlə tanış edirəm, onlara əlimdən gələn kömək, dəstək verirəm, səhifəyə, bloga xeyli vaxt ayırıram, niyə hər yaxşı iş görən birinin kişi olduğu qənaətinə gəlinir? 

Postların altında da mənə kişi cinsinə müraciətlə  təşəkkürlər yağırdı. Cəmiyyət bir qadının səyahət etdiyini, oxuduğunu, araşdırdığını, faydalı olmaq istəyini heç cür qəbul etmək istəmirdi. 

Bir dəfə bir xanım mənimlə tanış olmaq istədiyini və birlikdə səyahətə çıxıb, bir-birimizi tanıya biləcəyimizi yazmışdı. Bunu kişi cinsinə müraciətlə yazmışdı və mən çox utanmışdım. Bu, ilk idi. İzləyici sayı 20 mini keçəndən sonra qızlardan tez-tez oxşar mesajlar almağa başladım və artıq öyrəşmişdim. 

Səyahətlə bağlı sosial şəbəkələrdə olan qruplarda da tez-tez təcrübəmi bölüşürəm. Həmin postların birində söz düşdü, şərhlərin altında mənim səyahətçi olduğum ortaya çıxdı. Bir xanım səyahətçinin kişi olduğunu düşündüyünü yazmışdı. Sahibinin kimliyini biləndən sonra nəzər yetirəndə dəst-xəttin xanıma aid olduğunu anladığını bildirmişdi.

Bizim ölkədə bəli, səyahət hələ də çoxları tərəfindən qeyri-adi qarşılanır. Amma bu qeyri-adi qarşılanan tək hobbi deyil. Velosiped, scooterdən istifadə etmək, kampa getmək, dağa dırmanmaq – bunlar da bir qadının etdiyi və normal qarşılanan şeylər deyil. Adicə uşaq dünyaya gətirməyə hazır olmadığını deyəndə elə təəccüblə üzünə baxırlar ki…

Bir dəfəsində “onda niyə ailə qururdun?” – sualı vermişdilər. Çünki bizim cəmiyyətdə qadın ailə qurmalı, uşaq dünyaya gətirməli, onu böyütməli, əziyyətini çəkməli, sonra o uşaq da ailə qurmalı, övladları olmalı, onlara da nənələri baxmalıdır. Bir qadının bundan fərqli taleyi olmalıdır ki? 

Bir sözlə, qadın anadır, nənədir, arvaddır, övladdır, amma ayrıca bir fərd deyil. Onun arzuları, xəyalları ola bilməz. Məsələn, cəmiyyət qadın sürücünü daim günahkar sayır. İşləyəni kişi həmkarından zəif görür. Yoxsa əksər müəssisələrdə qadına onunla eyni işi görən kişi həmkarından aşağı maaş verilməzdi. 

Qadın səyahətçi, sürücü, velosipedçi, dağçı, kamper ola bilməz. Belə gözəl məşğuliyyətlərlə ancaq kişilər məşğul olmalıdır. 

Son vaxtlar mənə “qardaş”, “oğul” – deyə, müraciət edənlərə əsəbiləşmirəm. Görməyiblər, bilmirlər – deyə, düşünürəm. Onlara bunu göstərmək lazımdır. Bu istiqamətdə addım da atmışam. Sosial şəbəkə hesablarında blog sahibi kimi öz profilimi əlavə etmişəm. Buna baxmayaraq, yenə “qardaş” deyənlər olurmu, olur. Ancaq onların sayı xeyli azalıb. 

Yazdı Gülər Mehdizadə

Please install and activate the "Master Slider" plugin to show the slides.

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix