Həbsə atılan iki azərbaycanlı jurnalist qadın kimdir? 

0

Gəlin onları tanıyaq

“Bu hakimiyyət öz vətəndaşlarına qarşı ləyaqətli davranmır. Ödənilən vergilər hesabına polislərə maaş verirlər, onlar isə insanlara zülm edir. Hakimlərə pul verirlər, onlar da sifarişli, saxta qərarlar çıxarır”, – jurnalist Sevinc Vaqifqızının (Abbasova) sözləridir. 

O, bu sözləri həbsindən sonra, məhkəmədə çıxışı zamanı dilə gətirib. 

Bir aydan artıqdır ki, Azərbaycanda iki qadın jurnalist hakimiyyətin “qaçaqmalçılıq” ittihamı ilə həbsə atılıb. Sevinc Vaqifqızı korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia”nın baş redaktoru, Nərgiz Absalamova isə bu saytın reportyorudur. 

Hər ikisi həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

Kimdir Sevinc?

35 yaşlı Sevinc Vaqifqızı Füzuli rayonunda doğulub. 1993-cü ilin avqustunda Füzuli işğal olunanda onun 4 yaşı olub. Ailəsi ilə birgə tanımadıqları, onlara yad olan Bakı şəhərinə köçüblər.

Sevinc Vaqifqızı 2006-2010-cu illərdə Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində təhsil alıb. 

“Bizim Yol”, “Azadlıq” qəzeti və “Meydan TV” ilə əməkdaşlıq edib. Həbsindən öncəki son iş yeri “Abzas Media” olub. 

Sevinc Vaqifqızı həbsinədək Azərbaycan hakimiyyətinin başqa təqibləri ilə də üzləşib. Çalışdığı “Meydan TV”nin vəzifəli şəxslərinə açılan cinayət işi ilə bağlı ölkədən çıxışına qadağa qoyulub. Bu, qanunsuz olub, çünki cinayət işində adı sadəcə şahid kimi keçirdi. Qanun isə yalnız təqsirləndirilən şəxslərin ölkədən çıxışına qadağa qoyulmasını nəzərdə tutur. 

2018-ci ildə Prezident seçkiləri günü seçki saxtakarlığını göstərən video-reportajına görə məhkəməyə verilib, daha sonra həmin materiala görə cərimələnib.  

Dəfələrlə müxtəlif işlərlə bağlı polis bölmələrinə cəlb edilib, saatlarla dindirilib. 

Həmçinin, beynəlxalq medianın üzə çıxardığı “Pegasus” araşdırmasında Azərbaycan hökumətinin illərlə telefonunu izlədiyi insanlar siyahısında Sevinc Vaqifqızının da adı olub. “Pegasus” İsrailin istehsal etdiyi casus proqramıdır. Hökumətlər bu proqramı almaqla ölkəsindəki terror hadisələrini öncədən müəyyənləşdirib, önünü alır. Azərbaycan hökuməti isə proqramdan daha çox siyasi fəalları, jurnalistləri izləmək üçün istifadə edib.

Həbs ediləcəyini bilə -bilə dönmək

Vəkili Aqil Layıc deyir ki, Sevinc Vaqifqızı ilə görüşüb, vəziyyəti normaldır, sadəcə saxta ittihamla həbs edilməsi onu incidir. 

“AbzasMedia”nın direktoru Ülvi Həsənli həbs edildiyi gün Sevinc Vaqifqızı Parisdə olub. Ailə üzvləri, dostları ona “dönmə, səni də həbs edəcəklər”, – desələr də, bunların heç birinə məhəl qoymadan, həbs ediləcəyini bilə-bilə Bakıya qayıdıb. Elə hava limanında polis onu saxlayıb, evində axtarış aparıb və səhərisi gün barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Verilən ittihamla Sevinc Vaqifqızını 5 ildən 8 ilədək həbs gözləyir. 

Nərgiz Absalamovanı tanıyaq

“Ey bülbüli-qüdsi, nə giriftari qəfəssən,

Sındır qəfəsi, tazə gülüstan tələb eylə!”

26 yaşlı Nərgiz Absalamovanın “Facebook” səhifəsinin başlığında belə yazılıb. 

Nərgiz Absalamova “AbzasMedia” işinə görə əvvəlcə şahid qismində dindirilib. İkinci dəfə ifadə vermək üçün çağırılanda saxlanılıb və barəsində məhkəmə qərarı ilə üç aylıq qəbs qətimkan tədbiri seçilib. 

Vəkili Şəhla Hümbətova deyir ki, Nərgiz mənəvi olaraq möhkəmdir, ruhdan düşməyib: 

“Biraz fiziki problemləri var. Ötən illərdə aksiya zamanı polis onu itələmişdi, belində problem yaranmışdı və əməliyyat olmuşdu. Kürdəxanı saxlanma təcridxanasında ona verilən döşək bərkdir və belini ağrıdır”.

Vəkil deyib ki, evlərindən ona döşək aparılmasına izin verilmir: 

“Həmçinin təcridxana şəraiti öyrəşmədiyi yerdir. Həftədə cəmi iki dəfə isti su verilir, o da saatla. Vaxtlı-vaxtında çimə bilmir. Bəzən işıq olmur, saçı sulu qalır, qurutmağı mümkün olmur. Ailəsi ilə telefon əlaqəsi saxlamasına və görüşlərə müstəntiqin qərarı ilə qadağa qoyulub. Şikayət vermişik, ümid edirik, təmin edilər”.

Şəhla Hümbətova deyir ki, növbəti mərhələdə Nərgizin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriləcək: 

“Hələlik, onunla bağlı hər hansı istintaq hərəkəti aparılmır ki, biz də nə edəcəyimizə qərar verək”. 

Nərgiz daha öncə də təqiblərlə üzləşib

Vəkilinin də dediyi kimi, 2021-ci ilin sonunda Milli Məclisin önündə “Media haqqında” Qanun layihəsinə etiraz edən bir qrup jurnalistin içində Nərgiz Absalamova da var idi. O, aksiya zamanı polis əməkdaşının hərəkəti nəticəsində belindən xəsarət almışdı. 

Metronun “Koroğlu” stansiyasının önündə bir qrup etirazçını çəkən zaman da Nərgiz polis zorakılığı ilə üzləşmişdi, hətta polis onun telefonunu müsadirə etmişdi. 

Gədəbəyin Söyüdlü kəndinin sakinlərinin etirazını işıqlandırdığı üçün də o, iki həmkarı ilə birlikdə polis zorakılığına tuş gəlmişdi. 

Nərgiz Absalamova 2015-2019-cu illər ərzində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Müstəqil medianı seçən azsaylı jurnalistlərdəndir. 

Qısa jurnalist təcrübəsi zamanı görünür, saxta həbslər, jurnalistlərin sıxışdırılmasının şahidi olub, bunu şəxsən yaşayıb. Odur ki, ilk məhkəmə iclasında hakimin tərəddüdünü gördüb, “gəl qərarını oxu, səni bağışlayıram, bilirəm, yuxarıdan əmr gəlib”, – deyərək yaşı az olmasına baxmayaraq, böyüklük göstərib. 

Nə baş verib?

Son zamanlar daha çox araşdırmaları ilə gündəm olan “AbzasMedia” işində 5 nəfər jurnalist həbs olunub. Bunlar Sevinc və Nərgizlə yanaşı media qurumun direktoru Ülvi Həsənli, qurumun direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalıdır. 

Özləri araşdırmalarına və fəaliyyətlərinə görə həbs edildiklərini desələr də, hamısına “qaçaqmalçılıq” maddəsi ilə ittiham verilib. Bu ittihamla onlar 5 ildən 8 ilədək həbs edilə bilərlər. 

Yazdı Gülər Mehdizadə

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...

Mənim Yeni Tarix