Hamilələr COVID-ə qarşı peyvənd olunmalıdır, yoxsa…?

0

Araşdırmalar, həkimlərin fikirləri və hamilələrin qorxuları 

Hamilə qadınlar COVID-ə qarşı peyvənd olunmalıdırmı? Bu sual insanları koronavirusa qarşı peyvəndlər yaranandan düşünüdürür. Çoxları suallarına qaneedici cavab tapmayıb.

Ötən həftələrdə Azərbaycanda press.az saytının əməkdaşı 29 yaşlı Aygün Əlizadə koronavirusdan vəfat edib. Ailəsinin verdiyi məlumata görə, o, virusa oktyabrın 30-da yoluxub, vəziyyəti ağırlaşdığı üçün noyabrın 8-də xəstəxanaya çatdırılıb. Ailəsi bildirib ki, o, hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib.

Əvvəlcə Yevlax Rayon Mərkəzi Xəstəxanasına, vəziyyəti ağır olduğu üçünsə oradan Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. 

Həmin xəstəxananın həkim-ginekoloqu Təranə Həsənova Femmekan-a deyib ki, Aygün Əlizadə xəstəxanaya gətiriləndə vəziyyəti ağır olub: 

“Onu mən qəbul etdim və həmən reanimasiya şöbəsinə yerləşdirdik. Köməkçi tənəffüs aparatına qoşduq, ancaq həyatını xilas etmək mümkün olmadı”.

“Hamilələrin virus tutduğu aşkarlanan kimi xəstəxanaya yatmalıdırlar”

Həkimin deməsinə görə, Aygün Əlizadə xəstəxanaya çox ağır vəziyyətdə daxil olduğu üçün onun hansısa başqa problemi, yan xəstəliyinin olduğunu müəyyən etmək mümkün olmayıb:

“Ailəsinin verdiyi məlumatla kifayətlənməli olduq və daha öncəki analizlərini təhlil etdik. Həyat yoldaşı hər hansı başqa xəstəliyinin olmadığını dedi. Kaş hamilə qadınlar virusa yoluxduqları aşkarlanan kimi xəstəxanaya müraciət edələr. Onların evdə müalicə almaları riskdir. Aygün Əlizadəni virusa yoluxan kimi dərhal xəstəxanaya gətirməyiblər. Xəstəxanaya gələndə vəziyyəti çox pis idi”. 

“Peyvənd olunmaq daha düzgündür, nəinki tam müdafiəsiz qalmaq”

Təranə Həsənova bildirir ki, hamilə qadınlar COVID-19-un risk qrupuna daxildir. Onun fikrincə, hamiləlik dönəmində peyvənd olunmaq daha düzgündür, nəinki tam müdafiəsiz qalmaq:

“Hamilə qadın koronavirusa yoluxanda daha çox iynə və dərmandan istifadə etməli olur. Məncə, peyvənd ondan daha təhlükəsizdir”. 

Hamilələr nə düşünür?

30 yaşlı Həcər Bayramlı hamiləliyinin 8-ci həftəsindədir. O, koronavirusa qarşı peyvənd olunmayıb və hamiləliyi dövründə bunu etməyi düşünmür. Peyvəndlə bağlı qorxuları var. Uşağı inkişafdan saxlaya biləcəyinə inanır:

“Dünyada hələ peyvəndlərə münasibət birmənalı deyil. İnsanlar tərəddüd edir. Qaldı, təkcə özünlə bağlı yox, körpənlə bağlı qərar verəsən. Koronavirusdan qorxuram, amma uşağa mənfi təsirlərindən daha çox çəkinirəm. İndiki halda vurdurmaq istəmərəm”. 

“6-7 ay səksəkə içində yaşamaq dəhşət olar”

Həcər 1 il yarım əvvəl COVID-19-a yoluxub. Deməsinə görə, həddindən artıq ağır keçirməyib. Elə bu səbəbdən biraz rahatdır ki, bəlkə də onda bu xəstəliyə qarşı immunitet yaranıb: 

“Gözlədiyimiz üçüncü uşaqdır. İki oğlum var və onlar məktəbə gedirlər. Həyat yoldaşım isə çalışır,  səhər çıxıb, axşam gəlir. Bilirəm, ailə üzvlərim hər gün nə qədər insanla ünsiyyətdə olur, rastlaşır. Hər biri yoluxub, virusu evə gətirə bilər. Amma içimdə bir hiss də var: bəlkə heç yoluxmadım? Boşuna peyvənd olunub, 6-7 ay səksəkə içində yaşamaq dəhşət olar”.

“İndidən düşünüb özümü stressə salmıram”

Həcər həm də internetdə hamiləlik dövrü peyvənd olunmağın risklərini araşdırır. Ancaq yenə də tam əmin ola bilmir:

“Çünki hərə bir şey yazır. Keçən dəfə bir yazı oxudum. Hamilələrə Pfizer peyvəndi məsləhət görürdülər, ancaq 6-cı ayından sonra. Mən də düşünürəm ki, hələ 6 aya var, bu haqda indidən fikirləşib, özümü stressə salmayım. Hazırda isə maksimum diqqətli olmağa çalışıram. Vitaminli yemək, gigiyena qaydalarına riayət və qapalı yerlərdə maskadan istifadə etməklə…”.

Dünya nə edir?

İngiltərənin Vest-Midlends vilayətinin Birminhem şəhərindən olan 37 yaşlı Saiqa Parven yeni doğulan qızını qucağına almadan COVID-19-dan həyatını itirib. 

Saiqa Parvenin qardaşı deyib ki, o, peyvəndi uşaq doğulandan sonraya saxlamışdı. Ailəsi inanır ki,  vaxtında vaksin olunsaydı, həyatda qala bilərdi. Buna görə onlar hamilə qadınları peyvənd olunmağa səsləyib. 

Sentyabrda nəfəs darlığı şikayəti ilə xəstəxaya yerləşdirilən Parven oksigen cihazına bağlanıb. Hamiləliyinin 8-ci ayında olan qadını həkimlər tezliklə keysəriyyə əməliyyatı edib, uşağı götürüblər. Bir neçə gün sonra Parven həyatını itirib. 

İngiltərənin baş ginekoloqu Jacqueline Dunkley-Bent iyulda ölkədəki ginekoloq və həkimlərə hamilə qadınları peyvənd olunmağa həvəsləndirməklə bağlı məktub göndərib. 

Ölkənin Səhiyyə və Sosial Yardım İdarəsi isə insanlara müraciət edib. Bildirib ki, hamiləlikdə peyvəndin təhlükəsizliyi ilə bağlı araşdırmalardan müsbət nəticə alıblar. 

Birləşmiş Krallıq hamilə qadınlara Pfizer və ya Moderna peyvəndlərini məsləhət görür. 

Son açıqlanan məlumata görə, İngiltərə və Şotlandiyada 100 mindən çox hamilə  COVID-19 peyvəndi olub. Onların heç birində yan təsirlər qeydə alınmayıb. ABŞ-da isə peyvənd olunan hamilələrin sayı 160 mindən çoxdur.

Hər 6 ağır xəstədən biri 

Faizlə ifadədə İngiltərədə 15, Amerikada 33.8 faiz hamilə qadın tam doza vaksin olunub. Mütəxəssislər bu rəqəmlərin aşağı olduğu qənaətindədirlər və hamiləlikdə koronavirusa yoluxmanın təhlükəli olduğunu bildirirlər. Statistik məlumatlara görə, İngiltərədə COVID-ə yoluxmuş hər 6 ağır xəstədən biri peyvənd olunmamış hamilə qadınlardır.

Hamilələr COVID-19 kimi ciddi xəstəliklərə həssasdır

Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu, Massaçusets Ümumi Xəstəxanası və Pensilvaniya Universitetinin tədqiqatçıları eyni yaşda olan 84 hamilə qadına, 31 süd verən anaya və hamilə olmayan 16 qadına peyvənd vurublar. İlk dozadan 3-4 həftə sonra məlum olub ki, hamilə qadınlar və süd verən analarda digərlərinə  nisbətən daha az immunitet yaranıb. 

“Science Translational Medicine” jurnalında dərc edilən araşdırmada deyilir ki, buna səbəb hamilə qadınların orqanizminin dölə dözəcək şəkildə dəyişməsidir. Odur ki, COVID-19 kimi ciddi xəstəliklərə xüsusilə həssasdır. 

Bəzi insanlar düşünür ki, peyvənddən sonra hamilə qalmaq olmaz. Azı 5-6 ay keçməlidir. Avstraliya Səhiyyə İdarəsi isə hesab edir ki, hamiləlikdən əvvəl peyvənd olunmaq 9 ay boyunca COVID-19-dan qorunmaq deməkdir. Peyvənddən əvvəl və ya sonra hamilə qalmaqdan qaçmaq lazım deyil.

Avstraliyada da hamilə qadınlara Pfizer və Moderna peyvəndləri məsləhət görülür. 

COVID-19 vaksinləri nədən hazırlanır?

Araşdırmalara görə, bütün vaksinlərin əsas hissəsi sudan ibarətdir. Həmçinin, peyvəndlərin tərkibində aktiv maddələrdən başqa lipidlər (red: suda həll olmayan maddələr – yağlar, xolesterin, A və D vitaminləri və s.), duzlar, şəkər və ya amin turşuları (“amino acid” – zülallar) var.

Peyvəndlər nə qədər müddət qoruyur?

BioNTech şirkətinin qurucularından olan Uğur Şahin deyib ki, yeni araşdırma nəticələri COVID-19 peyvəndlərinin 9 aya qədər qoruduğunu ortaya qoyub.

Onun sözlərinə görə, peyvəndlənmiş insan COVID-ə yoluxsa belə, xəstəxanda müalicə olunacaq qədər ağır vəziyyətə nadir hallarda düşür. 

Bəzi araşdırmalar COVID-19 peyvəndlərinin qoruyuculuğunun 6 ay sonra azaldığını, immun sistemini gücləndirmək üçün buster dozaya (3-cü doza) ehtiyac olduğunu bildirir. 

Üçüncü doza peyvəndin COVID-19-a qarşı əlavə qoruma təmin etdiyini deyən Uğur Şahin, gələcəkdə dördüncü dozaya ehtiyac olub-olmayacağına da toxunub:

“Dördüncü dozanın faydalı olub-olmayacağı və ya nə vaxt lazım olacağı ilə bağlı hələ məlumatımız yoxdur. Bu, həm də başqa virus variantlarının olub-olmamasından asılıdır. Biz həmçinin, yeni koronavirus növlərinə qarşı tez hərəkətə keçmək üçün hazırlıq görür, peyvəndin gücünü artırırıq”. 

Koronavirus 2019-cu ilin sonlarında Çində yaranıb, dünyaya yayılıb. 

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı  koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyədək 5.3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Yazdı Gülər Mehdizadə

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...

Mənim Yeni Tarix