FEMSÖHBƏTLƏR| Toksik feminenlik nədir: səbəbləri və xüsusiyyətləri

0

Yeni Cənubi Uels Universitetinin elmi işçisi və dosent Maykl Solter (Michael Salter) “The Atlantic” jurnalı üçün yazır: “Son bir neçə il ərzində toksik maskulinlik kişilərin törətdiyi zorakılıqları izah etmək üçün cəlbedici bir terminə çevrilib”.

Yəqin ki, “TikTok” trendlərindən tutmuş, xarici şoulara, “Instagram” alqoritminin dərinliklərindən bizə ötürülən “toksik maskulinlik” sözü ilə qarşılaşmısınız. Bu terminin təhlili və açıqlaması dünyanın inkişaf etmiş ölkələrində daha əlçatımlı olsa da, ölkəmizdə toksik maskulinlik sözünü daha da açmağa, səbəblərini və nəticələrini göstərməyə hələ də ciddi ehtiyac var.

Toksik maskulinlik

2019-cu ildə Amerika Psixoloqlar Assosiasiyası oğlanlar və kişilərlə işləyən terapevtlər üçün yeni təlimat kitabçası təqdim edib. Bu kitabçalarda “ənənəvi” kişiliyin ifrat həddinin aqressivlik, qadınlara nifrət (mizogeniya) və sağlamlığa ciddi zərər kimi neqativ təsirlərə sahib olduğu qeyd edilib.

Bir çox konservativ insan düşünür ki, narkotik aludəçiliyinin və intihara meyilliyin bu qədər yüksək həddə olduğu bir vaxtda kişiləri “toksik maskulinlik”lə günahlandırmaq kişiliyə edilən hücumdur.

Proqresiv insanlar üçün isə gender bərabərliyinə gedən yol birbaşa olaraq kişiliyin detoksifasiyasından – yəni bütün zərərli xüsusiyyətlərin təmizlənməsindən keçir.

Toksik maskulinlik adlandırılan hərəkətlərlərlə qadınlar və kuirlər olaraq gündəlik həyatımızda çox qarşılaşırıq: eşitdiyimiz qətl, təcavüz hadisələri, küçədə bizə söz atılması, kimsə tərəfindən izlənilmək, obyektləşdirilmək, seksist və mizoginist ifadələrə məruz qalmaq, genderimizə, yaxud cinsimizə görə ikinci, hətta üçüncü görülmək, alçaldılmaq və sairə.

Maraqlıdır ki, toksik maskulinlik qədər, toksik feminenlik haqqında da danışmaq mümkündür. 

Sual yarana bilər ki, toksik feminenlikdən danışmaq bizi “pis feminist” edə bilər? Yəni bir feminist kimi, qadınların pis xüsusiyyətlərindən danışa bilərik? Feminizmin kökünə enib onun bütün qadınlar və kuirlər üçün bərabər haqq və hüquq tələb etdiyini nəzərə alsaq, əslində, feministlərin toksik feminenlikdən danışıb bunu pisləməsi elə, bəlkə də, ən doğru addım olar.

Toksik feminenlik

Toksik maskulinlik kimi, toksik feminenlik də patriarxal cəmiyyətin məhsuludur. Toksik feminenliyin tərifinə gələndə isə – bunu açıqlamaq toksik maskulinliyi açıqlamaqdan daha mürəkkəbdir. Çünki bu termini istifadə etmək üçün müxtəlif situasiyalarda fərqli yanaşmaları müşahidə etməli oluruq.

Məsələn hansısa qadın üçün “əsl qadın” dikdaban ayaqqabı geyinəndir və həmin qadın idman ayaqqabısı, yaxud yastı daban geyinən qadınları bu mövzuda daima tənqidə tutur. Sadə misaldır, lakin düşünün ki, sizin ətrafınızda bunu edən nə qədər qadın var. Yəqin ki, xeyli çoxdur.

Bəzi qadınların fikrincə, hətta pivə içmək də qəbahətdir, çünki bu, “kişi hərəkətidir”. Toksik feminenlikdən istifadə edərək həmcinslərini aşağılayan qadın cəmiyyətdə daha hörmətli ola bilər, eyni zamanda “əsl qadınlıq” oyununu oynamayan insanlar üçün bu “hörmət” çatılmayacaq bir nöqtə kimi qala bilər. “Male gaze” deyilən “kişi baxışı” termini bu mövzunun əsasını təşkil edir. Bəzi qadınların digər həmcinslərini aşağılamaq bahasına da olsa, cəmiyyətin qaydalarına uymağa çalışması bəzən də “male gaze” qazanmaq üçün istifadə olunan hərəkətlərdəndir. 

Bu mənada kişi baxışını üstün tutub onu prioritet bilən patriarxatı isə toksik maskulinlik kimi, elə toksik feminenliyin də səbəbkarı hesab edə bilərik.

Hər bir halda, toksik feminenlik də, maskulinlik də gücü olanların bunu saxlamaq üçün istifadə etdiyi bir dinamikadır. Hörmət edilmək, cəmiyyət tərəfindən qəbullanan olmaq bu iki terminin də əsasında durur. Patriarxatın güc və şiddəti necə sevdiyi ilə bağlı isə daha əvvəlki podkast epizodlarımızda xeyli danışmışıq.

Güc demişkən, güc və təzyiq adlı məfhumlara böyük şəkildə baxsaq, böyük ehtimalla bunlar yalnız 1 istiqamətə, 1 qrup insana yönəlmir. 

Toksik maskulinlik kişilərə zərər vurmaqla bərabər qadınlara, sis, yaxud trans kişilərə və qeyri-binar insanlara da neqativ təsir göstərmədən keçmir. 

Eyni zamanda toksik feminenlik trans qadınları qəbullanmamaq, gey kişilərə qarşı xüsusi nifrət kimi özünü biruzə verə bilir.

Bəs toksik feminenliyin səbəbləri nədir? Qadınlar niyə digər qadınları bullinq edirlər?

Əvvəllər toksik feminenlik haqqında danışmaq daha çətin gəlirdi. Qadınları “onlar xaotik, emosional və qeybətcildirlər” qəliblərinə salmış patriarxata dolayı yolla haqq verəsi nəsə demək ağır addımdır. Lakin qadınların 70%-nin digər qadın iş yoldaşları tərəfindən hansısa şəkildə təcrid edildiyini bildirməsi ilə aydın olur ki, bu mövzu haqqında danışmağın vaxtı gəlib çatıb.

Cəmiyyətin strukturundan irəli gələn bir haldır ki, qadınlar iş yerlərində başqa qadınlarla nəyinsə davasını döyməyi bəzi hallarda istəyə bilərlər. Təəssüf ki, qadınlar ənənəvi olaraq şəxsi kontekstlərdə bir-birlərini hədəfə alırlar: Qayınana-gəlin dramaları, saxta dostluqlar (sanki kişilərdə yoxdu), qadınlar arasında paxıllıq, alçaltma və sairə. 

Toksik feminenliyin əsas 5-6 xüsusiyyəti var ki, siz onu çox rahatlıqla hiss edə bilərsiniz:

  • Başqa qadınlar haqqında onlardan üstüncəsinə danışmaq və aşağılamaq.
  • Passiv aqressiya – atmacalı sözlər, sarkastik gülüşlər, göz süzdürmək.
  • Sabotaj – öz mənfəəti üçün yalan danışmaq, aldadıcı məsləhətlər vermək, başqalarını işlərinə və ya qərarlarına görə istehza etmək, başqalarını pis göstərmək üçün vəziyyətləri manipulyasiya etməyə çalışmaq.
  • Görünüşünə, populyarlığına və peşəkar performansına görə digər qadınlara qarşı xüsusi nifrət dolu yanaşma.

Toksik feminen vərdişlərimiz varsa, bunu necə aradan qaldıraq?

Toksik feminenlik qadınları özlərini olduqları kimi ifadə etməyə ruhlandırmaq, dəstəkləməkdənsə onları fikirlərini, ideyalarını və inanclarına görə utanmağa, çəkinməyə və çaş-baş qalmağa məcbur edir.

Toksik feminenliyin təsirləri ilə mübarizə aparmaq üçün gündəlik olaraq edə biləcəyimiz bəzi şeylər bunlardır:

Öyrəndikləriniz haqqında dərindən düşünmək üçün vaxt ayırın və onları yenidən öyrənməyə çalışın: Yoxlayın görün sizə hansı mizoginistik fikirlər aşılanıb? Etdiyiniz hər şeyi içinizdən gələrək, özünüz üçün edirsiniz, yoxsa “male gaze”, yəni kişi diqqəti üçün? Həqiqətən, ürəyinizin səsinə və ağlınıza əsaslanaraq qərarlar verirsiniz, yoxsa kişilərin razılığını istəyirsiniz? Özünüzlə mülayim və dürüst olun, sizə səhv öyrədilənləri, özünüzü və başqalarını incidəcək xüsusiyyətlərinizdən necə uzaqlaşa biləcəyinizlə bağlı düşünün.

Səssiz qalmayın: Özünüzdə və mövcud olduğunuz çevrələrdə toksik feminenliyə diqqət yetirin və bunu müşahidə etdikdə səssiz qalmayın. Başqaları ilə maraqlı və cəsarətli söhbətlər edin və deyilənlərin və ya görülənlərin hamının maraqlarına uyğun olub-olmadığını və ya patriarxal güc dinamikasının qorunmasına töhfə verib-vermədiyini müşahidə edin.

“Toksik feminenlik” ifadəsini istifadə edərkən diqqətli olun: Bu ifadənin işlənildiyi konteksti diqqətlə nəzərdən keçirin. Unutmamaq lazımdır ki, bu termin həmçinin toksik maskulinliklə bağlı müzakirələrin üstünü örtmək üçün, anti-feminist məqsədlərlə istifadə edilə bilər.

Məsələn qeybəti yalnız toksik feminenlik məhsulu adlandırmaq düzgün deyil. Qeybət etmək təkcə qadınların etdiyi bir hərəkət deyil və bunu nəzərdə tutmaq anti-feminist sayıla bilər. Əslində, əsl toksik xüsusiyyət “qadınlıq polisliyi” etməkdir; və qeybət insanların bunu etməyə çalışdıqları üsullardan biridir.

Mənbələr:

The Atlantic – The Problem With a Fight Against Toxic Masculinity

Hormona – Toxic Femininity Exists: What is it and what you need to know

Verywellmind – What Is Toxic Femininity?

Vice – Toxic Femininity: It’s Probably Not What You Think

Hazırladı Pəri Abbaslı

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | Korporativ mühitdə qadınlar & qadın liderlər

“Femmekan”ın növbəti podkast epizodunda hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz korporativ mühitdə qadınların yaşadığı çətinliklər, üzləşdiyi diskriminasiyalardır.  Sizə təkrar gələ bilər, lakin təəssüf ki, hələ də iş mühitində problem yaşayan qadınlar barədə müxtəlif hekayələr eşidə bilirik. Yəni hələ də bu sahədə problemlər var. Qadınlar iş mühitində hansı problemlərlə üzləşirlər və bu diskriminasiyalar nədən ibarətdir?...

Transgenderlərin idman yarışlarında iştirakı

Yarış: güclə, yoxsa hisslərlə qazanılır?  LGBTQI+ vətəndaş Şəbnəm Zamanlı orta məktəbin beşinci sinfindən qaçış idman növü ilə məşğul olub. Altıncı sinifdə yaşadığı rayonda qaçış birincisi olub. İdmanla məşğul olduğu sonrakı doqquz ildə də dəfələrlə rayon, bölgə yarışlarında birinciliyi qazanıb, ölkə üzrə üçüncü yerə çıxıb.  Deyir, 22 yaşında görünüşü ilə bağlı dəyişimə başlayandan sonra idman aləmindən...

Ədəbiyyatdakı, dərsliklərdəki qadın obrazları 

Onlar necə təsvir edilib?  Azərbaycan cəmiyyətində qadının üzərinə böyük yük düşdüyü ilə bağlı fikirləri az qala hər gün eşidirik.   Yaxşı, “qadın anadır” yaxud “gələcəyin anasıdır”, “filankəsin bacısıdır”, “həyat yoldaşıdır” və s. kimi fikirlər necə formalaşır?  Qadınların şiddətə məruz qalması, öldürülməsi ilə bağlı xəbərlər daha çoxdur. Onların iqtisadi azadlıqları, təhsil imkanları qısıtlanır. “Qadın hüquqları” anlayışının...

Qadın azarkeşlər: idman sevgisini sübut etmək məcburiyyəti

Qadın azarkeşlərin bitmək bilməz sorğusu Kanada Yayım Korporasiyasında bir neçə gün əvvəl paylaşılmış köşə yazısının başlığı belə idi: “Qadın azarkeşlərin də idmandan başı çıxır, bizə layiq olduğumuz hörməti göstərin”. Feminist diskurs qadınların təşkilatlanması, siyasi, mədəni və sosial diskursda iştirakı ilə bağlı tələblər irəli qaldırsa da, qadınların hətta azarkeş kimi cəmiyyətdə qəbulunda da problemlər və diskriminasiyaların...

Mənim Yeni Tarix