FEMSÖHBƏTLƏR | “Sisterhood”, Azərbaycanda qadın həmrəyliyi

0

Sisterhood nədir, nəyə görə önəmlidir? 

“Qadınlar yaradılış gərəyi ilə rəqabətcil, qeybətcil, qısqanc və paxıldırlar” – bunu o qədər eşitmişik ki! Seksist tanışlarımız, dünyanı kişi nəzərindən görən həmcinslərimiz, media, ictimai fiqurlar hər gün qadınları bir-birilərlərinə nifrət etməkdə günahlandırırlar. Bununla necə mübarizə aparaq?

“Femmekan” podkastlarının 12-ci epizodunda “qadın qadının düşmənidir” mifini çürütməyə hazırlaşırıq. Bu gün sizinlə “sisterhood”, yəni qadın həmrəyliyindən danışacağıq.

Qadın həmrəyliyi

“Sisterhood” hərfi tərcüməsi ilə “bacılıq”, başqa bir deyişlə isə “qadın həmrəyliyi” ikinci dalğa feminizminin əsas xüsusiyyətlərindən biridir. “Qadın həmrəyliyi” bir məfhum kimi, kollektiv birlik və məqsəd hissini təmin etməklə yanaşı, həm də feminist hərəkatı həmrəyliyini nümayiş etdirir. Bu, qadınlar arasındakı münasibətin vertikal yox, horizontal olmağına fokuslanan, ana/qız obrazlarına xas olan iyerarxiyadan qaçan yanaşmadır. 

“Sisterhood”la bağlı düşüncələr isə adətən çox dəyişkəndir. Çünki bu məfhum üçüncü dalğanın müddəalarından olan interseksionallıq məsələsinə toxunur və qadınlar arasında olan güc dinamikasını, imtiyazlılığı ifşa edir. Bu gün, global aləmdə “sisterhood” məsələsinə kritik yanaşma və bu terminin rədd edilməsi ritorik olduğu kimi, həm də ideoloji hesab oluna bilər.

Bu həmrəyliyin qarşı cəbhəsindən ona əl edən media isə bizə nələrsə ötürməyə çalışır. Müharibədə çiyin-çiyinə vuruşan, bir-biri üçün canını fəda edən, dərdləşən kişilər fonunda qadınlar kitablarda, seriallarda, kinolarda hər zaman bir-biriləri ilə mübarizə aparan rollarda qarşımıza çıxır.

Feminizmdə “Sisterhood”

“Feminizm çətin və mürəkkəbdir – yaxşı, faydalı iş ortaya qoymaq və yaxşı feminist olmaq üçün işləmək ondan da çətindir. “Sisterhood” mövzusu illərlərə, xüsusilə də, ağ feminist qadınlarla qaradərili feministlərin güc və aktivizm dinamikalarının kəsişdiyi məqamlarda çox müzakirə və tənqid olunub”, deyə Fəlsəfə və Feminizm tədqiqatları elmləri doktoru Kori Vonq “TEDx” çıxışında qeyd edir. 

Ağdərili, burjua feministləri üçün “sisterhood” özlüyündə qadınların bir-birlərini dəstəkləməsi, qısnamaya məruz qalanların təcrübə və hekayələrini paylaşmağın əsas ideyası olub. Bununla belə, bu çağırış işçi sinif və ya qaradərili qadınlar üçün mənasız səslənirdi. 1984-cü ildə qaradərili feminist Bell Hooks “Feminist Theory: From Margin to Center” adlı kitabında belə yazır: “Bu günə qədər feminist hərəkatı və “sisterhood” düşüncələrinin, ilk növbədə, burjua ağdərili qadın və kişilərinin sinfi maraqlarına xidmət etdiyi çox aydındır”. 

Əvvəllər burjualar üçün “sisterhood”u universal dildə qurmaq, hamını hesaba almaq və islahatlara fokuslanmaq siyasəti çox çətin görünürdü. Hooks deyir ki, problem “sisterhood” anlayışında deyil, bu anlayışı daha da gücləndirmək üçün lazım olan səyi göstərməyə fürsətin olmaması və inqilabi dəyişikliklər etmək üçün çox işləməyin labüdlüyünü anlamamaqdır. Fərqlilikləri etiraf etmək, təkcə cinsiyyətçiliyə deyil, həm də irqçilik və sinfi istismara son qoymaq, həmrəylik yaratmaq baxımından inqilabi dəyişikliklərə imza atmaq kimi gərgin işlərə hələ heç kim bulaşmaq istəmirdi.

Ümumilikdə isə “sisterhood” qadınların, yəqin ki, daha asan həzm edə biləcəkləri bir termindir. Hər qadın özünü feminist adlandırmağa hazır olmaya bilər (bəlkə də, bu mövzu ilə hələ tanış olmadıqlarına, bununla bağlı pis təcrübə yaşadıqlarına, bəlkə də, bu sözdən sonra gələn tez-tez mənfi mənalar və ya hər hansı digər səbəblərə görə). Lakin “sisterhood” özlüyündə pozitiv mənaya – dostluq mənasına malikdir. Bu da feminizmi anlamağa başlamaq üçün yaxşı bir başlanğıcdır. 

Sovetdən qalma qadın hüquqları

Ailə strukturu olaraq tərbiyəni, sosial və iqtisadi düşüncələrimizin təməlini SSRİ-də böyümüş şəxslərdən almışıq. Bəs SSRİ qadınlar üçün nə qədər təhlükəsiz olub? Dövlət strukturları qadınlara, feminizmə necə yanaşıb? Gəlin bunlara qısa nəzər yetirək.

9 qadın tərəfindən hissə-hissə qələmə alınan “Soviet Sisterhood” kitabı bu mövzuda mənim əsas mənbəm olub. Kitabda qeyd edilir ki, 1908-ci ildə keçirilən birinci ümumi Rusiya qadınlarının konqressində əsas sloqan “qadın hərəkatı yalnız burjua, yaxud proletarian deyil, bu hərəkat bütün qadınlar üçündür” idi. Bu söz özü də qadınlara qarşı olan zorakılığın yalnız sinfi olmadığının açıq sübutu idi. Bolşeviklər üçün isə qadın və kişi haqlarının bərabərliyi mənasız tələb idi: onların fikrincə, hüquqi bərabərlik burjua mifi idi, insanların mülkə qarşı qeyri-bərabər əlaqələri olduğu müddətcə bunun reallaşması mümkün deyildi.

Bolşeviklər “Qadın həmrəyliyi”, onların deyişi ilə “Bədbəxtlik həmrəyliyi” adı altında birləşən bütün qadınların feminist konsepsiyasını sinifli cəmiyyətdə siyasi və ya iqtisadi reallıqdan tamamilə məhrum olmaqla ittiham edirdi. 

Bolşevik qəzetlərindən olan “Pravda” qadınlara həsr edilmiş səhifələri ilə yadda qalandı. Qadınlara həsr edilmiş bu rubrikada işçi qadınların məktubları dərc olunurdu: “Vəzifə əldə etmək üçün əsas müdiri razı salmalısınız, onunla şəhəri gəzməlisiniz, daha sonrakı təkliflərinə razı olmalısınız”.

Və deyə bilərik ki, Sovet dövründə qadın həmrəyliyi məsələlərinə toxunmaq istəyən feministlər nə qədər “sinif fərqliliklərinə yox” deyərək bütün qadınları eyni qanad altında qorumaq istəsələr də, patriarxatın insan hüquqlarını əzə-əzə məhv etdiyi sosial, siyasi rejimdə buna çatmağa müvəffəq olmurdular. Elə ona görə də, post-Sovet ölkəsi kimi, keçmişin çətinlikləri ilə hələ də mübarizə aparırıq.

21-ci əsr Azərbaycanında qadın həmrəyliyi

Mübarizə demişkən, bəs 21-ci əsr Azərbaycanında da “sisterhood” anlayışını ayaqda saxlamağa çalışan platformalar davamlılığı, aktivliyi ilə bu gün bizə nə deyir? Bu epizodumuza qadınlara dəstək olmaq üçün bütün güclərini birləşdirən platformaları, təşəbbüsləri və layihələri sizinlə bölüşərək davam etmək istəyirik.

İlk nümunəmiz “KitabGəzər” layihəsidir. Bu layihə regiondakı uşaq və gənclərin, xüsusən onların təhsilinə şərait yaratmaq, onlar üçün alternativ kitabxanalar təşkil etməyə fokuslanıb. “KitabGəzər”in regionda həyata keçirdiyi işlərə misal kimi, qızların təhsilə cəlb edilməsi, azyaşlı evliliklərin qarşısının alınması üçün valideynlərlə, müəllimlərlə danışıqların aparılması, təlimlər də verilə bilər. Onların həyata keçirdiyi “Məktəbli qızların təhsilinə dəstək” layihəsi isə bu istiqamətlərdə fəaliyyət göstərir: məktəb ləvazimatları və repetitor xərclərinin qarşılanması; peşə seçimi üzrə mentorluq; ailə münasibətlərinin tənzimlənməsində psixoloq, sosial işçi və hüquqşünasların dəstəyi; tələbə adını qazanmış məzunlar üçün karyera planlaşdırılması.

Nümunə verəcəyimiz növbəti platforma “Femiskop”dur. Onların rəsmi saytlarında yazılan “Məqsədimiz” adlı yazını sizinlə bölüşürük: “Femiskop“ dörd feministin fikirlərini eşitdirmək üçün yaratdığı “Həyasız Kadınlar” podkastından başlayıb, daha dolğun və ətraflı məlumat paylaşmaq üçün yazı və vizual incəsənəti özündə birləşdirən bir platformaya çevrilib. Platformanın əsas məqsədi Azərbaycan dilində feminist məzmun yaratmaq, feministlərin səsini eşitdirib, fikirlərini və mübarizələrini paylaşmaqdır”.

FemTech” qadınlara öz startaplarında təməl qurmağa kömək edir, liderlik, komanda işi, şəxsi inkişaf daxil olmaqla, sahibkarlıq sahəsində çalışan qadınlarla bağlı bir çox məsələləri də araşdırır. 

Növbəti nümunəmiz “Feminist Peace Collective”dir. Feminist Sülh Kollektivi 2020-ci ildə yerli feministlər tərəfindən İkinci Qarabağ Müharibəsindən sonra sülh, münaqişə, militarizm, imperializm, kapitalizm, millətçilik, gender, maskulinizm və digər əlaqəli mövzuları tədqiq etmək üçün yaradılıb.

“Qadın üçün” təşəbbüs qrupu isə qadınlara, xüsusən də, məişət zorakılığına məruz qalmış, cəmiyyətdən təcrid edilmiş şəxslərə hüquqi və psixoloji yardım göstərir. İndiyədək kitablar dərc etmiş və  “Qadınlar işdə” kimi layihələrdə bir çox qadının peşə bacarıqlarının artırılmasına kömək etmişdir.

“Qadın qətlləri” platforması Azərbaycanda baş verən qadın qətllərinə diqqət çəkmək məqsədilə hazırlanmış platformadır. Siz bu platforma köməyi ilə öldürülmüş qadınlarla bağlı bir çox məlumat bazasına çıxış əldə edə bilərsiniz.

Ümidvarıq ki, gələcək 8 martlarda qadın həmrəyliyinin ən gözəl nümunələrini görüb və göstərərək mübarizəmizə birgə davam edərik. Dinlənilmək ümidilə!

Mənbələr

The Sisterhood: Inclusivity and Spaces – Elizabeth Evans

Universal Sisterhood – Breaking The ‘Woman is Woman’s Worst Enemy’ Myth

Feminist Friendship | Dr. Cori Wong | TEDxCSU

Sisterhood Is Powerful, but Must It Be Political? – Nikol G. Alexander-Floyd

Hazırladı Pəri Abbaslı

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Seçdiyin, yoxsa sənə yaraşdırılan peşə? 

Zirvələri fəth edən qadının hekayəsi  Azərbaycan cəmiyyətində insanlara cinsindən asılı olaraq peşə yaraşdırmaq adi haldır. Məsələn, mühəndis, arxitektor, sürücü, pilot, alpinist kimi peşələr kişilərə, həkim, müəllim, tibb bacısı kimi peşələr isə qadınlara uyğun görülür. “Qız uşağısan”, “sən kişisən”, – ifadələrilə başlanan cümlələrin sonu şəxsi həyata, arzulara, istəklərə müdaxilə ilə bitir.  Götürək alpinizmi – Azərbaycanda qadınların...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

Mənim Yeni Tarix