FEMSÖHBƏTLƏR | Qadınlar kişilərdən daha emosionaldır?

0

Emosiyaların səbəbini cinslərdə axtarmaq patriarxal cəmiyyətin buraxdığı izlərdən biridir. Qadınların böyümə çağlarında ətrafa qarşı güvənsizliyinin artması, yaxud ailə tərəfindən bu güvənsizliyin aşılanması ilə yaranan müəyyən emosiyalar yetkinlik dövrlərində “çox emosionalsan” adı altında bir tənqid kimi onlarla üzləşməyə başlayır.

Femsöhbətlər podkastının bu dəfəki epizodunda mövzumuz məhz budur. Qadınlar kişilərdən daha emosionaldır? Bu mif bizim həyatımıza niyə bu qədər təsir edir? Haqlarını tələb edən feministlərin “aqressiv, kişi düşməni qadınlar” adlandırılması da elə bu miflərin təkmilləşmiş forması deyilmi? Podkastın davamını dinləyərək araşdırmaların və tədqiqatçıların bu mövzuda cavablarını öyrənəcəksiniz.

Qadınlar kişilərdən daha emosionaldır?

Emosional adlandırılmaq bir kənara, bir qadın kimi irrasional qərarlar verməkdə, hadisələrə həddən çox dramatik yanaşmaqda və həssas olmaqda günahlandırıla bilirik.

Scientific Reports”un 2021-ci ildə apardığı araşdırmaların birində bu mövzu əhatəli şəkildə araşdırılıb. Araşdırmanı aparan komanda 75 gün ərzində 142 kişi və qadının emosiyalarını müntəzəm olaraq izləyib. 

Mənbə: behance.net
Mənbə: behance.net

Tədqiqatın sonunda tədqiqatçılar kişi iştirakçıların emosiyalarının qadınlar qədər dəyişkənlik göstərdiyini aşkar ediblər. Bundan əlavə, kontraseptiv dərmanlar qəbul edən qadınların emosional diapazonunda davamlı menstrurasiya yaşayan qadınlardan əhəmiyyətli dəyişikliklər müşahidə edilməyib.

Tuyeln Universitetinin sosial iş məktəbinin dosenti Keytrin MekKinli bu nəticəni belə şərh edir: “Patriarxal cəmiyyətə əsaslanan ənənəvi və sərt gender rolları kişiləri qeyri-emosional, qadınları isə emosional olaraq təsvir edir. Patriarxat kişiləri qadınlardan üstün göstərdiyi üçün qadınlar və qadınlıq ilə əlaqəli stereotipik xüsusiyyətlər dəyərsizləşdirilir, gözdən salınır. Qadınları və kişiləri “təbii olan” stereotipik gender rollarına uyğun olaraq təsvir etmək yanlış gender miflərinin inkişafına, stereotiplərə və seksizmə gətirib çıxarır”.

Maraqlıdır, bu günkü araşdırmalar qadınların kişilərlə emosional reaksiyalar baxımından çox da fərqlənmədiyini bildirsə də, cəmiyyətdə və elmi araşdırmalarda “qadınlar kişilərdən daha emosionaldır” yanaşmasının da kökü illər əvvələ gedib dayanır.

Klinik psixoloq Herriet Lerner 1974-cü ildə yazdığı “İsterik şəxsiyyət: “Qadınların xəstəliyi”” adlı kitabda bunları qeyd edir: “Qadın cinsinin kütləvi şəkildə isterik şəxsiyyətdən əziyyət çəkdiyini və medianın sadəcə qadının əsl təbiətini təsvir etdiyini düşünmək olar. Buna baxmayaraq, gənc qızlar üçün rol modellərinin demək olar ki, yalnız isterik obrazlar olması ilə xoşagəlməz zəncirlənmə vəziyyət yaranır”. 

Herriet Lerner, Mənbə: Buffalo News
Herriet Lerner, mənbə: Buffalo News

O qeyd edir ki, bir qrup qadının texniki və ya elmi problemi həll etmək üçün effektiv mübarizə apardığı, kişilərin isə sosial məsələlərlə məşğul olduğu bir televiziya proqramı görməyib. Araşdırmaçı bildirir ki, problem sadəcə rol modelləri deyil, çünki cəmiyyətdə kişilik və qadınlıq anlayışlarını araşdırsaq, görərik ki, qadınlara isterik üslubu mənimsəmək üçün təzyiqlər güclüdür və bu, bütün ömürləri boyu davam edir.

1974-cü ilə görə anlaşılan yanaşmadır, lakin burada rol modeli və təmsilçiliyin də davam edən “qadınlar isterik və emosionaldır” mifinə nələr qatdığını anlaya bilirik.

Bundan 10 il sonra psixoanalitik, ictimai fəal, feminist Cin Beyker Miller “Qadınların mənlik hisslərinin inkişafı” adlı məqaləsində emosionallıq və isterika kimi qadınlara yüklənmiş “qəbahətlərin” səbəblərini cəmiyyətdə qadınların yeri ilə əlaqələndirir. 

Millerin əlaqə nəzəriyyəsi qadınlarda mənlik təcrübəsinin, ilk növbədə, cəmiyyətdə güc sahibi olmadıqlarına görə, dərin əlaqələri qura və davam etdirə bilmək ətrafında təşkil edildiyini müdafiə edir. Sosiallaşma baxımından, qadınlar başqaları ilə əlaqə qurmaq, bu əlaqələri dəyər mənbəyi kimi qorumaq və özlərini insanlarla münasibətlərinə əsasən dəyərləndirmək kimi vərdişlərə yiyələniblər. Yiyələnməkdən başqa, özlərini yalnız bu cür təsdiq edə biləcəklərinə inandırılıblar.

1976-1992-ci illər arasında qələmə alınmış bir çox məqalədə müəlliflər qadınların dostluq əlaqələrinin kişilərə nəzərən daha güclü olduğunu düşündüyünü vurğulayır. Həmin dövrdə aparılan araşdırmalar göstərir ki, qadınlar kommunikasiya qabiliyyəti əsasında dostluqlarında daha səmimi və açıq olduqlarına inanırlar. 

İnsan psixologiyası və feminist psixologiya üzrə araşdırmaların müəllifi, professor Stefani Şildsin “Emosiya psixologiyasında cins” (1991) məqaləsinə diqqət edək. O, özünüdərk proseslərində cinslərə fokuslananan inancların bizə təsirindən danışır: “Yaşadıqlarına reaksiya verərkən qadınlar “qadınam, qadınlar emosionaldır, ona görə də emosional ola bilərəm” deyə düşünərkən kişilər “kişiyəm mən, kişilər emosional olmaz” fikrini mənimsəyə bilirlər”.

Amma onu da qeyd eləmək lazımdır ki, emosiyalarımızın aktivləşdiyi vaxtlarda cinslərə uyğun inancları nəzərə alaraq reaksiya vermək vərdişi azalmağa doğru gedir. Belə ki, artıq bizi əhatə edən faktorlara əsasən reaksiya vermək ehtimalı daha yüksəkdir. Bu halda isə cinsimizin, cəmiyyətin cinsi əsaslarla yaratdığı miflərin önəmi qalmır.

Mənbə: creativeboom.com
Mənbə: creativeboom.com

Kişiləri depressiya ilə mübarizədə dəstəkləyən “HeadsUp Guys” adlı platformada Kanada, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları kimi bölgələrdə kişilərin intihar statistikasının xeyli yüksək olduğu və kişilərin qadınlara nəzərən mental sağlamlıqla bağlı daha az dəstək aldığı qeyd edilib. Belə ki, Kanada və ABŞ-da intihar 50 yaşdan aşağı kişilərin 2-ci ölüm səbəbidir. Böyük Britaniyada isə bu, kişilər üçün tək və ən böyük ölüm səbəbidir.

Bəs depressiya necə? Sağlamlıq şirkəti “BrainsWay”ə əsasən, depressiya qadınlarda kişilərə nəzərən 1,5 – 3 dəfə daha çox müşahidə edilir.

Psixoloq Devid Şimit “Qadınlar kişilərdən daha emosionaldır?” adlı məqaləsində bizimlə depressiya ilə bağlı bu reallığı bölüşür: “Depressiyada cinsi fərqlər gender bərabərsizliyinin müşahidə edildiyi ölkələrdə gender bərabərliyinin bərqərar olduğu ölkələrə nəzərən daha kəskindir. Gender bərabərliyinin yüksək olduğu cəmiyyətlərdə qadınlarda depressiyanı uşaqlar tətikləyərkən, gender bərabərliyinin aşağı olduğu ölkələrdə işsizlik güclü faktordur. Lakin bərabərliyin səviyyəsindən asılı olmayaraq, uşaqların emosiyalara təsiri kişilərin depressiyasında heç bir rol oynamır. Bu paradoksal tapıntını izah edə bilər ki, gender bərabərliyi orta hesabla psixi sağlamlığı artırsa da, depressiyada cinslər arasında fərqi böyüdür”.

Ümumilikdə isə spesifik qrupa daxil olan insanların digərlərindən daha emosional olması anlayışı hər kəsə ciddi ziyan vurur. “Bütün insanların emosiyaları var” – bunu travma terapiyası üzrə ixtisaslaşmış sosial işçi və doktorant Liz Koleklau deyir. “İnsanlar doğum zamanı təyin olunmuş stereotiplərin kənarında da özlərinin təyin etdikləri cür davrana, var ola bilərlər. Bununla belə, bu gender gözləntilərindən kənara çıxan xüsusiyyətlər və davranışlar iqnor və təcrid edilə, hətta şəxsin özü üçün təhlükə yarada bilər”.

İndividualın özünü cins stereotiplərinə uyğunlaşdırması şəxsin böyümək və özünü ifadə etmək qabiliyyətini məhdudlaşdırır. Koleklauya görə, bu, qadınların güc və imkanlara məhdud çıxışına, kişilərin isə hisslərinin sağlam ifadəsini boğmasına və dərin əlaqələri minimuma endirməsinə səbəb ola bilər.

“Qadınların emosional olmasına “icazə verilir”, lakin eyni zamanda düzgün emosiya növü və səviyyəsini nümayiş etdirməlidir. Ağlamaq məqbuldur. Qəzəb isə yox”. 

Məişət Zorakılığına Qarşı Milli Koalisiyaya görə, hər üç qadından biri həyatı boyu partnyoru tərəfindən zorakılığa məruz qalacaq. “Qadınların gücsüz, kişilərin isə güc və imtiyazlı olmasını əvvəlcədən müəyyən edən bir dünyada, bu cür zorakılığın bu qədər əhatəli olması təəccüblü deyil”, deyir Koleklau. 

“Əlbəttə, hətta “qurban”, yəni zərərçəkmiş kimi qəbul olunmaq üçün insan hələ də cəmiyyətin qadın təsvirinə uyğun olmalıdır. Çox vaxt məişət və ya cinsi zorakılığa görə məsuliyyət hələ də hansısa stereotipə cavab verməkdən imtina edən şəxsin üzərinə yıxılır”.

Qadınların emosiyalarına dair araşdırmaları yalnız hormonlarla əlaqələndirmək daha asan olduğu üçün illərlə qadınların səsinin basdırılmağı, cəmiyyətin qadınların böyüdüyü dövrdə onların emosiyalarına vurduğu ziyanlar illərlə araşdırmalarda rədd edilib. Buna görədir ki, bu podkast epizodunda referans verdiyimiz araşdırmaçıların bir çoxu feminist qadın psixoloqlar, yaxud sosial işçilərdir.

Hazırladı Pəri Abbaslı

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | Korporativ mühitdə qadınlar & qadın liderlər

“Femmekan”ın növbəti podkast epizodunda hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz korporativ mühitdə qadınların yaşadığı çətinliklər, üzləşdiyi diskriminasiyalardır.  Sizə təkrar gələ bilər, lakin təəssüf ki, hələ də iş mühitində problem yaşayan qadınlar barədə müxtəlif hekayələr eşidə bilirik. Yəni hələ də bu sahədə problemlər var. Qadınlar iş mühitində hansı problemlərlə üzləşirlər və bu diskriminasiyalar nədən ibarətdir?...

Transgenderlərin idman yarışlarında iştirakı

Yarış: güclə, yoxsa hisslərlə qazanılır?  LGBTQI+ vətəndaş Şəbnəm Zamanlı orta məktəbin beşinci sinfindən qaçış idman növü ilə məşğul olub. Altıncı sinifdə yaşadığı rayonda qaçış birincisi olub. İdmanla məşğul olduğu sonrakı doqquz ildə də dəfələrlə rayon, bölgə yarışlarında birinciliyi qazanıb, ölkə üzrə üçüncü yerə çıxıb.  Deyir, 22 yaşında görünüşü ilə bağlı dəyişimə başlayandan sonra idman aləmindən...

Ədəbiyyatdakı, dərsliklərdəki qadın obrazları 

Onlar necə təsvir edilib?  Azərbaycan cəmiyyətində qadının üzərinə böyük yük düşdüyü ilə bağlı fikirləri az qala hər gün eşidirik.   Yaxşı, “qadın anadır” yaxud “gələcəyin anasıdır”, “filankəsin bacısıdır”, “həyat yoldaşıdır” və s. kimi fikirlər necə formalaşır?  Qadınların şiddətə məruz qalması, öldürülməsi ilə bağlı xəbərlər daha çoxdur. Onların iqtisadi azadlıqları, təhsil imkanları qısıtlanır. “Qadın hüquqları” anlayışının...

Qadın azarkeşlər: idman sevgisini sübut etmək məcburiyyəti

Qadın azarkeşlərin bitmək bilməz sorğusu Kanada Yayım Korporasiyasında bir neçə gün əvvəl paylaşılmış köşə yazısının başlığı belə idi: “Qadın azarkeşlərin də idmandan başı çıxır, bizə layiq olduğumuz hörməti göstərin”. Feminist diskurs qadınların təşkilatlanması, siyasi, mədəni və sosial diskursda iştirakı ilə bağlı tələblər irəli qaldırsa da, qadınların hətta azarkeş kimi cəmiyyətdə qəbulunda da problemlər və diskriminasiyaların...

FEMSÖHBƏTLƏR | Qadınlar kişilərdən daha emosionaldır?

Emosiyaların səbəbini cinslərdə axtarmaq patriarxal cəmiyyətin buraxdığı izlərdən biridir. Qadınların böyümə çağlarında ətrafa qarşı güvənsizliyinin artması, yaxud ailə tərəfindən bu güvənsizliyin aşılanması ilə yaranan müəyyən emosiyalar yetkinlik dövrlərində “çox emosionalsan” adı altında bir tənqid kimi onlarla üzləşməyə başlayır. Femsöhbətlər podkastının bu dəfəki epizodunda mövzumuz məhz budur. Qadınlar kişilərdən daha emosionaldır? Bu mif bizim həyatımıza niyə...

Mənim Yeni Tarix