FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

0

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik.

2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm də xarici siyasət mənasında çətin il oldu. Bu ölkələrin sakinlərindən olan qadınlar və kuirlər üçün çətinlikləri dəf edə bilmək asan olmadı.

2023-cü ildə dünyada qadın haqları ilə bağlı xeyli problematik məqamlar gördük: mizoginist kişi influenserlər baş alıb gedərkən podkast mediumun xeyli məşhurlaşdığı Amerikada kişi podkast aparıcıları qadın düşməni epizodları ilə diqqətimizi çəkməkdə idi. Bəzi sosial media platformalarında qadın influenserlərin sayı çoxaldıqca, romantik münasibətlərlə bağlı paylaşım edənlərin də sayı artmaqda idi. Bu isə öz növbəsində kişi influenserlərin qəzəbinə tuş gələn qadınlar haqqında paylaşımları ilə davam edirdi. 

Ekspertlər 2023-cü ili konflikt, yaxud post-konflikt ölkələrində yaşayan qadınlar üçün faciəvi il hesab edir. Sözün düzünü demək gərəkərsə, bunu demək üçün ekspert şərhinə ehtiyac yoxdur. HƏMAS – İsrail konflikti, Yəmən, Suriya kimi Mərkəzi Şərq ölkələrində davam edən vətəndaş müharibəsi insanlıq adına ciddi dağıdıcı və məhvedici fəsadlar yaratsa da, geridə qalan və yaşamaq mübarizəsi verən insanlar içərisində qadın və uşaqların daha çox əziyyət çəkdiyini də müşahidə edə bilirik.

Bəs feministlər bu barədə nə düşünür? 2024-cü il üçün qadınlar və qadın haqları müdafiəçilərinin tələbləri, gözləntiləri, istəkləri nədir? Qadınların daha firəvan yaşayışı üçün qarşımızdakı ildə hansı məqsədlər var?

Amma ondan əvvəl istəyərəm ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 2030-cu ilədək qadın haqları mövzusunda ən böyük əngəl hesab etdiyi 11 punkta nəzər yetirək.

Bu siyahıda lider və rəhbər qadınların azlığı, yoxsulluq və iqtisadi imkanların olmaması ilk sıralardadır. Bundan başqa, iş yerində qadınlara qarşı ayrı-seçkilik və bərabərsizlik, ödənişsiz qayğı işində (buna ev işləri və uşaqların tərbiyəsi daxildir) balanssızlıq da bərabər hüquq mövzusunu geriyə çəkir. Sosial normalar və mədəni təcrübələr çərçivəsində qadınları əzən, onların təcrübəsini görməzdən gələn  dəyərlər də mövcudluğuna davam edir. 

Təhsil və səhiyyə xidmətlərinə çatımlılıqda çətinlik, qida təhlükəsizliyi, qadınlara və qızlara qarşı zorakılıq, gender bərabərliyi təşəbbüsləri üçün qeyri-adekvat maliyyələşdirmə, hüquqi maneələr və qanunvericiliyin düzgün olmayan icrası, təmiz enerji və sanitariyaya çıxışın olmaması da bu siyahını tamamlayan digər punktlardır. Bir daha təkrar etmək istəyərəm ki, sadaladığımız bütün bu mövzular 2030-cu ilədək qadınların hüquqlarını müdafiə etmək və kişilərin hüquqları ilə bərabər səviyyəyə gətirə bilmək üçün əngəl yaradan nüanslardır.

Və indi 2024-cü ildə bizə nə lazımdır – bunlara baxmağın əsl vaxtıdır. 

Qlobal məsələ olan məişət zorakılığı məsələsi hələ də ciddi problem olaraq qalır. 2024-cü ildə də qadınlara qarşı zorakılıq məsələsi mövzusunda irəliləyişlər görmək üçün addımlar atmaq lazım olacaq. Bu barədə müstəqil tədqiqatçı Əfsanə Tahirova bizimlə travma perspektivindən öz fikirlərini bölüşüb. O, həm müstəmləkəçilik kontekstində posttravmatik hiss buraxan nostaljik milli ənənə və kimlik mövzusunda fikirlərini bölüşüb və zorakılığın normallaşdırılmasının problematikliyini açıqlayıb.

Zorakılıq dedikdə ağlımıza fiziki tətbiq gəlsə də, əslində, kiberzorakılıq, kiber-bulinq kimi mövzular da aktualdır. Onlayn zorakılıq və bulinq halları qadınlar üçün ciddi təhlükədir. 

Məsələn, ictimai fəal Bəxtiyar Hacıyevin 2023-cü ildə həbs edilmə prosesində daha əvvəl kommunikasiyası olmuş qadınların ifşa edilməsi, hədəf göstərilməsi faktları azərbaycanlı qadınların onlayn dünyada da təhlükəyə açıq olduğunun sübutudur. Hadisə ilə əlaqəsi olmayan qadınlarla yanaşı, aktivist qadınların da bu ifşaların hədəfi olduğunu görürük. 

BMT-nin hesabatında qeyd edilir ki, qadınların məşğul olduğu ev işləri, uşaqların qayğı və tərbiyəsi kimi ödənişsiz iş mövzularında bərabərsizlik 2050-ci ilədək var olacaq. Kişilər gələcək illərdə bu ödənişsiz işlərdə daha aktiv olmağa başlasalar da, qadınlar kişilərdən 9,5% daha çox vaxt sərf edəcək. Bu isə öz növbəsində qadınların təhsil və iş kimi imkanlarda iştirakını məhdudlaşdırır. Bununla bağlı iqtisadçı Fərid Mehralızadənin şərhini eşidək.

Qadın haqları ilə bağlı problemlər günlük həyatda tez-tez baş verdiyi üçün bu hadisələr mediada, xəbərlərdə də əks edilir. Lakin Azərbaycan mediasında illərdir davam edən “victimblaming”, yəni qurbanı utandırma tendensiyasını görürük. Buna öldürülmüş, döyülmüş qadınların cinayətkarlarına hansısa səbəbə görə haqq qazandırmaq, birlikdə olduqları köhnə şəkilləri, qadınların şəxsi həyatına aid olan materialları hər kəsə açıq şəkildə paylaşmaq daxildir. 2024-cü ildə yerli media orqanlarının bu mövzuda daha bilikli olması qadınların, uşaqların və kuirlərin təhlükəsizliyi baxımından çox önəmlidir.

Bundan başqa, feminist agendada trans qadınların, əlilliyi olan qadınların müsbət təmsilçiliyi, reproduktiv sağlamlıq mövzusunda maariflənmə, maternal hüquqlara ciddi yanaşma 2024-cü il üçün aktualdır.

Mənbə

UN Women, The 11 biggest hurdles for women’s equality by 2030

Qafqazinfo.az, Bəxtiyarla yazışmaları yayılan qadınlardan polisə şikayət daxil olub – Rəsmi

Align, Gender norms: 12 insights from 2023, and what to look out for in 2024

GLAMOUR, Feminist Manifesto: 11 things women want to see in 2024

Hazırladı Pəri Abbaslı

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | Korporativ mühitdə qadınlar & qadın liderlər

“Femmekan”ın növbəti podkast epizodunda hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz korporativ mühitdə qadınların yaşadığı çətinliklər, üzləşdiyi diskriminasiyalardır.  Sizə təkrar gələ bilər, lakin təəssüf ki, hələ də iş mühitində problem yaşayan qadınlar barədə müxtəlif hekayələr eşidə bilirik. Yəni hələ də bu sahədə problemlər var. Qadınlar iş mühitində hansı problemlərlə üzləşirlər və bu diskriminasiyalar nədən ibarətdir?...

Transgenderlərin idman yarışlarında iştirakı

Yarış: güclə, yoxsa hisslərlə qazanılır?  LGBTQI+ vətəndaş Şəbnəm Zamanlı orta məktəbin beşinci sinfindən qaçış idman növü ilə məşğul olub. Altıncı sinifdə yaşadığı rayonda qaçış birincisi olub. İdmanla məşğul olduğu sonrakı doqquz ildə də dəfələrlə rayon, bölgə yarışlarında birinciliyi qazanıb, ölkə üzrə üçüncü yerə çıxıb.  Deyir, 22 yaşında görünüşü ilə bağlı dəyişimə başlayandan sonra idman aləmindən...

Ədəbiyyatdakı, dərsliklərdəki qadın obrazları 

Onlar necə təsvir edilib?  Azərbaycan cəmiyyətində qadının üzərinə böyük yük düşdüyü ilə bağlı fikirləri az qala hər gün eşidirik.   Yaxşı, “qadın anadır” yaxud “gələcəyin anasıdır”, “filankəsin bacısıdır”, “həyat yoldaşıdır” və s. kimi fikirlər necə formalaşır?  Qadınların şiddətə məruz qalması, öldürülməsi ilə bağlı xəbərlər daha çoxdur. Onların iqtisadi azadlıqları, təhsil imkanları qısıtlanır. “Qadın hüquqları” anlayışının...

Qadın azarkeşlər: idman sevgisini sübut etmək məcburiyyəti

Qadın azarkeşlərin bitmək bilməz sorğusu Kanada Yayım Korporasiyasında bir neçə gün əvvəl paylaşılmış köşə yazısının başlığı belə idi: “Qadın azarkeşlərin də idmandan başı çıxır, bizə layiq olduğumuz hörməti göstərin”. Feminist diskurs qadınların təşkilatlanması, siyasi, mədəni və sosial diskursda iştirakı ilə bağlı tələblər irəli qaldırsa da, qadınların hətta azarkeş kimi cəmiyyətdə qəbulunda da problemlər və diskriminasiyaların...

Mənim Yeni Tarix