Femsöhbətlər – Cinsi fərqlər və stereotiplər

0

Femmekanın növbəti podkastında hər birinizi xoş gördük. Bu dəfəki podkast mövzumuz gender stereotipləridir. Sadə mövzulardan biri olan bu mövzunu seçməyimizin əsas səbəbi anlaşılmayan məsələləri işıqlandırmaqdır.

Bəzi insanlar düşünür ki, insanın cinsi onun bacarıq və maraqlarını öyrənmək üçün uyğun üsuldur. Yəni məsələn, qarşınızdakı insanın qadın olmağı, sizcə, sizə imkan verirmi ki onun yaxşı yemək bişirdiyini düşünəsiniz? Və ya gördüyünüz hər hansı bir kişi haqqında “yüz faiz təmir işlərini bilir” deyə bilərsiniz? Məncə bu həmişə mümkün deyil. Kiminsə cinsini bilmək, hə, bəlkə də, onun bioloji varlıq kimi mövcudluğunu bizə başa sala bilər, amma bu, onların maraqları barədə dərin informasiya vermir.

Cinsiyyət akademik bacarıqların, maraqların və ya hətta emosional xüsusiyyətlərin proqnozlaşdırıcısı deyil. 

Bəs bu müqayisələri necə müşahidə etmək olar?

“Cinsi fərqlər” haqqında çox mühazirələr və araşdırmalar var. Reallıq budur ki, qızları və oğlanları ümumiləşdirib ayrı-ayrı qruplar halına gətirsək, əslində, onlar fərqlənmirlər. Hətta əksinə xeyli oxşardırlar. Bunu sadə bir nümunə ilə aydınlaşdıraq: fərz edək ki, Kürdəmirdə şəhərində ortalama hərarəti 30 dərəcədir. Bu məlumat bizə hər gün üçün dəqiq məlumat vermir. Çünki həmin ərazidə hərarət -10 ilə 40 arasında dəyişir.

Digər bir misal, riyaziyyat bacarıqlarına dair tədqiqatlar zamanı qrup şəklində qız və oğlanların ortaq göstəriciləri arasında demək olar ki, fərq qalmır. Necə ki, böyük bir qız qrupundan yalnız bir neçəsi riyaziyyatı çox yaxşı qavrayır, eləcə də, oğlan qrupundan sadəcə 1-2 nəfər bu mövzuda fərqlənə bilir.

Miflər və reallıqlardan danışmalı olsaq, burada nümunələr və keyslər də çoxdur: Gəlin onları strukturtlaşdıraq.

1-ci mif: “Qadınlar riyaziyyatı və texniki fənləri qavraya bilməz”.

Bəs bu mifdən hansı nəticələr doğur? Orta məktəbdə oxuyan qızlar artıq texniki fənləri, xüsusilə riyaziyyatı “kişi fənni” hesab edir və dərsləri qavramaq üçün zəhmət çəkmək belə istəmirlər. İkinci nəticə isə artıq bu miflər üzündən qızlar onlarla eyni bacarığa sahib olan oğlanların əksinə texniki peşələrə yönəlməkdən çəkinirlər. Bu sahədə xüsusi istedadları olsa belə, bunu kəşf edə bilmirlər. Eyni zamanda daim öz potensiallarını aşağı görüb yaxşı nəticələr üçün cəhd etmək əvəzinə, yolun başlanğıcında artıq mübarizədən əl çəkirlər.

Bu mifi yox etmək üçün nə edə bilərik? Əvvəlcə, “qadınların riyaziyyatdan başı çıxmır” ifadəsini unutsaq, yaxşı olar. Və ən əsası, övladlarımıza texniki peşələrdə uğurlu olan qadınlardan nümunələr çəkmək də, pis olmazdı. Bu, onlara stereotiplərdən uzaqlaşmağa kömək olacaq. Qız uşaqları artıq riyaziyyata da şans verəcək, oğlan uşaqları isə böyüyəndə texniki fəndə oxuyan qızlara bacarıqsız biri kimi baxmayacaq.

2-ci mif: “Yox, kişilər bioloji olaraq qadınlardan üstündürlər”.

Bu mifin əks təsirləridir ki, ailə daxilində qız övladlarından elm və texnika baxımından gözlənti ya çox aşağı olur, ya da heç olmur. Bəzi təhsil işçiləri sinifdə öz davranışlarını “genderə uyğun”laşmaqla əlaqləndirirlər. Yəni qıza və oğlana onların cinsiyyətinə uyğun davranmaq kimi bir ortam qurulur. Məsələn, hansısa bir müəllimə qız şagirdə daha az diqqətlə yanaşmasını “o, onsuz da, qız uşağıdır, fizikadan nə başı çıxacaq” kimi yanaşa bilir.

Bioloji faktorlar yalnız qadınların elm sahəsində uğurlarının az olmasını sübut etmək üçün istifadə olunur.
Çıxış yolu nədədir? Bu dünyada əzm və iradənin bacarmayacağı şey yoxdur. Yəni bilinənin əksinə, qadınlar da elmdə yer ala bilərlər, necə ki, hazırda xeyli sayda alim, fizik, riyaziyyatçı qadın mövcuddur. Məktəbdə isə müəllimlər tərəfindən bütün tələbələrə eyni dərəcədə cəsarət verilməlidir.

3-cü mif: “Qızlar yalnız qadın müəllimlərdən dərs öyrənə bilirlər”.

Genderin təhsilə nə dəxli var? Bu mif müəllimlərdə elə bir düşüncə yaradır ki, sanki onlar heç nə etməsələr də, qızların idealına çevrilə bilərlər. Qadın müəllimləri bir tərəfə qoysaq, artıq kişi müəllimlər də qız tələbələrinə dərs deyə bilməyəcəyini düşünüb bu məsələdən birbaşa yayınmağa çalışır. Ailələr də, qızların özləri də bəzən bu mifin bilavasitə yaradıcılarına çevrilirlər: “dərsə girmədim, çünki müəllimimiz kişidir. Danışdığından heç nə başa düşmürəm”.

Nələr etməliyik, gəlin nəzər yetirək. Bir çox tələbə üçün dərsin kim tərəfindən tədris edilməsi önəmli deyil. Bunun genderlə yox, yaxşı müəllim olmaqla əlaqəsi var.

Eyni zamanda bu fakt da doğrudur ki, qız və oğlan tələbələrə həm kişi, həm də qadın müəllimlər tərəfindən fərqli davranılır. Lakin müəllimin kişi və qadın olmasının onlara qarşı fərqli davranılmasına çox az və ya ümumən təsiri olmur. 

Müəllimlər qızlara yaxşı və ya pis dərs keçə bilərlər, bunun genderlə heç bir əlaqəsi yoxdur. Şagirdlər pis müəlliməni genderə görə yox, dərsin səviyyəsinə görə seçəcəklər. Amma əgər qız tələbə ona riyaziyyat və ya texniki fənnlərdən dərs deyən qadın obrazı görmürsə, qadınların riyaziyyatı və digər elmləri qavraması ilə bağlı miflər dəstəklənmiş olur.

Bu kimi keyslərlə stereotiplər bizdə lap uşaq yaşlarımızdan yaranır.

Mürəkkəblik çətindir, sadəlik isə asan. Biz çox zaman mürəkkəb bir şeyi anlamaq üçün onu sadə şeylərlə əlaqələndirib mühakimə etməliyik.

Stereotiplərə də inanmaq çox asandır. İnsanlar nə vaxtsa maşında əylənən, makiyaj çəkən qadın görəndə – “tipik qadın sürücü” deyə fikirləşir, amma bir qadının maşın yarışında birinci olduğunu görmək “vau, əsl qadın sürücü!” ilə ifadə olunmur. Əksinə o da “nə əcəb belə yaxşı sürən qadındır?” ifadəsi ilə qarşılanır. Bunlar qəbul olunmuş, amaa nadir hallarda qarşı çıxılan stereotiplərdir.

Bu reallıqdır yoxsa stereotip?

Əgər fikir yürüdülən obraz hansısa individual şəxsə və ya müəyyən kiçik qrupa aiddirsə, bu fikir stereotipdir. Məsələn, hər uzunboy Afrika-Amerikalı şəxsi basketbol oynamasını, hər Asiyalı birinin riyaziyyatda yaxşı olmasını düşünmək yanlışdır.

Və ya hər ağdamlını ‘atanşik” hesab edə bilmərik, yox.

Əgər fikrin aid edildiyi qrupa “elə də olmalıdır” deyə müraciət edilirsə, bu da çox güman stereotipdir. Məsələn, desək ki, Fidan Rövşəndən daha yaxşı uşağa baxar, çünki o qadındır, bu da stereotipdir.

Hər hansı bir əşya, kitab, oyuncaq və s. “oğlanlar üçün” və ya “qızlar üçün” etiketlənirsə, bu da stereotipdir. Məsələn, kimyəvi ləvazimatlar setinin üstündə yalnız oğlanların şəklinin olması buna bir nümunədir. Qızlara çəhrayı, oğlanlara göy rəngin yaraşdırılması da buraya daxildir.

Bir sözlə, qadın və kişilər haqqında miflərin əksəriyyəti uşaqlığımızda yaranır. Və bu miflər bizimlə birgə böyüyərək bəzən xəyallarımızı, bəzən məqsədlərimizi üstələyirlər.

Stereotipləri məhv etməyin tək yolu empatiya qurmaq və yanlış bilənlərə də bu haqda köməklik etməkdir.

Hazırladı Pəri Abbaslı

Mənbə:

Miflər, Stereotiplər və Cinsiyyət fərqlilikləri kitabı – Patrişa Kempbel, Cenifer Storo

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | Korporativ mühitdə qadınlar & qadın liderlər

“Femmekan”ın növbəti podkast epizodunda hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz korporativ mühitdə qadınların yaşadığı çətinliklər, üzləşdiyi diskriminasiyalardır.  Sizə təkrar gələ bilər, lakin təəssüf ki, hələ də iş mühitində problem yaşayan qadınlar barədə müxtəlif hekayələr eşidə bilirik. Yəni hələ də bu sahədə problemlər var. Qadınlar iş mühitində hansı problemlərlə üzləşirlər və bu diskriminasiyalar nədən ibarətdir?...

Transgenderlərin idman yarışlarında iştirakı

Yarış: güclə, yoxsa hisslərlə qazanılır?  LGBTQI+ vətəndaş Şəbnəm Zamanlı orta məktəbin beşinci sinfindən qaçış idman növü ilə məşğul olub. Altıncı sinifdə yaşadığı rayonda qaçış birincisi olub. İdmanla məşğul olduğu sonrakı doqquz ildə də dəfələrlə rayon, bölgə yarışlarında birinciliyi qazanıb, ölkə üzrə üçüncü yerə çıxıb.  Deyir, 22 yaşında görünüşü ilə bağlı dəyişimə başlayandan sonra idman aləmindən...

Ədəbiyyatdakı, dərsliklərdəki qadın obrazları 

Onlar necə təsvir edilib?  Azərbaycan cəmiyyətində qadının üzərinə böyük yük düşdüyü ilə bağlı fikirləri az qala hər gün eşidirik.   Yaxşı, “qadın anadır” yaxud “gələcəyin anasıdır”, “filankəsin bacısıdır”, “həyat yoldaşıdır” və s. kimi fikirlər necə formalaşır?  Qadınların şiddətə məruz qalması, öldürülməsi ilə bağlı xəbərlər daha çoxdur. Onların iqtisadi azadlıqları, təhsil imkanları qısıtlanır. “Qadın hüquqları” anlayışının...

Qadın azarkeşlər: idman sevgisini sübut etmək məcburiyyəti

Qadın azarkeşlərin bitmək bilməz sorğusu Kanada Yayım Korporasiyasında bir neçə gün əvvəl paylaşılmış köşə yazısının başlığı belə idi: “Qadın azarkeşlərin də idmandan başı çıxır, bizə layiq olduğumuz hörməti göstərin”. Feminist diskurs qadınların təşkilatlanması, siyasi, mədəni və sosial diskursda iştirakı ilə bağlı tələblər irəli qaldırsa da, qadınların hətta azarkeş kimi cəmiyyətdə qəbulunda da problemlər və diskriminasiyaların...

FEMSÖHBƏTLƏR | Qadınlar kişilərdən daha emosionaldır?

Emosiyaların səbəbini cinslərdə axtarmaq patriarxal cəmiyyətin buraxdığı izlərdən biridir. Qadınların böyümə çağlarında ətrafa qarşı güvənsizliyinin artması, yaxud ailə tərəfindən bu güvənsizliyin aşılanması ilə yaranan müəyyən emosiyalar yetkinlik dövrlərində “çox emosionalsan” adı altında bir tənqid kimi onlarla üzləşməyə başlayır. Femsöhbətlər podkastının bu dəfəki epizodunda mövzumuz məhz budur. Qadınlar kişilərdən daha emosionaldır? Bu mif bizim həyatımıza niyə...

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix