Elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində gender disbalanslı stereotiplər

0

Elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində gender disbalansı və gender əsaslı qərəzlilik hələ də üstünlük təşkil edir. 

Gender əsaslı stereotiplər STEM-də qadınlar üçün maneələr yaradır, bu peşələrdə qadınların davamlı ayrı-seçkilik və az təmsil olunmasına gətirib çıxarır. Əksər insanlar elm və riyaziyyat sahələrini “kişi”, humanitar və incəsənət sahələrini isə “qadın”  peşəsi kimi görürlər.  Gizli qərəzlilik hətta bu stereotipləri fəal şəkildə rədd edən insanlar arasında da rast gəlinir. Bu qərəz təkcə fərdlərin başqalarına münasibətinə deyil, həm də qızların və qadınların riyazi yönümlü sahələrdə özlərini inkişaf etdirmə ehtimallarına ciddi formada təsir edə bilir.

Mənbə: Александра
Mənbə: Александра

STEM-də gender boşluqlarını davam etdirən əsas amillərdən biri elə məktəblərdə erkən yaşlardan qızlar arasında təbliğ edilir. Belə ki, qızların riyaziyyatı yaxşı öyrənə bilmədiyinə, oğlanların daha sürətli qavrama qabiliyyəti olduğuna və qızların oğlanlarla eyni səviyyəyə çatmaq üçün daha çox çalışması lazım olduğuna dair ötürülən stereotiplər var. Bu da müəllimlərin, valideynlərin çox vaxt məktəbəqədər yaşdan başlayaraq qızların riyaziyyat qabiliyyətlərini lazımınca qiymətləndirməməsinə və onları demotivasiya etməsinə səsbəb olur. Elə buradan mənbə götürən digər amil də bizə STEM sahəsində az sayda qadın rol modelinin göstərilməsidir.

Kitablarda, mediada və populyar mədəniyyətdə qadın alim və mühəndislərin məhdud nümunələrini görə bilirik. Alimlərin obyektivlik və rasionallıq kimi stereotipik xüsusiyyətləri ümumiyyətlə kişi cinsi üçün dizayn edilmiş normativ xüsusiyyətlərə uyğunlaşdırılır. Belə ki, qadınlar yüksək kommunal (daha mehriban, istiqanlı, empatik) və daha az agent (analitik, müstəqil və rəqabət qabiliyyətli) olaraq görülür. Buna görə də qadınların uğurlu elm adamı olmaq üçün lazım olan keyfiyyətlərə və şəxsiyyət xüsusiyyətlərinə sahib olma ehtimalları daha da azalmış olur. Gender əsaslı belə stereotiplər elm və texnologiyanın mediada işıqlandırılması da daxil olmaqla, STEM sahələrini kişimərkəzli kimi qəbul etdirən dominant sosial normalardan təsirlənir

Gender stereotipləri diktə olunmuş fikirlərə əsaslanaraq mühakimələr yaradan qeyri-sağlam fikir məsulu kimi müxtəlif köklü problemlərə yol açır. Qadınlar mülayim və tərbiyəli olmaq kimi ümumi xüsusiyyətlərə, kişilər isə rəqabət tələb edən STEM sahələrinə daha uyğun hesab edilən iddialı şəxslər olaraq kimi qəlibləşdirilir. Belə etiketlər qadınların psixoloji sağlamlığına, performansına, şəxsiyyətinə neqativ təsir edir. Bu, onların xüsusilə stiqma şüuruna sahib olduğu hallarda, yəni davranışları və performansından asılı olmayaraq qadın olduğuna görə hər an mühakimə ilə qarşılaşma gözləntisi içində yaşadıqları halda baş verir. 

Stiqma şüuru, qadınların real dünya kontekstində stereotip təhlükəsinin mənfi təsirinə həssaslığının mühüm göstəricisi ola bilər.  Məsələn, araşdırmalar göstərib ki, akademiyada olan qadınlar kişi həmkarları ilə müqayisədə bilik və bacarıqlarından daha çox şəxsiyyətə görə qiymətləndirilir və onlardan daha qayğıkeş, empatik olması gözlənilir. 

Mənbə: dribbble.com
Mənbə: dribbble.com

Bundan əlavə, onların nailiyyətləri iqnor edilir və ya qadının öz uğuru kimi qəbul olunmayıb şübhə ilə yanaşılır. Hətta elm sahəsində çalışan qadınlar belə elmin kişi sahəsi və qadınların incəsənətə “uyğun olması” kimi gizli fikirlərə sahibdirlər. Gender stereotiplərini gücləndirən gizli qərəzlərin gənc yaşlardan aydınlaşdığı və cinslər, mədəniyyətlər və generasiyalar arasında göründüyü bir çox araşdırmaların mövzusu olub.

Gender əsaslı stereotiplər STEM-də təhqir və ayrı-seçkiliyi gücləndirmək iqtidarındadır, xüsusən də qadınlarla bağlı bu stereotiplər alim olmağın nə demək olduğuna dair qavrayışlarla üst-üstə düşmədikdə. Məsələn, ən çox rast gəlinən təqib növü qadınların kişi həmkarlarından daha az olması barədə yalan rəvayətləri çatdıran qeyri-etik davranışlar, mənfi şərhləri ehtiva edən psixoloji və cinsi təcavüzdür.

Gender əsaslı stereotiplərin mənfi təsirləri STEM-də qadınların ictimai ünsiyyət fəaliyyətlərini də əhatə edir. Bütün dünyada media ənənəvi olaraq STEM-də qadınları az təmsil edir və onların təmsil olunduğu yerlərdə diqqət ya onların görünüşünə, ya da həyat yoldaşı və ana kimi qadın rollarına yönəlir. Hətta gender bərabərliyinə güclü sadiqlik nümayiş etdirən Finlandiyada da media əsasən kişi alimlərdən ekspert kimi müsahibə alır.

Mənbə: br.freepik.com
Mənbə: br.freepik.com

STEM sahələrində qadınların qeyri-mütənasib şəkildə aşağı təmsil olunması gender qərəzliyi və ayrı-seçkiliyə əsaslanan əsas problemlərin yansımasıdır. Hal-hazırda dünyada qadınlar müəyyən STEM sahələrində təmsilçiliyini artırsa da, bütün sektorlarda oxşar uğurlar müşahidə edilmir. Müdaxilə və aktiv müzakirələr olmadan eyni qərəzlər davam edəcək. Hazırkı dünya qadınlara erkən təhsildən yetkinliyə qədər kişilərin üstünlük təşkil etdiyi STEM karyeralarında uğur qazanmaq istiqamətində bərabər imkanlar təmin etmək üçün dizayn edilməyib. Müvafiq olaraq bu dinamikanın dəyişdirilməsi müxtəlif cəbhələrdə – müxtəlifliyi təşviq etmək üçün erkən təhsil təşəbbüsləri, əmək haqqı və valideyn məzuniyyəti ilə bağlı institusional siyasətləri istiqamətləndirmək üçün qanunvericilik, mentorluğu inkişaf etdirmək və işi təşviq etmək üçün inklüziv iş yeri mühiti, etik normalar və s. bu kimi addımlarla birgə səy və iştirak tələb edir.

Mənbə

HUMANITIES AND SOCIAL SCIENCES COMMUNICATIONS

Niemi MK, Pitkänen V (2017) Gendered use of experts in the media: analysis of the gender gap in Finnish news journalism

Mitchell KMW, Martin J (2018) Gender bias in student evaluations

Heilman ME, Okimoto TG (2007) Why are women penalized for success at male tasks?: the implied communality deficit 

Hazırladı Aytac Xaliq

Təkbaşına səyahət edən qadın: nələrə fikir verməli? 

“Əfşan”ın yazarı İradə Qədirova təcrübəsini bölüşür “Arzusu olan, nə etmək istədiyini bilən qadın yolu sonunadək getməlidir. Həmin çətin yollardan tanıdığım, tapdığım bir İradə var”.   Səyyah İradə Qədirovanın sözləridir. Tək səyahət edən səyyah yollarda gördükləri barəsində iki – “Əfşan” və “Eşqin izi ilə – Səfərnamə” – kitablarını yazıb.  “Femmekan”la təkbaşına səyahət, gəzdiyi ölkələrdə başına gələnlər...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Mənim Yeni Tarix