Əczaçılıqdan biznesə: Həm alıcısı, həm də istehsalçısı qadınlardır

0

“Məhsullarımız həm ekoloji təmiz, həm də sərfəli, cibə uyğundur”

Təbiəti qorumaq, idman etmək, sağlam qidalanmaq son illər insanları daha çox düşündürür. Bu da ekoloji təmiz məhsullara tələbatı artırır. 

Sellofandan az istifadə üçün bez market torbaları tikənlərdən tutmuş, işə velosipedlə gedib-gələnlərə, ev şəraitində diş məcunu hazırlayanlaradək – hər gün bu istiqamətdə xeyli məqalələr oxuyur, ekoloji təmizliyə üstünlük verən insanlarla tanış oluruq. 

Parçadan olan qadın pedləri də ekoloji təmiz məhsullardandır. Hazırlayanlar deyirlər ki, həm dəfələrlə yuyub istifadə etmək mümkündür, həm də tərkibi təmizdir. Həm aybaşı dövründə, həm də gündəlik istifadə etmək olur. Tərkibinə gəlincə, sintetika və plastikdən azaddır.

“Femmekan” bu dəfə “ekologiya dostu” pedlər hazırlayıb, satışı ilə məşğul olan kiçik bizneslərdən yazıb. Onlar kimlərdir, niyə parça ped hazırlamağa başlayıblar və bu pedlərin faydaları nələrdir?

Əczaçılıq təhsilindən şəxsi biznesə 

Gəncədə yaşayan Gülüzar Tağıyeva üç ildir bu bizneslə məşğuldur. O, bu işə Gəncə Tibb Kollecində əczaçılıq təhsili aldıqdan sonra başlayıb. 

Gülüzar deyir ki, əczaçılıq təhsili aldığı üçün bütün xəstəliklər və onların dərmanları barədə məlumatlıdır. Əvvəlcə qadınlar üçün parça bezlər hazırlamağın yollarını araşdırıb, sonra isə mağazalarda satılan pedlərin tərkibi barədə öyrənib. Qərara gəlib ki, parça pedlər mağazada satılanlardan daha təmiz tərkibə malikdir. Bu da onu daha təhlükəsiz edir. Qadınların sağlamlığını düşünüb və parça ped istehsalına başlayıb. Həm yararlı iş görüb, həm də şəxsi biznesini yaradıb. 

“Təhsil aldığım müddətdə axtarışlar edirdim. Qadınların şikayətlərini görürdüm. Həll axtarırdım ki, bu xəstəliklərin qarşısını ala bilək. Bu məhsul Kanada, İtaliya, Türkiyə, Rusiya kimi ölkələrdə istehsal olunurdu. Düşündüm ki, Azərbaycanda da ola bilər”.

Müsbət geri dönüşlərdən sonra

Gülüzar Tağıyeva deyir ki, məhsulları hazırlayanda müxtəlif ölçüdə sxemlər çıxarıb. Sonra yaxınlarına istifadə etmələrini tövsiyə edib. Müsbət geri dönüşlər işə beş əllə sarılmasına səbəb olub. Məhsulunu brendə çevirmək qərarı verib. 

GülPed” brendi əvvəlcə regionlarda satışa çıxarılıb. Gülüzar  deyir ki, onun əvvəllər onlayn satış təcrübəsi olmayıb və karantin rejiminin olması ilə sosial medianı aktiv istifadəy etməyə başlayıb. Beləliklə, “GülPed” brendinə “Instagram” hesabı açıblar və qısa zamanda mindən çox izləyici toplaya biliblər:

“3 il ərzində Gəncə, Lənkəran, Ağdaş, Mingəçevirdə satışlar etdik. Karantin müddətində isə onlayn satışa keçdik”.

“Pedlərin tərkibinə sellofan, plastik materiallar vurulmur”

Pedlərin tərkibinə gəlincə, Gülüzar Tağıyeva bildirir ki, bambu və pambıqdan hazırlayırlar. Bu baxımdan çətinlikləri də olur. Çünki bambu parça çox çətin tapılır. Lakin həmin parça növü ən antibakterial və hopucu olanıdır. 

Gülüzar və komandası “GülPed” brendi adı altında aybaşı, günlük və sinə pedlərinin satışını həyata keçirirlər. 

“Günlük pedlərimiz bambu və pambıq tərkiblidir. Aybaşı dövrü üçün olan və sinə pedlərində isə xüsusi mayekeçirməz təbəqə var. Pedlərin tərkibinə sellofan, plastik materiallar vurulmur. Məsələn, aybaşı pedlərini üçqat bambu parçadan edirik ki, qoruyuculuğu güclü olsun”.

“Hamıya çatımlı olsun deyə qiyməti aşağı qoymuşuq”

Parça pedləri Gəncədə yerləşən “Təmas” Regional İnkişaf İctimai Birliyinin sığınacağındakı qadınlar hazırlayırlar. Gülüzar deyir ki, bu yolla qadınlara dəstək ola bilirlər və buna görə də satış onlar üçün daha da önəmlidir: 

“Hamıya çatımlı olsun deyə qiyməti aşağı qoymuşuq. Qazancımız normaldır, biznesi ayaqda saxlaya bilirik. Qadınlara dəstək olmaq mənə çox xoşdur. Satışı isə daha çox “Instagram” və “WhatsApp” platformaları üzərindən edirik”. 

Kim hansı peddən istifadə edir?

“Femmekan”ın sosial mediada keçirdiyi sorğuda qadınlar aybaşı zamanı və gündəlik mağazada satılan pedlərdən çox, parça pedlərdən istifadə etdiklərini bildiriblər. Menstrual qablardan və tampondan istifadə edən qadınlar isə bu vasitələrin daha rahat olduğunu vurğulayıblar:

  • İllərdir parça ped istifadə edirəm. Bu vaxtadək hansı pedi alırdımsa, dizlərimə qədər səpki edirdi. Qaşınırdım. Rəfiqəmə deyirdim, lakin o, məni ciddi qəbul etmirdi. Axırda ginekoloq parça ped istifadə etməyi tapşırdı.
  • Hər birinizə “cup” istifadəsini məsləhət görürəm. Möhtəşəmdir. 1 dəfə alıb, ömürlük istifadə edə bilərsiniz. Artıq 5 aydır istifadə edirəm, o qədər rahatam ki… Hara istəsəniz daşımaq olur, gün ərzində 2 dəfə boşaltmaq kifayət edir. Həm “çevrə dostu”dur, həm çox rahat, həm də sərfəlidir.
  • Gündəlik istifadə üçün parça ped almışam. Çox yaxşıdır. Tək mənfi cəhəti bəzən sürüşməsidir. Ümumən isə bəyənirəm və iki ilə yaxındır mağazadan gündəlik ped almıram. 

Qiymətlər

Azərbaycandakı mağazalarda gündəlik və aybaşı dövrü üçün müxtəlif qiymətlərdə pedlər tapmaq mümkündür. Qiymətlər brendə, paketin içərisində neçə ədəd olmasına və hazırlananda istifadə olunan qat sayına görə dəyişir. Gündəlik pedlərin ən ucuzunun qiyməti 1.60 manatdır (qutunun içərisində 20 ədəd var), aybaşı dövrü üçün nəzərdə tutulanların isə ən ucuzunun qiyməti 1.70 manatdır (içərisində 8 ədəd var).

Daha bir parça ped brendi 

Parça pedlərin hazırlanması və satışı ilə məşğul olan daha bir biznes isə “PlanetBShop”dur. Eko məhsul satışı ilə məşğul olan onlayn mağazada müxtəlif ölçüdə, bambu parçadan hazırlanmış pedlər satılır. 

“PlanetBShop” tez-tez keçirilən yarmarkalarda stendləri ilə iştirak edir. Ekoloji təmiz məhsulların istifadəsi üçün çalışır. Onlar öz sosial media hesablarında parça pedlərin düzgün istifadə, yuyulma qaydasını da bölüşüblər.

Hazırladıqları məhsulların tərkibinə gəlincə, ikiqat mikrofibrdən və bambudandır. Qeyd edirlər ki, mentrual qab istifadə edənlər də əlavə qoruyuculuq üçün bu pedlərdən istifadə edə bilər. Pedlərin bir ədədinin qiyməti 8-10 manat arası dəyişir.

“PlanetBShop” mayın 8-də “GreenTalk” ekoloji məhsul yarmarkasında  da öz məhsullarının satışını edib. Hazırda isə əsasən “Instagram” üzərindən satış edir.

Pedin yanlış istifadəsi

“Pedin maksimal istifadə müddəti 4 saatdır. İçərisi tam dolanda bu müddət daha da qısala bilər. “Vaxtım yoxdur”, “sonra edərəm” kimi bəhanələr allergiya ilə sonlana bilər”. 

Ginekoloq Təranə Həsənova belə deyir. O bildirir ki, pedin yanlış istifadəsi nəticəsində ginekoloji xəstəliklər yarana bilər. Bu, daha çox gənc qadınlar arasında görülür: 

“Hər ay ən azı bir neçə dəfə pasientlərdə pedin yanlış istifadəsi səbəbilə allergik reaksiya şikayətləri ilə rastlaşıram. Bu, qızartı, qaşınma, göynəmə hissi ilə özünü göstərir. Belə halda pasientə parça pedlərdən istifadəni tövsiyə edirəm. Bundan əlavə, pedin sürtünməsi nəticəsində dərinin aşınması və yara əmələ gəlməsi ilə də rastlaşırıq”. 

Pedləri necə seçək?

inekoloq deyir ki, pedlər reklama görə yox, orqanizmə uyğunluğuna görə seçilməlidir və daha çox orqanik, pambıq tərkibli pedlərə üstünlük verilməlidir: 

“Dərisi həssas, allergiyaya meyilli qadınlar ped seçiminə xüsusi diqqət etməlidir. Tez-tez dəyişdirə biləcəklərsə, parça pedləri məsləhət görürəm”.

Mənbə: Callaly
Mənbə: Callaly

Təranə Həsənova əlavə edir ki, parçadan hazırlanan pedlərin yuyulma aralığına, təmizliyinə də fikir vermək lazımdır. Əks halda, yaranan aktiv bakteriyalar qadınların üzləşdiyi ginekoloji xəstəliklərin səbəbi ola bilər:  

“Parçadan hazırlanmış pedlər o vaxt uyğundur ki, qadının onu tez-tez dəyişdirməyə, yumağa vaxtı olsun. Əks halda, bu, çox zərərli ola bilər. Hətta parça pedlər digər pedlərdən daha tez-tez dəyişdirilməlidir, çünki mağazada satılanlar elə hazırlanır ki, onların hopdurma qabiliyyəti daha yüksək olur. Parça pedlərdə 4 saat gözləmək yox, tez-tez dəyişmək lazımdır”.

“Pedlər vaxtında dəyişdirilməyəndə…”

Ginekoloq bildirir ki, hər iki üsulda hazırlanan pedlər vaxtında dəyişdirilməyəndə iltihablı xəstəliklərə səbəb olur. Qadınlar adətən bunun fərqində olmur, amma əsas səbəb odur ki, aktiv bakteriyalar sürətlə artır və nəticədə vaginanın normal florası pozulur. 

Yazı və fotolar Selcan Hacı

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Mənim Yeni Tarix