Dünyada qadın sünnəti 15 faiz artıb

0

Son 8 ildə 30 milyondan çox qadın bu prosedura məruz qalıb

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) dünya üzrə 230 milyon qız və qadının cinsiyyət orqanlarının sünnətinə (qadın sünnəti – red) məruz qaldığını bildirib. UNICEF bildirir ki, hesablamalar 2016-cı ildə açıqlanan məlumatlarla müqayisədə 15 faiz artım göstərir.

Yəni, son səkkiz ildə 30 milyondan çox qadın sünnət edilib.

Araşdırmanın aparıcı müəllifi Claudia Coppa bunu pis xəbər kimi dəyərləndirib: “həmişəkindən çox böyük rəqəmdir”, – deyib.

Qadın sünnəti zamanı reproduktiv sistemin əhəmiyyətli bir parçası və bədənin sıx sinir stimulyasiya nöqtələrindən biri olan klitoris və iç dodaqlar qismən, yaxud tamamilə çıxarılır. Daha sonra vaginal bölgəni daraltmaq üçün tikilir.

İnkişaf etməmiş və ya son dərəcə ənənəvi bölgələrdə davam edən bu təcrübənin məqsədi cinsəlliyə nəzarət etməkdir.

Ölümcül qanaxmalara və ya infeksiyalara səbəb ola bilən qadın sünnəti sonrakı zamanlarda doğum fəsadları, ağrılı cinsi əlaqə kimi nəticələrə səbəb olur.

UNİCEF bildirir ki, anesteziya olmadan həyata keçirilən genital sünnət həddindən artıq fiziki və psixoloji ağrılara, daimi qanaxmaya, HİV-ə, sonsuzluğa və ölümə səbəb ola biləcək bir sıra qeyri-peşəkar prosedurlardan ibarətdir.

Təcrübənin yayıldığı 31 ölkəni əhatə edən araşdırmaya görə, Afrikada 144 milyondan çox qadın sünnəti qurbanı var.

Bu bölgəni 80 milyon qurbanla Asiya və altı milyon qurbanla Yaxın Şərq bölgəsi izləyir.

Sayların artması ümumiyyətlə, bəzi ölkələrdə əhalinin artımı ilə bağlıdır.

Hesabatda bəzi yerlərdə təcrübənin azaldılması istiqamətində də irəliləyiş qeyd olunub.

Məsələn, Afrika ölkəsi Sierra Leonedə son 30 ildə qadın sünnətinə məruz qalan 15-19 yaş arası qızların nisbətinin 95 faizdən 61 faizə düşdüyü bildirilir.

Efiopiya, Burkina Faso və Keniyada da ciddi enişlər qeydə alınıb.

Digər tərəfdən, Somalidə 15-49 yaş arası qadınların 99, Qvineyada 95, Cibutidə 90, Malidə isə 89 faizi cinsiyyət orqanlarının sünnətinə məruz qalıb.

Qadınlarda Genital Sünnət (FGM: Qlobal Problem) başlıqlı hesabatda qeyd olunub ki, “növündən və nəticələrindən asılı olmayaraq, qadın sünnəti universal insan hüquqları prinsiplərinin pozulmasıdır”.

Fransada yol qəzalarına diqqət kampaniyası: “Qadın kimi sür”

Fransada yol qəzalarında həyatını itirən və ya yaralananların haqlarını müdafiə edən “Victimes et Citoyens” (Qurbanlar və vətəndaşlar) dərnəyi “Qadın kimi sür” adlı kampaniya başladıb.  Kişilərin daha yaxşı sürücü olduğuna dair davam edən “qadın düşməni” qavrayışıyla mübarizə aparmaq istəyən dərnək “bu qərəzli fikrin heç bir əsası olmadığını göstərmək üçün rəqəmlərə baxmaq kifayətdir” deyərək, yollarda ölümlə nəticələnən...

Meksikada ilk dəfə qadın prezident seçilib

O, rəqibini 30 faiz səs çoxluğu ilə üstələyib Klaudiya Şeynbaum Meksikanın ilk qadın prezidenti seçilib. Bu barədə Meksikanın rəsmi seçki orqanı məlumat verib. Klaudiya Şeynbaum əvvəllər Mexiko şəhərinin meri olub. Onun 58-60 faiz aralığında səs topladığı bildirilir.  Bu səs faizi onun əsas rəqibini 30 faiz üstələdiyindən xəbər verir.  Xanım Şeynbaum oktyabrın 1-dən vəzifədən gedən Prezident...

Dünyada qadın sünnəti 15 faiz artıb

Son 8 ildə 30 milyondan çox qadın bu prosedura məruz qalıb Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) dünya üzrə 230 milyon qız və qadının cinsiyyət orqanlarının sünnətinə (qadın sünnəti – red) məruz qaldığını bildirib. UNICEF bildirir ki, hesablamalar 2016-cı ildə açıqlanan məlumatlarla müqayisədə 15 faiz artım göstərir. Yəni, son səkkiz ildə 30 milyondan çox qadın...

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | Korporativ mühitdə qadınlar & qadın liderlər

“Femmekan”ın növbəti podkast epizodunda hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz korporativ mühitdə qadınların yaşadığı çətinliklər, üzləşdiyi diskriminasiyalardır.  Sizə təkrar gələ bilər, lakin təəssüf ki, hələ də iş mühitində problem yaşayan qadınlar barədə müxtəlif hekayələr eşidə bilirik. Yəni hələ də bu sahədə problemlər var. Qadınlar iş mühitində hansı problemlərlə üzləşirlər və bu diskriminasiyalar nədən ibarətdir?...

Mənim Yeni Tarix