Günay Məmmədova: Həm məhdudiyyətli, həm də qadın olduğum üçün digərlərindən fərqlənmədiyimi sübut etməyə məcburam

0

Günay Məmmədova son dəfə dünyanı 7 il əvvəl işıqlı görüb. Uzun illər ərzində gözləri ilə bağlı yaşadığı problemlər nəticəsində o, 37 yaşında görmə qabiliyyətini tamamilə itirib.

“2015-ci ilin yanvarın 10-da səhər oyandım ki, heç nə görmürəm”, elə həmin səhərdən Günayın həyatında yeni bir mərhələ başlayıb. Günay Məmmədova İctimai-Siyasi Universitetinin Hüquq fakultəsini başa vurduqdan sonra bir müddət hüquqşunas vəzifəsində də çalışıb.  

“Qaranlıqdan qorxan adamın qaranlığa öyrəşməsi xeyli vaxt alır. Mən artıq qaranlıqdan qorxmalı deyil, onunla dost olmağı öyrənməli idim”, deyən Günay əlavə edir ki, yeni həyatına adaptasiya onun aylarını alıb. Amma nəticədə Günay, olanlarla barışıb və özünə yeni dünya qurmağı bacarıb. 

İlk dəfə gözləri ilə problemi hamiləlik vaxtı yaranıb. Əvvəl həkimlər bu problemi allergiya ilə əlaqələndirsə də, bir müddət sonra  gözlərindəki xəstəliyin “torlu qişanın distrofiyası” olduğu müəyyən edilir. Və elə o vaxtdan Günay bunun nə ilə nəticələnəcəyini anlayıb.

“Həm məhdudiyyəti olan, həm də qadın olduğum üçün digərlərindən fərqlənmədiyimi sübut etməyə məcburam”

Görmə qabiliyyətini tam itirmədən bir müddət əvvəl o, özünü mənəvi və fiziki olaraq hazırlamağa başlayır. Evdə gün ərzində bir neçə saat gözünü yaylıq ilə bağlayaraq, özünü qaranlıqda hərəkət etməyə öyrəşdirir.

Günay deyir ki, əvvəllər həyatında heç vaxt fiziki məhdudiyyəti olan kimisə tanımayıb, onların yaşadıqlarından, üzləşdiyi çətinliklərdən tamamilə xəbərsiz olub.

“Cəmiyyətdə çox adamın hər hansı bir fiziki məhdudiyyətli insanlara “zəlil”, “işəyaramaz” münasibəti olduğunu çox müşahidə etmişəm. Buna görə də özümdə həm məhdudiyyəti olan, həm də qadın olduğum üçün digərlərindən fərqlənmədiyimi sübut etməyə məcburam”.

“Özümə deyirdim ki, Günay, qorxma, addımını at”

Özünüsübut üçün edilən cəhdlər nəticəsində Günay Məmmədova, kollecə daxil olur və təhsilini qırmızı diplomla bitirir. “Özümə deyirdim ki, Günay, qorxma, addımını at. Kollecə daxil olanda özümə əmin idim. Amma düşünürdüm ki, nə edəcəm? Bilirdim ki, savadım imkan verəcək, amma sonrası da var. Kollecə getməyim, yol, oradakı mühit. Ancaq, yenə də bacardım.”

Günay həyat yoldaşı və 17 yaşlı qızı ilə birgə yaşasa da, mətbəxə heç kəsi buraxmadığını bildirir. Deyir ki, mətbəxdə tək işləmək onun üçün daha rahatdır:

“Təbii ki, yoldaşım mənə kömək edir. Onsuz mənim bir günüm olmasın. Amma yemək işində heç kimə icazə vermirəm ki, ona qarışsın. Sevmirəm kimsə girsin, əlini nəyəsə vursun. Mətbəxdə hər şeyin yerini özüm bilirəm”.

Cəmiyyətlə ayaqlaşmağa və məhdudiyyətləri olsa da digərləri kimi normal işləyə bilmə bacarığını sübut etmək və həmçinin, gəlir də əldə etmək üçün Günay, bir müddət sosial biznes layihəsi olan “BUTA Art & Sweets” ilə əməkdaşlıq edərək, onların satışı ilə məşğul olub.

BUTA Art & Sweets sosial biznes layihəsinin əsas məqsədi xüsusi ehtiyacı olan qadınların hazırladığı ev şirniyyatlarının korporativ və fərdi şəxslərə satışı ilə onların işsizlik problemini həll etməkdir.

Bir il öncə isə Günay, elə həmin layihə vasitəsilə veqan şirniyyatlar hazırlamağı öyrənir və veqan mağazası ilə əməkdaşlıq etməyə başlayır. Deyir ki, veqanlar və veqan məhsullarla tanış olmaq da onun həyatında yeni bir addım olub. 

“Vegeterian və veqanlar haqda məlumatlı idim. Amma bu vaxtadək ətrafımda elə bir insan olmayıb, nə də ki, mən o məhsullarla tanış deyildim. Məsələn, öyrəndim ki, badam südü olurmuş, soya südü, əti əvəz edən çox faydalı və dadlı soya farşı deyilən məhsullar varmış. Bunların hamısı ilə tanış olmaq, yeni şeylər öyrənmək mənə çox maraqlıdır.”

“Teatr məni yaşadır”

Günay, məhdudiyyətli insanların dünyasına tam olaraq “Əsa” teatrının komandasına (red.müxtəlif fiziki məhdudiyyətli şəxslərin iştirak etdiyi teatr layihəsi) qoşulanda daxil olub: “Teatr qaranlıq dünyama bir işıq kimi gəldi, həyatımı müxtəlif çalarlara boyadı” deyən Günay, onu da əlavə edir ki, səhnədə olarkən, çıxışlara hazırlaşarkən, fərqli kostyumlar geyinib, fərqli obrazlara girəndə özünü çox xoşbəxt və bütöv hiss edir.

“Qadın hüquqları deyirik, ancaq bizdə hələ o qadın hüquqları formalaşmayıb”

Teatra müraciət məktubu yazanda, Günay o qədər də ümidli olmayıb. Düşünüb ki, görmə məhdudiyyəti olan adamı səhnəyə çıxarmaq çətin olar: “Sadəcə çoxdankı arzuma çatmaq üçün cəhd etdim və bu cəhd də gözlənilmədən uğurla nəticələndi’’. 

Cəmiyyətin qadınlara, onların qərarları və məşğuliyyətləri ilə bağlı onlara göstərilən fərqli münasibətə görə, Günay bu arzsunu reallaşdırmaq üçün yenidən mübarizə aparmalı olur.

Deyir ki, həyat yoldaşı ona dəstək olmasaydı, bunların heç biri olmayacaqdı. İlk dəfə teatra gedəndə yoldaşı ilə məsləhətləşərkən o, bunun bir dəfəlik bir səhnə çıxışı olduğunu düşünüb. Sonra məsələ ciddiləşəndə, Günay həyat yoldaşı ilə bunu yenidən müzakirə edib: “Yoldaşımla danışandan sonra, o da bir az fikirləşdi və mənə dəstək olduğunu bildirdi. “Mən sənin yanındayam” deməsəydi, mən ora gedə bilməyəcəkdim. Qadın hüquqları deyirik, ancaq bizdə hələ o qadın hüquqları formalaşmayıb. Ailəli olanda da sən mütləq həyat yoldaşınla məsləhətləşməlisən”. 

Günay Məmmədova ƏSA Teatrında fəaliyyət göstərdiyi müddətdə “Adamlar və siçanlar”, “Paris partladı”, “Göy quş” və “AND” tamaşalarında yaddaqalan rollar canlandırıb.

O, teatrın truppasında görmə məhdudiyyəti olan yeganə aktrisadır. Məhz onun üçün qurulmaqda olan “Adamlar və siçanlar” tamaşasına əlavə obraz salınıb və Günay bu tamaşada çoxunun sevdiyi, eyni zamanda təsirləndiyi “Klara xala” obrazını ifa edib.

Teatr səhnəsində əldə etdiyi uğurlardan sonra Günay, radio və ya televiziyada aparıcı olmaq və həm də kino çəkilişlərində aktrisa kimi rol almaq arzusundadır: “Rəfiqəm mənə hərdən deyir ki, Günay, dincəl! Mən də deyirəm, həyat davam edir, həyat hərəkətdir. Dincəlmək olmaz!”

Yaşadığı çətinliklərə baxmayaraq, Günay həm də son dörd ildir ki, həyat yoldaşı işsiz qaldığı üçün evin maddi gəlirini təkbaşına öz işləri ilə təmin edir. 

“Həyat bir dəfə verilir. Allahın verdiyi həyatdan zövq almaq lazımdır”

Günay gözləri tutulmazdan öncə həmişə gözlərini özü bəzəyib. İndiki halda isə ehtiyac olduqda gözəllik salonlarında peşəkarlara müraciət etmək məcburiyyətindədir. Ancaq öz gözlərində heç vaxt peşəkar makiyaj görməməsi onu məyus edir: “Kaş mən onu görən vaxt edərdim, indi onun həsrətini çəkməzdim. Hamı deyir ki, çox gəşəngdir, çox yaraşır. Ürəyim partlayır ki, görəsən necə qəşəngdir? Bu adi kiprik necədir ki? Allah eləməsin, kimsə bu hissi yaşasın. Çox çətin duyğudur. Həddindən artıq çətindir”.

Onun görünüşünə etdiyi diqqət də kənardan müxtəlif növ şərhlərlə qarşılanır: “Sənin gözlərin görmür, kim üçün, nə üçün bəzənirsən?” deyirlər.

Mən istəmirəm ki, mənə kimsə zəlil kimi baxsın. Məni digər qadınlardan fərqləndirən nədir ki?! Sadəcə siz görürsünüz, mən görmürəm.”

Günay ona verilən həyatı dolğun şəkildə yaşamağa çalışır. Bəzən gözünün gördüyü vaxtlar etdiyi və ya yaşadığı bəzi şeyləri xatırlayaraq, çox darıxdığını və ən əsası da qızının necə dəyişdiyini görməyin həsrətində olduğunu deyir.  “Sən 7 ildir övladının üzünü, necə böyüdüyünü, dəyişdiyini görmürsən. Onun hansı libas geyinib də “mama, bax necə yaraşır?” deyəndə, görə bilmirsən. İçim parçalanır ki, görəsən necədir, ona saç düzümü necə yaraşdı? deyə həmişə düşünürəm”.

“Sağlam cəmiyyətdə sağlam qadın olaraq yaşamaq asandır. Vay o gündən ki, problemli bir cəmiyyətdə müəyyən bir fiziki məhdudiyyətli olaraq yaşayasan. Bax bu, çətindir.”

Günay görmə qabiliyyətini itirənədək məhdudiyyətli insanları tanımadığına görə, onların hansı sosial problemlərlə üzləşdiyindən və nə hisslər keçirdiklərindən xəbərsiz olub. Düşünür ki, bu insanların cəmiyyətə inteqrasiya etməsi, onları yaşamağa həvəsləndirmək üçün çox çalışmaq lazımdır: “Çox istəyirəm bir gün, pandemiyaya görə tətbiq edilən qadağlar qaldırılandan sonra bütün dostlarımı bir araya, bir məclisə toplayıb, onları bir-biri ilə tanış edim”.

Yazı və fotolar Aygün Rəşid

Please install and activate the "Master Slider" plugin to show the slides.

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Ailəsinin, cəmiyyətin qəbul etmədiyi – trans qadınlar

Patriarxat ölkədə qadın kimi yaşamaq çətindir. Öz dediklərinə görə trans qadın olaraq yaşamaq ondan da çətin və zülmlüdür.  Deyirlər ki, cəmiyyətdə trans qadınlar cis hetero qadınlardan daha çox qısnamaya, bulinqə, ayrı-seçkiliyə və zorakılığa məruz qalır.  “Döyülürük, transfobik təhqirlərə məruz qalırıq, bıçaqlanırıq, hətta işgəncəylə öldürülürük. Yandırılaraq öldürülən Nuray kimi…”. “Səni pozanlar elə Bakıdakılardır, ora gedib daha...

Qızı üçün çıxdığı yolda bütün ölkəyə dəstək olan qadın

“Həyat bizə verilmiş sınaqdır, mübarizə aparmaq lazımdır ki, alnı ağ çıxa bilək” “İnsanı çətinliklər gücləndirir”, – belə deyir Çiçək Məmmədli. O, Azərbaycanda autizm sindromu ilə bağlı ilk layihənin müəllifidir. Məhz onun təşəbbüsü və təklifləri ilə autizm sindromu qanunvericilik aktlarına salınıb.  O, autizm və onun fəsadları, reabilitasiya prosesindəki ümumi metodologiya ilə bağlı cəmiyyəti qismən də olsa, maarifləndirmək...

“Ritmi hiss et, özünə yol tap, xoşbəxt ol”

Baletlə başlayıb, müasir rəqslə davam edən xareoqrafın hekayəsi Onun fikrincə, hər bir rəqsin özünəməxsus dili var. Rəqslər də insanlar kimidir: bəziləri azad ruhlu, bəziləri özünəqapanmış, yaxud çərçivədə…  “Femmekan”ın bu dəfəki qonağı xareoqraf Nigar İbrahimbəylidir. O, rəqsin bir neçə növü ilə məşğul olub. Baletlə başlayıb, müasir rəqslə (contemporary dance) davam edib.  Hazırda müasir rəqs dərsləri verir....

Mənim Yeni Tarix