Dəb sənayesinin feminist keçmişi və hazırki anti-feminist gündəmi

0

Geyim sənayesində feminist şüarlar bumu 2018-ci ildən bu yana başlayıb. “We should all be feminists”, “Girl power” geyimlərin üzərində bu şüarları tez-tez görür, məşhur dizaynerlərin podiumlar üzərindən qadınlara yönəlmiş ayrı-seçkiliyə qarşı xüsusi mesajları müşahidə edirdik. Dəb dünyası özünü feminist, inklüziv, patriarxat düşməni kimi qələmə verməklə özünə xeyli tərəfdaş qazanmağa nail olub.

Bəs hamımızın yaxşı tanıdığı dəb sənayesi qadınları dəstəkləmək siyasəti ilə, əslində, nə qədər feminist yanaşma ortaya qoyur? Alış-veriş etdiyimiz geyim brendləri və mağazaları, doğrudanmı, feministlərin bərabər gender haqları tələbinə həssas yanaşır? Bu yazıda dəb sənayesinin podiumunda feminist keçmişdən bugünkü anti-feminist gündəmə gələn yoldan bəhs edirik.

Feminist dəbin yaranışı

Əvvəlcə, “feminist dəb” adlana biləcək bir tarixdən başlamaqda fayda var. ilk feminist geyimlərdən biri olan Bloomer Dress” 1850-ci illərdə yaranıb. Bu geyim amerikalı qadınların geyindiyi narahat paltarlara rahat bir alternativ kimi təqdim olunub. 

Geyimin ilk təbliğatçıları Amelia Blumer və Elizabet Kedi Stenton ilə yanaşı bir qrup “suffragette” (red. Suffrajist – İngiltərədə qadınlara seçki hüququnun verilməsi üçün mübarizə aparan qadınlar) olub. Bu paltar özündə güclü ideologiya daşısa da, yalnız bir neçə il dəbdə qala bilib, çünki əksər qadın üçün bu geyim növü kifayət qədər cəlbedici və gözəl deyildi.

Bir neçə onillik sonra bu dəfə Böyük Britaniyadakı suffrajistlər apardıqları mübarizəni genişləndirmək üçün dəb sənayesinin köməyindən istifadə etdilər. Emmelayn Penkhürst (Emmeline Pankhurst) Qadınların İctimai-Siyasi Birliyinin rəhbəri hərəkatın bütün iştirakçılarını həmin dövrdə məşhur olan “Selfridges” mağazalar şəbəkəsindən alış-veriş etməyə səslədi: “Heç bir suffrajist dəbdən kənar qalmamalı, zövqsüz geyinməməlidir”. 

Penkhürst həmçinin bu hərəkatın rəng ideyalarını da önə çıxaran şəxs olub. Hərəkat rənglərinin müəyyənləşdirilməsi iştirakçıların da rahat tanınmasına kömək edən faktor olub. Suffrajistlər üçün ləyaqət və sədaqəti bənövşəyi, saflığı ağ, ümidi isə yaşıl rəng tərənnüm edib.

Qadınların müharibə dövrü dəbi

Ənənəvi gender rolları haqqında təsəvvürlər 1939-cu ildə İkinci Dünya müharibəsinin başlaması ilə dəyişib. Kişilər döyüşə getdikdə qadınlar ev maliyyə işlərini idarə edir, maşın təmir etməyi öyrənir, fabriklərdə işləyir, habelə silahlı qüvvələrdə ofis və kargüzarlıq işləri ilə məşğul olurdular. Bu da öz növbəsində kişiləri müharibədə döyüşmək üçün “azad edir”di. Qadınlar daha praktik kişi siluetlərini qəbul etməklə bir çoxu həm evdə, həm də işdə xidmət edirdilər.

1940-cı illərdə qadınların istifadə etdiyi geyim tərzi ABŞ hərbi geyimlərinə çox bənzəyirdi. Evdə geyinilən paltarların kəsimi və rəngi çox vaxt Avropa və Sakit Okeanı ərazilərinin döyüş səhnələrində geyinilən paltarları əks etdirirdi. Bluzlar və gödəkçələr getdikcə daha çox hərbiləşir, paltarların çiyin hissələrində xüsusi süngərlər də əlavə edilirdi. Papaqlar belə ABŞ ordusunun hərbi beretlərinə bənzəyirdi.

Qadınlar artıq yük maşınlarını sürmək, hərbi təyyarələrdə uçmaq və gəmiqayırma zavodlarında işləmək kimi daha çox əmək tələb edən işləri öz üzərlərinə götürdükləri üçün təhlükəsizlik və praktiklik qlamur üslubu sıradan çıxarmışdı. Hamının çox yaxşı bildiyi “Rosie the Riveter” obrazının məşhurlaşması isə şalvar və bandanaların dəbli hesab edilməsi demək idi.

Meri Kuant və qısa ətəklər

60-cı illərdə mini ətəklərin meydana çıxması ilə hərbi qadın obrazı da dəyişməyə başladı. Mini ətəklərin dizayneri Meri Kuant (Mary Quant) bu ətəkləri “mübarizə üsulu” adlandırırdı. Bir çoxu üçün bu ətəklər vulqar görünsə də, qısa ətəklər ikinci dalğa feminizm hərəkatının yüksəlişi ilə üst-üstə düşür və bir növ onu tətikləyirdi.

Ancaq 1968-ci ildə moda kampaniyaları qadınların mini ətəkləri bir az uzun ətəkərlə əvəz etmələrini təklif etməyə başlasa da bu, qadınlar tərəfindən kəskin mövqe ilə qarşılandı – niyə həmişə moda dünyasının nəhəngləri onlara nə geyinməli olduqlarını diktə etməlidir?

“Santa Maria Times” qəzeti 1969-cu ildə bu mövzu haqqında belə yazırdı: “Dünyanın ən prestijli moda evlərinin bəyanatlarına, təkliflərinə önəm verilmir. Qadınlar dəbdə geniş yayılmış ümumiləşdirmələrə əhəmiyyət vermirlər. Onlar modaya subyektiv yanaşırlar – dizaynerlərin istədiyi deyil, özlərinə yaraşan paltarları geyinirlər… İlk dəfədir ki, qadınlar öz gəmilərinin kapitanlarıdırlar”.

70, 80 və 90-ların feminist dəb üslubu

Qreys Cons (Grace Jones) kimi stil ikonaları tərəfindən məşhurlaşan 70-80-ci illərdə androqin (​​red. androgin üslub – tipik “qadın və ya kişi” gender normalarından kənara çıxan geyim üslubudur) modanın yüksəlişi qadınları ənənəvi hiper-qadın geyim üslubundan azad etməyə kömək etdi. 

Bu üslub cırıq cins şalvar və flanel köynək kimi uniseks (red.hər iki cinsə uyğunlaşdırılan) parçaları yaymağa kömək edən qranc hərəkatı ilə 90-cı illərə qədər davam edib (red. grunge – 1980-ci illərin ortalarında Amerikanın Sakit Okeanın Şimal-Qərb əyaləti Vaşinqton və yaxınlıqdakı şəhərlərdə yaranan alternativ rok janrı və subkultur).

90-cı illər yeraltı feminist pank hərəkatı “Riot grrrl” ilə sürətlənən üçüncü dalğanın pik həddinə çatdı.

Hərəkatın tərkibində olan qadın pank qrupları siyasi mövqelərini əks etdirən geyimləri ilə məişət zorakılığı, seksuallıq, patriarxiya və qadın gücü kimi mövzulara toxunurdular. Musiqiçilər gender neytral geyimləri və kəskin qrafik mesajları ilə diqqət cəlb edirdilər. Hərəkat üzvləri çəhrayı rəngi, “feminen” motivləri geri qaytararaq onlara daha sərt, feminist məna qazandırdılar.

21-ci əsrin anti-feminist dəb dünyası

Bir çoxumuz “Girl Power” (“Qadın gücü”), “We should all be feminists”

(“Hamımız feminist olmalıyıq”), “Women will change the world” (“Dünyanı qadınlar dəyişəcək”) kimi köynəkləri müxtəlif geyim mağazalarında görə bilərik. Feminist sloqanlı paltarlar 2018-ci ildən bəri kütləvi şəkildə istehsal olunur və çox yaxşı marketinq strategiyası kimi brendlərə yaxşı mənfəət də qazandırır.

Sosial mediada qazandıqları aktivliyə baxmayaraq, hələ də brendlər ciddi fiziki dəyişikliklər etməkdən boyun qaçırdırlar.

Mağazalardan ala biləcəyimiz bir çox feminist şüarlı köynəklərə baxmayaraq, faktlar göstərir ki, dəb dünyası qadınların hüquqlarını müdafiə etməkdən çox uzaqdır. Biz “Qadın gücü” yazılı köynək geyinərək özümüzü çox yaxşı hiss edə bilərik, amma unutmamaq lazımdır ki, geyim fabriklərində işləyən qadınların böyük bir hissəsi maddi, fiziki və psixoloji istismara məruz qalırlar.

Kütləvi və sürətli istehsal ciddi feminist problemi olaraq qalır. Belə ki, 2020-ci ildə “Labour Behind the Label” təşkilatı tərəfindən açıqlanan statistikaya əsasən, geyim sənayesində işləyən qadınların yaş aralığı 18-35-dir. Bu qadınların bir çoxu ailələri və uşaqları üçün əsas maddi dəstək mənbəyidir.
The Garment Worker Diaries” layihəsi tərəfindən geyim sənayesində işləyən qadınlar arasında keçirilən sorğu nəticəsində məlum olub ki, sorğuda iştirak edənlərin 60%-i gender əsaslı ayrıseçkiliyə məruz qalıb.

15%-dən çox qadın iş yerində təhdid edilib və 5%-i fiziki zorakılığa məruz qalıb. Bundan əlavə, sorğu nəticəsində o da məlum olub ki, qadın işçilər müdirləri, yaxud özlərindən yüksək vəzifədə olan hər hansı biri tərəfindən tez-tez şifahi zorakılığa məruz qalırlar. Bu da qeyd olunub ki, bu qadınların bəziləri az maaş səbəbilə həyat yoldaşı və ya evdə pul qazanan digər insanlardan iqtisadi cəhətdən asılı vəziyyətə düşürlər. 

“Collective Fashion Justice” təşkilatı tərəfindən yazılan məqalə sayəsində modanın, xüsusən də, sürətli istehal adlandırılan “fast fashion” termininə 3 anti-feminist aspektdən baxmaq gərəkir. 

  • Geyim istehsalı ilə məşğul olan fabriklərdə qadın işçilər obyektləşdirilir, az maaş alır və hətta cinsi istismara məruz qalırlar.

Bu sənayedə olan dərzilərin, yaxud sadə işçilərin bir çoxu ağır şəraitlərdə işləyirlər. İşçilərinin böyük əksəriyyəti qaradərili qadınlar olduğundan, bu, əslində, interseksional feminist problemini də ortaya çıxarır. Dəb sənayesində çalışan qadınlar ədalətli ödəniş, təhlükəsizlik və hörmətdən məhrumdur.

  • Modellər fotoqraflar, dizaynerlər və hətta prodüserləri tərəfindən istismar edilir, cinsi zorakılığa məruz qalırlar.

Modellər karyeraları boyunca arıqlamağa məcbur edilirlər. Hətta bu məcburiyyətdən əlavə, onlar agentləri tərəfindən ciddi şəkildə nəzarət altında saxlanılır, şəxsi həyatlarına dayanmadan müdaxilə edilir və arıqlamadıqları təqdirdə üzləşəcəyi problemlərlə təhdid edilirlər. Modellərin çəkiləri və bədən ölçüləri vaxtaşırı yoxlanılır. Cavablara əsasən onların yemək rasionları və yeməyə icazə verilən vaxtı müəyyənləşdirmək isə həmin sənayedə bu işlər üzərində işləyən şəxslərə düşür.

Bundan əlavə, yarımbaşlıqdan da oxuduğunuz kimi bu sənayedə təcavüz, psixoloji və fiziki zorakılıq ciddi trenddir. Və bunu da qeyd etmək lazımdır ki, bu, yalnız qadın modellərin deyil, eynilə kişilərin də başına gəlir. Lakin bu fakt modellərə qarşı olan yanaşmanın feminist problem olduğu reallığını da dəyişmir.

Çünki zorakı şəxslərin bir çoxunu buna tətikləyən şey toksik maskulinizm, yəni cəmiyyət tərəfindən səhv öyrədilən kişi dominantlığı fikridir.

  • Az paltar alan qadınlar özlərini dəyərsiz hiss edirlər.

Qadınları bədən ölçülərinə görə alçaltmaq (bu akt “bodyshaming” adlanır) yalnız modellərə qarşı olan yanaşma deyil. Dəb sənayesi qadınlara özünü pis hiss etdirməyi çox sevir. Onlar ölçü inkluzivliyinə qapalıdırlar – podiumlara çıxan modellər arasında rəng və ölçü müxtəlifliyi görsək də, istehsal edilən paltarlar qeyri-funksional olmaqla bir çox qadına çətinlik yaradır. Çünki qadınlar standart ölçüyə uyğun deyillər. 

Dəb sənayesi artıq çoxdan açıq-aşkar bəyan edib ki, modellər “ilhamverici” olmalıdırlat. Onlar qadınları gənc, gözəl, arıq və ağ olmağa həvəsləndirməlidirlər. Bu gözəllik standartları bir çox insan üçün, əlbəttə ki, ədalətsiz və qeyri-realdır.

“Bəs sən yaya hazırsan?” şüarlı reklamlar ilə dəb dünyasının nəhəngləri bizə deyirlər ki, yeni məhsullar almasaq, kifayət qədər gözəl, cəlbedici, arıq görünməyəcəyik.

Siluetinizi dəyişdirmək, bədəninizin cizgilərini gizlətmək üçün hazırlanmış geyimlər hazırda trenddədir. Oxşar problemlər təkcə moda sənayesində deyil, çoxşaxəli gözəllik sənayesinə də aiddir.

Hazırladı Pəri Abbaslı

Mənbələr:

Yugen Feminist fashion: How clothes helped fuel a movement

Pieces of History –  Shorter Skirts and Shoulder Pads: How World War II Changed Women’s Fashion

Collective Fashion Justice –  5 reasons fashion is a feminist issue

Fashion Revolution – Is your feminist t-shirt really feminist?
Palatinate – The relationship between fashion and feminism

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | Korporativ mühitdə qadınlar & qadın liderlər

“Femmekan”ın növbəti podkast epizodunda hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz korporativ mühitdə qadınların yaşadığı çətinliklər, üzləşdiyi diskriminasiyalardır.  Sizə təkrar gələ bilər, lakin təəssüf ki, hələ də iş mühitində problem yaşayan qadınlar barədə müxtəlif hekayələr eşidə bilirik. Yəni hələ də bu sahədə problemlər var. Qadınlar iş mühitində hansı problemlərlə üzləşirlər və bu diskriminasiyalar nədən ibarətdir?...

Transgenderlərin idman yarışlarında iştirakı

Yarış: güclə, yoxsa hisslərlə qazanılır?  LGBTQI+ vətəndaş Şəbnəm Zamanlı orta məktəbin beşinci sinfindən qaçış idman növü ilə məşğul olub. Altıncı sinifdə yaşadığı rayonda qaçış birincisi olub. İdmanla məşğul olduğu sonrakı doqquz ildə də dəfələrlə rayon, bölgə yarışlarında birinciliyi qazanıb, ölkə üzrə üçüncü yerə çıxıb.  Deyir, 22 yaşında görünüşü ilə bağlı dəyişimə başlayandan sonra idman aləmindən...

Ədəbiyyatdakı, dərsliklərdəki qadın obrazları 

Onlar necə təsvir edilib?  Azərbaycan cəmiyyətində qadının üzərinə böyük yük düşdüyü ilə bağlı fikirləri az qala hər gün eşidirik.   Yaxşı, “qadın anadır” yaxud “gələcəyin anasıdır”, “filankəsin bacısıdır”, “həyat yoldaşıdır” və s. kimi fikirlər necə formalaşır?  Qadınların şiddətə məruz qalması, öldürülməsi ilə bağlı xəbərlər daha çoxdur. Onların iqtisadi azadlıqları, təhsil imkanları qısıtlanır. “Qadın hüquqları” anlayışının...

Qadın azarkeşlər: idman sevgisini sübut etmək məcburiyyəti

Qadın azarkeşlərin bitmək bilməz sorğusu Kanada Yayım Korporasiyasında bir neçə gün əvvəl paylaşılmış köşə yazısının başlığı belə idi: “Qadın azarkeşlərin də idmandan başı çıxır, bizə layiq olduğumuz hörməti göstərin”. Feminist diskurs qadınların təşkilatlanması, siyasi, mədəni və sosial diskursda iştirakı ilə bağlı tələblər irəli qaldırsa da, qadınların hətta azarkeş kimi cəmiyyətdə qəbulunda da problemlər və diskriminasiyaların...

FEMSÖHBƏTLƏR | Qadınlar kişilərdən daha emosionaldır?

Emosiyaların səbəbini cinslərdə axtarmaq patriarxal cəmiyyətin buraxdığı izlərdən biridir. Qadınların böyümə çağlarında ətrafa qarşı güvənsizliyinin artması, yaxud ailə tərəfindən bu güvənsizliyin aşılanması ilə yaranan müəyyən emosiyalar yetkinlik dövrlərində “çox emosionalsan” adı altında bir tənqid kimi onlarla üzləşməyə başlayır. Femsöhbətlər podkastının bu dəfəki epizodunda mövzumuz məhz budur. Qadınlar kişilərdən daha emosionaldır? Bu mif bizim həyatımıza niyə...

Mənim Yeni Tarix