Cinsinə görə cəmiyyətin insanlara yaraşdırdığı stereotiplər

0

Və ya cinslər arasındakı ayrıseçkilik 

Cəmiyyətdə kişi və qadınlardan necə geyinmələri, davranmaları və özlərini necə aparmaları ilə bağlı gözləntilərin olması haqda fikirlər var.

Elə gender rolları da – bioloji cinsə görə davranış, danışıq, geyim tərzi və s. buradan yaranıb. Cəmiyyət daim qadından feminin geyim tərzi, nəzakət, mülayimlik, kişilərdənsə güc və cəsarət tələb edib.

Mavi, yoxsa qırmızı?

Ölkələrin özünəxas gender stereotipləri var. Məsələn, 1800-cü illərdə Amerika Birləşmiş Ştatlarında (ABŞ) çəhrayı rəng qırmızının solğun çaları kimi qəbul edilib və maskulinlik rəmzi sayılıb.

Qırmızı – qəzəb, ehtiras, aqressiya ilə əlaqələndirilib. 

Mavi – mülayimlik, sakitlik rəmzi sayılıb. Buna görə də femininliyi təmsil edib. Lakin zamanla bu qaydalar dəyişib. 21-ci əsrdə çəhrayı qadınlara, mavi isə kişilərə yaraşdırılır.

1983-dən 2014-cü ilə uzanan yol…

Tədqiqatçılar son 30 ildə gender stereotiplərinin necə dəyişdiyi ilə bağlı araşdırma aparıb. 

Araşdırma müəllifləri 1983-cü ildə 195 tələbənin üzərində aparılan sorğu nəticələrini 2014-cü ildə 191 nəfər yetkin insanın məlumatları ilə müqayisə ediblər. Məlum olub ki, 30 ildə kişi və qadınlara aid stereotiplər dəyişməyib. 

İstər şəxsiyyət xüsusiyyətləri (xeyirxahlıq, rəqabət qabiliyyəti), istər gender rolu (qulluq etmək, mənəvi və dini dəyərlərə sadiq qalmaq), istər peşə fəaliyyəti (tibb bacısı, mühəndis, pilot, müəllim), istərsə də fiziki xüsusiyyətlərinə görə olsun (incə, güclü) – insanlar 30 ildə stereotiplər yaratmağa davam ediblər. 

1983-cü illə 2014-ün müqayisəsi

  • 2014-cü ilə aid  olan nümunədə hər iki cins psixoloji, peşə və fiziki xüsusiyyətlər üzrə oxşar stereotiplər nümayiş etdirib. 
  • 1983-cü ilə baxanda 2014 -cü ildə insanlar daha bərabər maliyyə rollarına malik olduqlarına inanıb. Cavablardan aydın olur ki, 2014-cü ildə qadın və kişilər eyni dərəcədə maliyyə yükü götürdüklərini, mühüm qərarları birgə qəbul etdiklərini düşünüblər. 
  • Ancaq 1983-cü ildən bu yana dəyişməz qalan inanclar da olub. Məsələn, “maşını yalnız kişilər təmir edə bilər”, – anlayışı. Qadınlara sırınan gender rolu stereotiplərinə gəlincə, əsas səbəblərindən biri kişilərin məişət işləri ilə nisbətən daha az məşğul olmalarıdır. İstər ev işləri görmək olsun, istərsə də uşaqların qayğısına qalmaq, kişilər bu işlərlə az maraqlanır. 
  • 2014-cü ilin məlumatları kişilərin kişi cinsi rolu davranışları, qadınların isə qadın cinsi rolu davranışları haqqındakı stereotiplərə inandıqlarını ortaya qoyub.

Bəs gender stereotipləri insanlara necə təsir edir? 

Stereotiplər – şəxslərə və ya qruplara aid ümimiləşdirilmiş inanclardır. Hər zaman doğru olmur və bir çox hallarda məntiqə əsaslanmır. Buna baxmayaraq, əksər insan tərəfindən qəbul edilir. 

Mütəxəssislər stereotipləri daha çox önyarğılardan irəli gələn bir sıra fikirlər və qaydalar kimi qiymətləndirir. Gender əsaslı stereotiplər şəxsi cinsinə görə ədalətsiz və qeyri-bərabər rəftara məruz qoyur. Başqa adı – seksizmdir.  

Gender əsaslı 4 stereotip haqqında 

Xarakterə aid edilənlər – qadınlardan mülayimlik və emosionallıq, kişilərdən isə özgüvən və aqressiya gözləntisi.

Ailədaxili rollar – qadınlardan uşaqlara baxmaq, yemək bişirmək, ev işi görmək, kişilərdən isə ailəni dolandırmaq, evdə qırılan əşyaları və ya avtomobili təmir etmək gözləntisi.

Peşələr –  müəllim və tibb bacısı peşələri qadınlara, pilot, həkim və mühəndis peşələrinin isə kişilərə yaraşdırılması. 

Xarici görünüş – qadınlardan arıq, zərif, kişilərdən isə ucaboy, güclü olmaları gözləntisi. 

Eyni zamanda, hər iki tərəfdən də cinslərinə uyğun geyim tələb olunur. Şalvar geyinmək və qısa saç tərzi kişilərə, don geyinmək və makiyaj isə qadınlara aid edilir.

Şişirdilən inanclar

Hiperfemininlik – qadına xas olduğuna inanılan, stereotipik davranışların şişirdilməsidir. Bu, qadından passiv, sadəlövh, seksual təcrübəsiz, mülayim, nazlı, zərif, tərbiyəli və üzüyola olmaq gözləntisidir. 

Hipermaskulinlik – isə kişiyə xas olduğuna inanılan sterotipləşdirilmiş davranışların şişirdilməsidir. Bu, kişilərdən aqressiv, güclü, iddialı, seksual, tələbkar və qeyri həssas olmalarını tələb edir. Bu anlayış kişilərin rəqabət aparmalı və qadınlar üzərində hökmranlıq etməli olduqlarını müdafiə edir. 

Bütün bu düşüncələr cəmiyyətdə insanlar arasındakı münasibətləri çətinləşdirir. Məsələn, hiperfeminin qadınlar daim partnyorlarının fiziki və emosional təzyiqinə məruz qalırlar. Hipermaskulin kişilər isə öz tərəf müqabillərinə fiziki və emosional təzyiq göstərməyə meyilli olurlar. 

Gender stereotiplərinin olması 

Cəmiyyətlərdə gender stereotiplərinin çoxluğu insanların həyatına neqativ təsir edir. Belə hallarda insanlar özlərini və duyğularını ifadə etməkdə çətinlik çəkirlər. Məsələn, kişilərin ağlamama və həssas duyğularını biruzə verməmələri onların mental sağlamlıqlarına və münasibətlərinə zərər vurur. 

Ağıllı və iddialı olmalarına qarşı olan stereotiplər qadınlara aşmalı olduqları maneələr yaradır. Gender stereotiplərinin qırılması isə öz növbəsində insanlara potensialını kəşf etmək imkanı yaradır. 

Bəs gender stereotipləri ilə necə mübarizə aparaq?

Əksər insan günlük həyatında gender stereotipləri, seksizm və ya cinsə əsaslanan ayrı-seçkilik ilə rastlaşır. Deyək ki, bu stereotiplərə meydan oxumağın yolları var.

İnsanların diqqətinə çatdırın –  jurnallar, televiziya verilişləri, filmlər və sosial mediada mənfi gender stereotipləri həmişə olur. Bu stereotipləri insanların diqqətinə çatdıran şəxs olun. Dostlarınız və ailə üzvlərinizlə gördüyünüz stereotiplər haqqında danışmaqdan çəkinməyin. Bu haqda müzakirələr aparın, onlara bu şeylərin  insanların həyatına necə mənfi təsir edə biləcəyini izah edin. 

Əsas nümunə özünüz olun –  insanlara cinsi kimliklərindən asılı olmayaraq hörmət edin. Cəmiyyətin gender stereotipləri və gözləntilərindən azad, insanların özlərini və həqiqi şəxsi keyfiyyətlərini ifadə etmələri üçün təhlükəsiz mühit yaradın. Bununla da ətrafınıza, dostlarınıza və ailə üzvlərinizə nümunə olun. 

Danışın – onlayn və ya şəxsən cinsiyyətçi zarafatlar və şərhlər edən birinə etirazınızı bildirin. 

Sadəcə cəhd edin – cəmiyyətin cinsinizə yaraşdırmadığı hərəkət etmək istəyəndə, əvvəlcə öz təhlükəsizliyiniz haqqında düşünün. Bunu edə biləcəyinizə əminsinizsə, cəhd edin və bilin ki, insanlar sizdən nümunə götürəcək. 

Hazırladı Ellie

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Seçdiyin, yoxsa sənə yaraşdırılan peşə? 

Zirvələri fəth edən qadının hekayəsi  Azərbaycan cəmiyyətində insanlara cinsindən asılı olaraq peşə yaraşdırmaq adi haldır. Məsələn, mühəndis, arxitektor, sürücü, pilot, alpinist kimi peşələr kişilərə, həkim, müəllim, tibb bacısı kimi peşələr isə qadınlara uyğun görülür. “Qız uşağısan”, “sən kişisən”, – ifadələrilə başlanan cümlələrin sonu şəxsi həyata, arzulara, istəklərə müdaxilə ilə bitir.  Götürək alpinizmi – Azərbaycanda qadınların...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

Mənim Yeni Tarix