Cinsəl həyatdan pıçıltı ilə danışılan ölkədə – vaginizm

0

“Maarifləndirmə olmalıdır, lakin bizdə Teleradio Şurası vagina sözünün işlənməsinə qadağa qoyub”

Vaginizm – açması şüur altında gizlənmiş qorxunun təzahür forması, qorxu reaksiyasıdır. Müxtəlif səbəblərdən qadının cinsi münasibətə girə bilməməsi və ya çətinlik çəkməsi, qorxması ilə ifadə olunur.

Sevdanın hekayəsi

26 yaşlı Sevda İbrahimova vaginizmdən əziyyət çəkdiyini təsadüfən qadın qruplarının birindən öyrənib. Deyir ki, toy axşamı panik-atak keçirib, təşvişlə həyat yoldaşını itələyib. Səhəri günü qaynanası və qohumlarının təkidi ilə ginekoloqda bakirəlik müayinəsindən keçirilib. Müayinəyə qədər bir neçə saat içərisində inamsızlıq, suallar qarşısında əzilib, özünü təhqir olunmuş hiss edib.

“Həyat yoldaşım dedi ki, məni kənddə biabır edirsən. Bakirə olduğum halda münasibətdən qorxduğumu heç cür anlaya bilmirdi. Bu, çox dəhşətli bir hissdir. Ginekoloq müxtəlif ağrıkəsici, keyidici mazlar təyin etdi, lakin işə yaramadı”, – Sevda deyir. 

O, vaginizm haqqında xəbər tutsa da, müalicə olunmaq üçün həyat yoldaşını razı salması bir neçə ayını alıb.

Mənbə: everydayhealth.com

“Bir-birimizi sevirdik, amma qorxu aramızda sədd idi”

18 yaşında ailə quran Gülsüm Səlimova isə deyir ki, toy gecəsi nə qədər qorxu keçirsə də, cinsi münasibətdə olub, amma bu münasibət ona daim əzab verib.

“Bir-birimizi sevirik, həyat yoldaşım nə qədər səbr etməyə çalışsa da, əsəbiləşdiyini, bezdiyini hiss edirdim. Övladım doğulduqdan sonra xəstəxanada həyat yoldaşıma cinsi münasibətdən qorxduğumu, dəhşətli ağrı hiss etdiyimi, həyəcandan tərlədiyimi danışdım, gecikmişdim, amma müalicə effekt verdi”, – Gülsüm başına gələnləri danışır.

Oxşar mentalitet, adət-ənənə

Ginekoloq, cinsəl terapist Təranə Həsənova deyir ki, bu problem Azərbaycan kimi qoruyucu cəmiyyətlərdə, qadına, qıza qadağalar tətbiq edən, qınayan ölkələrdə geniş yayılıb:

“İlk dəfə bu problemlə 2003-cü ildə qarşılaşdım. İşlədiyim mərkəzə müraciət edən cütlük valideynlərinin təkidinə baxmayaraq, ayrılmaq istəmirdi. Psixoloq Azad İsizadə ilə birlikdə terapiyaya başladıq və bu, işə yaradı. Sonradan bu sahədə təhsil aldığım və araşdırma apardığım müddətdə əslində vaginizmin ölkəmizdə geniş yayılmış problem olduğunu öyrəndim”.

Həkim deyir ki, bu sahədə mütəxəssis az olduğundan, yetərli qədər maarifləndirmə aparılmadığından müalicə olunmayan ailələrin çoxu çıxış yolunu boşanmaqda görür. Problem ondadır ki, bizdə cəmiyyət hələ də cinsəl problemləri pıçıltı ilə söyləyir: 

“Vaginizmin yaranmasında təhsil, eyni zamandan, şəhər, rayon və yaxud kənddə yaşamaq rol oynamır. Təcrübəmdə elmlər namizədinə, Bakıda, ucqar kənddə yaşayanlara da rast gəlmişəm. Maraqlıdır ki, son vaxtlar Bakıya müalicəyə gələnlər arasında Rusiyada yaşamış azərbaycanlılar çoxluq təşkil edir”, – Həsənova deyir.

Mənbə: Sandra Mu

Səbəblər və nəticə 

Həkim deyir ki, ailələrdə cinsi tərbiyə önəmli rol oynayır:

“Təcrübəmdə daha çox onunla qarşılaşıram ki, ana, nənə, yaxud qohumlar ağlı kəsəndən qıza özünü necə aparacağı ilə bağlı iradlar bildirirlər. Üstəlik, ata, baba, qardaş faktorları da var. “Düz otur”, “gülmə, qız uşağı gülər?” kimi iradlar tez-tez səsləndirilir. Oğlandan fərqli olaraq qızlara qadağalar çoxdur. Belə ailələrdə qızlar uşaqlıqdan özlərini qorumağa başlayır və beləliklə də, özünü qoruma refleksi formalaşdırırlar. Eyni zamanda, oğlan övlada qarşı gizli paxıllıq hissi, aqressiya yaranır”, – həkim deyir.

Onun sözlərinə görə, orta məktəbdən başlayaraq qıza basqılar və özünü qoruma çabası artıq onda müəyyən hisslər formalaşdırır. Nəhayət, münasibətlər evliliklə nəticələnəndə vaginizm meydana çıxır. Səbəblər içərisində ətrafın lk cinsi əlaqə ilə bağlı şişirdilmiş hekayələr və mifləri də var. Yəni qızın beynində artıq qorxu yaranır və özündən asılı olmayaraq həmin gün özünü müdafiəyə keçir:

“Təbii ilk münasibət zamanı oğlanın kobud rəftarı da vaginizmə səbəb ola bilər. Səbəblər çoxdur, lakin onlardan ən birincisi də problemli ailələrdə böyüyən qızlar, xüsusilə də anaları daim şiddət görənlərdir. Məsələn, 29 yaşlı pasientlərdən biri danışır ki, tanınmış ailənin övladı olsa da, valideynləri yola getməyib, evdə dava olarkən daim stolun altında gizlənib, böyüyəndən sonra yorğanın altında gizlənib, məhz gec ailə qurmasının səbəbi də qorxu olub”. 

Təranə Həsənova deyir ki, uşaq vaxtı zorlama və ya seksual hərəkətlərə məruz qalma da vaginizmlə nəticələnə bilir.

Cinsi münasibətə qədər qızlar bunu başa düşmürlər 

Təranə Həsənovanın sözlərinə görə, ilk münasibətədək qızlar özlərində hər hansı problem olduğunu bilmirlər. Münasibət zamanı qorxu yaranır, panik-atakın əlamətləri başlayır. Məsələn, qız dizlərini bükür, sanki ayaqlarını kilitləyir, vaginal əzələlər və ayaq əzələləri qıc olur. Əgər oğlan bunlara baxmayaraq qıza yaxınlaşmağa davam edərsə, qız özünü qorumaq məqsədilə oğlana zərbələr endirir, bəzən isə qorxusunu ağlamaqla biruzə verir:

“Qadın vaxtında müalicə olunmasa, psixoloji yükləmələr başlayır. Qısa ifadə etsək, vaginizm psixoloji tramvanın nəticəsidir. Bu, müəyyən müddətdən sonra iş, dostluq, sosial həyatdakı münasibətlərdə də qadına çətinlik törədir. Cinsi həyat məcburiyyətə çeviriləndən sonra cütlüklər arasında münasibət bəzən o qədər kəskinləşir ki, boşanmaya səbəb olur. Məsələn, hazırda müalicə etdiyim pasiyentlərdən biri 7 ildir ailə qurub, dəfələrlə müalicə olunmağa cəhd etsə də, uğursuzluq ilə nəticələnib. Qohum olduqlarına görə boşanmasalar da, münasibət tamamilə soyuyub. Mən qadını vaginizmdən müalicə edə bilirəm, lakin soyumuş münasibəti bərpa etmək çətindir. Buna görə də münasibəti qorumaq üçün vaginizm vaxtında müalicə olunmalıdır”.

Mənbə: Social Period

Bir neçə seansla tam müalicə

Təranə Həsənova deyir ki, vaginizm dərmanla yox, psixoloji seanslarla müalicə edilir: 

“Mənim ginekoloq olmağım müalicəmin uğurlu olmağında xüsusi rol oynayır. Qadınların 99 faizi öz orqanizmini tanımır. Onların öz orqanizmini tanımasına kömək edirəm. Müalicə müddəti vaginizmin ağırlıq dərəcəsindən asılıdır. Birinci dərəcəli vaginizm hətta bir seansla da müalicə oluna bilir, yəni cəmi 45 dəqiqə – 1 saata effekli nəticə almaq mümkündür. Orta dərəcə 2-3 seansla, ağır dərəcə isə 10-15 seansla müalicə oluna bilir və vaginizm geri qayıtmır. Yəni müalicənin müddəti insanların aldığı tramvanın dərinliyindən asılıdır. İlk cinsi əlaqə zamanı bu əlamətləri hiss edənlər mütləq və dərhal mütəxəssisə müraciət etməlidirlər”.

Telekanallara cinsi problemlərdən danışmaq qadağan olunub

Həkim deyir ki, bu problemin aşkarlanmasında maariflənmənin əhəmiyyəti böyükdür, lakin dəfələrlə cəhd etsə də, telekanallarda və mətbuatda qadağalarla qarşılaşıb, hətta efirdə ona vaginal ifadənin işlədilməməsi ilə bağlı çıxış etdiyi ərəfədə xəbərdarlıq olunub. Bildirilib ki, Teleradio Şurası vagina sözünün işlədilməsinə qadağa qoyub, cərimələr tətbiq edə bilər. Mətbuat da bu problemdən yazmaqda maraqlı deyil, halbuki problemi geniş kütləyə çatdırmaqla qadınları maarifləndirmək lazımdır.

“Yaxşı ki, üstünə tez düşə bildik”

Sevda İbrahimovanın həyat yoldaşı onun müalicəsinə çətin razı olsa da, bu gün peşman deyil. Sevdanın deməsinə görə, tək peşmanlığı ilk gündən razılaşmayıb, qarşı çıxmasına görədir. 

“Danışanda üzülür, mənə, bizə bu qədər psixoloji ağır günlər yaşatmaqdansa, qısamüddətli müalicəyə ilk gündən razı olsaydı, belə olmazdı deyir. Mənsə, sevinirəm. Ya heç xəbər tutmasaydım, ya ömrümün axırınadək bu problemdən əziyyət çəksəydim? Onda necə olacaqdı? İnsanlar var ki, 10 illərlə, hətta cinsi həyatları müddətində vaginizmdən xəbərsiz, əzab çəkərək yaşayır. Bunları düşünəndə nə yaxşı ki… deyirəm”. 

Yazdı Nazlı

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...

Mənim Yeni Tarix