Cins və gender: aralarındakı fərq nədir? 

0

Bir çoxumuz gender və cinsiyyətə dair bəsitləşdirilmiş informasiya və yanaşmalarla böyüdülmüşük. Yəni qadın və kişi olmaqla 2 cins və bu 2 cinsi əks etdirən 2 genderin mövcudluğu fikri bizə uşaqlıqdan bəri tanışdır.

Lakin trans, qeyri-binar insanların əvvəlki dövrlərə nisbətən daha çox görünməyə başlamağı ilə bir çox insanlar cinsiyyət və gender kateqoriyalarının daha mürəkkəb olduğunu anlamağa başlayır.

Bu yazıda bu terminlərin hər birinin nə mənaya gəldiyini daha yaxşı anlamaq üçün cinsiyyət və gender arasındakı fərqləri təhlil edəcəyik.

Cinsiyyət nədir?

Cəmiyyətdə kişi və qadın olmaqla iki cinsin olduğu düşünülür. Lakin siz bəzi insanların interseks olduğunu və ya cinsi inkişaf fərqinə (DSD) sahib olduğunu da bilməlisiniz.” Bu cürə necə səslənir.

DSD termini (red. Differences in Sex Development) yalnız kişi və ya qadın olaraq təsnif edilə bilməyən xromosomları, anatomiyanı və ya cinsi xüsusiyyətləri təsvir etmək üçün istifadə olunur.

Bu da vurğulanmalıdır ki, adlar və əvəzliklərdə olduğu kimi, şəxslərə onların üstünlük verdikləri tərzdə müraciət etmək vacibdir. Bəzi insanlar “interseks” termini ilə rahatdır və özlərini təqdim edəndə bunu belə də bildirirlər. Bəzən isə şəxslər bu termini istifadə etməyi üstün tutmaya və vəziyyətlərini DSD adlandıra bilərlər.

Biz qadınlarda estrogenin, kişilərdə isə testosteronun üstünlüyünü əlaqələndirməyə meylliyik. Lakin hər bir insanda bu hormonların hər ikisinə sahib olduğunu başa düşmək vacibdir. Əslində, estrogenin üstünlük təşkil edən forması olan estradiol doğum zamanı kişi təyin edilmiş insanlar üçün çox vacibdir. 

Bəs gender nədir?

Cəmiyyət eyni zamanda bizə ənənəvi olaraq iki genderin olduğunu öyrədir: kişi və qadın. Bizə deyirlər ki, doğuşdan kişi təyin olunanlar kişilər, qadın təyin olunanlar isə qadınlardır.

Lakin gender nə budur, nə də buna bənzər bir ssenari. Gender anlayışı bir spektrumdur.

Gender kimliklərini kişi-qadın ikilisinə uyğun etməyən şəxslər çətir termin olan qeyri-binar kimi müəyyən edilirlər. 

Bigender kimi özlərini təqdim edən şəxslər, fərqli nöqtələrdə həm kişilər, həm də qadınlarla uyğunlaşırlar. Agenderlər isə özlərini heç bir cinslə eyniləşdirmirlər. 

Gender və cins arasındakı əlaqəni necə anlaya bilərik?

Gender və cinsiyyət kimlər üçünsə əlaqəli ola bilər. 

Doğuşdan siz kişi təyin olunmusunuzsa, kişisiniz və doğuşdan qadın təyin olunmusunuzsa, qadınsınız.

Lakin trans və “gender non-conforming (red. Cinsiyyət üzərinə yüklənən rolları qəbul etməyən)” insanlar üçün doğulduqları cins özlərini bəyan etdikləri, hiss etdikləri cinsə uyğun gəlməyə bilər. Onlar doğuşdan təyin olunduqları cinsdən fərqli cinslə eyniləşə bilərlər.

Əslində, gender və cins anlayışları sosial zəmində qurulur. Bu o deməkdir ki, biz cəmiyyət olaraq insanlara sosial çərçivədə razılaşdırılmış xüsusiyyətlərə əsasən cinsi və genderi təyin edirik.

Bu, bədən orqanlarınız və onların funksiyaları “necəsə yenidən qurulur” demək anlamına gəlmir. Sadəcə biz bu kimi şeyləri kateqoriyalaşdıra və hər birinə fərqli mənalar yükləyə bilərik.

İnsanlar çox vaxt gender və cinsi belə ayırırlar: “gender beyindəki, cinsiyyət isə şalvarınızdakıdır”. Halbuki şəxsi özünün qəbul etdiyi gender ilə tanımaq yaxşı addım olsa da, bu kimi inanclar translara qarşı yanlış və qəlbqırıcı ifadə olar.

Transları özlərinin bəyan etdikləri şəkildə yox, doğuşdan təyin edildiyi cinslə xatırlamaq və anlamaq onların fiziki, mental və emosional sağlamlığına ciddi zərər verə bilər.

Məsələn bu, səhiyyə kimi fundamental hüquqların əldə edilməsini və hətta ictimai tualet kimi əsas ehtiyacların əldə edilməsini çətinləşdirə bilər.

Mənbə freepik.com

Gender kimliyi nədir?

Gender kimliyi və ya gender identifikasiyası öz genderinizlə bağlı anlayış tərziniz və dünyanın sizi bu cür görüb-tanımasını istədiyiniz qavrayışdır.

Bir çox sisgender (red. şəxsin doğuşdan cinsinə uyğun gələn gender kimliyi) insanların gender kimliyinə avtomatik olaraq cəmiyyət tərəfindən hörmət edilir. Yəni onlar kişi doğulublarsa, gender və cins olaraq özlərini kişi bəyan edirlər və cəmiyyətin bununla bağlı heç bir fərqli fikri, etirazı olmur. Bu, həmçinin elə doğuşdan qadın təyin olunub və qadın olaraq özünü identifikasiya edən şəxslərə də aiddir.

Bir sisgender hetero kişi gördükdə ona xitab şəklimizə, istifadə etdiyimiz əvəzliklərə önəm verdiyimiz kimi, bu yanaşmanı başqa gender kimliyi olan insanlara qarşı da göstərməliyik.

Dilimizdə şəxs əvəzliklərindən 3-cü şəxsin təki hər cinsdə “O” kimi səslənsə də, bilirik ki, ingilis dilində bu fərqlidir. “She/her/hers”, “He/him/his”, “They/them/theirs” kimi əvəzliklərdən düzgün istifadə ciddi önəm daşıyır.

Məhz elə buna görə yeni tanış olduğunuz insan haqqında beyninizdə hansısa fərziyyələr qurmadan öncə, bunu şəxsin özündən soruşmaq və cavabına uyğun şəkildə ona necə xitab edilməsini öyrənə bilərik.

Məsələn qeyri-binar olan şəxs sizdən cinsi-neytral əvəzliklərdən istifadə etməyinizi, “yaraşıqlı/gözəl” kimi hansısa cinsiyyətə aid dildən istifadə etməməyinizi istəyə bilər.

2020-ci ildə “Harry Potter” kitab seriyasının müəllifi C. K. Roulinq “menstrurasiya olan şəxslər” ifadəsini işlədən xəbəri paylaşaraq belə yazıb: “Menstrurasiya olan şəxslər. Mən əminəm ki, bu sözün ekvivalenti kimi istifadə edilən nəsə var. Vumben? Vimpund? Vuumud? (red. Burada “women (qadın)” sözü ilə oxşar tələffüzə malik olan sözləri yazaraq sarkazmdan istifadə edib)”.

Bununla da Roulinq “Twitter” istifadəçiləri tərəfindən transfobiya ilə ittiham edilib. 

“Menstrurasiya olan insanlar” ifadəsi qadınları, qeyri-binarları, trans kişiləri və gender-fluid və “gender-noncomforming”ləri əhatə edir.

Bunu qeyd etmək önəmlidir ki, bəzi tibbi təşkilatlar cins və gender arasındakı fərqi tanıyır.

Eləcə də Amerika Medikal Assosiasiyası, Amerika Psixoloji Assosiasiyası və Amerika Psixiatriya Assosiasiyası və ən əsası transların əsrlər boyu yaşadığı təcrübələr transgenderlərin də genderini təsdiqləyir.

Amerika Psixoloji Assosiasiyasına görə, gender mədəniyyətin insanın bioloji cinsi ilə əlaqələndirdiyi münasibət, hiss və davranışlara aiddir. Başqa sözlə, gender sosial quruluş və sosial kimlikdir.

Kimliyi iqnor etməyin sağlamlığa təsiri

Nyu Yorkunı Kolumbiya Universitetinin psixiatriya üzrə klinik professoru Dr. Cek Dreşşer deyir ki, insanların bir-birinin cinsi kimliyini rədd etməməlidirlər, çünki “şəxsin üstünlük verdiyi, özünə xitab edilməsini istədiyi gender ifadəsinə məhəl qoymamaq hörmətsizlikdir”. Transları hətta yanlışlıqla da olsa, səhv gender ilə çağırmaq əsəbiləşdirici və mental sağlamlıqları üçün zərərverici ola bilər. Bəzi insanlar buna qarşı dözümlü ola bildiyi halda, bəziləri üçün onların reallığını qəbul etməyən insanlarla qarşılaşmaq aqressiyaya səbəb ola bilər.

Amerika Medikal Assosiasiyası və Amerika Psixoloji Assosiasiyası da daxil olmaqla bir çox tibbi assosiasiyalar və təşkilatlar trans və qeyri-binar insanların kimlikləri ilə bağlı tələblərinə diqqət etməli olduğumuzu bildirir. Çünki bunun əksi olduğu halda bu keys translar və qeyri-binarlar üçün sağlamlıq baxımından təhlükəli vəziyyətlər yarada bilər.

Hazırladı Pəri Abbaslı

Mənbə

What’s the Difference Between Sex and Gender?

Gender identity: The difference between gender, sex and other need-to-knows

Fransada yol qəzalarına diqqət kampaniyası: “Qadın kimi sür”

Fransada yol qəzalarında həyatını itirən və ya yaralananların haqlarını müdafiə edən “Victimes et Citoyens” (Qurbanlar və vətəndaşlar) dərnəyi “Qadın kimi sür” adlı kampaniya başladıb.  Kişilərin daha yaxşı sürücü olduğuna dair davam edən “qadın düşməni” qavrayışıyla mübarizə aparmaq istəyən dərnək “bu qərəzli fikrin heç bir əsası olmadığını göstərmək üçün rəqəmlərə baxmaq kifayətdir” deyərək, yollarda ölümlə nəticələnən...

Meksikada ilk dəfə qadın prezident seçilib

O, rəqibini 30 faiz səs çoxluğu ilə üstələyib Klaudiya Şeynbaum Meksikanın ilk qadın prezidenti seçilib. Bu barədə Meksikanın rəsmi seçki orqanı məlumat verib. Klaudiya Şeynbaum əvvəllər Mexiko şəhərinin meri olub. Onun 58-60 faiz aralığında səs topladığı bildirilir.  Bu səs faizi onun əsas rəqibini 30 faiz üstələdiyindən xəbər verir.  Xanım Şeynbaum oktyabrın 1-dən vəzifədən gedən Prezident...

Dünyada qadın sünnəti 15 faiz artıb

Son 8 ildə 30 milyondan çox qadın bu prosedura məruz qalıb Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) dünya üzrə 230 milyon qız və qadının cinsiyyət orqanlarının sünnətinə (qadın sünnəti – red) məruz qaldığını bildirib. UNICEF bildirir ki, hesablamalar 2016-cı ildə açıqlanan məlumatlarla müqayisədə 15 faiz artım göstərir. Yəni, son səkkiz ildə 30 milyondan çox qadın...

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | Korporativ mühitdə qadınlar & qadın liderlər

“Femmekan”ın növbəti podkast epizodunda hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz korporativ mühitdə qadınların yaşadığı çətinliklər, üzləşdiyi diskriminasiyalardır.  Sizə təkrar gələ bilər, lakin təəssüf ki, hələ də iş mühitində problem yaşayan qadınlar barədə müxtəlif hekayələr eşidə bilirik. Yəni hələ də bu sahədə problemlər var. Qadınlar iş mühitində hansı problemlərlə üzləşirlər və bu diskriminasiyalar nədən ibarətdir?...

Mənim Yeni Tarix